Əmircanlı nəsli

Annotasiya

Paşa Babakərlinin “Əmircanlı nəsli” kitabı Borçalının Qaçağan kəndində qədim və böyük nəsillərdən olan Əmircanlı nəslinin tarixi keçmişindən və bu günündən bəhs edir.

Kitabda Əmircanlı nəslinin Qaçağanla bağlı tarixi, nəslin, necə deyərlər, “yeddi arxa dönəninə qədər” yaşamış uluları, öz dövründə el-obanın görkəmli, xeyirxah ağsaqqalları, onların keçdikləri ömür yolu haqqında məlumat verilir. Hazırda əsasən doğma kəndi Qaçağanda, Borçalıda, eləcə də Bakıda və Azərbaycanın başqa şəhər və kəndlərində, Rusiyada yaşayan Əmircanlı insanlarının həyat və fəaliyyəti də geniş əks olunub.

Kitab nəslin gələcək nümayəndələrinə öz uluları haqqında lazımi məlumat almaqda bələdçilik edəcək.

“Əmircanlı nəsli” kitabı Paşa Babakərlinin “Yola çıxdım”, “Borçalıdan bir ər qopdu”, “Ömür yoxuşdu, keçirəm”, “Seyidli nəsli” kitablarından sonra oxucularla beşinci görüşüdür.

 

ƏMİRCANLI NƏSLİ

 

ÖN SÖZ YERİNDƏ GƏLƏCƏK ƏMİRCANLI ÖVLADINA BİR MƏKTUB

 

Əziz qardaş! Nəslimizin gələcək davamçısı!

Biz səninlə uzaq-uzaq əsrlərin aramıza çəkdiyi böyük bir zaman səddi arxasından görüşürük. Bilmirəm, indi bizim aramızdan təmsil etdiyimiz Əmircanlı nəslinin neçə nəsli keçir. Ancaq fərqi yoxdur, illər, əsrlər keçsə də, biz eyni ağacın budaqlarıyıq, eyni kökə, eyni nəslə mənsub insanlarıq. Biz bütün zamanlarda Əmircanlılarıq və Əmircanlılar olaraq qalacağıq. Sən bəlkə də məndən və Əmircanlı nəslinin XXI əsrin əvvəllərində yaşayan nümayəndələrindən 5, 6, 7 nəsil uzaqlaşmısan. Sən bizi görməmisən, sadəcə olaraq haqqımızda eşitmisən. Elə biz özümüz də beləyik. Bizdən əvvəl yaşamış ulu-ulu babalarımızın ancaq və ancaq adlarını, eləcə də haqlarında danışılan müəyyən hadisələri eşitmişik.

Neyləmək olar?! Həyat özü belədir, kimlər gəlir, kimlər gedir! Dünya əbədi, insan fanidir. Biz, XXI əsrin əvvəllərində yaşayan və tarixin uzun-uzadı qatlarından yol tutub gələn Əmircanlı nəslinin bu gününü yaradan insanlar, bilirik ki, dünyada əbədi qalan deyilik, vaxtın, zamanın küləkləri, tufanları bizi də yer üzündən götürüb aparacaq. Ancaq onu da bilirik ki, bizli-bizsiz təmsil etdiyimiz nəsil yaşayacaq, nəsillərin əvəzlənməsi kimi əbədi bir proses öz hökmünü göstərəcək. Dünyaya sən gələcəksən, səndən sonrakı nəsillər gələcək. Və zaman keçdikcə ulu yurdumuz Borçalının, onun gözəl Qaçağan kəndinin tarixində müəyyən izlər qoymuş bu günkü nəsil unudulmağa başlayacaq. Gələcək nəsillər isə onların varlığı haqqında çətinliklə məlumat ala biləcəklər. Bu təcrübəni biz öz üzərimizdə hiss etdiyimizdən sənin işini bir qədər asanlaşdırmaq qərarına gəlmişik. Qərarımız da ondan ibarətdir ki, sənin ulu babalarını daha yaxından tanımağına kömək edək, onların unudulmasına imkan verməyək. Biz, bu günkü Əmircanlılar, əllərimizi ulu babalarımıza nə qədər yaxın uzatmağa çalışsaq da, çox şeylər istədiyimiz kimi alınmır. Necə deyərlər, nəslimizin yeddi arxa dönənindən o yana keçə bilmirik. Görünür, bu “yeddi arxa dönən” məsəli əbəs yerə yaranmayıb. Görünür, insan yaddaşı hüdudsuz deyil və yeddi arxa dönənindən o yananı qavraya, mənimsəyə bilmir.

Biz bu ağır imtahanla qarşılaşandan sonra sənə ulu babalarımız haqqında əlimiz çatan, daha doğrusu, yaddaşımız çatan qədər ətraflı məlumat verməyə çalışdıq. Əslində bu özü də asan olmadı. Nə yaxşı ki, sənin təmsil etdiyin Əmircanlı nəslinin tarixində zaman-zaman uzaqgörən, ağıllı, sanballı kişilər olub və onlar ötüb-keçənləri unutmayıb, şəcərə şəklinə salaraq gələcək nəsillərə, elə sənin özünə yadigar qoymağa cəhd ediblər. Bu mənada artıq dünyasını dəyişmiş, öz dövründə savadlı, yaddaşlı və müdrik bir kişi olmuş Əmrah Paşa oğluna, başqa ağsaqqallarımıza ürəkdən minnətdar olmalıyıq. Məhz Əmrah Paşa oğlu öz nəslinin keçmişini araşdırmağa, onların adlarını bizə qaytarmağa böyük cəhdlər edib. Bu gün əlimizdə olan şəcərə sxeminə görə isə, Əmircanlının bu günkü ağsaqqallarına, o cümlədən müdrik ziyalımız Sahabbin Əmrah oğluna, Oruc Məmməd oğluna minnətdarlığımızı bildirməliyik. Sənin ulu babaların Yunis Əmircan oğlu, Kamil Aslan oğlu, Famil Alpaşa oğlu və adlarını çəkmədiyim başqa ağsaqqallarımız da bu şəcərəni yaradıb gələcək Əmircanlılara çatdırmaq üçün az əziyyətə qatlaşmayıblar. Nəhayət, biz həmin şəcərəni, eləcə də nəslinin bu günkü insanlarını sənə yaxından təqdim etmək imkanı qazanmışıq.

Əmircanlının bundan sonrakı tarixini davam etdirmək, eləcə də onun yeni-yeni nəsillərinin unudulmasına imkan verməmək isə səndən, eləcə də səndən sonrakı nəsildən asılıdır. Hər halda ümid edirik ki, Əmircanlı kimi istedadlı, mərd və məğrur bir nəslin övladı olan gələcək qardaşlarımız buna yol verməyəcək, ulularına, şərəfli keçmişinə biganə qalmayacaqlar.

Əziz qardaş!

Sənə bu gün adını daşıdığın nəsil haqqında bir neçə ümumi məlumat verməyi də özümüzə borc bilirik. Bu da sənin nəslinin şərəfli yol keçməsi ilə bağlıdır. Biz, bu günkü Əmircanlılar, keçmişin araşdırılması ilə məşğul olarkən Əmircanlıların özlərini ancaq yaxşı tərəfdən tanıtdıqlarını gördük. Biz şahid olduq ki, onlar tarixin bütün dövrlərində mərd-mərdanə, xeyirxahlıqla, insanpərvərcəsinə yaşayıblar. Dünyada yaxşı ad qoyublar. İstər öz nəsli üçün, istərsə də ulu bir məkan olan Borçalı mahalı, Qaçağan eli üçün faydalı işlər görüblər. Biz bir qədər sonra Əmircanlı kişilərinin keçdikləri şərəfli ömür yolu barədə sənə daha geniş və məxsusi məlumatlar verəcəyik. Burada isə təkcə onu demək istəyirik ki, biz tarixdə sənin babalarının ancaq başucaldan, qürur verən adlarına rast gəldik və bundan böyük şərəf duyduq. Biz həmişə fəxr etmişik ki, nəslimiz XX əsrdə Borçalının tarixinə silinməz möhür vurmuş Dünyamalı Məhəmməd oğlu Əmircanov, Azərbaycan Respublikası qarşısında müstəsna xidmətləri olmuş Əmircan Yunis oğlu Əmircanov, Qəhrəman Qara oğlu Əmircanov kimi görkəmli şəxsiyyətlər yetirib.

Hesab edirik ki, onların adları bizə bu vətən torpağı üzərində başıuca gəzməyə haqq verir.

Sənin də belə bir haqqın var, əziz qardaş! Sən öz babalarınla sözün bütün mənalarında öyünə bilərsən. Əmin ola bilərsən ki, yaşadığın yer üzündə çox sağlam bir genin daşıyıcısı, çox xeyirxah və humanist bir nəslin övladısan. Sən ulu Vətənimiz Azərbaycanı, onun sərhədlərindən kənarda qalmış Borçalını ürəkdən sevən, doğma yurdların hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan və qoruyan bir nəslin davamçısısan, insanlara yaxşılıq etməyə və onlardan yaxşılıq görməyə qadir və layiqsən. Bütün bunlara görə isə, təbii ki, ulularımıza minnətdar olmalı, onların bizə yadigar qoyub getdikləri şərəfli ad-sanı qorumalıyıq…

 

YURDUM-YUVAM BORÇALI

 

 

Əziz Əmircanlı qardaş!

Sənin təmsil etdiyin nəsil uzun əsrlərdən bəri qədim Borçalı torpağının Qaçağan elində yaşayır. Borçalının, Qaçağanın zəhmətkeş əhalisi bu torpaqları özlərinə məskən seçəndən bəri gecə-gündüz bu doğma yerlərin qulluğunda durub, onun halallığına arxalanıb, ruzularını bu torpaqdan götürüb, balalarını onun sinəsində yetişən min bir nemətlə böyüdüblər.

Bu torpaq qədim tarixə malik türk məskənlərindən biridir. Təxminən 3 min ildən bəri türk tayfa və boyları tərəfindən məskunlaşdırılıb. Çox böyük tarixi, qəhrəmanlıq, mərdlik və mədəni-mənəvi ənənələri olan bu torpaq dəfələrlə amansız cahangirlərin iştahına tuş gəlib, lakin yenilməz borçalıların qüdrəti ilə bu günə qədər göz bəbəyi kimi qorunub saxlanıb. Zaman-zaman bizim nəslin övladları da tarixi qəhrəmanlıq səhifələri ilə dolu olan bu ana vətənin döşlərindən halal süd əmib, onun təmiz havasını udub, büllur bulaqlarının saf suyunu içib, halal çörəyi ilə böyüyüblər.

Azərbaycanın sərhədlərindən kənarda qalmış bu qiymətli türk torpağı 1747-ci ildə İran hökmdarı Nadir şah tərəfindən Gəncə bəylərbəyləri Ziyadoğlulardan zorla alınaraq Kartli-Kaxeti çarına bağışlanıb və o zamandan bəri bu mərd, əyilməz xalqın başına çox oyunlar açılıb, tarixi təhrif olunub, torpaqları hərraca qoyulub, milləti amansız təzyiqlərə məruz qalıb, zaman-zaman doğma vətənindən didərgin salınıb. Borçalı türklərinə qarşı bu təzyiqlər XX əsrin əvvəllərində də davam edib. Əmircanlı nəslinin bir çox ağsaqqalları əsrin əvvəllərində Gürcüstan-Ermənistan müharibəsi nəticəsində Borçalının parçalanmasının, onun bir hissəsinin Ermənistana qatılmasının canlı şahidləri olublar.

Lakin bütün assimilyasiyalara, ayrı-seçkiliklərə baxmayaraq Borçalı inkişaf edib, öz tarixi ənənələri, milli-mənəvi dəyərləri üstə ayağa durub. Tarixi lazımınca öyrənilib yazılmasa da, mədəniyyəti, maarifi, ədəbiyyatı, saz-söz sənəti böyük bir təbəddülat keçib. Artıq XIX əsrin əvvəllərindən başlayaraq Tiflis Güney Qafqazın mədəni mərkəzinə çevrildikcə Borçalıda da mədəniyyət və təhsil inkişaf edib, ziyalıların sayı ilbəbil artıb. XX əsrin əvvəllərində isə Tiflisdə fəaliyyət göstərən Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi və s. kimi mütərəqqi ziyalılar Borçalının mədəni inkişafına, qəzada təhsilin genişlənməsinə, yeni-yeni məktəblərin açılmasına təkan verib. Qori Müəllimlər Seminariyasının açılması isə bütövlükdə Azərbaycan xalqının maariflənməsində əvəzsiz rol oynayıb. Təsadüfi deyildi ki, həmin seminariyanı bitirmiş istedadlı gənclər sonradan Borçalının ayrı-ayrı bölgələrində əhalinin savadlanmasına böyük kömək göstərib. Seminariyanın məzunu, sonradan Azərbaycanın və SSRİ-nin böyük dövlət xadimi səviyyəsinə yüksəlmiş Nəriman Nərimanov hələ XIX əsrin 90-cı ilində Borçalının Qızılhacılı kəndində müəllim işləmişdi.

Bütün bunlarla bərabər sovet hakimiyyətinə qədərki Borçalıda təhsilin miqyası və səviyyəsi qənaətbəxş deyildi. Bütün mahalda cəmi bir neçə natamam orta məktəb fəaliyyət göstərirdi. Belə dördillik məktəblərdən biri də Qaçağanda idi. Sovet hakimiyyətinin qurulmasından sonra bütün Azərbaycanda, Gürcüstanda olduğu kimi, Borçalıda da təhsilə dövlət qayğısı artdı. Borçalıda və ətraf ərazilərdə təhsilin çiçəklənməyə başladığı dövr keçən əsrin təxminən 30-40-cı illərinə təsadüf edir ki, həmin vaxtdan etibarən Borçalıda savadlı, ziyalı insanlar çoxaldı, onlar doğma yurdda və Azərbaycanda ən yüksək dövlət vəzifələrinə qədər yüksələ bildilər, xalqın tərəqqisində müstəsna rol oynadılar.

Bu illərdə Əmircanlı nəslinin də bir sıra gəncləri Qaçağandakı orta məktəbdə təhsil aldı, sonradan kəndimizin, Borçalımızın, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamağa başladılar.

 

 

 

DOĞMA ELİM QAÇAĞAN

 

Əziz qardaş!

Əmircanlı nəslinin binayi-qədimdən özünə məskən seçdiyi Qaçağan kəndinin tarixi də uzaq əsrlərə gedib çıxır. Təəssüflər olsun ki, Azərbaycandan ayrı düşdükdən sonra bütövlükdə Borçalının, eləcə də Qaçağanın və digər kəndlərin tarixi lazımınca öyrənilərək bu günkü və gələcək nəsillərə çatdırılmayıb. Ancaq Qaçağanın tarixinə dair hazırda Azərbaycan tarix elminin əlində bir sıra tutarlı faktlar var. Doğrudur, bir sıra tarixçilər Qaçağanın etimologiyası ilə bağlı bəzən səhv qənaətlərə gəliblər, ancaq doğru qənaətdə olanlar, yaxud bu sahədə maraqlı araşdırmalar aparanlar da az deyil.

Biz əsasən məşhur yazıçı Mövlud Süleymanlının “Tariximizin izi ilə” adlı məqaləsində (“Xalq qəzeti”, 19 və 20 iyun 2001-ci il tarixli sayları) toxunduğu məqamlar üzərində dayanmaq istəyirik. Çünki bu olduqca az araşdırılmış sahə üçün M. Süleymanlının fikirlərini faydalı hesab edirik. Borçalıdakı Goda, Ermənistandakı Kodan, eləcə də Azərbaycandakı Gədəbəy, Gedavan (Xocalıda) toponimləri ilə bağlı fikirlərini söyləyən yazıçı bunların “Ked-Ged-Ket-Qud” söz köklərindən (qədim türk tayfasının adı) və yunanca “bi-pi” (Uti dövləti- Quti-bi yer adları) çoxluq bildirən şəkilçilərdən yarandığını qeyd edir. “Kaspi yer adı da həmin anlayışda Kas-lar mənasını daşıyır. Bildiyimiz kimi, Kaspi – Xəzər dənizinin və Gürcüstanda Azərbaycan türklərinin yaşadığı rayonun adıdır.

Məncə, Kazbek sıra dağlarının adı da həmin sözdəndir. Qaz-bi, Qaz-be, Qas-pi… Qaslar-Kaslarla bağlı yer adları Azərbaycan ərazisində daha çox və daha əhəmiyyətli yer tutur. Qazax sözü də yer adı kimi Qaz-Qas söz kökündən və toplum – çoxluq bildirən “ax-ox” şəkilçilərindən ibarətdir. Kas-ax, Kas-ox və s…

Çox təəssüf ki, … Qaçağan kəndinin adı” ilə bağlı da yanlışlığa yol verilir. “Mənim fikrimcə, bu yer adı “kas”larla bağlı “Qasa-qan”dır və qas-lar (quz-lar, oğuz-lar) deməkdir. “Kan, qan” isə məkan bildirir. Aşağıdakı yer adlarını da Qaslarla (Xəzərlərlə) bağlı hesab edirəm: Kəsəmən, Kosalı, Xocalı, Xaçmaz, Xaçın, Qacaran, Xaçınlı, Qaraxaç, Quzan və s…”

Qaçağan kəndinin adı bir çox tarixi mənbələrdə xatırlanır. 2001-ci ildə Bakıda nəşr olunmuş “Tiflis əyalətinin müfəssəl dəftəri” kitabında Osmanlı imperiyasının 1723-cü ildə Qafqazları yenidən fəth etməsindən sonra tərtib edilmiş vergi dəftərlərindən bəhs edilir və bu dəftərlərdə Qaçağanın da adı çəkilir. Vergi dəftərlərdən məlum olur ki, Qaçağan o zaman Ağcaqala livasının Ağcaqala nahiyəsinə tabe olub və Qaral oymağının Böyük Qaçağan, Orta Qaçağan və Kiçik Qaçağan camaatı kimi qeydə alınıb (həmin kitab, 151-152-ci səhifələr). Dəftərlərdə Osmanlı dövlətinə vergi ödəyən Qaçağan sakinlərinin adları da qeyd edilir. Ancaq təəssüf ki, bu insanların hansı nəsillərə mənsub olduqları göstərilməyib. Kitabın 178-ci səhifəsində isə Qaçağandan keçən Xan arxının adı çəkilir: “Bəy arxı. Ağcadan Xan arxı kimi tanınır. Ağməhəmməd, Kətxudalı, Qaçağan və Həsili adlı camaatlar istifadə edirlər”.

Qədim tarixə malik Qaçağan kəndi yuxarı hissədən Azərbaycanın Qazax rayonundan baş alıb gələn Babakər silsilə dağları ilə əhatə olunub. Gürcüstan-Ermənistan sərhədi də bu dağlar boyunca keçir. Kəndin aşağı hissəsi isə qədim Tona çayının (Debeda – Təpətey) sahillərində məhdudlaşır. Qaçağan kəndi Babakər dağları ilə Tona çayının arasındakı bu geniş, bərəkətli və mənzərəli qara torpaqlarda yerləşir. Kənd soldan qədim tarixə malik Təkəli, sağdan isə Ağməmmədli kəndləri ilə qonşudur. Hazırda kənddə müxtəlif nəsilləri təmsil edən təxminən 1500 ailə yaşayır. Əmircanlı nəsli də Qaçağanda yaşayan böyük nəsillərdən biridir.

 

 

ƏMİRCANLI NƏSLİNİN TARİXİNƏ BİR NƏZƏR

 

Əziz Əmircanlı qardaş!

Sənin ulu babalarının Qaçağanda nə vaxtdan yaşadıqlarını, ümumiyyətlə, kökümüzün haralara gedib çıxdığını araşdırmaq, əlbəttə, asan olmadı. Təbii ki, qaynaqlandığımız əsas məxəz insanlarımızın yaddaşı, babalarımızdan əxz etdiyimiz bilgilər oldu. Əldə etdiyimiz məlumatlar isə bizə cəmi “yeddi arxa dönən”imizə qədər gedib çıxmağa imkan verdi. Ondan o yanakı tariximiz haqqında heç nə öyrənə bilmədik. Bu barədə ancaq müəyyən fərziyyələrə, ehtimallara rast gəldik ki, onların da hamısını tarixi reallıq kimi qəbul etmək asan deyil. Hər halda nəslimizin tarixi ilə bağlı bu qeydləri ilk dəfə XXI əsrin əvvəllərində qələmə alırıq və indi hər hansı məsuliyyətsiz qənaəti qəbul etmiş olsaq, bu, gələcək nəsilləri də çaşdıra bilər. Əmircanlıların isə öz tarixləri ilə bağlı olmayan heç nəyə ehtiyacları yoxdur. Təki malik olduqlarımız haqqında doğru-düzgün yazmaq imkanımız olsun.

Bu gün Sahabbin Əmircanovun hazırladığı və Əmircanlıda, demək olar ki, hamı tərəfindən qəbul olunmuş şəcərəyə əsasən, Əmircanlı nəsli şərti olaraq təxminən XVI-XVII əsrlərdə yaşamış Əmircan kişidən başlanır. Bəzi məlumatlara görə, Əmircanlı nəslinin banisi hesab olunan həmin birinci Əmircan kişi Bakı şəhərinin Əmircan kəndindən gələrək Qaçağanda məskunlaşıb. Rəvayətə görə, həmin adam əvvəlcə Yevlaxa, ordan Qazax rayonuna gəlib. Burda onun Bakıdan, Xəzər dənizinin, yaxud Xəzər dəryasının sahilindən gəldiyi məlum olduqda yerli sakinlər deyiblər ki, ondan əvvəl də “dəryadan gələn” olub və bu “dəryadan gələn” adam Borçalıya gedib. Guya Əmircan kişi “dəryadan gəlmiş” eloğlusunun dalınca Borçalıya yola düşüb, onu Qaçağan kəndində tapıb və özü də eloğlusunun qonşuluğunda məskunlaşıb. Deyilənə görə, həmin “dəryadan gələn” adamın davamçıları bu gün də Qaçağanda yaşayan Dəryauşağı nəslidir. Bu gün Qaçağanda Dəryauşağı və Əmircanlı nəsillərinin yurdları, doğrudan da, qonşu olsalar da, bu hadisəni fərziyyədən başqa bir şey hesab etmək olmaz. Çünki babalarımızın gəldikləri güman olunan Bakının Əmircan kəndi təkcə Əmircan deyil, həm də Xilə adlanıb və belə olan halda nəslimiz də təkcə Əmircanlı kimi deyil, həm də Xiləli kimi tanınmalı idi. Amma belə bir hala təsadüf olunmayıb, nəslimiz ancaq və ancaq Əmircanlı adlanıb.

Eyni zamanda Əmircan kişi Bakının Əmircan kəndindən gəlmiş olsaydı, ola bilməzdi ki, sonradan əlaqələr tamamilə qırılaydı və bu gün Əmircan kəndi ilə hər hansı qohumluq əlaqələri olmayaydı. Əmircanlıların Qaçağan kəndində yaşamağa başladığı məlum olan vaxtdan bəri nəsildən heç kəs Əmircanda qohumlarımız olduğunu eşitməyib. XX əsrin 20-30-cu illərindən bəri isə Əmircanov familiyasını daşıyan onlarla insanımız Qaçağandan gələrək Bakıda təhsil alıb, burada qalaraq işləyib, ancaq heç zaman bu şəhərdə yaxın qohumlarımız olduğu haqqında eşitməyib və Əmircandan kimsə belə qohumluq olduğunu aşkara çıxara bilməyib. Axı insan iynə kimi bir şey deyil ki, nə vaxtsa itə və bununla da bütün ətrafla əlaqələri qırıla. Əgər bu kənddən Qaçağana kimsə getmiş olsaydı, sonradan mütləq əlaqələr bərpa olunardı. Hər halda soyuq da olsa, münasibətlər qalar, gediş-gəliş olardı. Bu mənada Əmircan kişinin Bakıdan köçüb gəldiyi barədəki fərziyyələr özünü doğrultmur.

Başqa tərəfdən, Əmircanlılarla Qaçağanda yaşayan Dəmirçilər nəslinin eyni kökdən olduğu barədə tutarlı faktlar var. Əmircan kişinin oğlanlarından biri olan Əhməd kişi Dəmirçilər nəslinin banisi hesab olunur. Ancaq Dəmirçilərin də Bakının Əmircan kəndində kiminləsə qohumluq əlaqələri olduğu barədə eşidən, bilən olmayıb. Təxminən XVI-XVII əsrlərdə yaşamış birinci Əmircan kişinin dövründən bəri belə bir fakta rast gəlinməyib.

Əmircanlı nəslinin ağsaqqallarından Oruc Əmircanovun dediyinə görə, Əmircanlılar Qaçağanın “50 evli Qaçağan”, “100 evli Qaçağan” deyə tanındığı vaxtlarda da bu kənddə yaşayıb. Yəqin ki, Əmircanlılar ondan əvvəl də bu kənddə yaşayıblar. Bu barədə Oruc Əmircanov babalarından və kəndin ağsaqqallarından eşidib. Bu isə o deməkdir ki, bu nəsil Qaçağanda qədim, köklü nəsillərdəndir. Elə indinin özündə də Borçalının ən böyük kəndlərindən olan Qaçağanda yaşayan bütün nəsillər Əmircanlı nəslinin kəndin ən qədim sakinləri olduqlarını qəbul edirlər. Bu mənada Əmircanlıların Qaçağanın köklü sakinlərindən olduqlarını qəbul etməkdən başqa fərziyyələr ağlabatan görünmür.

Hazırda Əmircanlılar da, Dəmirçilər də, kəndin başqa nəsilləri də təsdiq edirlər ki, Əmircanlıların ilk yurdu Dəmirçilərin indi yaşadıqları yurd olub. Bu ərazi isə kəndin mərkəzi hissəsidir. Elə bu da sübut edir ki, nəsil kəndin ən qədim sakinlərindəndir. Hər halda Əmircan kişi bu yurdda yaşayıb, evlənib, nəsil artırıb. Nəslin sonrakı davamçıları yeni yurda köçmək zərurəti ilə üzləşiblər. Oruc Əmircanovun danışdığına görə, yeni yurda köçənlər Əmircan kişinin törəmələrindən olan Nağı, Tağı, Əmircan, İsmayıl olub. Nağıdan Oruc əmimgil, Tağıdan Alpaşa kişigil, İsmayıldan Paşa kişigil, Əmircandan isə Süleyman kişigil törəyib. Sonradan həmin yurdda Paşa kişi, qonşuluğunda Molla Qara kişi qalıb, qalanlar isə ətraf ərazilərdəki yeni yurdlarda məskunlaşıblar. Beləliklə, Əmircanlılar bu yurdda artaraq geniş bir ərazini əhatə ediblər. Bu gün həmin geniş ərazi “Əmircanlı məhləsi” adlanır.

Köhnə yurdda (kəndin lap mərkəzi hissəsində) qalan qardaşlar isə dəmirçi peşəsi ilə məşğul olduqlarından Dəmirçilər adlanıblar. Oruc Əmircanov xatırlayır ki, Birinci Dünya Müharibəsi vaxtı onun yaxından gördüyü Əhməd və Məhəmməd qardaşları da dəmirçi peşəsi ilə məşğul olublar.

 

* * *

 

Biz Əmircanlı nəslinin mənşəyi ilə bağlı araşdırmalar apararkən də maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, XX əsrin əvvəllərində Bakıda bu familiyanı daşıyan insanlar yaşayıb və işləyib. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin nazirlərindən biri Məmmədəli Əmircanov bu familiyanı daşıyıb. Sonradan – İkinci Dünya Müharibəsi illərində onun oğlu Fuad Əmircan Türkiyə Cümhuriyyətinin Almaniyadakı səfirliyində çalışıb. Biz 1919-cu ilin martında Azərbaycanın məşhur aktyoru Hüseyn Ərəblinskinin faciəli surətdə qətli ilə bağlı yazılarda o dövrdə Bakı şəhəri polismeysterinin də Əmircanov familiyalı olduğuna rast gəldik. Lakin bizim nəslin bu familiyalarla hər hansı əlaqəsini aşkara çıxarmaq mümkün olmadı.

Təbii ki, biz bu detallar üzərində dayanmaya da bilərdik. Sadəcə olaraq Əmircanov, yaxud Əmircanlı familiyasının Azəрbaycanda çox təsadüf olunmayan, nadir soyadlardan olması bizi buna vadar etdi. Aldığımız məlumata görə, olduqca az təsadüf olunan Əmircanov familiyalı adamlar Şəkidə də yaşayırlar. Ancaq bizim onlarla da hər hansı qohumluq əlaqəmizi üzə çıxarmaq çətindiр.

 

 

NƏSLİN QAÇAĞANDA GENİŞLƏNMƏSİ

 

Əziz Əmircanlı övladı!

Əmircanlıların öz qardaşları, əmiuşaqları olan Dəmirçilərdən nə vaxt, necə, hansı səbəbə görə ayrıldıqları barədə bu gün əlimizdə dəqiq fakt yoxdur. Sadəcə olaraq Qaçağan kəndində nəsillərin yerləşməsi qaydasına əsasən müəyyən etmək olar ki, Əmircanlılarla Dəmirçilər uzun müddət bir yurdda yaşamalı olublaр. Təbii ki, qardaşların bir yurddan ayrılıb özlərinə ayrı-ayrı evlər tikməsi, yurdlar salması qəribə biр hadisə deyil və qədim Azərbaycan atalar sözlərindən birində də deyilir ki, “yaxşı qardaş – ayrı qardaş”. Bu mənada Əmircanlılarla Dəmirçilərin yurd bölgüsü aparmasında da qeyri-adi nə isə axtarmağa dəyməz. Güman edirik ki, bu prosesin baş verməsinə səbəb sadəcə olaрaq zaman keçdikcə nəslin genişlənməsi, yeni-yeni ailələrin qurulması və yeni yurdlar salmağa ehtiyac yaranması olub.

Əmircanlı nəslinin yurddəyişməsinə diqqətlə nəzər saldıqda məlum olur ki, onlar ilk yurddan çox da uzağa getməyiblər. Əvvəlcə kəndin mərkəzi hissəsində (Dəmirçilərin indiki yurdu) yaşasalar da, sonradan bir qədər yuxarıya doğru – Qanıрma aрxının üstünə təрəf həрəkət edibləр. Göрünüр, o zaman kənd böyüyəрək Qanıрma aрxının alt təрəfinə qədəр inkişaf edibmiş və Əmiрcanlılaрın yeni nəsli özləрinə aрxın üstündə yuрd seçməli olublaр. Rəhmətlik Famil Əmiрcanov xatıрlayıрdı ki, Əmiрcanlılaр yeni yuрda köçdükdən sonрa buрada 4 ev tikdiрibləр. “Onlaрdan biрində bizim, biрində Molla Qaрanın, ondan biр az yuxaрıda Paşa kişinin, onun yanında isə Süleyman kişinin yuрdu olub. Babalaрımız biр yuрdda yaşayıb, mehрiban qonşulaр olublaр”.

Nəslin genişlənməsi pрosesi, təbii ki, sonрalaр da davam edib və kəncləр yeni-yeni ailələр quрduqca yeni yuрdlaрa ehtiyac yaрanıb. Beləcə, nəsil ətрaf əрaziləрə doğрu genişlənib. Süleyman kişi qonşuluqda özünə yeni yuрd seçəрək oрa köçüb. Ondan biр qədəр aрalıda Qasım kişi yeni yuрd salıb. Əmiрcan kişi və Alpaşa kişi Qasım kişinin qonşuluğunda yeni yuрdlaрa köçübləр. Köhnə yuрdda Paşa kişi, onun qonşuluğunda isə Molla Qaрa kişi qalıb.

Sahabbin Əmiрcanov atası Əmрah Paşa oğlu və digəр ağsaqqallaрımıza istinadən bildiрiр ki, Qasım kişi sənətkaр olub. Kənddə yaxşı aрaba düzəldən kimi tanınıb. “Hazıрda davamçılaрının yaşadığı yuрdu o, Ağməmmədliləрdən alıb,   əvəzində onlaрa aрabalaр düzəldib. O zaman bu yeрləр geniş və boş toрpaq sahələрi olub. İndi Oрucgilin yuрdundan başlamış üzü Ağməmmədlinin yeрinə qədəр Paşa kişi ilə Qasım kişinin olub. Bu iki qaрdaş sadə, zəhmətkeş, eyni zamanda ağıllı, uzaqgöрən insanlaр olublaр, nə əldə edibləрsə, təmiz zəhmətlə əldə edibləр”.

Nəslin genişlənəрək bu yuрdlaрda məskunlaşması aрtıq XX əsрin əvvəlləрinə təsadüf ediр. Bu dövрdə Əmiрcanlılaр Qaçağanda aрtıq xeyli inkişaf etmiş, xeyli evləр tikmiş, Qaçağanda və ətрaf kəndləрdə çoxlu nəsilləрlə qohumluq əlaqələрi quрmuş, xeyli insan aрtımına nail olmuşdulaр. Eyni zamanda zəhmətkeş Əmiрcanlılaр özləрinin əkin-biçinləрi qayğısına qalmış, mal-dövlətləрini aрtıрmış və son nəticədə kənddə sayılıb-seçilən nəsilləрdən biрi kimi foрmalaşmışlaр. Famil Əmiрcanov xatıрlayıрdı ki, Qaçağanda vaр-dövlətinə göрə seçilən 3 nəsil olub: Mikililəр, Seyidliləр və Əmiрcanlılaр. “Mikililəр və Seyidliləр bizdən vaрlı olublaр. Bizim insanlaр, bizim kişiləр isə daha çox gümрahlıqlaрı, yüksək insani xüsusiyyətləрi ilə fəрqlənibləр”.

Əmircanlıları fərqləndirən başqa müsbət keyfiyyətlər də olub. Bütün bunlar haqqında geniş də danışmaq olardı. Ancaq məqsədimiz heç də tərifçilik olmadığından Əmircanlıların bu və ya digər müsbət xüsusiyyətləri haqqında mühakimə yürütməyi bu nəsli yaxşı tanıyan qaçağanlıların öhdəsinə buraxırıq. Hər halda bizim bu günkü nəsil özlərindən əvvəl yaşamış babaları haqqında qaçağanlılardan ancaq və ancaq ürəkaçan sözlər eşidiblər. Onların dediklərinə görə, bizim babalarımız qüvvətli, qüdrətli, qorxmaz kişilər olublar. Həmişə sözükeçən olublar. Biz həmişə eşitmişik ki, babalarımız özlərinin mərdlikləri, xeyirxahlıqları, el-obanın xeyir-şərinə yaramaları, doğma Vətən uğrunda hər cür fədakarlıqlara hazır olmaları, elin inkişafına çalışmaları, bir tikə çörəklərini həmkəndliləri ilə bölmələri, həddən artıq zəhmətkeşlikləri, halallıqları və s. kimi müsbət keyfiyyətləri ilə seçiliblər.

Bu da təsadüfi olmayıb. Nəslin uluları övladlarını həmişə İslam dininin müqəddəs əməlləri olan zəhmətə və hallallığa öyrədiblər. Bir çox ağsaqqallarımızın, eləcə də Famil Əmiрcanovun xatıрladığına göрə, Əmiрcanlılaр müqəddəs dinimiz olan İslama bağlı insanlaр olublaр. Nəslin banisi hesab olunan Əmiрcan kişidən başlayaрaq nəsildə övladlaрın dinimizin müqəddəs insanlaрının adlaрı ilə adlandıрılması biр ənənə şəklini alıb. Təsadüfi deyil ki, Əmiрcan kişi özünün oğlanlaрının adını İsmayıl, Süleyman, İbрahim qoyaрaq dinimizə münasibətini göstəрib. Bu adlaр sonрalaр da nəsilbənəsil təkрaрlanıb və ənənə bu gün də davam etdiрiliр.

Sonрalaр nəsildə Həsən, Məhəmməd, Əli və s. kimi müqəddəs adlaр daşınıb. Nəslin ağsaqqallaрından olmuş Molla Qəhрəman kişi, biр qədəр sonрa Molla Qaрa kişi dini təhsil alaрaq öz dövрləрinə göрə savadlı, bilikli insanlaр olublaр. Bütün bunlaр babalaрımızın savadlı və dünyagöрüşlü kişiləр olduqlaрını təsdiq ediр.

Beləliklə, Əmircanlı nəsli hazırda kifayət qədər böyümüş, artıq 1500 evdən ibarət olan Qaçağan kəndinin təxminən orta hissəsində, Qanıрma aрxının üst tərəfində, qonşu Ağməmmədli kəndinin sərhədlərinə qədər uzanan iri bir ərazini əhatə edən Əmircanlı məhəlləsində yaşayırlar. Ancaq Əmircanlı nəsli də, başqa nəsillər də böyüməkdədir, bu nəsillərlə birlikdə Qaçağan kəndi də genişlənərək öz məcrasından çıxır. Kənd son illər şimaldan Babakər dağlarının döşünə, cənubdan Dona (Debet) çayının Cala adı ilə məşhur olan qollarına qədər genişlənib. Qaçağan şərqə və qərbə doğru da xeyli böyüyüb. Bütün bu dörd istiqamətdə yüzlərlə yeni evlər tikilib. Bu evlər arasında Əmircanlıların da evləri var. Bunlar artıq keçmiş yurdda yerləşə bilməyib özlərinə yeni yurd salan Əmircanlı ailələridir. Yəni nəsil böyüməkdə, genişlənməkdə davam edir…

 

 

NƏSLİN BABAKƏRDƏ VƏ HAYDADA YURD YERLƏRİ

 

Əziz gələcək nəsil!

Biz öz ağsaqqallarımızdan dönə-dönə eşitmişik ki, Əmircanlı nəsli bütün zamanlarda ağıllı, uzaqgörən insanlar yetirib. Onlar özlərinin gərəkli əməlləri ilə ayrı-ayrı əsrlərdə silinməz izlər qoyublar. Bu əməllərdən biri və bəlkə də ən birincisi babalarımızın öz dövrlərində yaxşı yurdlar tutması olub. Onların həm özləri axar-baxarlı, havası, suyu əsl can dərmanı olan bu yurdlarda yaşayaraq dövran sürüblər, həm də həmin yurdları göz bəbəyi kimi qoruyaraq nəslin gələcək davamçılarına yadigar qoyublar.

Ağsaqqallarımızdan Oruc Əmircanov iftixar hissi ilə xatırlayır ki, Qaçağan camaatı hələ də unutmayıb ki, babalarımızın doğma kənddəki əlverişli yurdlarından əlavə Babakər dağlarında, eləcə də indi Ermənistan ərazisində qalmış Çubuqlu dağının ən yüksək zirvələrində “Əmircanlının Haydası” adlanan olduqca gözəl bir yurd yeri olub.

 

Babakərdə yurd yeri

 

 

Babalarımız Babakər dağlarında özlərinə geniş yurd yerləri tutublar. Onların Afıllı yaylağında 4 sırxana yeri, Babakərin ən uca zirvəsi olan Gilliyin ayağında qoyun yataqları, Çaxırlı yaylağında mal yataqları olub. Babakərin ayrı-ayrı yerlərində binələri olub. Babalarımız düz sovet hökuməti gəlincə bu yurdlarda, binələrdə yaşayıb, mal-heyvan saxlayıb, dolanıblar. Əslində sovet quruluşunun ilk illərində də onlar öz yurdlarından azad, sərbəst istifadə edə biliblər. Babakərdəki həmin yurd yerləri 30-cu illərə qədər babalarımızın ixtiyarında qalıb. Kolxoz qurulandan sonra isə bu yurd yerləri ictimai mülkiyyətə çevrilərək kolxoza verilsə də, adları hələ də qalmaqdadır: “Əmircanlının yurdu”, “Əmircanlının binəsi”, “Əmircanlının Haydası” və s.

Oruc Əmircanovun babalarımızın Gilliyin ayağındakı qoyun yataqları ilə bağlı kövrək xatirələri var. Bu xatirələr Oruc əminin uşaqlıq illəri, kənddə kolxozun yenicə qurulduğu dövrlə bağlıdır. O, 30-cu illərin axırları-40-cı illərin əvvəllərində Əmircanlının Babakərdəki yataq yerlərini, sırxanalardakı mal yataqları və tövlələrini görüb. Babalarımızdan Qara kişinin, Tağı kişinin, atası Məmməd kişinin, rəhmətlik Alpaşa kişinin mala getdiklərini yaxşı xatırlayır.

Onun dediyinə görə, kolxoz təzə qurulanda İsmayıl babamız Babakərdəki mal yatağında qoyun saxlayırmış. Bu, kolxozun deyil, nəslin öz qoyun sürüsü imiş. İsmayıl babamız 1940-cı ilə qədər, beləcə, qoyun saxlamaqla məşğul olub. Onun otardığı sürüdə, demək olar ki, bütün qohumların qoyunu olub. Hasan adlı özü kimi qoçaq bir yoldaşı da varmış. Dağlarda bərabər gəzər, sürüsünü birgə otararmışlar. Həmişə də həmin yataqlarda gecələyər, ordaca yatıb-durarmışlar. Alpaşa, Qara, Qurban və Məmməd babalarımız isə sağıcı imişlər. Oruc əmim və yaşıdı olan uşaqlar isə hər gün səhər tezdən atla, ulaqla Babakərə gələrək təzəcə sağılmış südü buğlana-buğlana kəndə gətirərmişlər. Qara kişi nəvələrinə özünün XIX əsrdə keçmiş uşaqlıq dövrü, eləcə də cavanlığı haqqında danışarmış. Deyərmiş ki, o və Nağı baba cavanlıqlarında İsmayıl kimi çobanlıq ediblər, nəslin qoyun sürüsünü otarıblar.

Bu xatirələrdən belə qənaətə gəlmək olur ki, nəslin keçmişi əsasən maldarlıq və əkinçiliklə bağlı olub, babalarımızın bütün dövrlərdə çoxlu mal-heyvanları və onlaрa baxan çobanlaрı olub. Mal-qoyun isə o dövрləрdə ən qiymətli vaр-dövlət hesab olunub. Babalaрımız zaman-zaman bu vaр-dövlətin qulluğunda və keşiyində dayanıb, onlaрın sayını aрtıрıb, kənddəki, Babakəрdəki və Haydadakı yuрdlaрda mal-qoyunlaрı üçün geniş otlaq sahələрinə malik olublaр. Eyni zamanda nəslin ən igid, ən qoрxmaz, ən dəliqanlı oğullaрı bu süрüləрə və naxıрlaрa çobanlıq edib.

 

Haydada yurd yeri

 

İndi Ermənistan ərazisində qalmış Çubuqlu (Kuybışev) kəndi, eləcə də buradakı Hayda yaylağı gözəl təbii mənzərəsi, təmiz havası, buz kimi bulaqları olan tamam başqa bir aləm olub.

Hayda eyni zamanda çəni, dumanı, təbii müalicəvi bitkiləri, o cümlədən də baldırğanı, qulançarı, mələseyi (ağac, qarpız kimi tağ atır) ilə məşhur olub. Bu yerlərdə çiçək-çiçəyi çağırıb, ətirli və dadlı çiyələk əlindən tərpənmək olmayıb. Haydanın bir-birindən gözəl təbii bulaqları da dillər əzbəri olub. Tamam özgə bir aləm olan Qırxbulaq adlı bulaq isə, doğrudan da, qırx dənə bulaqdan ibarət olub. Bu bulaqların qırxı da böyük bir qayanı yararaq çıxırmış. Suyu saf və buz kimi soyuq imiş. Həmin yaylaq bütün bulaqları və təbii aləmi ilə birlikdə bu gün də Ermənistan ərazisindədir. Ancaq Ermənistanın Azərbaycana təcavüzü və torpaq iddiaları ilə əlaqədar olaraq indi biz o yerlərə gedə bilmirik.

Oruc əmim xatırlayır ki, Haydanın təbiəti zəngin, havası soyuq olduğundan yay aylarında arandan buraya gətirilmiş qoyunun, malın yunu, saçağı uzanarmış. Sanki bunlar ev heyvanı deyil, meşədə yaşamış vəhşi heyvanlar imiş. Soyuq olduğundan inəklər tük gətirərmiş. Eyni zamanda bu yerlərdə otlar çox və qidalı olduğundan heyvanların əti də yağlı və dadlı olarmış.

Oruc əmimin dediyinə görə, babalarımız o yerləri XVIII əsrin əvvəllərində özlərinə məskən seçiblər. Çubuqludakı yaylaqlarda Borçalının bütün kəndlərinin – Sadaxlının, Ağməmmədlinin və c. ayrıca yurdları varmış. Bizim yurddan sağ tərəfdə Sadaxlının yurdu imiş. Stepanavan (Calaloğlu) tərəfdə Ağməmmədlinin yurdu yerləşirmiş. Ancaq Haydada cəmi 15 yurd olarmış. Bunlar da Əmircanlının, Çobanhasanlının, Mikilinin, Seyidlinin … yurdları imiş. Seyidlinin Haydası deyilən yer (ona Seyid Hadının yurdu da deyirmişlər) Əmircanlının Haydasından bir qədər aşağıda imiş. Əmircanlının Haydası kimi tanınan yurd isə bütün yurdlardan yüksəkdə olub. Oruc əmimin dediyinə görə, ora hər oğul çıxa bilməzmiş. Babalarımız özlərinə məhz belə bir yerdə yurd seçiblər. Qırxbulaq da Əmircanlının Haydasında imiş. Buradan yuxarıda isə gözəl dağ silsiləsi keçirmiş.

Əmircanlının Haydası dağın daha yüksək hissəsində yerləşsə də, ərazisi düzənlik imiş. Eni təxminən 50-60 metr, uzunluğu 200-300 metр olarmış. Özü də burda yer o qədər düz imiş ki, elə bil qəsdən əllə düzəldib yurd yeri yaradıbsan. Dağ mövsümü başlayanda dayalar burda qurularmış. Dayaların yanında isə arxaclar olarmış – bir tərəfdə mal, bir tərəfdə – qoyun.

Pərinisə Paşa qızı isə xatırlayır ki, rəhmətlik İsmayıl Qasım oğlu Əmircanlının qoyun sürüsünü Hayda dağlarına apararmış. Rəhmətlik Yolçu Paşa oğlu da həmişə onun yanında olarmış. Paşa kişinin həyat yoldaşı Nabat nənə kolxozun sağıcısı imiş və kolxozun sürüləri Sarıbulaqda olduğundan o da burada olurmuş. Yay aylarını bütün nəsil Haydada keçirərmiş. “İsmayıl əmim Haydada olduğundan arvadı Günəş də həmişə orda olurdu. Əmrahın həyat yoldaşı Məleykə, Yunus əmimin həyat yoldaşı Sara müəllimə, başqaları öz uşaqları ilə burada olarmış”.

Dayalar çətənlə, çubuqla hörülərmiş (sovet dövründən sonra isə çadırdan istifadə olunub). Düz ortada yerə bərkidilmiş balaca stol olarmış. Ailə üzvləri yeməklərini bu stolun üstündə yeyərmişlər. Analar uşaqlara xüsusi qulluq edərmişlər. Onlara demək olar ki, hər gün başqa yeməklərdən əlavə iri bir qabda körəməz – qatıq, süd və qaymağın qarışığından ibarət yemək verərmişlər. Bu, olduqca ləzzətli bir yemək imiş. Bir ayın içində uşağın rəngi qıpqırmızı olarmış. Onları Hayda meşəsinin dərinliklərindən yığılmış ayıdöşəyi və başqa təbii bitkilərlə qaynadılmış dumduru Qırxbulaq suyu ilə çimizdirərmişlər. Uşaqlar hər gün baldırğan, çiyələk və s. kimi bitki və giləmeyvələrlə qidalanırmışlar.

Oruc əmim onu da xatırlayır ki, səhər tezdən cavanlar yuxudan duran kimi gömgöy otlarla örtülmüş yaylaqda ayaqyalın gəzərmişlər. Onlar Qırxbulağın dibində düzəldilmiş gölün soyuq, bumbuz suyunda çimib çıxarmışlar. Ona görə də babalarımız 100 ilə qədər yaşayırmışlar.

Qadınlar gəbələrini, kilimlərini bu bulağın göz yaşı kimi duru suyunda yuyarmışlar.

Əmircanlıların, eləcə də digər nəsillərin yay aylarında Haydaya səfərləri XX əsrin təxminən 60-70-ci illərinə qədər davam edib. Bu illərdən etibarən isə camaat əkin-biçinə daha sıx bağlanmağa başladı və yavaş-yavaş Haydadan ayağını kəsdi. 80-ci illərin axırlarından isə Ermənistanla Azərbaycan arasında münaqişə başlandığından azərbaycanlılar keçmiş yurd yerimiz olan Ermənistana getmir. Artıq neçə illərdir ki, Haydamız da, başqa müqəddəs yurdlarımız da doğma səsə, doğma nəfəsə həsrət qalıb. Bu günkü və gələcək nəsillər o yurd yerlərimizi bu həsrətdən qurtarmaq barədə qətiyyətlə düşünməlidirlər.

 

 

BABALARIN MƏRDLİK ƏNƏNƏLƏRİ

 

Əziz qardaş!

Nəslimizin ağsaqqallarının xatırladıqlarına görə, babalarımız çox qeyrətli, sanballı kişilər olublar. Onlar XX əsrin əvvəllərinə qədər əsasən sadə, kəndli insanlar olub, öz həyət-bacalarını əkib-becərib, mal-heyvan saxlayıblar. Amma hamısı mərd, qorxmaz, cəsarətli insanlar olublar. Heç kəsə pislik etməyən, öz tüklərinin üstündə dolanan adamlar olublar. Elin xeyrinə-şərinə yarayıblar. Bütün həyatlarını doğma Qaçağanın abadlaşmasına, gözəlləşməsinə həsr ediblər.

Yaddaşlarda babalarımızın qəhrəmanlıqları, mərdlikləri ilə bağlı çoxlu hadisələr qalmaqdadır. Oruc Əmircanov danışır ki, nəslimizdən Əmrah Paşa oğlunun babası Əmrah kişi çox tutarlı, sanballı, güclü adam olub. Rəhmətlik Nağı baba danışarmış ki, bizim nəsildə bir Əmrah kişi, bir də Şamil fiziki cəhətdən güclü adamlar olublar. 120 il ömür sürmüş Molla Qəhrəman nəslinin və elinin təəssübünü çəkən, xeyirxah, vətənpərvər insan olub.

Babalarımızın Babakər dağlarında, Hayda yaylaqlarında göstərdikləri qəhrəmanlıqlar, mərdliklərlə bağlı saysız-hesabsız xatirələr var. Əlbəttə, onların hamısını yazıya almaq imkan xaricindədir. Ancaq bəzi hadisələr üzərində dayanmamaq da mümkün deyil.

Rəhmətlik Molla Qəhrəmanın mərdliyi, igidliyi ilə bağlı xatirələrdən birini Selmixan Əmircanov danışdı. Onun ağsaqqallarımızdan eşitdiyinə görə, Çubuqlu dağlarının ən uca zirvəsində yerləşən Hayda yaylağını tapılmasında və onun Əmircanlıların yurd yerinə çevrilməsində Molla Qəhrəmanın xüsusi rolu olub. Qaçağandakı başqa nəsillərin yurd yerləri isə bu zirvədən bir qədər aşağılarda olub. Ətraflarda başqa kəndlərdən, eləcə də hazırda Ermənistan ərazisində qalan Ləmbəli, Körpülü kəndlərindən də nəsillər məskunlaşıbmış. Əmircanlılar Hayda yaylağının zirvəsindəki həmin səfalı və şəfalı ərazidə məskunlaşandan sonra onlara qarşı çoxlu təzyiqlər, basqılar olub ki, Əmircanlılar həmin yaylağı tərk etsinlər. Xüsusən ləmbəlilər böyük canfəşanlıq edir, Əmircanlıların Haydasına sahib olmaq istəyirmişlər. Bunun üçün tez-tez Əmircanlılara basqınlar edir, mallarını, qoyunlarını aparırmışlar. Məqsəd bu imiş ki, Molla Qəhrəman və digər Əmircanlı kişiləri bezərək yurddan çıxıb getsinlər. Lakin babalarımız dözüm göstərib, yeni yurdu tərk etməyib və başa düşüblər ki, bütün bunlar təxribatdır.

Nəhayət, vaxt yetişir, el dağdan arana qayıdası olur. Babalarımız da yollarda çox yubanmır, Haydadan çıxandan bir-iki gün sonra gəlib Qaçağana çatırmışlar. Ancaq yol boyu bir-iki yerdə dayanıb dincəlirmişlər. Əmircanlıların köçü Suqarışanda dincəlməyə oturanda bir də görürlər ki, bir ağır-batman, sanballı kişi atın belində, qucağında da bir əmlik yaxınlaşıb Molla Qəhrəmanı soruşur. Görüşürlər. Həmin adam deyir:

– Ay Əmircan oğlu Qəhrəman, Haydada sənin başına o oyunları açan mən idim. Ancaq gördüm ki, sən belə dözümlü, qorxmaz adamsan, heç bir hədə-qorxudan çəkinib yurdunu tərk etmədin. Ona görə də bu gündən səninlə qardaş oluram.

Bundan sonra həmin adam mərd, igid Əmircanlı kişiləri ilə dost-qardaş olub.

… Babalarımızla bağlı hadisələrdən biri belədir ki, Əmircan oğlu Süleyman qohum-qardaşları Paşa kişi, Yunus əmimin atası Əmircan kişi, Nəbi kişi, Məhəmməd və Teymurla (bu ikisi cavan oğlanlar imiş) Babakər dağlarındakı Qızıl qayadan o tərəfə – indi Ermənistan ərazisində qalmış Qulpdan, Qalaçadan araba ilə ev materialı – mil, dirək, kərən və s. gətirməyə gedir. Süleyman kişi təzə yurdunda ev tikmək istəyirmiş. Həmin tikinti materiallarını da ona gətirirmişlər. Gecə vaxtı geri qayıdarkən Qızıl qayanın yanından keçən yola çıxanda qaçaqlar hər tərəfdən onlara hücum çəkir və tüfənglərini qaldırırlar ki, dayanın. Bizimkilərdən də bircə Paşa kişidə bir dənə Osmanlı beşaçılanı varmış. O zaman dağlarda qaçaq-quldur, oğru da çox olurmuş. Qaçaqlar deyirlər ki, ayə, düşün arabadan. Babalarımız cavab verirlər ki, nə istəyirsiniz, görmürsünüzmü, kəndli adamlarıq, yol keçirik, ağac materialı aparırıq ev tikməyə. Qaçaqlar deyirlər ki, yox, arabadan aralaşın. Qaçaqlar atları, ulaqları, camış və öküzləri onların əllərindən almaq istəyirmişlər.

Rəhmətlik Əmircan kişi deyir ki, ayə, sənin tüfəngin qan çıxaranda bizimki su ha çıxarmayacaq və Paşa kişidən beşaçılanı alıb atır. Qaçaqlar hər tərəfdən bunları atəşə tuturlar. Əvvəlcə bir ulağı və bir öküzü öldürürlər. Sonra Paşa kişi tüfəngi götürüb atəş açır, qaçaqlar onu da vururlar. Paşa kişi ayağından yara alır. Sonra tüfəngi Əmircan kişi götürür, onu da vururlar.

Bu zaman gənc oğlan olan Teymuru Babakərdəki yataqlara göndərirlər ki, qohumları köməyə çağırsın. Alpaşa kişi və başqaları da köməyə çatır və bir müddət atışmadan sonra qaçaqlar qaçıb aradan çıxırlar. Kəndə xəbər çatandan sonra camaat gəlib yaralanmış Paşa kişini və Əmircan kişini arabaya qoyub gətirirlər. Sonra yaxın kəndlərdə həkim olmadığından Paşa kişi və Əmircan kişini yaxınlıqdakı əsasən ermənilərin yaşadıqları Şaumyan qəsəbəsinə, xəstəxanaya aparırlar. Onlar burada bir həftə-on gün müalicə olunurlar. Əmircan kişinin yarası yüngül, Paşa kişininki isə ağır imiş. Bir gün xəstəxanadakı həkimlərdən biri gözlənilmədən Əmircan kişiyə və Paşa kişiyə mürəbbəli çay gətirir. Çayı içəndən sonra Əmircan kişi ürəyinin bulandığını, əhvalının dəyişdiyini görüb şübhələnir. Tez əlini yenicə çaya uzadan Paşa kişiyə xəbərdarlıq edir ki, çayı içməsin. Əmircan kişi vurub hətta çayı Paşa kişinin əlindən salır və deyir ki, artıq ona zəhər veriblər. Bir azdan Əmircan kişi zəhərin təsirindən ölür. Əmircanlılar yığışıb onu və Paşa kişini xəstəxanadan çıxarıb kəndə gətirirlər. Bu hadisə təxminən 1928-29-cu illərdə baş verib…

… 1928-29-cu illərlə bağlı xatirələrdən biri də Qaçağanda sovet hakimiyyətinin qurulmasına aiddir. Həmin illərdə yeni hökumət kənddəki ağalığın sonuncu nümayəndələrindən olan Mehdi ağanın üstünə bir dəstə göndərilir. Eyni zamanda Mehdi ağanın dostu Ovçuoğlu Məhəmmədi onun yanına göndərirlər ki, ağaya sovetə boyun əymək lazım gəldiyini başa salsın. Lakin Mehdi ağa soveti tanımadığını bildirir. Ovçuoğlu isə təkid edir ki, Mehdi ağa sovetə təslim olsa yaxşıdır. Söhbət uzanır. Ovçuoğlu çölə çıxıb Mehdi ağanın təslim olmaq istəmədiyini dəstəyə bildirir. Görünür, onu yenidən Mehdi ağanın yanına qaytarmaq istəyirlər. Bu zaman Mehdi ağa deyir:

– Ovçuoğlu, yaxın gəlmə səni vuraram.

Ovçuoğlu:

– Ayə, dəli olubsan, nədir? – deyir və evə sarı gedir.

Bu zaman Mehdi ağa sonuncu patronu ilə Ovçuoğlunu vurur və cəld atılaraq onun silahını, patrondaşını götürür. Həyat yoldaşı isə sovet əsgərlərinin qapını güddüyünü görərək Mehdi ağanın atını pəncərənin qabağına çəkir ki, ağa minib aradan çıxa bilsin. Mehdi ağa əsgərlərin onun dalınca atacağını başa düşdüyündən atın belində tərsinə oturur, atı qamçılayır ki, sürətlə aradan çıxsın, özü isə əsgərlərlə atışa-atışa uzaqlaşır.

Əmircanlıların Mehdi ağanın nəsli ilə qorhumluq əlaqəsi olub, Mehdi ağanın bacısı Sürəyyanı Dəmirçi Abbas babamız (Vahidin atası) alıbmış. Mirzə babamız isə onun ən etibarlı adamlarından olub. Bu hadisədən sonra Mehdi Babakər dağlarına çəkilib. Bir neçə gündən sonra isə Mehdi ağa gecəykən gəlib Mirzə kişiyə deyib ki, onlara çörək bişirtdirsin. Mirzə baba da qonşudakı etibarlı qadınları da toplayaraq xeyli çörək, eyni zamanda müxtəlif xörəklər bişirtdirib. Lakin gecə gələn Mehdi ağa ancaq çörəyi götürüb gedir və Mirzə kişiyə bildirir ki, başqa bir şeyə ehtiyacı yoxdur. Çuğullar bu xəbəri hökumətə çatdırırlar. Mirzə kişini tutub türməyə salırlar. Burada isə o, xəstəlik tapır, kəndə qayıdandan sonra vaxtsız vəfat edir.

1929-cu ildə Mehdi ağa sovet təqiblərindən yaxa qurtamaq üçün Türkiyəyə getməli olur. Yay vaxtı imiş. Mehdi ağa qardaşı İmran ağa ilə birlikdə Çubuqluya – bizim babaların yaşadıqları binələrə gəlir. Bir müddət oralarda hərlənir. Sonra çıxıb Türkiyəyə gedir. Babalarımız aparıb onu Türkiyə sərhədindən yola salırlar. Sonra da atlarını minərək geri qayıdırlar…

… Selmixan Əmircanov babalarından aldığı bilgilərə əsasən danışır ki, ağalıqdan Əsgər ağanın qızı Sinəbar xanımı həyat yoldaşı rəhmətə gedəndən sonra Molla Qara babamız alıb. Paşa baba, Aslan baba, Süleyman baba kimi Əmircanlı ağsaqqalları Sinəbar xanımı Molla Qara babaya almaq üçün Əsgər ağanın üstünə elçi gedirlər. Mətləbi Əsgər ağaya açırlar. Stolun üstünə çay, mürəbbə gəlir, lakin hələ Əsgər ağa elçilərə cavab verməyibmiş. Bu zaman Aslan baba başlayır mürəbbəni qaşıqlayıb yeməyə. Əsgər ağa da deyir, ayə, mürəbbəni çayla içərlər, ay kəndçi.

Aslan baba da:

– Mən bilmirəm, ay Əsgər ağa, – deyir, – əgər qızı verməsən, mürəbbəni bütün yeyəcəyəm.

Əsgər ağa da arvadını çağırıb deyir:

– Ay Qızxanım, qudalar bizim cavabımızı gözləmədən mürəbbəni yedilər, gətir bir də doldur.

Bundan sonra Molla Qara ilə Sinəbara toy edirlər…

…Əsgər ağa Aslan baba ilə də möhkəm dostluq münasibətləri saxlayırmış. Bir dəfə ağa iki dəst şinellik parça alıbmış: birini Aslan kişiyə, birini də özünə. Aslan kişi öz parçasını Şaumyandakı erməni dərziyə tikdirir. Əsgər ağa isə deyirmiş ki, mən yayda Cəlaloğluna gedəndə orda tikdirərəm. Bir müddət keçir. Əsgər ağa hələ özünə şinel tikdirməyə imkan tapa bilməyibmiş. Bir müddətdən sonra sovet hökuməti gəlir və artıq qoca kişi olan Əsgər ağa sürgünə göndəriləsi olur. Aslan kişi atlanıb Borçalı rayon mərkəzinə yola düşür ki, ordan qatarla yola salınacaq Əsgər ağa ilə görüşüb vidalaşsın. Eşalonun rəisi ilə danışıb qoca ilə görüşə icazə alır, görüşürlər. Əsgər ağa xahiş edir ki, Aslan kişi şinelini ona versin, özü isə kəndə qayıdanda onun parçasını götürər. Eyni zamanda xahiş edir ki, ailəsindən də muğayat olsun. Beləliklə, görüşüb ayrılırlar. Eşalon yola düşür.

Aslan kişi kəndə qayıdanda görür ki, Əsgər ağanın həyətində (sonra xəstəxana, daha sonra isə aptek olub) araba dayanıb, Əsgər ağanın evindəki əşyaları – stol-stulları, kamodu və s. təzə hökumətin idarəsinə aparırlar. Selmixan Əmircanov xatırlayır ki, həmin kamod son illərə qədər idarədə qalırmış.

Bundan sonra Əsgər ağanın həyat yoldaşını da Aslan kişi öz evlərinə gətirir. Qadın bir müddət burada yaşayır. Rəhmətə gedəndə isə Əmircanlılar onu el adətincə dəfn edirlər… Selmixan Əmircanov onu da qeyd etdi ki, Əmircanlı kişilərinin qonşu kəndlərlə möhkəm dostluq əlaqələri olub. Həmişə onlarla gediş-gəlişdə olub, bir-birinin xeyrinə-şərinə yarayıblar. Onların Sadaxlıda da belə dostları olub və el dağdan qayıdanda Əmircanlıların ailələri, uşaqları bir neçə gün burada qalarmış. Bu əlaqələr indiyədək davam etməkdədir.

… Selmixan Əmircanov atası Aslan kişinin evlənməsi ilə bağlı maraqlı bir xatirə də danışdı. Rəhmətlik Aslan babamız cavanlığında Hilal adlı bir qıza vurulur. Lakin qızı ona almaq istəmirlər. Gənc və çılğın Aslan isə acığından həyətlərindəki ot tayasına od vuraraq kənddən çıxıb gedir. Bu hadisə sovet hökumətindən əvvəl baş verib. Bir müddət Aslan Körpülüdəki dostlarının evində qalaraq işləyir. Onun əsas dostu Əbdürrəhmən oğlu Məhəmməd olub. Məhəmmədin oğlu Sədi hazırda Azərbaycan İqtisad Universitetində müəllim işləyir.

Aslanın artıq iki ildən bəri Körpülüdə qaldığını, kəndə qayıtmaq fikri olmadığını görən Əmircanlılar qərara gəlirlər ki, nəslin ən gözəl qızlarından olan Salatın Molla Qəhrəman qızını ona versinlər və Aslanı kəndə qaytarsınlar. Rəhmətlik Nağı kişini Körpülüyə göndərirlər ki, bu xəbəri Aslana çatdırsın. Aslan bu xəbəri eşidəndə inanmır:

– Ayə, Salatın mənə gələrmi?! – deyir.

Nağı baba and-aman edir, onu inandırır. Aslan kəndə qayıdandan sonra isə Qızxanım nənə onu yanına çağırıb deyir ki, get indi Molla Qara babanın dükanından kişmiş al gətir, bu axşam səni Salatınla görüşdürəcəm. Aslan da gedib indi “Gözəlin dükanı” adlanan mağazadan kişmiş alıb gəlir. Həmin dükanda əsrin əvvəllərində Molla Qara işləyirmiş və həmin mağazanı o tikdiribmiş.

Beləliklə, Əmircanlılar Aslanla Salatının toyuna tədarük görməyə başlayırlar. Aslan kişinin sağdışı isə Mehdi ağanın əmisi oğlu Firudin ağa olub. Toy üçün pul lazım olub, atasının bu məsələdə aciz qaldığını görən Aslan deyib ki, özümün pulum var və Körpülüdə qazandığı pulları gətirməyə gedir. Gecə ikən Babakəri aşaraq Körpülüyə gedir, pullarını götürüb qayıdır…

… Selmixan Əmircanov babalarımızdan Molla Qara kişi ilə bağlı xatirələr də eşidib. Onun söylədiyinə görə, Molla Qara (əsl adı Rüstəm olub) əvvəlcə Qaçağanda, Firudin ağanın dükanında işləyirmiş. Bir neçə il işlədikdən sonra ticarət sahəsində təcrübə və xeyli pul toplayır. Bundan sonra onu Şır-şırda qaçaqlar tərəfindən vurularaq həlak olmuş əmisi Orucun arvadı Pompulla evləndirirlər ki, həm gəlin evdən çıxmasın, həm də uşaq – Məmməd yetim qalmasın. O zaman belə adətlər də varmış. Qara kişi Məmmədi doğma balası kimi böyüdür. Eyni zamanda Xəmməd adlı oğlu olur. Bundan sonra Pompul rəhmətə gedir.

Molla Qara kişi isə ağalıqdan Sinəbar xanımla evlənir. Daha sonra ticarət sahəsində əli gətirən Molla Qara kişi indiki ikimərtəbəli evini və indi “Gözəlin dükanı” kimi tanınan mağazanı tikdirir. Mağazanı da elə tikdirir ki, Sinəbar xanım evin eyvanında gəzəndə Molla Qara mağazadan ona tamaşa edə bilsin. Həmin mağazada satıcı isə Molla Ramazan olur. Sonra Aslan kişinin bacısı Marışı ona verirlər.

Molla Qara kişinin başqa bir mağazası Sadaxlıda olub, burada Məmməd babamız işləyirmiş, neft və duz satırmış. Molla Qaranın başqa bir dükanı Qaçağanda – Şəmil kişinin evinin yanında olub, orada satıcı Sarı kişi olub. Molla Qara özü isə hər yanı gəzərək mağazaları lazımi mallarla təmin edirmiş.

Yay aylarında xalq dağa köçəndə Molla Qara mağazasını Cəlaloğluna köçürürmüş. Bir mağaza da Suqarışanda açırmış. Bu illərdə Molla Qara kişi eyni zamanda gizli bolşevik partiyasına üzv olur. Özündən əlavə qardaşları Nağı və Aslanı da partiya sıralarına yazdırır. Bu məsələdə ona Qaçağan sakinlərindən Müsü kişi kömək edir. Müsü kişinin papaq dükanı Molla Qaranın dükanının qonşuluğunda imiş. Molla Qara kişi sovet gələnə qədər partiya biletini çəkməsinin altında gizlədib saxlayırmış.

İllər keçir, nəhayət, Qızıl Ordu Qaçağana daxil olur. Gürcüstandakı müvəqqəti hökumətin – Jordaniyanın vaxtında Molla Qaranın ikimərtəbəli, hündür, yaraşıqlı evində gürcü əsgərləri qalırmış. Lakin sovet gələr-gəlməz onlar qaçıb aradan çıxıblar. Sovet əsgərlərinin komandiri olan bir kapitan isə əsgərləri ilə birgə kənddəki ən hündür, ən yaraşıqlı evi görüb ora hücum çəkir. Molla Qara kişi isə papirosu da damağında ikinci mərtəbənin eyvanından baxır, heç tövrünü pozmur. Kapitan onu mülkədar hesab edərək kobud rəftar etmək istəyirmiş. Lakin Molla Qara kişi onun gözləri qarşısında arxayıncasına çəkmələrini soyunur, üç partiya biletini çıxarıb kapitana göstərir. Kapitan onun neçə ildən bəri partiya üzvü olduğunu görüb “çest” verir.

Sonra Molla Qara babamız əsgərlərin pis vəziyyətdə, cır-cındır içində olduğunu görüb onlara yemək verir, mağazanın mallarından hərəsinə bir qutu papiros paylayır. Sonra kapitan bir müddət Molla Qara kişinin evində qalır. Gürcüstanda sovet hökuməti tamamilə qurulandan sonra Gürcüstandan çıxıb getməli olan kapitan öz atını Molla Qara kişiyə bağışlayır.

… Hələ Jordaniya hökuməti dövründə Aslan kişi Molla Qara babanın evində qalan gürcülərdən Sandro adlı birisi ilə dost olur. O, Borçalının Zirək (Ziraki) kəndindən imiş və Azərbaycan-Gürcüstan sərhədində gömrük xidmətində çalışırmış. Hər dəfə qazancını gətirib Aslan kişiyə verirmiş ki, saxlasın. Sovet hökuməti gələndə isə köhnə hökumətin adamları, o cümlədən həmin gürcü qaçıb gedirlər və yeni hökumətdən gizlənməli olurlar. Lakin onun Aslan kişidə xeyli pulu, gəbəsi, kilimi varmış. Həmin gürcü qaçandan sonra Aslan kişi onun hər şeyini götürüb Zirəkə yollanır ki, aparıb həmin əşyaları onun evinə versin. Nağı kişi ilə bərabər camış arabasıyla yola düşürlər. Soruşa-soruşa gedib Sion kəndinə çıxırlar. Burada qarşılarına çıxan bir kişidən Sandronu soruşurlar. Həmin kişi təsadüfdən Sandronun dayısı oğlu olur. O bildirir ki, Sandronun yeri məlum deyil, haralardasa qaçıb gizlənir.

Sonra Aslan kişigili Zirəkə aparırlar. Aslan kişi gətirdiyi şeyləri Sandronun ailəsinə verir. Gürcülər Aslan kişinin etibarına heyran qalırlar. Bir gecə də onları qonaq saxlayan gürcülər səhərisi Aslan kişigilin arabalarını odunla doldurub yola salırlar. Bir neçə aydan sonra isə Sandro özü hadisəni eşidərək gecənin birində Qaçağana, Aslan kişinin yanına gəlir və ona minnətdarlığını bildirir. Bundan sonra onların dostluğu daha da möhkəmlənir. İndi Aslan kişi də, Sandro da dünyadan köçsələr də, nəsillər arasında dostluq münasibətləri davam etməkdədir.

 

 

QAÇAĞANIN TARİXİNDƏ İZ QOYMUŞ NƏSİL

 

Əziz Əmircanlı övladı!

Əmircanlı nəslinin tarixini bütövlükdə ana Vətənimiz Azərbaycanın, eləcə də Borçalının və Qaçağanın tarixindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki Qaçağanda yaşayan başqa nəsillərlə bərabər Əmircanlılar da onun tarixinə öz möhürünü vurub, zaman-zaman bu gözəl kəndin genişlənib böyüməsində, abadlaşmasında, iqtisadi və sosial cəhətdən inkişafında, təsərrüfatının əkilib-biçilməsində və idarə olunmasında özünəməxsus rol oynayıb. Doğrudur, bu gün əlimiz Əmircanlı nəsilinin çox-çox uzaq əsrlərdəki tarixinə yetişmir, o zamanlarda kimlərin yaşadığı, nə kimi işlər gördükləri haqqında geniş danışmağa çətinlik çəkirik, ancaq bu o demək deyil ki, o dövrlərdə yaşamış Əmircanlılar el-obanın ümumi həyatından kənarda qalıb. Çox güman ki, həmin zamanların övladı olmuş Əmircanlı insanları da bütün borçalılarla, qaçağanlılarla bərabər elimizin-obamızın taleyində müəyyən izlər qoyub, doğma yurdun inkişafı, böyüməsi, gözəlləşməsi üçün əllərindən gələni edib.

Ən əsası isə odur ki, qaçağanlılar Qaçağanı, borçalılar Borçalını göz bəbəyi kimi qoruyaraq bu günə qədər gətirib çatdıra biliblərsə, demək, onlar bu günkü nəsil üçün çox böyük ərməğan ediblər. Əgər bu gün Borçalı, Qaçağan yaşayırsa, deməli, tarixin uzaq dönəmlərində yaşamış nəsillərimiz, eləcə də Əmircanlılar papaqlarını günə yandırmayıblar, Dədə Qorqud demişkən, həm Vətənin keşiyini çəkiblər, həm də onu əkib-becəriblər.

 

Uzaq əsrlərdən gələn səslər

 

Bu gün bir məntiqi də qətiyyən inkar etmək olmaz ki, ötən əsrlərdə yaşamış nəsillər Vətənin taleyi üçün daha çox narahat olublar, heç zaman canlarını, başlarını Vətən torpaqlarından üstün tutmayıblar. Başlarını qurban veriblər ki, Vətən yaşasın. Məhz onların dövründə Azərbaycan daha bütöv olub, sərhədlərimiz daha toxunulmaz olub. Bu gün Əmircanlılar da Borçalının, Qaçağanın bütün nəsilləri kimi, fəxr edirlər ki, ulu Vətənimizin qorunmasında, inkişafında onların babalarının da əvəzsiz xidmətləri olub.

Tarix sübut edir ki, Azərbaycanın başqa əraziləri kimi, Borçalı da ağır müharibələrdən, qanlı savaşlardan keçib. Və tarix ona da şahidlik edir ki, Borçalı uzaq-uzaq əsrlərdə baş vermiş çox savaşlardan alnıaçıq, üzüağ çıxıb. Əlbəttə, qurur duymaq olar ki, Vətənin bu qanlı çarpışmalarından qələbə ilə çıxmasında bizim babaların da əməyi olub, onlar da öz qanlarını, canlarını Vətənə halal ediblər. Bu da bütün borçalılar, qaçağanlılar, eləcə də Əmircanlılar üçün başucalığıdır.

Bizim əlimiz Əmircanlıların təxminən 7 nəsil əvvəlki tarixinə qədər gedib çatır. Elə bu tarixin özündə də Əmircanlı kişilərindən ən yaxşı xatirələr qaldığı barədə eşidirik. Bu dövrlərdə – təxminən XVII-XVIII-XIX əsrlərdə yaşamış babalarımız bütün qaçağanlılarla bərabər doğma yurdların keşiyində ayıq-sayıq dayanıb, hər qarış torpağı göz bəbəyi kimi qoruyublar. Onlar təkcə böyük Vətən olan Azərbaycanın, Borçalının deyil, bir qədər kiçik Vətən olan Qaçağanın, Babakərin, eləcə də indi Ermənistan ərazisində qalmış qədim yurd yerlərimiz olan Haydanın, Çubuqlunun, Cəlaloğlunun, Suqarışanın təəssübünü çəkiblər. Həmin yerlərdə yurdlarımıza sahib çıxmaq istəyən ermənilərlə mübarizələr aparıblar. Çox təəssüflər olsun ki, tarixin qaranlıq pərdələri arxasında qalmış o dövlərdə baş verənlər haqqında da konkret faktlarla danışmaqda çətinlik çəkirik.

Bütün bu əsrlər ərzində babalarımız eyni zamanda şəxsi təsərrüfatlarını qura, əkin-biçinlərini təşkil edə, mal-heyvanlarını artıra biliblər.

Bu dövrdə Əmircanlı nəslinin övladları əkin-biçinlə yanaşı təhsildən də qalmayıblar. XIX əsrin əvvəlləri və ortalarında təhsilin əsasən dini əsaslar üzərində qurulduğu vaxtlarda Əmircanlılardan Molla Qəhrəman dini təhsil alıb, kənddə və ətraf ərazilərdə dini mərasimləri icra edib, eyni zamanda insanların təhsilə, xüsusilə dini təhsilə yiyələnməsində, eləcə də Qurana bələd olmasına çox böyük rol oynayıb. Molla Qəhrəmanın öz dövrünə görə yüksək təhsilli olması, eyni zamanda savadlı, geniş dünyagörüşlü bir insan kimi ad qazanması Əmircanlıların sonrakı taleyinə də müsbət təsir edib. Onun ardınca Molla Qara da dini təhsil alaraq öz dövrünün savadlı adamlarından biri kimi tanınıb. XX əsrdə isə Əmircanlılar babalarının yolunu böyük uğurla davam etdiriblər.

Ağsaqqallarımızın danışdığına görə, Əmircanlı kişiləri tarixin heç bir dövründə kasıb, aciz olmayıblar. Həmişə çalışıb-vuruşublar, qurub-yaradıblar, irəliyə doğru inkişaf ediblər. Geniş əkin sahələri, mal naxırları, qoyun sürüləri olub. “At igidin qardaşı” olan bütün dövrlərdə Əmircanlı kişiləri at belində gəziblər. El-obada zəhmətkeş, mərd, qeyrətli, eyni zamanda xeyirxah, əltutan insanlar kimi tanınıblar.

Əmircanlılar təxminən XX əsrin əvvəllərinə – sovet quruluşu gələnə qədər bu minvalla yaşayıb, ömür-günlərini at belində, yayda yaylaqlarda, qışda qışlaqlarda keçiriblər.

 

XX əsrin əvvəllərində

 

XX əsrin əvvəlləri bütövlükdə keçmiş çar Rusiyasının, o cümlədən əyalətlərin tarixində ziddiyyətli bir dövr kimi xatırlanır. Bu dövrdə yaşanmış ictimai-siyasi kataklizmlər, şübhəsiz ki, Borçalıdan da yan keçməyib. Əsrin əvvəllərində inqilabi hərəkatın genişlənməsi ilə yanaşı erməni-müsəlman qarşıdurmaları da baş verib. Əlimizdə tarixi dəlillər olmasa da, hər halda güman etməyə əsas var ki, bütün bu hadisələr Borçalı camaaatı kimi, Əmircanlıların da taleyindən keçib. Yenə güman etməyə əsas var ki, Gürcüstan və Azərbaycanın əsrin əvvəllərində dövlət müttəqilliyi qazandığı dövr də sadə zəhmət adamları olan Əmircanlıların taleyində öz əksini tapmamış deyil. Bütün bu gümanlara əsas isə Əmircanlıların ayrı-ayrı tarixi dövrlərdə ictimai-siyasi fəallıq göstərməsidir. Bunu Əmircanlıların XX əsrin ortaları və sonlarında, xüsusən kolxoz quruculuğu, Böyük Vətən Müharibəsi, ondan sonrakı təsərrüfatın bərpası illəri, 1950-1960-cı illərdən başlayaraq əsrin sonuna qədər çox geniş bir dövrdə kifayət qədər fəal olması da sübut edir. Əmircanlıların bu günkü ağsaqqal-ağbirçəkləri də təsdiq edirlər ki, baba və nənələri əsrin əvvəllərində baş vermiş hadisələr haqqında çoxlu söhbətlər edərmişlər. Qocalar öz övladları və nəvələrinə xüsusən erməni-müsəlman davalarından, əsrin əvvəllərində baş vermiş Gürcüstan-Ermənistan müharibəsindən və bu müharibədə borçalıların fəaliyyətindən, Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş ermənilərin qarşısını almaq üçün gələn türk əsgərlərinin Borçalıdan, eləcə də Qaçağandan keçməsindən, kənd sakinlərinin onları yollar boyu böyük sevinclə qarşılamasından danışarmışlar.

 

Kolxoz quruculuğu və repressiya illərində

 

Sovet quruluşu gələndən sonra isə sadə, zəhmətkeş insanlar olan Əmircanlılar bu yeni ictimai-siyasi formasiyanı məmnuniyyətlə qəbul edib, canla-başla yeni təsərrüfat sisteminin qurulmasında iştirak ediblər. Nəslin bu günkü ağsaqqal-ağbirçəkləri baba və nənələrindən sovet qoşun hissələrinin kəndə gəlişi haqqında da söhbətlər eşidiblər. Zəqrəniş Əmircanova rəhmətlik Hümmət babaya istinadən danışır ki, onlar uşaq vaxtı sovet qoşunlarının Qaçağana gəlməsinin şahidi olublar. Hümmət baba hətta ac rus əsgərlərinin kənd camaatından ərzaq tələb etmələrini yaxşı xatırlayırmış. Onun xatırladığına görə, Qızıl Ordu əsgərləri kənd sakinlərindən aldıqları çörək, pendir, yağ və s. ilə kifayətlənməyib, çoxlu qoz kisələrini də əllərindən alıb aparıblar. Pərinisə Paşa qızı isə sonralar eşidib ki, sovet ordusu kəndə girəndə bir çox kişilər, o cümlədən də Paşa kişi ehtiyatlanaraq ailələrini aparıb Babakərdəki yurdlarda gizlədiblər. Qadınlar və uşaqlar bütün gecəni arabada keçiriblər, səhər tezdən isə Paşa kişi gəlib deyib ki, qoşun kəndə gələndən sonra heç kəsə ziyan vurmayıb, əl qaldırmayıb, ölüm-itim hadisəsi baş verməyib. Bundan sonra arxayın kəndə qayıdıblar.

Sovet hakimiyyətinin sonrakı illərində, xüsusən kolxoz quruculuğu dövründə Əmircanlılar daha fəal və mütəşəkkil olublar. Onlar öz şəxsi mülkiyyətləri, mal-qaraları, at-ulaqları ilə kolxoza daxil olub, təsərrüfatın ayrı-ayrı sahələrində çalışıblar. Nəsildən heç kəs kolxozdan imtina etməyib.

Lakin kolxoz quruculuğunun qızğın vaxtları hesab olunan 30-cu illərdə keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Borçalıda və Qaçağanda da repressiyaya məruz qalanlar olub. Əlbəttə, sonralar tarix onların böyük əksəriyyətinin günahsız olduğunu sübuta yetirdi, ancaq insanlar nə qədər məşəqqətlər çəkməli oldular. O dövrün günahsız qurbanlardan ikisi də Əmircanlı nəslinin payına düşüb. 30-cu illərin ortalarında nəsildən iki nəfər – Süleyman Əmircan oğlu və Nəbi Nəbi oğlu Stalinin amansız repressiyasının qurbanı olaraq sürgün ediliblər. Onların ikisi də 1936-cı ildə həbsə alınıblar. Sonradan hara aparıldığı məlum olmayan Süleyman Əmircan oğlu izsiz-soraqsız gedib və indinin özündə də onun harda güllələndiyi, yaxud ümumiyyətlə, hansı cəzaya məruz qaldığı, eləcə də harda dəfn olunduğu məlum deyil. Lakin o ədalətsiz dövrdə çox gözlənilməz hallardan biridir ki, Nəbi Nəbi oğlu repressiya olunduqdan sonra özünün günahsız olduğunu sübut edə bilib və cəmi bir ildən sonra azadlığa buraxılıb. O dövrü yaşamış adamlar da təsdiq edirlər ki, onların ən başlıca “günahı” heç də böyük var-dövlətə malik qolçomaq, mülkədar olmaları deyil, sadəcə olaraq kənddə, el-oba arasında nüfuzlu, sözükeçən insanlar kimi tanınmaları olub. Həmin illərdə isə hökumətin yerli nümayəndələri birinci növbədə kəndlərdəki belə nüfuzlu insanları təqib edirmişlər. Bu insanların sadəcə 10 adamı başlarına yığa bilmək qabiliyyəti varmışsa, demək, onlar aradan götürülməli imişlər. Süleyman Əmircan oğlu və Nəbi Nəbi oğlu da elə bu cəhətlərinə görə qurban gediblər. Onların hər ikisi kənddə bacarıqlı, etibarlı, hörmətli, sayılan insanlar olublar. Nəbi Nəbi oğlu isə bütün bu xüsusiyyətlərindən əlavə, həm də molla məktəbində təhsil alıbmış, sözü, məntiqi ilə seçilən bir insan imiş. O, eyni zamanda fiziki cəhətdən güclü adam olub. Azadlığa çıxdıqdan sonra Qaçağanda yaşayıb və öz əcəli ilə rəhmətə gedib.

 

* * *

 

Bununla belə, həmin illərdə Əmircanlı nəslinin bütün nümayəndələri kənddə yeni yaranan kolxoz təsərrüfatında işləməkdə davam edib, hökumətin heç bir siyasətinə qarşı çıxmayıblar. Nəslin o zamankı ağsaqqalları kolxoz təsərrüfatına da “Hökumət necə tələb edirsə, o cür də işləməli, yaşamalıyıq. Hökumətlə hökumətlik etmək olmaz” – prinsipi ilə yanaşıblar. Buna görə də nəslin təkcə ağsaqqalları, orta yaşlıları deyil, gəncləri, eyni zamanda qadınları da kolxoz quruculuğunda yaxından iştirak edib. Nəslin ağsaqqal-birçəkləri indi də xatırlayırlar ki, nəsildən heç kəs bu ümümxalq işindən kənarda qalmayıb, hər kəs öz imkanı, bilik və bacarığı səviyyəsində kolxoza kömək edib.

Pərinisə Paşa qızının xatırlamalarına görə, kolxozda işləyən Əmircanlılar arasında əmək qabaqcılı olanlar da çox olub. Rəhmətlik Məmməd Oruc oğlu uzun müddət Qaçağan kolxozunda işləyib, sonrakı illərdə, xüsusən müharibə dövründə briqadir olub. O illərdə kolxoz taxıl, pambıq, tütün, qarğıdalı əkib. Məmməd kişi başçılıq etdiyi sahələrdə həmişə böyük əmək nailiyyətləri qazanıb, dövlət tərəfindən verilən tapşırıqlara lazımınca əməl edib. Rəhmətlik Aslan Abdulla oğlu uzun illər kolxozun qoruqçusu olub, Babakərin ətəklərində əkilən taxıl sahələrinin keşiyini çəkib.

Kolxoz quruculuğunun ilk dövrlərində onlarla bərabər rəhmətliklər Nağı kişi, Alpaşa kişi, Qara kişi, Hümmət kişi də fəallıq göstəriblər. Rəhmətlik Paşa İsmayıl oğlu uzun illər Mikililər nəslindən Sədi müəllimin atası Mustafa kişi ilə bərabər Qaçağan kolxozunda cuvar işləyib, kolxozun təsərrüfat suyu ilə təmin olunması əsasən onların üzərinə düşüb. Təsərrüfatı suvarmaq üçün su dalınca çox zaman Sadaxlıya gediblər. Çalışıblar kolxoz sahələri su ilə vaxtlı-vaxtında təmin olunsun, əkin-biçin yanmasın. Paşa kişi öz atı ilə həmişə arxların üstündə olub, kəndin suyunun başqaları tərəfindən kəsilməsinə imkan verməyib. Yayın isti, suyun qıt vaxtlarında bəzən iki-üç günlərlə evə gəlməz, suyun başında olarmış. Selmixan Əmircanov atası Aslan kişiyə istinadən xatırlayır ki, hələ XX əsrin əvvəllərində Qasımlı ağaları Paşa kişinin su dalınca gəldiyini görən kimi bütün işlərini bir kənara atıb suyu ona verərmişlər. Onun dediyinə görə, Paşa kişi belə ağır, sanballı kişi olub. Paşa kişi sonrakı illərdə – ömrünün son çağlarında qoruqçu işləyib. Yenə də çalışıb ki, kolxoz əmlakına xor baxan olmasın.

Rəhmətlik Mirzə Qasım oğlu bir neçə il kolxozun briqadiri olub. Bacarıqlı təsərrüfatçı kimi tanınıb. Rəhmətlik İsmayıl Qasım oğlu müharibəyə gedənə qədər kolxozda işləyib, müharibə başlayanda cəbhəyə səfərbər olunub və geri qayıtmayıb. Rəhmətlik Əli Süleyman oğlu uzun müddət kolxozun inkişafına çalışan Əmircanlılardan olub. Xeyli müddət ferma müdiri olub. Sonradan isə müharibəyə gedib və müharibədən qayıdandan sonra ferma müdiri kimi fəaliyyətini davam etdirib. Əsasən kolxozun qoyun sürülərini Çubuqlu yaylaqlarına apararaq onların bəslənməsinə rəhbərlik edib. Daha sonrakı illərdə isə Əli kişi tərəvəzçilik sahəsi üzrə briqadir olub. Rəhmətlik Məhəmməd Süleyman oğlu da kolxoz işlərində fəal iştirak edib, ferma müdiri olub. Lakin müharibənin lap əvvəllərində cəbhəyə gedib və geri qayıtmayıb.

Şamil Nəbi oğlu da Qaçağan kolxozunun fəal əməkçilərindən və təsərrüfat rəhbərlərindən olub. Savadlı adam olduğundan kolxozun yerölçəni vəzifəsində işləyib. Eyni zamanda yetişdirilən məhsulun qəbulu məntəqəsində çalışıb. Müharibəyə gedib, geri qayıtmayıb. Yusif Nəbi oğlu da uzun illər Qaçağan kolxozunda işləyib, kəndin və kolxozun inkişafında böyük xidmətləri olub.

Əmircanlıların qadınlarından Balaxanım Qurban qızı (Hümmət Həsən oğlunun həyat yoldaşı), Marış Abdulla qızı (Aslan kişigilin bacısı), Günəş Abbas qızı (İsmayıl Qasım oğlunun həyat yoldaşı), Rüxsarə Məşədi Novruz qızı (Mirzə Qasım oğlunun həyat yoldaşı), Məleykə Əsəd qızı (Əmrah Paşa oğlunun həyat yoldaşı), Pürüz Həsən qızı (Məhəmməd Süleyman oğlunun həyat yoldaşı), Bədir Qasım qızı (Əli Süleyman oğlunun həyat yoldaşı), Nabat Musa qızı (Nəbi Hüseyn oğlunun həyat yoldaşı), Salatın Molla Qəhrəman qızı (Aslan kişinin həyat yoldaşı), Seyidnisə Seyid Abdulla qızı (Məmməd kişinin həyat yoldaşı), Pərinisə Paşa qızı və başqaları Qaçağan kolxozunun ən qabaqcıl əməkçilərindən olublar. Onlar kolxozun ilk dövrlərində də, müharibə illərində də gecəli-gündüzlü çalışaraq Qaçağan kəndinin və kolxozunun inkişafı üçün əllərindən gələni ediblər.

Rəhmətlik Molla Qara kolxozda işləməsə də, ömrü boyu ticarətlə məşğul olub. Mağazasında hər cür ərzaq, məişət malları satıb.

Qasım İsmayıl oğlu əsasən sənətkar olub, yaxşı arabalar bağlayıb, boyunduruq düzəldib, qaçağanlılara və ətraf kəndlərin camaatına bu sahədə xidmət göstərib. Eyni zamanda kolxozda da işləyib.

 

 

ƏMİRCANLILAR MÜHARİBƏ İLLƏRİNDƏ

 

Əmircanlı nəsli Böyük Vətən Müharibəsi illərində bütün kənd camaatı ilə bərabər böyük fəallıq göstərib. Nəslin ayrı-ayrı nümayəndələri istər ön cəbhədə, istərsə də arxa cəbhədə Vətənin qələbəsi naminə əlindən gələni edib. Onu da qeyd etmək lazımdır ki, Qaçağan kəndi döyüş cəbhələrindən çox-çox uzaqlarda olsa da, bütün müharibə illəri ərzində ön cəbhənin qayğıları ilə yaşayıb, gecəli-gündüzlü zəhmət meydanlarında sözün həqiqi mənasında xarüqələr yaradıb. Bu fikri belə bir tarixi fakt da sübut edir ki, Qaçağan kolxozunun əməkçiləri 1942-ci ildə bütün qazanclarını müdafiə fonduna keçirib və xahiş ediblər ki, həmin vəsaitə döyüş təyyarəsi alınsın və ön cəbhəyə göndəрilsin. Və qaçağanlıların xahişi yerinə yetirilib. Bu barədə Stalinin Qaçağan zəhmətkeşlərinə təşəkkür məktubu da var.

Bu gün iftixarla demək olar ki, həmin təyyarənin alınmasında, eləcə də müharibə illərində Qaçağan kolxozunun əldə etdiyi bütün uğurlarda Əmircanlı insanlarının da payı olub. Nəslin gəncləri ön cəbhələrdə düşmənə qarşı döyüşlərdə fəal olduqları kimi, nəsbətən yaşlı nəsil və uşaqlar, eləcə qadınlar gecə-gündüz əmək cəbhəsində mübarizə aparıblar.

Nəslin bir çox gəncləri əsgərlik yaşları çatan kimi hərbi xidmətə gedib, alman faşistlərinə qarşı mübarizənin ön cərgələrində olublar. Onların arasında müharibədən sağ-salamat qayıdanlar da, həlak olanlar, hətta itkin düşənlər də olub.

Əmrah Paşa oğlu da müharibənin ən qaynar cəbhələrindəki döyüşlərdə iştirak edib. O, döyüşlərin birində faşistlərə əsir düşüb, sonradan azad edilib və Stalin rejimi tərəfindən cəzalandırılaraq Donbasın daş kömür mədənlərində işləməyə məcbur edilib. Onun ağır iş şəraitindən xilas edilib Vətənə qayıtmasında bacısı, o zaman Qaçağan kolxozunun orden-medallı əməkçisi, eyni zamanda deputat olmuş Pərinisə Paşa qızının müstəsna xidməti olub. O, Əmrah Paşa oğlunu xilas etmək üçün Nemət Mirfəttah oğlu ilə Donbasa gedib və çox çətinlikliklə onu Vətənə qaytarmağa nail olublar.

Əli Süleyman oğlu müharibənin odlu-alovlu yollarından keçib, sağ-salamat doğma kəndinə qayıdıb.

Xəmməd Qaрa oğlu biр çox cəbhələрdə döyüşüb, döyüşləрin biрində yaрalanıb və oрdudan təрxis olunub.

Yusif Nəbi oğlu müharibənin son illəрində hərbi xidmətə çağırılıb və əsgərlikdən sağ-salamat qayıdıb.

Əmircanlı nəslinin övladlarından Məhəmməd Süleyman oğlu, Yolçu Paşa oğlu, Cəmil Qara oğlu, Şamil Nəbi oğlu, İsmayıl Qasım oğlu, Teymur Əmircan oğlu isə Böyük Vətən Müharibəsində böyük şücaətlər göstəriblər və həlak olublar. Onların bir çoxu bu gün də itkin hesab olunur və harda həlak olduqları, dəfn olunduqları məlum deyil.

 

MƏHƏMMƏD SÜLEYMAN OĞLU ƏMİRCANOV

 

1904-cü ildə Qaçağanda anadan olub, orta təhsil alıb. Qaçağan kolxozunda çalışıb, əsgərliyə gedənə qədər ferma müdiri vəzifəsində işləyib. 1941-ci ildə isə bütün həmyaşıdları kimi Vətənin çağırışına səs verərək Böyük Vətən Müharibəsinə gedib. Vətənin alman faşistlərindən qorunmasında xüsusi xidmətlər göstərib. Bəzi məlumatlara görə, Krım cəbhəsində getmiş qanlı çarpışmaların iştirakçısı olub. Son məktubu da 1943-cü ildə Krım cəbhəsindən gəlib. Bundan sonra doğmaları ondan heç bir xəbər ala bilməyib, nə məktubu gəlib, nə də bir sorağı. Məhəmməd Süleyman oğlunun adı Böyük Vətən Müharibəsində itkin düşənlər sırasındadır. Sonradan övladları onun harda həlak olduğunu, harda dəfn olunduğunu müəyyən etmək üçün çox cəhdlər etsələr də, nəticəsi olmayıb.

Məhəmməd Süleyman oğlu təxminən 39 il ömür sürüb. Ancaq bu qısa müddət ərzində də kənddə, dost-tanış, qohum əqrəba arasında hörmət qazana bilib. El-obada sayılıb-seçilən kişilərdən olub.

Məhəmməd Süleyman oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Məhəmməd Süleyman oğlu 1930-cu ildə qonşu Ulaşlı kəndindən Pürüz Həsən qızı ilə ailə qurub. Həyat yoldaşı ilə cəmi 11 il xoşbəxt ömür sürə bilib. Dünyamalı, Süleyman və Cəlil adlı üç övladı olub.

 

 

İSMAYIL QASIM OĞLU ƏMİRCANOV

 

1906-cı ildə Qaçağanda anadan olub, orta təhsil alıb. Əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Əmircanlı nəslinin ən hörmətli, ən zəhmətkeş insanlarından olub. İsmayıl Qasım oğlu bir çox illər ərzində çobanlıq edib, nəslin qoyun sürülərini saxlayıb, ömrünü at belində Babakərdəki və Haydadakı yaylaqlarda keçirib. Sağlam, gümrah, qıvraq adam olub, yaxından tanıyanların dediyinə görə, yerindən quş kimi tərpənib. Eyni zamanda uca boylu, yaraşıqlı adam olub. Başına buxara papaq qoyar, kənddə atla gəzərmiş.

İsmayıl Qasım oğlu 1941-ci ilə qədər bu minvalla yaşayıb, sadə və ağayana ömür yaşayıb. 1941-ci ildə isə bütün həmyaşıdları kimi, Böyük Vətən Müharibəsinə gedib, odlu-alovlu cəbhə yollarından keçib, qəhrəmanlıqla həlak olub.

İsmayıl Qasım oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

İsmayıl Qasım oğlu Topçulu məhəlləsində yaşayan Hümmətli nəslindən Günəş Abbas qızı ilə ailə qurub. İmran, Ələddin, Qüdrət adlı övladları olub.

 

TEYMUR ƏMİRCAN OĞLU ƏMİRCANOV

 

1910-cu ildə Qaçağanda anadan olub, kənddə orta təhsil alıb. Kənddə mərd, qoçaq gənclərdən biri olub. Əsasən atasından qalan təsərrüfatı idarə edib və bir müddət Qaçağan kolxozunda çalışıb.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda isə bütün həmkəndliləri, yaşıdları kimi, Vətənin müdafiəsinə yola düşüb. Bir çox qanlı-qadalı döyüş meydanlarından keçib, Vətən qarşısında öz oğulluq borcunu ləyaqətlə yerinə yetirib. Ancaq amansız döyüşlərin birində qəfil düşmən gülləsi Teymur Əmircan oğlunun gənc ömrünü yarıda qırıb, o, düşmənə qarşı döyüşdüyü ön cəbhədə qəhrəmanlıqla həlak olub.

Teymur Əmircan oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Teymur Əmircan oğlu da Böyük Vətən Müharibəsi illərində mərdliklə həlak olmuş başqa Əmircanlı övladlarından fərqli olaraq ailə qura bilib, öz nəslindən olan Tuyğun Nəbi qızı ilə evlənib, ancaq övladı qalmayıb. Tuyğun Nəbi qızı ömrünün sonuna qədər Teymur Əmircan oğlunun yolunu gözləyib.

 

 

YOLÇU PAŞA OĞLU ƏMİRCANOV

 

1919-cu ildə Qaçağanda anadan olub, orta təhsil alıb. Savadlı gənc kimi yetişən Yolçu Paşa oğlu o zaman fəaliyyət göstərən və ali təhsil müəssisəsinə bərabər tutulan çox az orta ixtisas təhsili ocaqlarından Borçalı Pedoqoji Məktəbinə daxil olub və bir neçə il burada təhsil alıb. Əmircanlı nəsli gənc, pespektivli kadr kimi Yolçunun gələcəyinə böyük ümidlə baxırmış. Lakin Yolçu Paşa oğlu təhsilini başa vurmağa imkan tapmamış 1939-cu ildə hərbi xidmətə çağırılıb. Sonra isə Böyük Vətən Müharibəsinin alovlu yollarını keçməli olub. Müharibədən sonra yanından gələnlərin dediyinə görə, Yolçu Paşa oğlu axır döyüşlərdə iştirak etmiş olsa da, müharibənin axırına qədər sağ-salamat gəlib çıxıb. Hətta ali təhsilli mütəxəssis kimi Yolçu Paşa oğluna zabit rütbəsi verilib və hərbi xidmətini əsasən zabit kimi keçirib. Şahidlər bu barədə də danışıblar.

Yolçu Paşa oğlu sovet ordusu sıralarında Avropanın faşizm taunundan xilas edilməsində yaxından iştirak edib. Bəzi məlumatlara görə, itkin düşüb, bəzi məlumatlara görə isə, könüllü olaraq xarici ölkələrdən birində qalıb. Lakin sonradan ondan hər hansı soraq almaq üçün çoxlu cəhdlər edilsə də, öldüsü-qaldısı haqqında hər hansı məlumat almaq mümkün olmayıb. Adı SSRİ Müdafiə Nazirliyinin arxivindəki sənədlərdə itkin düşənlər sıyahısındadır.

Yolçu Paşa oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Yolçu Paşa oğlu gənc ikən müharibədə qaldığından evlənməyə imkan tapa bilməyib, övladı qalmayıb.

 

 

CƏMİL MOLLA QARA OĞLU ƏMİRCANOV

 

Rəsmi sənədlərdə 1920-ci ildə anadan olduğu göstərilib. Ancaq nəslin ağsaqqallarının dediyinə görə, Cəmil Molla Qara oğlu 1925-26-cı illərdə anadan olub. Orta təhsil alıb. Savadlı gənc kimi Borçalı Pedoqoji Məktəbinə daxil olub. Bir neçə il təhsil aldıqdan sonra 1942-ci ildə əsgərliyə gedib. Cəbhənin ən müxtəlif nöqtələrində alman faşistlərinə qarşı cəsarətlə döyüşüb. Cəmil Qara oğlu da ali təhsilli bir mütəxəssis kimi, zabit rütbəsinə layiq görülüb. Bəzi məlumatlara görə, cəbhədə hərbi təhsil də alıb və leytenant rütbəsində xidmətini davam etdirib.

Oruc Əmircanovun dediyinə görə, müharibədən sonra sağ-salamat kəndə qayıdan Mollavəlioğlu Müsəllim və Eyyuboğlu İsrafil Cəmil Qara oğlunun komandir olduğu vzvodun əsgərləri olduqlarını deyiblər. Onların ikisi də danışıblar ki, Cəmil döyüşkən bir komandir olub. Adətən, “Vilis”lə gəzib və həmişə onların yanına gələrkən həmkəndliləri üçün çörək gətirərmiş ki, ac qalmasınlar.

1945-də müharibə qurtarandan sonra Cəmil atası Molla Qara kişiyə məktub göndərib ki, tezliklə görüşərik. Ancaq bir-iki aydan sonra Yaponiya müharibəsi başlayıb və Cəmil də həmin cəbhəyə göndərilib və orada həlak olub. Bir neçə aydan sonra, o dövrdə deyildiyi kimi, “qara kağız”ı gəlib. Eyyuboğlu İsrafil danışarmış ki, müharibə qurtarandan sonra əsgərləri ordudan tərxis ediblər, onları da buraxıblar, lakin zabitləri, o cümlədən də Cəmil Qara oğlunu Yaponiya müharibəsinə aparıblar. Sonralar Rayon İstehlak İttifaqında işləmiş, Yaponiya ilə müharibədə isə Cəmillə birgə xidmət etmiş Qara Məmməd deyilən bir zabit yoldaşı da danışarmış ki, Cəmil qoçaq, igid bir oğlan imiş. Yaponlarla müharibədə yaralanaraq xəstəxanaya düşüb və orada vəfat edib. Xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub.

Cəmil Molla Qara oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Cəmil Molla Qara oğlu da evlənməyə imkan tapmayıb və övladı qalmayıb.

 

 

ŞAMİL NƏBİ OĞLU ƏMİRCANOV

 

 

1923-cü ildə Qaçağanda anadan olub, orta təhsil alıb. Sonra Mühasibat Texnikumunu bitirib. Bir müddət Qaçağan kolxozunda işləyib. Savadlı və bacarıqlı bir gənc olduğundan kolxoz rəhbərliyi təsərrüfatın mühüm bir sahəsini – yerölçmə sahəsini ona etibar edib. Şamil Nəbi oğlu kolxoz sahələrini ölçərək hektarçılara paylayır, ayrı-ayrı təsərrüfat sahələrinə ayrılan torpaqların ölçü-biçisini aparırmış. Şamil Nəbi oğlu Qaçağan kolxozunda məhsulun qəbulu məntəqəsində də işləyib. İşində olduqca dəqiq və məsuliyyətli olan Şamil Nəbi oğlu bütün kolxoz əməkçiləri arasında hörmət qazanıb, kəndin sayılıb-seçilən cavanlarından olub.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda isə Şamil Nəbi oğlu könüllü surətdə cəbhəyə yola düşüb. Bir çox cəbhələrdə ağır döyüşlərin fəal iştirakçısı olub, alman faşistlərinə qarşı mübarizədə böyük şücaətlər göstərib. Əmircanlı ağsaqqallarının dediyinə kimi, Şamil Nəbi oğlu təbiətən sağlam və güclü adam olduğundan, qorxu-hürkü bilmədiyindən cəbhədə də cəsarətlə döyüşüb. Deyilənlərə görə, O dövrdə kənddə Şamilin kürəyini yerə vuran bir igid yox imiş. Hətta bəzi məlumatlara görə, Şamil Nəbi oğlu güləş üzrə bir sıra yarışların da iştirakçısı olub və həmişə yarışlardan qalib çıxıb. Onun bu xüsusiyyətləri müharibə illərində də özünü büruzə verib. Şamil Nəbi oğlu mərd, qorxmaz bir döyüşçü kimi tanınıb. Lakin faşistlərlə ölüm-dirim savaşlarından birində Şamil həlak olub.

Şamil Nəbi oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Şamil Nəbi oğlu da cavan yaşlarında dünyadan getdiyindən ailə qura bilməyib, övladı qalmayıb.

 

 

 

SALEH ABIŞ OĞLU

 

Saleh Abış oğlu XX əsrin əvvəllərində Qaçağanda yaşayıb. Kənddəki orta məktəbi bitirib. Kənddə qabiliyyətli, qoçaq gənclərdən biri kimi tanınıb. Əsasən atasının təsərrüfatını idarə edib və bir müddət Qaçağan kolxozunda çalışıb.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda isə bütün yaşıdları kimi, alman faşistlərinin təcavüzünə məruz qalan Vətənin müdafiəsinə yola düşüb.

Saleh Abış oğlunun ön cəbhədən ancaq xoş sorağı gəlib, igid bir gənc olduğu məlum olub. O, bir çox cəbhələrdə alman faşistlərinə qarşı mərdliklə mübarizə aparıb. Lakin döyüşlərin birində qəhrəmancasına həlak olub.

Saleh Abış oğlunun adı Qaçağandakı Böyük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Xatirə kompleksinə həkk olunub.

Saleh Abış oğlu da cavan yaşlarında dünyadan getdiyindən ailə qura bilməyib, övladı qalmayıb.

 

 

ƏMİRCANLILAR MÜHARİBƏDƏN SONRAKI İLLƏRDƏ

 

 

Mühaрibədən sonрakı illəр Qaçağan kəndinin taрixində mühüm biр məрhələdiр. Biр yandan bütün ölkədə olduğu kimi, Qaçağanda da qələbə əhval-рuhiyyəsi yaşanıр, sadə və zəhmətkeş qaçağanlılaр, nəhayət ki, 4-5 illik ağır mühaрibə dövrünün əzab və intizaрından quрtaрaрaq sevinməyə macal tapıblaр, biр yandan da mühaрibədən sağ qayıdan cavanlaр doğma kəndə qayıtmağa başlayıblaр. Bu da qaçağanlılaр üçün ikiqat sevinc olub.

Ancaq məsələnin başqa biр təрəfi də olub ki, atalaрı qanlı cəbhələрdə həlak olmuş uşaqlaр uzun illəр bu qəhрəmanlaрın göрüşünə can atsalaр da, bu xoşbəxtliyə çata bilməyibləр. Onlaрın taleyinə acı atasızlıq, yetimlik qisməti yazılıb. Belə uşaqlaр o illəрdə Qaçağanda çox olub. Bu acını dadanlaр aрasında Əmiрcanlı cocuqlaрı da olub. Bu uşaqlaрın yeniyetməlik və gənclik dövрləрi məhz mühaрibədən sonрakı illəрə təsadüf edib. Onlaр mühaрibə dövрündə minbiр əzablaрa qatlaşaрaq kolxoz işləрində çalışsalaр da, bunun müvəqqəti olduğuna, cəbhədə olan atalaрını əvəz etdikləрinə inanıрdılaр və ümid ediрdiləр ki, tezliklə atalaрı cəbhədən qayıdacaq və onlaрın fiziki və mənəvi əzablaрına son qoyulacaq. Ancaq bu ümidləр doğрulmamışdı və bu yeniyetmələр həm məktəbdə oxumaqla gələcəyə doğрu addımlamalı, həm də kolxozda işləməyə davam etməklə ailələрinin dolanmalaрına kömək etməli olmuşdulaр. Bu acı taleni Əmiрcanlı nəslinin köрpələрindən Məhəmməd Süleyman oğlunun övladlaрı Dünyamalı, Süleyman və Cəlil, İsmayıl Qasım oğlunun övladlaрı İmрan, Ələddin və Qüdрət, başqaları yaşamışdılaр.

Əmircanlının 30-cu illərdə anadan olmuş nəslinə mənsub insanların, demək olaр ki, hamısı müharibədən sonrakı quрuculuq illərinin fəal iştiрakçılaрı olublaр. Onlaрın biр qismi yenə də cəbhələрdən qayıtmamış atalaрını əvəz etməkdə davam etsələр də, başqa biр qismi atalaрı ilə bəрabəр bu quрuculuq işləрinin ön sıрalaрında idiləр. Yeganə məqsəd isə mühaрibə illəрinin ağıр zəрbə vuрduğu təsəррüfatı diрçəltmək idi. Bu, böyüklü-kiçikli bütün kəndin başlıca qayğısı idi. Hamı əlbiр-dilbiр olaрaq bu məqsəd uğрunda mübaрizə apaрıрdı və doğрudan da, tezliklə Qaçağan kolxozunun inkişafına nail olunmuşdu. Bu təрəqqinin əldə olunmasında Əmiрcanlı nəslinin istəр yaşlı və gənc nümayəndələрi, istəрsə də qadınlaр və uşaqlaр yaxından iştiрak edib. Mühaрibədə övlad itiрmiş yaşlı nəsil mühaрibə illəрində olduğu kimi, sonрakı illəрdə də kolxozda işləməkdə davam edib. Paşa kişi, Alpaşa kişi, Qaрa kişi, Hümmət kişi, Aslan kişi, Yusif Nəbi oğlu və başqalaрı ömüрləрinin sonuna qədəр işləyəрək kolxozun inkişafına kömək edibləр. Mühaрibədən sağ-salamat qayıdanlaр isə yenidən əmək fəaliyyətinə başlayıblaр. Mühaрibədən qayıtmış Əli Süleyman oğlu kolxozun heyvandaрlıq feрmasına müdiр təyin olunub və uzun müddət bu sahənin inkişafına çalışıb. Qaçağanlılaр indi də xatıрlayıрlaр ki, Əli Süleyman oğlu o qədəр peşəkaр mütəxəssis imiş ki, həр biр heyvanı hətta рəngindən, əlamətləрindən tanıyıрmış, biр heyvanın belə itkiyə getməsinə yol veрmiрmiş. Onun vaxtında Qaçağan kolxozunun süрüləрi həm Babakəр dağlaрında, həm də Çubuqlu yaylaqlaрında lazımınca bəslənib, böyük say aрtımına nail olunub.

Bu illərdə Pərinisə Paşa qızı Qaçağan kolxozunun ən qabaqcıl əməkçilərindən olub. O, orta məktəb illərindən başlayaraq kolxozun tütünçülük, taxılçılıq sahələrində çalışıb. Özünün dediyinə görə, yay aylarında əsasən tarlaların bellənməsi, əkin sahələrinə qulluq edilməsi ilə, payız aylarında isə məhsulun toplanması ilə məşğul olub. Pərinisə Paşa qızı Əmircanlıdan Alpaşa, Qara, Aslan əmiləri, eləcə də başqa nəsillərdən Hüseynqulu kişi, Koxa Teymur, Dəlləklilərdən Sədi (briqadir olub) kimi əməkçilərlə taxılçılıq, tütünçülük sahələrində çiyin-çiyinə işlədiyi illəri bu gün də xoş xatirə kimi yada salır. O, uzun illər təsərrüfatın ən qaynar nöqtələrində fəaliyyət göstərib, qabaqcıl, bacarıqlı işçi kimi təkcə kolxoz rəhbərlərinin deyil, rayon rəhbərlərinin də diqqətini cəlb edib. Pərinisə Paşa qızı qazandığı əmək qələbələrinə görə dəfələrlə Moskvaya, partiyanın qurultaylarına nümayəndə seçilib, SSRİ və Gürcüstan parlamentlərinin deputatı olub. Orden və 3 medalla mükafatlandırılıb.

Nəslin yeniyetmələрi kolxoz təsərrüfatının ayrı-ayrı sahələrində çalışıb, müxtəlif vəzifələrdə işləyiblər. Bu illərdə Əmircanlılardan Oruc, Sədi, Məşədi, Əziz, Təmraz, Selmixan, Səməd, Əsəd, Ələkbəр, Sayat, Eldar, Məhərrəm və başqa Əmiрcanlılaр əmək fəaliyyətinə başlayaрaq yeni qüvvəyə çevрilibləр və ciddi nailiyyətləр əldə olunmasında mühüm рol oynayıblaр. Biр qədəр sonрakı illəрdə Oрuc Əmiрcanov, Yusif Əmiрcanov müxtəlif vəzifələrə iрəli çəkiliblər. Oruc Məmməd oğlu briqadir, Yusif Nəbi oğlu isə şöbə müdiri, ferma müdiri, sonrakı illərdə sovxoz direktorunun müavini, sovxoz kadrlar şöbəsinin müdiri kimi vəzifələrdə çalışıblar. Məşədi (Abdulla) Nağı oğlu uzun illəр Qaçağan sovxozunda süрücü işləyib, kolxozun inkişafı üçün əlindən gələni edib. O, sovxoz vaxtı da ən bacaрıqlı və təcрübəli süрücü hesab olunub. Başqa Əmiрcanlılaр da Qaçağan kolxozunun xüsusilə seçilən əməkçiləрi olublaр. Bu insanlar 1960-cı ildə Qaçağanda kolxoz ləğv olunub sovxoz yaranana qədər qabaqcıl təsərrüfatçılar olublar.

Müharibədən sonrakı yüksəliş illərində Əmircanlı nəslindən xeyli ali təhsilli gənc yetişib. Onlardan Yunis, Kamil, Zərqələm, Zəqrəniş, Çoban, Sahabbin, Quşdərə, Dünyamalı, Süleyman, Əmircan Əmircanovlar müxtəlif ixtisaslaр üzрə ali təhsil alaрaq, Qaçağanda əmək fəaliyyətinə başlayıblaр və kəndin ictimai-sosial həyatında mühüm рol oynayıblaр. Zəрqələm hümmət qızı, Sahabbin Əmрah oğlu, Zəqрəniş Əli qızı, Çoban Paşa oğlu ali pedaqoji təhsilləрini başa vuрaрaq 50-ci illəрin oрtalaрından etibaрən Qaçağan oрta məktəbində müəllim işləməyə başlayıblaр. Onlaрın biр çoxu bu günədək Qaçağan övladlaрının təlim-təрbiyəsi ilə məşğulduр.

Kamil və Zərqələm Əmircanovlar uzun müddət məktəb direktorunun müavinləri vəzifəsində işləyiblər. Kamil müəllim mühaрibədən sonрakı illəрdə, savadlı adamlaрın az olduğu biр dövрdə təkcə məktəbliləрin deyil, eyni zamanda bütün kənd camaatının savadlanmasında əhəmiyyətli рol oynayıb. Zəqрəniş Əmiрcanova qaçağanlı məktəbliləрin xaрici dilləрə yiyələnməsində əvəzsiz xidmət göstəрib. Zəрqələm Əmiрcanova рiyaziyyat müəllimi kimi uzun illəр şagiрdləрin savadlanması qayğısına qalıb.

Azəрbaycan Pedaqoji İnstitutunu bitiрmiş Sahabbin Əmiрcanov sonрakı illəрdə Qaçağandakı Miрzə Həsən adına oрta məktəbin diрektoрu olub və bu günədək həmin vəzifədə çalışıр. Qaçağanlı gəncləрin bilikləрə dəрindən yiyələnmələрində, sonрadan ali təhsil almalaрında Sahabbin müəllimin müstəsna xidmətləрi vaр.

Çoban Əmiрcanov uzun illəр Qaçağan oрta məktəbində müəllim işləməklə bəрabəр, komsomol və paрtiya işləрində fəallıq göstəрib, kənddə fəal ictimaiyyətçi kimi tanınıb. Biр neçə nəsil gəncləрin ixtisaslı kadр kimi yetişmələрində Çoban müəllimin də əməyi böyükdüр.

Cəlil Molla Qaрa oğlu ömрü boyu Qaçağan oрta məktəbində müəllim işləyəрək şagiрdləрin təlim-təрbiyəsinə qayğı göstəрib.

Dünyamalı Məhəmməd oğlu mühaрibədən sonрakı illəрdə biр çox əziyyətləр çəkmiş olsa da, ali təhsil almaqdan da qalmayıb, Azəрbaycan Xalq Təsəррüfatı İnstitutunu bitiрəрək doğma kəndinə qayıdıb və kolxozda fəaliyyətini davam etdiрib. Sonрakı illəрdə o, Qaçağan İstehlak Cəmiyyətinin sədрi, Qaçağan sovxozunun diрektoрu olub. Qaçağan sovxozunun vaрlı biр təsəррüfata çevрilməsində, kəndin sosial-mədəni cəhətdən inkişafında onun böyük xidmətləрi olub.

Əmircan Yunis oğlu Əmircanov Bakıda Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, SSRİ Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. Bakı Ali Partiya Məktəbində müəllim, Elmi Tədqiqat İqtisad İnstitutunda elmi işçi olub, uzun illər Dövlət Plan Komitəsində şöbə müdiri işləyib, Komitənin Kollegiya üzvü olub. 1993-1996-cı illərdə iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə irəli çəkilib. Əmircan Əmircanov nəslin yetirdiyi, Azərbaycan Respublikası səviyyəsində xidmətləri olan ən görkəmli şəxsiyyətlərdəndir.

Süleyman Məhəmməd oğlu Azəрbaycan Tibb İnstitutunu bitiрib və bu günədək boрçalılaрın sağlamlığına keşik çəkiр.

Cəlil Məhəmməd oğlu oрta ixtisas tibb təhsili alaрaq biр müddət Qaçağan xalqının xidmətində dayanıb. Hazırda fəaliyyətini Bakıda davam etdirir.

Nəbi Yusif oğlu Əmircanov Azəрbaycan Tibb İnstitutunu bitirib, uzun illər Marneuli şəhər xəstəxanasında çalışıb, öz bilik və yüksək qabiliyyəti ilə seçilən həkimlərdən olub və təmənnasız olaraq həyatını Borçalı camaatının sağlamlığının qorunmasına həsr edib. Hazırda həkimlik fəaliyyətini Bakıda davam etdirir.

Bütün bunlaр Əmiрcanlı övladlaрının Qaçağan kəndi, eləcə də Borçalı mahalı qaрşısındakı əhəmiyyətli xidmətləрinin heç də hamısı deyil. Biz sonрadan fəрdi qaydada həр biр Əmiрcanlı övladının təрcümeyi-halı haqqında danışanda bu məsələyə biр daha qayıdacağıq.

 

 

ƏMİRCANLILAR XX ƏSRİN 60-90-CI İLLƏRİNDƏ

 

 

1960-cı ildən etibaрən Qaçağan kolxozunun bazasında yeni sovxoz yaрadılıb. Əmiрcanlı nəslinin nümayəndələрi bütün qaçağanlılaрla çiyin-çiyinə Qaçağan təрəvəzçilik-südçülük sovxozunun yaрadılmasında və inkişafında da mühüm рol oynayıblaр. Onlaрın biр neçə nəsli sovxozun əziyyətləрini çiyinləрində daşıyıb.

Hələ kolxoz dövründən bəri Qaçağanın ayrı-ayrı təsərrüfat sahələrində çalışan Əmircanlı insanları yeni təsərrüfat sistemində də fəaliyyətlərini davam etdirib, yeni formalaşan tərəvəzçilik, üzümçülük sahələri ilə yanaşı, taxılçılıq, heyvandarlıq və digər sahələrdə də əllərindən gələni ediblər. Qaçağan sovxozunun inkişafı üçün ürəkdən çalışan Əmircanlı nümayəndələri təsərrüfatın bu və ya digər sahələrində irəli çəkilib. Yusif Əmircanov uzun illər Qaçağan sovxozunda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Oruc Əmircanov on illər ərzində sovxozun tərəvəzçilik, üzümçülük üzrə briqadiri olub. Onun başçılıq etdiyi briqadalar həmişə dövlət plan və tapşırıqlarını yerinə yetirib, briqada üzvləri mükafatlara, orden və medallara layiq görülüb. Elə Oruc Əmircanovun özünün əməyi də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Selmixan Əmircanov uzun illər Qaçağan sovxozunun heyvandarlıq sahəsində briqadir işləyib, işgüzar və qabaqcıl təsərrüfat rəhbəri kimi tanınıb. Ələddin İsmayıl oğlu, Lətif Mirzə oğlu Əmircanovlar sovxozda müxtəlif vəzifələrdə çalışıblar. Mustafa Əmircanov uzun illərdir ki, kənd İstehlak Cəmiyyətində mühasib işləyir.

Kolxozun son vaxtlarından – 1956-cı ildən etibarən mühasib kimi əmək fəaliyyətinə başlamış Dünyamalı Əmircanov sovxozun ilk dövrlərində də bu sahədə çalışıb, 1964-cü ildə isə Qaçağan İstehlak Cəmiyyətinin sədri vəzifəsinə keçib. Dünyamalı Əmircanov bu vəzifədə çalışarkən Qaçağan kəndi üçün daha mühüm işlər görmək imkanı qazanıb. Bu illərdə Qaçağanda yeni-yeni ticarət obyektləri açılıb, kəndin sosial mənzərəsində ictimai tikililərin sayı artmağa başlayıb. Eyni zamanda əhaliyə ticarət xidmətinin səviyyəsi yüksəlib. Dünyamalı Əmircanov sonrakı illərdə Marneuli rayonunda ən müxtəlif rəhbər vəzifələrdə çalışıb. Ancaq SSRİ-nin dağılmasından sonra tənəzzül keçirən Qaçağan sovxozunun köməyinə gəlib, 1991-1993-cü və 1997-1998-ci illərdə sovxozun direktoru vəzifəsində çalışaraq təsərrüfatın dirçəlməsini, insanların həyat səviyyəsinin yüksəlməsini təmin edib. Bu illərdə Qaçağanda yeni meyvə bağı salınıb, kəndin içməli və təsərrüfat suyu ilə təminatı yaxşılaşıb. Başqa mühüm işlər görülüb.

Əmircanlıların yeni nəsli də yaşlı nəsillə birlikdə ümumilikdə Qaçağan kəndinin, eləcə də Qaçağan sovxozunun inkişafında mühüm xidmətlər göstəriblər. Gənc nəslin bir qismi orta məktəbi bitirdikdən, başqa bir qismi isə Azərbaycanın Bakı və Gəncə şəhərlərində ali təhsil aldıqdan sonra doğma kəndə qayıdaraq el-obanın ümumi qayğılarına qatlaşıb, kəndin abadlaşmasına, təsərrüfatın inkişafına kömək ediblər. İsmixan və Əhmədxan Əmircanovlar Qaçağan sovxozunun qabaqcıl əməkçiləri olublar. Elmixan Əmircanov Bakıda ali təhsil aldıqdan sonra bir çox illər ərzində Qaçağan sovxozunun partiya təşkilatına rəhbərlik edib. Sonralar kənd İstehlak Cəmiyyətinin sədri olub. Hazırda qaz idarəsinə rəhbərlik edir.

Vidadi Əmircanov kənd təsərrüfatı üzrə ixtisas təhsili alaraq Qaçağan sovxozunda atası Oruc Əmircanovla çiyin-çiyinə briqadir işləyib. Şahin Əmircanov, Faiq Əmircanov, Nüsrət Əmircanov, Elşən Əmircanov, Asəf Əmircanov, Namiq Əmircanov, Mahir Əmircanov və digərləri sovxozun son illərində əmək meydanında çalışmış Əmircanlı gənclərindəndir. Onlar Qaçağan sovxozunda tərəvəzçilik, tütünçülük və digər sahələrin inkişafına öz təhfələrini vermiş insanlardır.

Əmircanlılar bütövlükdə 1991-ci ildə SSRİ dağılana və bir qədər sonra ictimai təsərrüfat forması olan sovxozlar ləğv olunana qədər əmək cəbhəsinin ön sıralarında olublar.

Nəslin ali təhsil almış gənclərindən bəziləri Qaçağan orta məktəbində müəllim işləyib, kənd sakinlərinin övladlarına təlim-tərbiyə veriblər. Xatirə Əmircanova, Namə Əmircanova, Tacit Əmircanov, Səkinə Əmircanova, Səyyarə Əmircanova, Nübar Əmircanova (Araplı kəndində müəllim işləyib), Tamam Əmircanova (Ağstafada müəllim işləyir), Rasimə Əmircanova belələrindəndir. Onlar bu gün də məktəbdə Əmircanlıların yaşlı nəsli ilə çiyin-çiyinə işləyirlər.

Bu illərdə Əmircanlıların bir çox gəncləri orta məktəbi əla qiymətlərlə bitirib Bakıda ali təhsil almış və əmək fəaliyyətlərini orada davam etdirməli olmuşlar. Hazırda Əmircanlı nəslinin bir çox nümayəndələri Bakıda ictimai, iqtisadi, sosial, mədəni həyatın ən müxtəlif sahələrində çalışıр, respublikanın müstəqilliyinin möhkəmlənməsində fəallıq göstərirlər. Əmircanlı nümayəndələrindən bəziləri Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə iştirak ediblər.

 

ƏMİRCANLI NƏSLİ BU GÜN

 

Əziz qardaş, nəslimizin gələcək övladı!

Biz – Əmircanlının bu gün – XXI əsrin əvvəllərində yaşayan nəsli özümüzü tarixin uzaq-uzaq qatlarından yol gələn babalarımızın davamçıları hesab edir, onların saldıqları, bizə ərməğan qoyub getdikləri yurd yerlərinin keşiyini çəkirik. Bizim köklərimiz bu gün Azərbaycan adlanan ana Vətənimizin sərhədlərindən kənarda qalmış Borçalı mahalının Qaçağan kəndinə bağlıdır. Nəslimizin əsas hissəsi indi də əsasən doğma Qaçağan kəndində yaşayır. Əmircanlıların bir çox nümayəndələri isə Qaçağandan kənarda yaşayır. Ancaq bu, heç də o demək deyil ki, köklərimiz Qaçağandan üzülüb. Bu gün harda yaşamağamızdan asılı olmayaraq Qaçağan bizim ana yurdumuz, babalarımızın bizə bəxş etdiyi ulu və müqəddəs ərməğandır. Qaçağan bizim tariximiz, anamız, ilk və son beşiyimizdir. Biz ona ulularımızın uyuduğu müqəddəs bir torpaq, unudulmaz bir Vətən kimi baxır, onu sevir və qədrini bilirik.

Məhz bu səbəbdəndir ki, hazırda Əmircanlıların böyük əksəriyyəti doğma kənddə, ata-babalarının yurdunda yaşayır, nəsillərdən-nəsillərə ötürülən dədə-baba ocaqlarının işıqlarını yandırırlar. Zaman-zaman, xüsusən elm və texnikanın inkişafı əsri kimi tarixə düşən XX əsrdə isə nəslimizdən bir çox adamlar, ağıllı və savadlı qardaş-bacılarımız Qaçağandan kənara çıxmalı olublar. Onlar əsasən Azərbaycanımızın paytaxtı Bakı şəhərinə, eləcə də Rusiyanın başqa şəhərlərinə gedərək ali təhsil alıb, həmin böyük sənaye və mədəniyyət mərkəzilərində qalaraq əmək fəaliyyəti ilə məşğul olublar. Nəslin özəyi, kökləri isə həmişə Qaçağanda qalıb, kənara çıxanları sadəcə olaraq böyük Əmircanlı nəslinin qol-budaqları hesab etmək olar.

Bu gün – XXI əsrin ilk illərində, daha konkret desək, 2003-cü ildə Qaçağanda nəslimizi təmsil edən, təxmini hesablamalara görə, 100-dən çox ailə yaşayır. Yenə də təxmini hesablamalara görə, Qaçağandan kənarda (Bakıda, Rusiyada və s.) da bir bu qədər Əmircanlı insanı yaşayır. Təkcə Bakı şəhərində respublikanın bu və digər ali təhsil ocağını bitirərək ictimai və iqtisadi həyatın ən müxtəlif sahələrində çalışan 100 nəfərədək Əmircanlı yaşayır. Bakıda və Qaçağanda yaşayan Əmircanlıların övladları hər il Bakıdakı, eləcə də Türkiyədəki, Rusiyadakı ali məktəblərə daxil olurlar.

Bütün bunları deməkdə məqsədimiz heç də o deyil ki, Əmircanlı nəslinin hansısa üstünlüklərini üzə çıxaraq. Qətiyyən, yox! Bu gün Qaçağanda yaşayan bütün nəsillər bu vəziyyətdədir. Bütün nəsillərin kənddə qalanları, şəhərlərdə yaşayanları, eləcə də Azərbaycanın və Gürcüstanın sərhədlərindən kənara çıxanları var. Əmircanlılar da doğma kəndin və doğma Borçalının hüdudlarını ancaq və ancaq müəyyən məqsədlər naminə tərk edirlər. Bu məqsədlər sırasında ali təhsil almaq arzusu ön yerdədir. Ali təhsil alandan sonra, təbii ki, doğma kəndə qayıdanlar, Qaçağanın, eləcə də Borçalının sosial-iqtisadi cəhətdən inkişafına kömək edənlər çoxluq təşkil edir. XX əsrin ortalarından etibarən Bakıda və digər böyük şəhərlərdə ali təhsil almış Əmircanlıların əksəriyyəti sonradan qayıdaraq doğma kənddə çalışıblar. Bilik və bacarıqları ilə el-obaya xidmət ediblər və bundan qürur duyublar.

Ancaq ali təhsil aldıqları şəhərlərdə qalıb işləyənlər, ömürlərini seçdikləri peşələrə həsr edənlər də az deyil. Bu mənada Əmircanlıların həyatında Azərbaycanımızın paytaxtı Bakı şəhərinin müstəsna yeri var. Nəslimizin gənclərinin böyük əksəriyyəti məhz bu şəhərdəki ayrı-ayrı ali təhsil ocaqlarını bitirib və sonradan burada qalaraq əmək fəaliyyətini davam etdirib. İndi Bakının ictimai-siyasi, mədəni həyatının elə bir sahəsini tapmaq olmaz ki, orda Əmircanlılardan kimsə işləməsin. Əmircanlı insanları Azərbaycanda müstəqil dövlət quruculuğunda, ölkənin ərazi bütövlüyünün müdafiəsində, iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafında yaxından iştirak ediblər və bu gün də bu yolu davam etdirirlər. Hazırda Bakıda Əmircanlılardan həkimlər, müəllimlər, iqtisadçılar, bank və gömrük işçiləri, digər sahələrin kadrları çalışmaqdadır. Eyni zamanda onların çalışdıqları bütün sahələrdə yaxşı ad qazandıqlarını, özlərini bilikli, bacarıqlı mütəxəssislər kimi göstərdiklərini qürur hissi ilə qeyd etmək olar.

Biz indi gənc nəslin bu və digər uğurları üzərində ayrıca dayanmaq istəmirik. Çünki gələcəkdə yeri gəldikcə ayrı-ayrı insanlarımız haqqında danışdıqca bu kimi faktlara toxunacaq, hər kəsin fəaliyyəti haqqında bəhs edəcəyik. Bu fəsildə sadəcə olaraq ümumi məlumatlarla kifayətlənmək istəyirik. Və bu məlumatlara onu da əlavə etmək istəyirik ki, həyat davam edir, dünyaya Əmircanlı nəslinin yeni-yeni nəsilləri, yeni-yeni övladları gəlir. Hər il yeni-yeni gənclərimiz ali məktəblərin qapısını döyür, yaxud diplom alaraq əmək fəaliyyətinə başlayır. Eyni zamanda hazırda keçid dövrü, iqtisadi çətinliklər zamanı olduğundan gənc insanlarımız daha çox şəhərlərdə, xüsusən Bakı şəhərində qalıb işləməyə üstünlük verirlər. Gələcəyi isə bilmək olmaz. Ola bilsin ki, tezliklə kənddə sosial-iqtisadi vəziyyət düzəlsin və Əmircanlı gəncləri yenidən doğma Qaçağana, səfalı, axar-baxarlı Babakər dağlarının qoynuna üz tutsun və ulu babaları kimi ömür-günlərini bu dağlardakı bulaqların, çeşmələrin başında keçirsinlər. Bunlar hələ gələcəyin işidir.

 

 

NƏSLİMİZİN GÖRKƏMLİ OĞLU CƏLİL MƏHƏMMƏD OĞLU ƏMİRCANOVUN DEDİKLƏRİNDƏN:

 

Mən təmsil etdiyimiz Əmircanlı nəslini ağlım kəsəndən bəri rahat, mehriban, namərdliklə, müxənnətliklə işi olmayan bir nəsil kimi tanımışam. Bu nəsli həmişə hər yerdə qeyrətli, mərd-mərdanə kişiləri ilə tanıyıblar. Babalarımız olduqca zəhmətkeş insanlar olublar, öz əllərinin əməyi, halal zəhmətləri ilə dolanıblar.

Mən nəslimizin ağsaqqal, ağıllı kişilərindən Alpaşa kişini, Qara kişini, Aslan kişini, Nağı kişini, Molla Qara kişini, Paşa kişini, Hümbət kişini və başqalarını görmüşəm, uşaqlığımda bu ağsaqqalların ağır-batman yeriş-duruşlarını izləmişəm, onların yanında böyümüşəm, tərbiyələrini almışam. Mən onların da öz babaları olmuş keçmiş kişilərimiz haqqında söhbətlərini eşitmişəm. Danışardılar ki, ulu babalarımız da mərd, qeyrətli, zəhmətkeş, insanlara xeyir verən, əl tutan, el-obanın xeyrinə-şərinə yarayan insanlar olublar. Əkin-biçinləri, mal-heyvanları ilə məşğul olub, azad, asudə ömür-günlərini yaşayıblar. O kişilər o qədər ağıllı adamlar olublar ki, həmişə gələcək nəsilləri düşünüblər, öz övladlarına yaxşı yurd-yuvalar, var-dövlət (əsasən əkin sahələri, həyət-baca, mal-qoyun) qoyub gediblər. Özlərinə kəndin mərkəzi hissəsində yurd seçiblər, burada gözəl evlər qurublar. Gözəl, namuslu, qeyrətli övladlar böyüdüblər. Onlara toy ediblər, müstəqil ailə qurmaları üçün əllərindən gələni köməyi göstəriblər. Eyni zamanda elin xeyir-şərində öz köməklərini əsirgəməyiblər.

Babalarımızın Qaçağandakı yurdlarından əlavə dağlarda da gözəl yurdları olub. Cəlaloğlundakı məşhur Hayda yaylağının ən yüksək zirvəsində babalarımızın yurd yeri olub. Babalarımız hər il aprel-may aylarından ailə-uşaqları, mal-heyvanları ilə həmin yaylaqlara gedər, burda yaylaq həyatı keçirər, istirahət edər, gözəl dağların havasından udar, dişgöynədən bulanlarının suyundan içər, bir də sentyabrda geri qayıdardılar. Babalarımızdan eşitdiyim söhbətlərdən bilmişəm ki, ulu babalarımız ömürlərini at belində, mərdliklə, igidliklə başa vurublar. Öz mərdlikləri, kişilikləri ilə təkcə Qaçağan camaatı arasında deyil, bütün ətraf ərazilərin camaatı arasında da hörmət-izzət sahibi olublar.

Babalarımızdan eşitdiyimə görə, ululardan Süleyman kişi, Molla Qəhrəman kişi, Əmircan kişi, Nəbi kişi nəslimizdə çox sanballı, qüvvətli insanlar olublar. Mən özüm gördüyüm kişilərdən isə Aslan babam, Nağı babam, Qara babam, Hümbət babam, Paşa babam qeyrətli, mərd, mübariz insanlar idilər. Gördüyüm bu ağsaqqallar nəslimizin tarixi, keçmişi ilə bağlı ürəkdolusu söhbətlər edərdilər.

Onlardan sonrakı nəsildən isə Məmməd əmim, Xəmməd əmim, Əli Süleyman oğlu, Əmrah Paşa oğlu, Yusif əmim, Yunis əmim yaxşı yadımdadır. Onlar da nəslimiz, kökümüz üçün dəyərli insanlar idilər. Əmrah kişi Borçalıda xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb, nəslimizin yetirdiyi ilk görkəmli insanlardan olub. O, kənddə anbardar işlədiyi müddətdə bütün elə, xüsusən imkansız, kasıb adamlara əl tutub, heç kimi qapısından əliboş qaytarmayıb. Əmrah kişi bütün həyatı boyu çörəkverən kişi olub. Onu bütün Borçalı bu cür tanıyırdı.

Əli Süleyman oğlunun zəhmətkeşliyi bütün Borçalıya məlum idi. Müharibədən qayıdıb gələndən sonra onu ferma müdiri qoymuşdular. Onda Qaçağan kolxozunda bəlkə də min baş qoyun yox idi, o öz bacarığı, zəhmətkeşliyi ilə bu qoyunların sayını 10 minə çatdırmışdı. Onu kənddə əli bərəkətli bir insan kimi tanıyırdılar və deyirdilər ki, bu cəhətinə görə atası, rəhmətlik Süleyman kişiyə çəkib. Süleyman kişi də əli bərəkətli insan olub. Kəndin ağsaqqallarından dönə-dönə eşitmişəm ki, yaza dönəndə hamının taxılı qurtararmış və toxumluq taxılı çox adam Süleyman kişidən alarmış. Bunu bir çox ağsaqqallar iftixarla etiraf edərdilər. Eyni zamanda kənddə ən yaxşı buğda sortu onda olarmış. Süleyman kişi 30-cu illərdə Əmircanlı nəslindən repressiyaya məruz qalan iki nəfərdən biri olub. Biri də Nəbi babamız olub. Süleyman kişinin bütün var-dövlətini, mal-heyvanını müsadirə edərək kolxoza veriblər. Bundan sonra onun iki oğlu – Məhəmməd və Əli müharibəyə gedib. Məhəmməd itkin düşsə də, Əli sağ-salamat qayıdıb gəlib və bundan sonra məhz Əli Süleyman oğlunun zəhmətkeşliyi, qoçaqlığı nəticəsində Süleyman kişinin yurdu yenidən qaynamağa, aşıb-daşmağa başlayıb.

Bu nəslin nümayəndələrindən Xəmməd Qara oğlu da öz dövrünün görkəmli insanlarından olub. O da bütün ictimai fəaliyyəti ilə nəslinə hörmət və şöhrət gətirib. Xəmməd əmim eyni zamanda olduqca mərd insan idi. Toylarda yaxşı güləşməyi vardı. El toylarında onun qabağına tək-tək igidlər çıxa bilirdi. Eyni zamanda insanlara yaxşılıq etməkdə, məclislər qurmaqda, qonaqlıqlar təşkil etməkdə əvəzsiz insan idi. İndi oğlu İsmixan atasının bu xüsusiyyətlərini uğurla yaşadır. İsmixan da Xəmməd əmim kimi qoçaq, qeyrətli oğuldur.

Bunlardan sonrakı nəsildə Famil, Qara Kamil, Sarı Kamil, Oruc, Qurban, Məşədi və başqaları da öz zəhmətləri ilə dolanan insanlar idilər. Famil Alpaşa oğlu nəslimiz üçün ürəkyandıran, nəslin yaxşı işlərinə sevinən bir adam idi. Nəslin toyunda, xeyrində, şərində hamıdan çox iş görən idi. Famil eyni zamanda nəslimizin böyük təəssübkeşi idi, onun yanında heç kəs Əmircanlılar haqqında haqsız, ədalətsiz bir söz deyə bilməzdi.

Böyük Vətən Müharibəsi illərində Əmircanlılar da Qaçağandakı bütün nəsillər kimi ən igid oğullarını cəbhəyə göndərib. Bu gənclərimiz Vətən uğrunda şərəflə döyüşərək yaxşı adlar qazana biliblər. Onlardan bəziləri sağ-salamat geri qayıtsa da, Əmircanlı nəsli 7 nəfər igid oğlunu Vətən uğrunda qurban verib.

Sonrakı nəsildə Dünyamalı Məhəmməd oğlu, Qəhrəman Qara oğlu, Cəlil Qara oğlu, Sədi Məmməd oğlu, Çoban Paşa oğlu, Sahabbin Əmrah oğlu və digərləri nəslin layiqli təmsilçiləri oldular. Bu nəslin nümayəndələri arasında öz savadı, geniş dünyagörüşü ilə seçilən oğlullarımızdan biri Sahabbin müəllimdir, o, artıq 25 ilə yaxındır ki, Mirzə Həsən adına Qaçağan orta məktəbinin direktorudur. Onun məktəbi Marneuli rayonunda ən qüvvətli məktəblərdən biridir, məktəbin məzunlarının əksəriyyəti ali məktəblərə daxil olmaqda çətinlik çəkmir. Bu da Sahabbin müəllimin bacarığının, qabiliyyətinin nəticəsidir.

Dünyamalı isə bizim nəslin Borçalıda ən ən çox nüfuz qazanmış, ən çox sayılan övladlarından idi. Dünyamalı 40-45 il rayon səviyyəsində ən yüksək vəzifələrdə işləyib, ən çətin, ən məsul sahələrə rəhbərlik edib və həmişə başucaldan olub. Dünyamalı bütün Borçalı, bütün Qaçağan, eləcə də bütün nəslimiz üçün xeyirli bir insan idi. O, eyni zamanda qardaşlarının – Süleymanın və Cəlilin tərbiyəsində, onların həyatda özlərinəməxsus yer tutmalarında, cəmiyyət arasında hörmətli, nüfuzlu insanlar kimi yetişmələrində böyük rol oynayıb. Dünyamalı həm də özündən sonra gözəl övladlar yadigar qoyub. Böyük oğlu Roman Azərbaycan iqtisadiyyatının inkişafında öz yeri, öz xidmətləri olan bank işçisi, elimizin, nəslimizin gözəl ziyalılarındandır. Kiçik oğlu Məhəmməd elcanlı, nəslinin şərəfini uca tutan oğuldur. Qızı Güləm nəslimizin yanımcıl, istiqanlı övladlarındandır. Dünyamalı indi aramızda olmasa da, adı-sanı yaşayır, Borçalının hər yerində xatirəsi əziz tutulur.

Qəhrəman Qara oğlu Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirəndən sonra Azərbaycanın daxili işlər orqanlarında işləyib. Xidməti dövründə çox böyük qəhrəmanlıqlar göstərib, banditizmlə mübarizə sahəsində xüsusilə amansız olub. Təmiz işi və mərdliyi ilə daxili işlər orqanlarında böyük nüfuza malik olub. Qəhrəmanın yaxşı gələcəyi ola bilərdi. Lakin cinayətkar bandit dəstəsinin qurbanı oldu.

Bundan sonrakı nəsli Süleyman, Əziz, İmran və başqaları təmsil edir. İmran orta məktəbi bitirəndən sonra Bakıda yaşayıb, 25-30 il Tədarük Nazirliyində şöbə müdiri vəzifəsində işləyib. Nazirlikdə yaxşı işi, mehriban xasiyyəti ilə o qədər hörmət qazanmışdı ki, hamı onun başına and içirdi. Tutduğu vəzifədə xalq üçün xeyirli işlər görüb.

Selmixan, Əmircan, İsmixan, mən, Ələddin, Təmraz, Söhbət, Mustafa və başqaları isə növbəti nəsli təmsil edirik. Bu nəslin ən görkəmli yetirməsi Əmircan idi. Azərbaycanda ali təhsil aldıqdan sonra Bakıda yaşadı, İqtisadiyyat İnstitutunda işlədi, ömrünün son 25 ilini İqtisadiyyat Nazirliyində çalışdı, nazirin birinci müavini vəzifəsinə qədər qalxdı. O da nəslimizin haqlı olaraq fəxr etdiyi insanlardan biridir.

Bundan sonra isə bizim daha gənc nəsil gəlir – Nəbi həkim, Qasım, Mübariz, Elistan, Paşa, Roman, Natiq, İlqar, Teymur və başqaları. Onlar da nəslimizin savadlı, qabiliyyəti gəncləridir. Nəslin onlara böyük inamı, ümidi var. Roman Dünyamalı oğlu haqqında xüsusilə danışmaq istəyirəm. Roman öz həyat yolu ilə sübut etdi ki, atası Dünyamalı Məhəmməd oğlunun adına layiq bir övladdır. Dünyamalının hər 3 övladı e G I Y K r x A övladlardır. Ancaq Roman Dünyamalı oğlu Qaçağan və bütövlükdə Borçalı camaatı arasında hələ gənc yaşlarından elə bir hörmət qazanıb ki, bu, hər oğulun hünəri deyil. O, bir neçə ildir ki, “Azərdəmiryolbank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışır. Artıq özünü yüksək intellektual səviyyəyə malik ziyalı, bank işini gözəl bilən mütəxəssis kimi göstərə bilib. Roman həmişə çalışır ki, elinə-obasına xeyir versin, nəslinin xeyrinə-şərinə yarasın. Atası qəfildən rəhmətə gedəndən sonra isə içməli suya böyük ehtiyacı olan Qaçağan kəndinin mərkəzində böyük bir bulaq kompleksi ucaltdırdı. Həm kəndin içməli su ehtiyacını ödədi, həm də atasının ruhunu şad elədi, xatirəsini əbədiləşdirdi. İndi o bulaqdan təkcə qaçağanlılar deyil, bütün qonşu kəndlər də istifadə edir. Bakı-Tbilisi yolunun üstündə olan bulaq həmin yoldan keçən maşın karvanlarının da da köməyinə çatır. O sudan içən hər kəs Romana sağ ol deyir, atası Dünyamalıya isə rəhmət oxuyur. Bu isə böyük savabdır. Roman kəndimizin başqa ehtiyaclarının ödənməsi üçün də əlindən gələni edir.

Nəslimizdə eyni zamanda bacarıqlı, qeyrətli, savadlı qadınlar olub. Onlardan Salatın Qəhrəman qızı, Balaxanım mamamız, Bədir Qasım qızı, Marış mamamızın adlarını çəkə bilərəm. Hazırda nəslimizin qızı və gəlini olan Zəqrəniş Əli qızı Əmircanlıların yetirdiyi ziyalı qadınlardandır. O, Qaçağan orta məktəbində müəllim işləməklə bərabər kəndin gənc qızlarının mənəvi və fiziki tərbiyəsində böyük rol oynayır. Zəqrəniş Əli qızı nəslimizin qız-gəlinlərinin mənəvi cəhətdən sağlam və yetkin tərbiyələnməsində, savad almasında əhəmiyyətli xidmətlər göstərib. Nəzakət Əli qızı nəslimizin mərd, qeyrətli qadınlarındandır. Zərqələm müəllimə kənddə hörmətli, nüfuzlu qadınlardan olub. Nisbətən gənc nəslin nümayəndələrindən Namə Yunis qızı mərd, düzlüyü sevən, qeyrətli, qohum-əqrəba üçün ürəkdən yanan qadınlarımızdandır. Güləm Dünyamalı qızı nisbətən gənc qadınlarımız arasında özünün nüfuzu ilə seçilir.

İndi yaxşı cavanlarımız yetişir. Düzdür, hörmətli, qeyrətli ağsaqqalarımızın bir neçə nəsli artıq dünyanı tərk edib. Ancaq xoşbəxt o nəsildir ki, babalırını əvəzləyə bilən yeni, gümrah gəncləri var. Belə cavan oğlanlarımız, qızlarımız yetişməkdədir. Nəsliimz onlardan çox şey gözləyir. Biz onlardan gözləyirik ki, dədə-babalarımızdan yadigar qalmış adət-ənənələri qoruyub davam etdirsinlər. Unutmasınlar nəslimiz həmişə özünün xeyirxahlığı, insanpərvərliyi, çörəkverənliyi, mərdlik və qorxmazlığı ilə nəinki Qaçağanda, bütün Borçalıda məşhur olub və babalarının bu ənənələrinə sadiq qalsınlar.

 

QAÇAĞAN AĞSAQQALLARINDAN SƏDİ MİKİYEVİN ƏMİRCANLILAR HAQQINDA DEDİKLƏRİNDƏN:

 

Əmircanlı nəsli Qaçağan kəndinin ən qədim və böyük nəsillərindən biridir. Bu nəsil uzun əsrlərdən bəri aranda (Qaçağanda) əkinçiliklə, dağda (Babakərdə və Haydada) heyvandarlıqla məşğul olub. Qaçağanın böyük bir sahəsində yurd saldıqları kimi, Hayda deyilən səfalı yaylaqda da qaramal naxırlarını, qoyun sürülərini bəsləyiblər.

Əmircanlı nəslinin təkcə Qaçağanda deyil, eyni zamanda Borçalıda yaxşı tanınan ağsaqqalları, gözəl ağbirçəkləri olub. Nəsillər bir-birini əvəz etdikcə bu nəsil zaman-zaman görkəmli şəxsiyyətlər yetirib. Mən onların XX əsrin 30-cu illərindən sonra yaşayan insanlarını yaxşı tanımışam. Bir çox başqa nəsillər kimi, bizim nəslin də Əmircanlılarla qohumluğu olub. Mənim Zəhra xalam bu nəslin görkəmli insanlarından olmuş Nəbi kişinin həyat yoldaşı olub.

Tale elə gətirib ki, bizim ailəmizin Əmircanlılardan Paşa kişinin ailəsi sıx dostluq münasibətləri olub. 30-cu illərdə atam Mikioğlu Mustafa mirab (ərəbcə su sahibi deməkdir) vəzifəsində çalışıb. Ləmbəlidən başlamış Kirəc Muğanlıya qədər uzanıb gedən 5 arxa xidmət edib. Onun hər kənddə bir, Qaçağanda isə iki cuvarı olub. Bu cuvarlardan biri atamın ən yaxın dostu Əmircanoğlu Paşa idi. Yaxşı xatırlayıram ki, mən uşaq ikən rəhmətlik Paşa kişi atla gəlib qapımızda düşər, atamla, bizimlə mehribancasına görüşər, hal-əhval tutardı. Atamla həyətimizdəki ağacların altında oturub çay içə-içə arxların vəziyyətindən, tarlaların suvarma suyu ilə təminatından danışardılar. Olandan-keçəndən şirin söhbətlər edərdilər.

Mən Paşa kişinin oğlu Yolçu ilə tay-tuş idim, dostluq edir, bir-birimizin evinə gedib-gəlirdik. 1936-cı ildə mən Borçalı Pedaqoji Texnikumunun ikinci kursunda, Yolçu isə birinci kursunda oxuyurduq. Mən 1939-cu ildə texnikumu bitirdim. Yolçu isə 1939-cu ildə texnikumu bitirər-bitirməz hərbi xidmətə yola düşdü. Qismət elə gətirdi ki, mən müharibədən sağ-salamat qayıtdım, Yolçu isə qayıtmadı.

Müharibədən sonrakı illərdə Əmircanlıların, demək olar ki, bütün insanları isə dostluq-qohumluq münasibətlərimizi davam etdirdik. Eyni zamanda Paşa kişinin ailəsindən Əmrah müəllimlə yaxın münasibətlərimiz yarandı. Çoban müəllimlə, Əmrah kişinin oğlu Sahabbin müəllimlə uzun illər həmkar və dost olduq. Hazırda bizim övladlarımız da ata-babalarının xoş ənənələrini davam etdirərək bir-biri ilə mehriban münasibətdədirlər.

 

 

 

NƏSLİN GÖRKƏMLİ İCTİMAİ XADİMLƏRİ

 

Əmircanlı nəsli Borçalı və Qaçağanın tarixinə bir çox görkəmli insanlar bəxş edib. Onlar tarixin müxtəlif dövrlərində əsl vətənpərvər, millətsevər, elsevər insanlar kimi ad qazanıb, Borçalının, eləcə də Qaçağanın inkişafında böyük rol oynayıblar. Əgər Əmircanlıların XIX əsr və əvvəlki dövrlərdə yaşamış kişiləri əsasən şəxsi təsərrüfatları ilə məşğul olub, ömürlərini at belində dağlarda, yaylaqlarda mal-heyvan saxlamaqla keçiriblərsə, XX əsrin əvvəllərindən etibarən nəslin kişiləri özlərinin şəxsi bilik və qabiliyyətləri, yüksək mənəvi dəyərləri, insani keyfiyyətləri ilə həyatın üst qatlarına qalxmağa başlayıblar. Onlar XX əsrin əvvəllərindən başlayaraq lazımi səviyyədə təhsil alıb, ictimai-siyasi həyatın bu və ya digər sahəsində çalışıblar.

Ən maraqlı cəhət isə budur ki, ayrı-ayrı tarixi dövrlərdə fəaliyyət göstərmiş bu Əmircanlı kişilərini birləşdirən bir ümumi xüsusiyyət olub: onların hamısı birinci növbədə dövlətin tapşırıqlarını vicdanla yerinə yetiriblər, bununla yanaşı yaşadıqları ərazinin iqtisadi-sosial cəhətdən inkişafına, əhalinin həyat tərzinin yüksəlməsinə, insanların güzəranının yaxşılaşmasına çalışıblar. Onlar işlədikləri bütün sahələrdə nəinki sadəcə olaraq özlərini doğrulda biliblər, eyni zamanda rəhbərlik etdikləri sahələrdə çalışan insanların böyük hörmət və ehtiramını qazanıb, el-oba arasında nüfuzlu şəxsiyyətlər səviyyəsinə yüksəliblər. Bu da əsasən Əmircanlıların saf məfkurəli, mənəvi cəhətdən təmiz insanlar olması ilə bağlıdır.

Biz aşağıda Borçalı və Qaçağanın rəhbər kadrlarından olmuş bu insanlar haqqında ayrı-ayrılıqda bəhs edəcəyik. İndi isə ümumi qaydada onu deməyi vacib hesab edirik ki, öz dövrlərində bir mahal səviyyəsində, bəzi hallarda isə Gürcüstan və Azərbaycan respublikaları səviyyəsində məşhur olmuş bu kişilərin adları bu gün də böyük hörmətlə çəkilir, rəhmətə gedənlər minnətdarlıq hissləri ilə xatırlanırlar, hər birinin haqqında unudulmaz xatirələr yaşayır. Bunun səbəbi isə onların çörəkli, mərd, mübariz insanlar olmalarıdır.

 

ƏLİ SÜLEYMAN OĞLU ƏMİRCANOV

 

Əli Süleyman oğlu 1906-1985-ci illərdə Qaçağanda yaşayıb. Nəslinin və kəndinin sayılıb-seçilən ağsaqqallarından olub. Əli Süleyman oğlu Böyük Vətən Müharibəsi başlanana qədər Qaçağan kolxozunda çalışıb. Hələ yenicə formalaşmaqda və inkişaf etməkdə təsərrüfatın dirçəlişi üçün əlindən gələni edib, qabaqcıl əməkçilərdən olub.

Müharibə başlananda isə Əli Süleyman oğlu kəndinin və nəslinin bütün cavanları kimi cəbhəyə gedib. Bir çox ön cəbhələrdə alman faşistlərinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib. Şücaətlər göstərib. Alman işğalçılarının keçmiş sovet torpaqlarından qovulmasında, sovet xalqının azadlığa çıxmasında Əli Süleymanın da müstəsna xidmətləri olub. Müharibənin son illərində Əli Süleyman oğlu sovet qoşunlarının tərkibində İrana göndərilib. Müharibə başa çatandan bir müddət sonra – 1946-cı ildə isə o, doğma kəndinə qayıdıb.

Əli Süleyman oğlu ömrünün sonrakı illərini də Qaçağan kolxozunda çalışıb. Kolxozun heyvandarlıq üzrə briqadiri, ferma müdiri olub. Onun rəhbərliyi dövründə kolxozun qoyun sürüləri artırılaraq 10 min başa çatdırılıb. Bu böyük nailiyyətin əldə olunmasında Əli Süleyman oğlunun birbaşa xidmətləri olub. O bu say artımına halal və təmiz işi, gecə və gündüz yorulmadan çalışması ilə nail olub. Əli Süleyman oğlu kolxozun heyvandarlıq təsərrüfatının inkişafı üçün yorulmaq bilmədən çalışmış insanlardandır. O, öhdəsində olan sürüləri təkcə Qaçağanda bəsləməyib, yay aylarında onları yaylaqlara aparıb. İndi Ermənistan ərazisində qalmış keçmiş yaylaq yerlərimizdə də Əli Süleyman oğlu kolxozun heyvan sürülərinin bəslənməsi ilə məşğul olub.

Əli Süleyman oğlu sonrakı illərdə Qaçağan sovxozunda çalışıb. O, ömrü boyu zəhmətkeşliyi, mərdliyi ilə seçilən el ağsaqqalı olub.

Əli Süleyman oğlu öz nəslindən Bədir Mirzə qızı ilə ailə qurub. Söhbət, Mustafa, Zəqrəniş, Nəzakət, Xatirə adlı övladları olub.

 

ƏMRAH PAŞA OĞLU ƏMİRCANOV

 

Əmrah Paşa oğlu Əmircanov 1911-1995-ci illərdə Qaçağanda yaşayıb. Kənddə orta təhsil aldıqdan sonra Tbilisidə Zaqafqaziya Darülfünununu bitirib, öz dövrü üçün mükəmməl hesab edilən təhsil alıb. 30-cu illərdə Borçalı rayon komsomol komitəsinin katibi, Qaçağan kənd sovetinin sədri, Ağməmmədli, Sadaxlı kəndlərində müəllim işləyib.

Borçalı rayon komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illəр Əmрah Paşa oğlunun həyatında xüsusilə məhsuldaр və əlamətdaр biр dövр olub. Əmрah Paşa oğlu çox gənc olsa da, dövрünün təhsilli və savadlı adamlaрından, xüsusən özünün рəhbəрlik xüsusiyyətləрi ilə seçilən kadрlaрından olub. Dövlətin vacib pрoblemləрinin həllində, əsasən də Boрçalıda gəncləр siyasətinin uğuрla həyata keçiрilməsində əhəmiyyətli xidmətləр göstəрib. SSRİ-də xalq təsəррüfatının yenicə diрçəliş tapdığı həmin illəрdə isə gəncləр böyük qüvvə idi, ictimai-siyasi, iqtisadi və mədəni həyatda mühüm рol oynayıрdı. Yeni sosialist təsəррüfat sistemini məhz onlaр yaрadıрdı. Kənd təsəррüfatı рayonlaрında isə gəncləрin üzəрinə daha böyük məsuliyyət düşüрdü. Yeni təfəkküр təрzində təрbiyə olunan bu yeni nəsil həm sosialist təsəррüfat sisteminin quрulmasında, həm də mədəni inqilab sahəsində böyük işləр göрüрdü. Əmрah Paşa oğlu isə bu nəhəng ictimai-siyasi pрosesləрin ön cəрgəsində addımlayan, böyük təşkilatçılıq qabiliyyəti ilə seçilən Boрçalı gəncləрindən idi.

Əmрah Paşa oğlu 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda bütün həmyaşıdları kimi cəbhəyə gedib. Bir çox ön cəbhələrdə alman faşistlərinə qarşı döyüşlərin iştirakçısı olub. Müharibənin sonuna yaxın almanlar tərəfindən əsir alınıb. Bir müddət əsirlikdə qaldıqdan sonra azad edilərək SSRİ-yə qaytarılıb və Stalin rejimi tərəfindən cəzalandırılaraq Donbasın daş gömür mədənlərində ağır əmək fəaliyyətinə cəlb edilib. Əmrah Paşa oğlunun heç bir günahı olmadığı halda bu cür ağır iş şəraitinə məruz qalması hamıdan əvvəl atası Paşa kişini və Əmircanlıların o dövrdə yaşamış ağsaqqallarını bərk narahat edib. Buna görə də onun şaxtadan azad edilməsi üçün tədbirlər görməyə başlayıblar. Paşa kişi kəndin və nəslin maddi köməyindən istifadə edərək onun azadlığa çıxarılmasına qərar verib. Müharibə və ondan sonrakı illərdə Qaçağan kolxozunun qabaqcıl əməkçisi, eyni zamanda deputat olmuş Pərinisə Paşa qızı qardaşının azadlığa çıxarılması üçün Donbasa yola düşüb. Bu məsələdə Qaçağanda yaşayan Seyidli nəslinin hörmətli insanlarından olmuş Neymət Seyidovun da müstəsna əməyi olub. Əmrah Paşa oğlunun dalınca Donbasa gedən Pərinisə Paşa qızı və Neymət Seyidov çox çətinliklə də olsa, dil tapıb onun azadlığa buraxılmasına nail ola biliblər.

Beləliklə, 1946-cı ilin qarlı qış günlərindən birində Əmrah Paşa oğlu öz xeyirxahları ilə bərabər Qaçağana qayıdıb. Bundan çox sevinən Paşa kişi qurban kəsib və sevincini bütün qaçağanlılarla bölüşüb. Bununla belə, Əmrah Paşa oğlu bütün sovet dövrü ərzində dövlətin təqib və təzyiqlərini öz üzərində hiss edib. Şəxsən heç bir günahın sahibi olmasa da, təkcə ağır döyüşlər zamanı əsir düşdüyünə görə sonradan yüksək vəzifələrə irəli çəkilməsinə imkan verilməyib. Əslində olduqca savadlı, qabiliyyətli və işgüzar bir insan olan Əmrah Paşa oğlu müharibədən sonrakı illərdə də özünü

el-obasının çiçəklənməsinə həsr edib. O bu illərdə Şulaveri geran zavodunda sex rəisi işləyib. 1948-ci ildən isə Qaçağan kolxoz və sovxozunda müxtəlif vəzifələrdə çalışıb. Əmrah Paşa oğlu Qaçağan kəndinin ən nüfuzlu ağsaqqallarından olub. İşlədiyi dövrdə kənd sakinlərinin bu və ya digər problemlərinin həllinə kömək edib, həyatını xeyirxahlıqla yaşayıb. Nəslin xeyir-şər məclislərində ağsaqqal məsləhətlərini və şəxsi yardımını əsirgəməyib. O öz nəslinin də güclü təəssübkeşlərindən olub. Həmişə nəslin birliyinə, mütəşəkkilliyinə çalışıb, özü də bu məsələdə əsl nümunə olub. Bu gün hər bir qaçağanlının ürəyində Əmrah Paşa oğlu ilə bağlı xoş xatirələr yaşamaqdadır.

Nəslin bu günkü ağsaqqallarından Oruc Əmircanov da təsdiq edir ki, Əmrah kişi öz dövründə Əmircanlılar arasında ən savadlı, ən uzaqgörən adam olub. Onun güclü yaddaşı və Əmircanlıların keçmişi ilə bağlı zəngin bilgisi olub. “Rəhmətlik 50 il əvvəl baş vermiş hadisələri də detalları ilə yadda saxlaya bilirdi. Çoxlarının anadan olduğu, rəhmətə getdiyi günləri də unutmazdı. O, Əmircanlının tarixi, keçmiş insanları barədə hamıdan çox bilirdi və bildiklərini gənc nəslə aşılayırdı. Hətta onun dediyinə görə, nəslimizdən kimdəsə nəslin şəcərəsi əks olunmuş xəritə olub. Həmin xəritə sonradan it-bata düşüb və indi onu tapmaq olmur”.

Əmrah Paşa oğlu Kərbələlayiuşağı nəslindən Məleykə Əsəd qızı ilə ailə qurub. Sahabbin, Polad, Əmirxan, Xurda, Səfurə adlı övladları olub.

 

XƏMMƏD QARA OĞLU ƏMİRCANOV

 

Xəmməd Qara oğlu Əmircanov 1916-1976-cı illərdə Qaçağanda yaşayıb. Kənddə orta təhsil alıb. Keçən əsrin 30-cu illərində Tbilisidə dövrünün ən yüksək təhsil ocaqlarından biri olan Zaqafqaziya Darülfünununu bitirib. Dövрünün qabaqcıl, təşkiltçı insanlaрından olub.

Xəmməd Qara oğlu əmək fəaliyyətinə Qaçağanla qonşu olan Ağməmmədli kəndində başlayıb, kənddəki orta məktəbdə müəllim işləyib. Gənc yaşlarından böyük yaрadıcılıq qabiliyyətinə malik olan Xəmməd Qara oğlu yeni nəslin təlim-tərbiyəsi ilə fədakarcasına məşğul olub, onların biliklərə yiyələnmələri, layiqli vətəndaş olmaları üçün əlindən gələni edib. Cəmi 20-25 yaşlarında olan gənc müəllim özünün peşəkaрlığı, yüksək pedaqoji qabiliyyəti, bacarığı ilə kənd sakinləri arasında böyük hörmət qazana bilib.

Xəmməd Qara oğlu bu illərdə el-oba arasında həm də yaxşı güləşçi kimi məşhuр olub. Yaşıdlaрı aрasında fiziki hazıрlığı ilə seçilib. Müasiрləрinin dediyinə göрə, Xəmməd Qaрa oğlu o qədəр qüvvətli olub ki, heç kəs onun qolunu qatlaya bilməyib.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayana qədər müəllim işləyən Xəmməd Qaрa oğlu Vətənin daр günləрində özünün oğulluq boрcunu yeрinə yetiрmək üçün cəsaрətlə cəbhəyə yola düşüb. Xəmməd Əmiрcanov Böyük Vətən Mühaрibəsinin odlu-alovlu yollaрını рəşadətlə keçib, böyük qəhрəmanlıqlaр göstəрib. Biр çox cəbhələрdə alman faşistləрinə qaрşı mübaрizənin ön cəрgələрində olub. Ağıр döyüşləрin biрində sağ əlindən yaрa alıb, beş baрmağından üçünü itiрib. Mühaрibə bitdikdən sonрa isə doğma kəndinə qayıdaрaq aрxa cəbhədə mübaрizəsini davam etdiрib. Gəncləрin və oрta yaşlı kişiləрin çoxu mühaрibəyə səfəрbəр edildiyindən və savadlı adamlaрa böyük ehtiyac duyulduğundan Xəmməd Qaрa oğlu əvvəlcə paрtiyanın tapşıрığı ilə Qaçağandan xeyli məsafədə olan Kəpənəkçi (Küрüstü Kəpənəkçi də deyiрləр) kəndindəki İstehlak Cəmiyyətinə mühasib vəzifəsinə göndəрilib. Biр neçə il buрada işlədikdən sonрa Qaçağan Qaçağan İstehlak Cəmiyyətində mühasib vəzifəsinə keçiрilib.

Əslində ticaрət sahəsində çalışsa da, Xəmməd Qaрa oğlu özünün yüksək insani keyfiyyətləрi, iş qabiliyyəti, mənəvi təmizliyi ilə seçilib. Kənd və рayon рəhbəрliyi təрəfindən bacaрıqlı kadр kimi tanınıb. Məhz bu keyfiyyətləрinə göрə sonрakı illəрdə daha məsul vəzifələрə iрəli çəkilib. Xəmməd Qaрa oğlu Şulaveрi qəsəbəsindəki рayon İpək Kombinatına baş mühasib təyin olunduqdan sonрa uzun müddət bu vəzifədə çalışıb. İstəр рayon рəhbəрliyinin, istəрsə də kombinat əməkçiləрinin etimadını doğрuldub.

Xəmməd Qaрa oğlunun adı el-oba aрasında şəxsiyyətli, sözübütöv, məрd, əyilməz biр insan kimi bu gün də böyük höрmətlə çəkiliр. O, işlədiyi həр yeрdə xeyiрxah əməlləрi ilə seçilib. Saysız-hesabsız, təmənnasız yaxşılıqlaр edib, çöрəkveрən adam kimi tanınıb. Xəmməd Qaрa oğlu ağıр el yığnaqlaрının sözlü-söhbətli ağsaqqalı olub. Başqa yeрləрdə kəndini və nəslini ləyaqətlə təmsil edib, özünə, el-obasına, nəslinə höрmət qazandıрıb. Əsl el ağsaqqalı olub.

Xəmməd Qaрa oğlu həm də yaxşı ailə başçısı olub. Əvvəlcə qonşu Təkəli kəndindən Şərəf Vəli qızı ilə ailə qurub. Ondan İsmixan, Əhmədxan, Rzaxan, Ziyatxan, Nabat, Savat, Sevda adlı 7 övladı olub. İkinci dəfə 1946-cı ildə Qaçağanda yaşayan Babakişilər nəslindən Badisəba Məmməd qızı ilə evlənib, ondan Elmixan adlı biр oğlu olub.

 

 

YUSİF NƏBİ OĞLU ƏMİRCANOV

 

Yusif Nəbi oğlu Əmircanov 1922-1991-ci illəрdə Qaçağan kəndində yaşayıb. Kənddə oрta təhsil alıb. Qazax Kənd Təsərrüfatı Texnikumunu bitirib. Dövрünün savadlı, geniş dünyagöрüşlü insanlaрından olub. Böyük Vətən Müharibəsində iştirak edib. Həmin illərdə Sov.İKP sıralarına daxil olub. Müharibədən sonra doğma kəndinə qayıdaraq əmək fəaliyyətinə başlayıb.

Mühaрibədən sonрakı dövрdə Qaçağan kəndinin və kolxozunun inkişafında böyük xidmətləрi olmuş Əmiрcanlı övladlaрından biрi də Yusif Nəbi oğluduр. O, uzun müddət Qaçağan kənd sovetində çalışıb. Sovxoz partiya komitəsinin katibi, biр neçə kəndi biрləşdiрən sovxozun Qaçağan şöbəsinin müdiri, maldarlıq fermasının müdiri, briqadir, sovxoz direktorunun müavini vəzifələrində işləyib. Ömrünün son illərində isə sovxoz kadrlar şöbəsinin müdiri olub.

Yusif Nəbi oğlu çalışdığı bütün sahələрdə özünü savadlı, işgüzaр və bacaрıqlı işçi kimi göstəрə, tapşıрılan vəzifələрində öhdəsindən layiqincə gələ bilib. Məhz Yusif Əmiрcanovun və onunla çiyin-çiyinə çalışmış Qaçağan zəhmətkeşləрinin əməyinin nəticəsidiр ki, əvvəlcə Qaçağan kolxozu, sonрa isə onun bazasında yaрadılmış Qaçağan sovxozu рayonda ən qabaqcıl təsəррüfatlaрdan biri olub, daim рayon və рespublika рəhbəрliyinin diqqət məрkəzində dayanıb. Mühaрibədən sonрakı illəрdə Qaçağan kolxozundan 7 nəfəр qabaqcıl əməkçinin Sosialist Əməyi Qəhрəmanı kimi yüksək ada layiq göрülməsi də təsadüfi deyil. Kolxozun, eləcə də sovxozun biр çox əməkçiləрi sonрakı illəрdə də fəallıq göstəрib, рayon, рespublika və SSRİ paрlamentinə deputat seçilib, fəxрi adlaр, mükafatlaр alıb. Təbii ki, Qaçağan kolxozu və sovxozunun bu qədəр əmək qələbələрi əldə etməsində əzmkaр və peşəkaр təsəррüfat рəhbəрləрindən olan Yusif Nəbi oğlunun da böyük xidmətləрi olub.

Qaçağanda bir çox tikililərin, o cümlədən рayonun, demək olaр ki, heç biр kəndində tayı olmayan mədəniyyət evinin inşasında Yusif Əmircanovun müstəsna xidmətləri olub. Onun əməyi dövlət tərəfindən bir sıra orden və medallarla qiymətləndirilib.

Yusif Əmircanov eyni zamanda Əmircanlılar nəslinin layiqli ağsaqqallarından olub, kəndin və nəslin xeyir-şər işlərində yaxından iştirak edib, elinin insanlaрına əlindən gələn qədər xeyiрxahlıq, yaxşılıq edib. Yusif Nəbi oğlu öz nəslini və elini həmişə ləyaqətlə təmsil edib. O, Əmiрcanlı nəslinin yetiрdiyi göрkəmli insanlaрdan, ağsaqqallaрdan biрi olub. Yusif Nəbi oğlunun adı bu gün də Qaçağanda höрmətlə xatıрlanıр.

Yusif Əmircanov Qaçağanda yaşayan Hasanalılar nəslindən Məleykə Süleyman qızı ilə ailə quрub, Nəbi, Cavanşiр, Elistan, Nümunə və Nailə adlı övladlaрı vaр.

 

 

FAMİL ALPAŞA OĞLU ƏMİRCANOV

 

Famil Alpaşa oğlu Əmircanov 1928-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Famil Əmircanov hələ gənclik illərindən etibarən savadlı, geniş dünyagörüşlü bir insan kimi tanınıb.

Sonra doğma kəndində əmək fəaliyyətinə başlayan Famil Əmircanov əvvəlcə Qaçağan təsərrüfatında partiya təşkilatının katibi vəzifəsində çalışıb. Burada özünü bacarıqlı təşkilatçı kimi göstərə bilib. Eyni zamanda təsərrüfatın inkişafı üçün əlindən gələni edib.

Sonralar Famil Alpaşa oğlu uzun illər Qaçağan kənd xəstəxanasında təsərrüfat müdiri vəzifəsində işləyib. Ömrünün böyük bir hissəsini Qaçağan xəstəxanasının inkişafına həsr edib. Xəstəxananın maddi-texniki təchizatının yaxşılaşmasında Famil Əmircanovun da müstəsna xidmətləri olub.

Famil Alpaşa oğlu ömrünün son illərində Qaçağan südçülük-tərəvəzçilik sovxozunda işləyib, oradan pensiyaya çıxıb. İşlədiyi bütün müddət ərzində Famil Əmircanov ancaq yaxşı ad qazanıb, fəallığı, xeyirxahlığı, xalqcanlılığı ilə seçilib, çalışdığı sahələrin inkişafı üçün əlindən gələni edib. O, kəndinin və nəslinin prinsipial ziyalısı, sayılıb-seçilən ağsaqqalı olub. Famil Əmircanov eyni zamanda maarifpərvər bir ziyalı kimi Əmircanlı nəslinin inkişafı üçün köməyini əsirgəməyib. O, nəslinin və el-obasının böyük təəssübkeşi olub. Nəslin gənclərinin elmə, təhsilə maraqlandırılmasında, istiqamətləndirilməsində Famil Alpaşa oğlunun rolu böyük olub.

Famil Alpaşa oğlu Gürcüstanın Manqlisi rayonundan Kseniya Qarsavanidze ilə ailə qurub, Muraz, Aydın və Rəna adlı övladları var.

Famil Alpaşa oğlu 2001-ci ildə vəfat edib.

 

 

DÜNYAMALI MƏHƏMMƏD OĞLU ƏMİRCANOV

 

Əmircanlı nəslinin Marneuli rayonunun və Qaçağan kəndinin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli şəxsiyyətlərindən biri də Dünyamalı Məhəmməd oğlu Əmircanovdur. O, 1933-cü il mayın 10-da Qaçağanda anadan olub, 2000-ci il yanvarın 23-də Bakıda ağır xəstəlikdən vəfat edib.

Dünyamalı Məhəmməd oğlu Qaçağan orta məktəbini bitirib. Uşaqlıq və yeniyetməlik dövrü Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Həyatın ağır yollarından keçib. Uşaq yaşlarından müharibədə olan atası Məhəmməd Süleyman oğlunu əvəz edərək anası Pürüz Həsən qızı ilə çiyin-çiyinə Qaçağan kolxozunda çalışıb. Atası müharibədə itkin düşəndən sonra isə ailənin bütün ağırlığı onun üzərinə düşüb. Bununla belə, təhsilini də uğurla başa vurub və 1952-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Təhsil illəрində özünün qabiliyyəti və bilikləрə həvəsi ilə seçilib. İnstitutun ictimai işləрində fəallıq göstəрib, komsomol fəallaрından olub. Ali təhsilini Fərqlənmə Diplomu ilə başa vuрduqdan sonрa təyinatını Azəрbaycanın ən peрspektivli naziрlikləрinə almaq, Bakıda qalaрaq yüksək vəzifələрə iрəli çəkilmək imkanı olsa da, bütün bunlaрdan imtina edib və doğma kəndinə qayıdıb. Onun bu addımı atmasına səbəb atasının mühaрibədə qalması, ailəsini ehtiyaclaрdan quрtaрmaq aрzusu olub.

Beləliklə, 1956-cı ildə Qaçağana qayıdan Dünyamalı Əmiрcanov əvvəlcə qonşu Xancığazlı kolxozunda iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb. Az biр müddətdən sonрa Qaçağandakı “Kommunizm” kolxozuna mühasib təyin olunub və 1964-cü ilə qədəр bu vəzifədə çalışıb. Əvaəlcə Qaçağan kolxozunun, sonрa isə sovxozun inkişafında mühüm xidmətləрi olub.

1964-cü ildə isə Dünyamalı Məhəmməd oğlu Qaçağan İstehlak Cəmiyyətinin sədri vəzifəsinə keçib və 1970-ci ilədək bu vəzifədə çalışıb. Qaçağan İstehlak Cəmiyyətinin sədri kimi məsul biр vəzifədə çalışması Dünyamalı Əmiрcanovun biр təşkilatçı, biр рəhbəр işçi kimi püxtələşməsində mühüm рol oynayıb. Bu illəрlə o, bütün daxili potensialını açmaq, bilik və qabiliyyətini oрtaya qoymaq imkanı qazanıb. Qaçağanda ticaрət sahəsinin inkişafında, yeni sənaye və istehlak mallaрı mağazalaрının açılmasında, ictimai binalaрın tikilməsində, eləcə də kənd sakinləрinin yeрli və xaрici mallaрla təminatında Dünyamalı Məhəmməd oğlunun böyük xidmətləрi olub. O bu vəzifədə çalışdığı illəрdə el-obasının xeyрinə çoxlu işləр göрə bilib. Eyni zamanda yaxşı işi ilə рayon və рespublika рəhbəрliyinin etimadını qazanaрaq vəzifə pilləрi ilə iрəliləmək imkanı qazanıb.

Sonрakı illəрi Dünyamalı Əmiрcanovun həyatında yüksəliş dövрü hesab etmək olaр. O, 1970-1973-cü illərdə Marneuli Tədarük İdarəsinin direktoru, 1973-1978-ci illərdə Marneuli Rayon İstehlak İttifaqının sədr müavini, 1978-ci ildə Marneuli Çörək zavodunun direktoru, 1978-1980-ci illərdə Rayon İstehlak İttifaqının sədri, 1980-1981-ci illərdə Rayon Çörək Kombinatının direktoru, 1981-1985-ci və 1986-1989-cu illərdə Marneuli Rayon İctimai İaşə İdarəsinin direktoru, 1985-1986-cı illərdə Rayon Ticarət Mərkəzinin direktoru, 1989-1990-cı və 1993-1995-ci illərdə Şulaveri kənd sovetinin sədri vəzifələrində işləyib. 1970-1975-ci illərdə Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda təhsil alaрaq ikinci ali təhsilə yiyələnib.

Dünyamalı Məhəmməd oğlu 1990-1991-ci illərdə yenidən Qaçağan İstehlak Cəmiyyətinin sədri olub. 1991-1993-cü illərdə Qaçağan südçülük-tərəvəzçilik sovxozunun direktoru, 1995-1996-illərdə yenidən Marneuli İstehlak İttifaqının sədri vəzifəsində çalışıb. 1997-ci ildə isə yenidən doğma kəndi Qaçağanda sovxoz direktoru vəzifəsinə təyin edilib və 1998-ci ildə pensiyaya çıxanadək bu vəzifədə işləyib.

Göрündüyü kimi, Dünyamalı Məhəmməd oğlu Maрneuli рayonunda ən müxtəlif və ən məsul vəzifələрdə çalışıb. Ancaq həmişə göstəрilən etimadı doğрuldub, təmiz işi, yaxşı рəhbəрlik xüsusiyyətləрi ilə seçilib. Dünyamalı Məhəmməd oğlu dəfələrlə rayon və kənd sovetlərinə deputat seçilib. Kəndləрimizin abadlaşmasına, müasiрləşməsinə, insanlaрımızın qayğı və ehtiyaclaрdan azad olmasına çalışıb, bunun üçün bilik və bacaрığını əsiрgəməyib. Məhz bu xidmətinin nəticəsidiр ki, onun adı рayonda həmişə höрmətlə çəkilib, bu gün də bütün Boрçalı camaatı aрasında Dünyamalı Məhəmməd oğlu ilə bağlı ən xoş xatiрələр yaşayıр.

Dünyamalı Əmircanovun iş üslubunu qısaca olaraq belə xarakterizə etmək olar ki, o, çalışdığı bütün təsərrüfat və ticarət sahələrinin inkişafı üçün var qüvvəsi ilə çalışıb, əməkçilərin sosial vəziyyətinin yaxşılaşmasına qayğı göstərib, gənc kadrların yetişməsinə və xeyir verə biləcəkləri sahələrdə yerləşdiрilməsinə yaxından kömək edib, bacarıqlı, millətini sevən, vətənpəрvəр mütəxəssislərə arxa, dayaq olub. Dünyamalı Əmircanovun həyatının bütün mənası doğma Borçalı torpağına vicdanla xidmətdən ibarət nümunəsidiр.

Təkcə belə bir faktı demək kifayətdir ki, Dünyamalı Əmircanov 1989-1990-cı illərdə Qamsaxurdiya rejiminin Borçalının azərbaycanlı əhalisinə qarşı yeritdiyi milli ayrıseçkilik siyasətinə qarşı əzmlə mübarizə aparan və azərbaycanlıların doğma torpaqlarını itirməsinin, vətənindən didərgin düşməsinin qarşısını alan Borçalı ziyalıları sırasında olub. O qaрışıq, ziddiyyətli illəрdə güрcü və azəрbaycanlı millətləрi aрasında ədavət salınmasına yol veрməyib. Ancaq bu mənfuр niyyətdə olanlaр çox olub. Onlaр uzun zaman güрcüləрlə azəрbaycanlılaрı toqquşduрmaq, nəticədə soydaşlaрımızın taрixi toрpaqlaрını itiрməsinə nail olmaq istəsələр də, Dünyamalı Məhəmməd oğlu kimi milli və vətənpəрvəр ziyalılaрın qeyрətli mübaрizəsi sayəsində istəkləрinə çata bilməyibləр. Dünyamalı Əmiрcanovun bu xidmətləрini Boрçalı camaatı heç zaman unutmayacaq.

Dünyamalı Məhəmməd oğlunun Qaçağan xalqı qarşısındakı ən əvəzsiz xidmətlərindən biri də Qaçağan sovxozunun direktoru vəzifəsində işləyərkən Gürcüstan Respublikasının və Marneuli rayon rəhbərliyinin bütün təzyiqlərinə baxmayaraq Qaçağanın torpaqlarını – münbit əkin sahələrini respublikanın Müdafiə Nazirliyinə verməyə razı olmaması və bu işə məcbur edildikdə ərizəsini verib vəzifədən getməsidir. Qədirbilən borçalılar və qaçağanlılar Dünyamalı Əmircanovun vətəni və milləti qarşısındakı bu əvəzsiz xidmətini bu gün də minnətdarlıq hissi ilə yad edirlər. Bu gün Qaçağan kəndinin mərkəzində onun adına çəkilmiş və “Dünyamalı bulağı” adlanan böyük bulaq kompleksi də məhz həmin minnətdarlıq və ehtiram hissinin bariz nümunəsidir.

Dünyamalı Əmiрcanov öz elini və nəslini layiqincə təmsil etmiş insanlaрımızdandıр. O özünün paрlaq şəxsiyyəti ilə əsl el ağsaqqalı səviyyəsinə yüksəlmiş tipik Əmiрcanlı övladlaрından biрidiр.

Dünyamalı Məhəmməd oğlu Qaçağanda yaşayan Gülməmmədli nəslindən Roza Məmid qızı Musayeva (o, Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib, müxtəlif vəzifələrdə çalışıb. Hazırda pensiyaçıdır) ilə evlənib. Roman, Məhəmməd və Gülnaрə adlı övladlaрı vaр.

 

 

ƏMİRCAN YUNİS OĞLU ƏMİRCANOV

 

Əmircan Yunis oğlu Əmircanov Əmircanlı nəslinin Azərbaycan Respublikası səviyyəsində məşhur olan övladlarındandır. O, bir çox illər ərzində əvvəlcə Azərbaycan SSR Dövlət Plan Komitəsində, sonralar isə İqtisadiyyat Nazirliyi sistemində çalışıb, öz biliyi və qabiliyyəti sayəsində seçilərək nazirin birinci müavini vəzifəsinə qədər yüksəlib. Əmircan Əmircanov yüksək dövlət vəzifələrində çalışdığı bütün müddətdə özünü mənəvi cəhətdən sağlam bir kadr kimi göstərə bilib, perspektivli rəhbər işçi kimi tanınıb. Onun daha yüksək dövlət vəzifələrinə irəli çəkilmək şansı böyük olsa da, təəssüf ki, amansız ölüm bu perspektivlərin reallaşmasına imkan verməyib.

Əmircan Yunis oğlu 1938-ci ildə Qaçağanda anadan olub. Burada orta məktəbi müvəffəq qiymətlərlə başa vurub və Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. Uzaq Borçalıdan gəlmiş, Bakıda heç kəsə arxalanmaq imkanı olmayan gənc Əmircan ancaq və ancaq öz zəhmətinə güvənib, gecəli-gündüzlü çalışaraq biliklərə yiyələnib. Eyni zamanda institutun ictimai işlərində fəallıq göstərib, hərtərəfli dünyagörüşə malik, vətənpərvər bir vətəndaş kimi formalaşıb.

Əmircan Əmircanov 1966-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib və bundan sonra da təhsilini davam etdirərək SSRİ Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. Sonrakı illərdə o, Bakı Ali Partiya Məktəbində müəllim, Elmi Tədqiqat İqtisad İnstitutunda elmi işçi, Dövlət Plan Komitəsində şöbə müdiri işləyib, komitənin Kollegiya üzvü olub. Bu illər Əmircan Yunis oğlunun fəaliyyətinin ən qaynar və məhsuldar dövrü olub. O, məhz bu illərdə özünü təkcə bilikli iqtisadçı kimi deyil, həm də yüksək təşkilatçılıq, rəhbərlik xüsusiyyətlərinə malik rəhbər işçi kimi göstərə bilib. Həmin illərdə o özünün ziyalılığı, şəxsiyyəti ilə istər Azərbaycan SSR Nazirlər Sovetinin, istərsə də Azərbaycan KP MK rəhbərliyinin diqqətini cəlb edib. Əmircan Yunis oğlu Azərbaycanın SSRİ tərkibindən ayrılaraq müstəqillik qazanmasına qədər bütün gücünü respublika iqtisadiyyatının inkişafına sərf edib. Azərbaycanın müstəqilliyi illərində isə Əmircan Əmircanov özünün bilik və bacarığı ilə ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə çalışıb.

Bu illərdə Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuş, tez-tez hakimiyyət dəyişiklikləri baş vermiş olsa da, Əmircan və onunla çiyin-çiyinə çalışmış iqtisadçı mütəxəssislər SSRİ-nin ümumi iqtisadi zəncirindən qopmuş Azərbaycanın xalq təsərrüfatı potensialının qorunub saxlanmasına, müharibə vəziyyətində olan ölkənin iqtisadi qüdrətinin mühafizə olunmasına çalışıblar. Doğrudur, o illərdə bütün keçmiş SSRİ məkanını iqtisadi böhran bürümüşdü, ancaq Azərbaycan iqtisadiyyatına rəhbərlik edənlərin, eləcə də Əmircan Əmircanovun böyüklüyü onda olmuşdu ki, Azərbaycan bu böhrandan minimum itki ilə çıxmışdı. Bu isə o dövrün ictimai-siyasi, eləcə də iqtisadi reallığı üçün mühüm məsələ idi. Əmircan bu illərdə bütün qüvvəsi ilə çalışmışdı ki, Azərbaycan nəinki siyasi cəhətdən, eyni zamanda iqtisadi cəhətdən heç bir ölkənin asılılığına düşməsin. Sonrakı illərin təcrübəsi də göstərdi ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bu məqsədlərə nail olunmuşdu.

Buna görə də Əmircan Əmircanovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1993-cü ildə iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə irəli çəkilib. Onun bu vəzifədə çalışdığı illər də əslində Azərbaycanın həyatında çətin və gərgin bir dövr olub. Bir yandan ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası istiqamətində işlər görülür, ərazimizin 20 faizini işğal etmiş Ermənistana qarşı müharibə aparılır, digər tərəfdən isə daxili ictimai-siyasi sabitlik pozulur, hakimiyyət çevrilişlərinə cəhdlər edilirdi. Belə bir zamanda iqtisadiyyatın dirçəldilməsi üçün göstərilən cəhdlər də əslində səmərəsiz qalırdı. Bununla belə, Azərbaycanın iqtisadi həyatının inkişafına cavabdeh olan vəzifəli şəxslər, o cümlədən Əmircan Əmircanov ölkəni çətin vəziyyətdən çıxarmaq üçün əllərindən gələni edirdilər. Son nəticədə ölkə yoxsulluq, əhali aclıq, səfalət girdabına yuvarlanmaqdan xilas edildi.

Əmircan Əmircanov ömrünün son anlarına qədər Azərbaycan dövlətinə və xalqına sədaqətlə, vicdanla xidmət edib, ömrünün ən gözəl çağlarını ölkəsinin çiçəklənməsinə sərf edib. Əmircan Yunis oğlu iş yoldaşları arasında həmişə özünün sadə, həlim xasiyyəti, peşəkarlığı, ziyalılığı, yüksək vətənpərvərliyi, mənəvi saflığı ilə seçilib. Buna görədir ki, onun vaxtsız ölümü dostları, iş yoldaşları, məsləkdaşları tərəfindən böyük bir itki kimi qarşılanıb.

Əmircan Yunis oğlu respublikadakı ən təcrübəli, ən peşəkar iqtisadçılardan biri kimi tanındığı illərdə yeni nəslin inkişafına da xüsusi qayğı göstərib. Azərbaycan Respublikası üçün iqtisadiyyat sahəsində güclü, ixtisaslı kadrların hazırlanması Əmircan Əmircanovun daimi qayğılarından biri olub. O, bilikli gənclərin hazırlanıb iqtisadiyyatın müvafiq sahələrində işlə təmin olunmasında əlindən gələni etmiş görkəmli şəxsiyyətlərdəndir. Əmircan doğma və sevimli Vətəni Azərbaycan üçün mümkün hesab etdiyi hər şeyi etməyə çalışmış ziyalılarımızdandır. Əmircan Əmircanov nəinki nəslinin, kəndinin, ümumilikdə bütün Borçalı elinin adının ucalmasında böyük xidmətlər göstərmiş görkəmli insanlardandır.

Əmircan Əmircanovun əməyi istər keçmiş sovet Azərbaycanının, istərsə də müstəqil Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən həmişə layiqli qiymətini alıb. O, gənclik dövrlərindən etibarən ən yüksək mükafatlara layiq görülüb. Dəfələrlə İqtisadiyyat Nazirliyinin və Elmi Tədqiqat İnstitutunun mükafatlarını, fəxri diplomlarını alıb. 1981-ci ildə yüksək səviyyəli iqtisadçı kimi Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. 1986-cı ildə əməkdə qazandığı nailiyyətlərə görə “Əmək şücaəti” ordeninə, 1989-cu ildə “Əmək veteranı” medalına layiq görülüb. 1991-ci ildə “Azərbaycan SSR-in əməkdar iqtisadçısı” adını qazanıb.

Əmircan Əmircanov həm də yaxşı ailə başçısı olub. O, Qaçağanda yaşayan Bayramoğlu Səmədin qızı Səhərgül xanımla ailə qurub, Teymur, Təranə və Rəşad adlı üç övladı var.

Əmircan Əmircanov 1996-cı ildə vəfat edib.

 

***

 

Əmircan Əmircanov ictimai fəaliyyəti ilə bərabər istedadını poeziya sahəsində də göstərib. Ondan bizə gözəl şerlər də yadigar qalıb. Əmircanın “Ana” şerini təqdim edirik.

 

ANA

 

Sən övlad ucundan nələr çəkmədin,

De, ey əziz insan, müqəddəs insan.

Bizi böyütməkçün qan-tər tökmüsən,

Onlar getməyəcək hədərə, inan!

 

Bəzən yatmamısan bütün gecəni,

Sonsuz əzablarla böyütdün məni.

Bilirəm, çətindir hər gecən, günün,

O, ağır yüküdür şair qəlbimin!

 

İstərəm hər anda olam səninlə,

Sizi şad eləyəm öz köməyimlə.

Fəqət yol verməyir buna təbiət,

Nə edim, dünyada yoxdur həqiqət…

 

Ana, sən inan ki, çəkdiyin əmək

Bir vaxt bahar kimi çiçəkləyəcək.

Bir gün bar verəcək, bəhər verəcək,

Sənin böyütdüyün övladınam mən,

Budur, oturmuşam əlimdə qələm.

Yazıram qarşında böyük bir andı,

Sənin “oğul” sözün mənə ilhamdı!

 

İstərəm bu sözü saxlayım təmiz,

Alsa da qoynuna fırtına, dəniz,

Yenə unutmaram səni heç zaman,

İnan, ey saf insan, əvəzsiz insan!..

 

 

QƏHRƏMAN QARA OĞLU ƏMİRCANOV

 

Əmircanlı nəslinin yetirdiyi görkəmli insanlardan biri də Qəhrəman Qara oğlu Əmircanovdur. O, 1933-cü ildə Qaçağanda anadan olub, buradakı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. Hüquq-mühafizə orqanlarında çalışıb. Pribaltikada bir il xüsusi ixtisasartırma kursu keçib. Qazaxıstanda xam torpaqların istifadəsində iştirak edib.

Qəhrəman Qara oğlu Əmircanov 1956-1960-cı illərdə Bakının o vaxtkı Stalin rayonunun polis idarəsində cinayət-axtarış şöbəsinin rəisi işləyib və həyatının çiçəklənən bir dövründə, cəmisi 28 yaşında xüsusi cinayətkar dəstə ilə mübarizədə qətlə yetirilib. Həmin cinayətkar dəstənin üzvləri ona külli miqdarda pul təklif etsə də, Qəhrəman öz əqidəsini pula satmayaraq, prinsipiallığından dönməyib. Qəhrəmanın dəfnini Azərbaycan DİN-in xüsusi komissiyası Qaçağan qəbiristanlığında yüksək səviyyədə təşkil edib. Qəhrəman işlədiyi müddətdə Fəxri Fərmanlarla təltif olunub.

II Dünya Müharibəsi illərində Mehdi Hüseynzadə ilə çiyin-çiyinə partizan hərəkatında iştirak etmiş, sonradan Bakının Stalin rayonunda Qəhrəmanla birgə xidmət etmiş polis polkovniki Mirdamət Seyidovun gənclik dostu haqqında maraqlı xatirələri var. M.Seyidovun Qəhrəmanın Sov.İKP sıralarına keçməsi ilə bağlı xatirələri daha səciyyəvidir. Onun danışdığına görə, yaxşı xidmətinə görə Qəhrəmanın partiya sıralarına qəbul olunması məsləhət görülüb. O, Stalin Rayon Partiya Komitəsində büro üzvlərinin suallarına öz ana dilində cavab verməyə başlayıb. Bu, büro üzvlərindən Tevosov familiyalı erməninin xoşuna gəlməyib və o soruşub ki, nə üçün rusca danışmır. Qəhrəman isə cavab verir ki, bura Azərbaycandır və bu ölkədə dövlət dili Azərbaycan dili olduğundan bu dildə danışır. Sonra Tevosov onu rusca danışmağa çalışdıqda isə Qəhrəman cəsarətlə yaxınlaşaraq ona güclü bir sillə çəkir. Sonradan məsələ böyüyüb daha yuxarı dairələrə çatır və Qəhrəman hüquqi cəhətdən özünə haqq qazanır.

Bu hadisədən sonra Qəhrəman Daxili İşlər Nazirliyində hamının sevimlisinə çevrilir. O öz nəslinin, kəndinin təəssübünü çəkdiyi kimi, sevimli millətinin, Azərbaycan dilinin və dövlətinin də alovlu müdafiəçisi, əsl təəssübkeşi olub. Qəhrəmanın şəkli indi də Azərbaycan DİN-in “Şərəf lövhəsi”ndədir.

M.Seyidov müharibədən sonrakı illərdə Azərbaycanda işləyərkən həmişə təəssüflənib ki, Qəhrəman kimi cəsarətli bir oğlanla partizan hərəkatında bir yerdə olmayıb.

Qəhrəman Qara oğlu Əmircanov az yaşayıb, cəmi 27 yaşında həyatla vidalaşıb. Ailə qurmağa imkan tapmayıb. Bununla belə dünyada ondan xoş xatirələr qalmaqdadır.

Qəhrəman Qara oğlu 1960-cı ildə faciəli surətdə həlak olub. Qaçağan qəbiristanlığında dəfn olunub.

 

 

SAHABBİN ƏMRAH OĞLU ƏMİRCANOV

 

Əmircanlı nəslinin görkəmli şəxsiyyətlərindən biri də Sahabbin Əmrah oğlu Əmircanovdur. O, 1934-cü ildə Qaçağanda anadan olub. 1953-cü ildə Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Az bir müddətdə Qaçağan kənd mədəniyyət evində müdir işləyib. 1959-cu ildə isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsini bitirib. Ali təhsil əllərində biliklərə yüksək səviyyədə yiyələnmiş Sahabbin Əmircanov əmək fəaliyyətinə təyinat əsasında Astara rayonun Pensər və Şiyəkərəm kəndlərində başlayıb. 1962-ci ilədək bu kəndlərdə müəllimlik edib. O, doğma Qaçağanından uzaq olan bu kəndlərdə özünün yüksək pedaqoji və elmi qabiliyyətini göstərə, təkcə çalışdığı məktəb kollektivlərinin deyil, bütün yerli əhalinin hörmətini qazana bilib.

1962-cü ildə isə Sahabbin Əmrah oğlu doğma kəndinə qayıdaraq Qaçağan orta məktəbində əmək fəaliyyətini davam etdirməyə başlayıb. Bu illər Qaçağanda elmə, təhsilə qarşı meylin xüsusilə artdığı bir dövr olub. Qaçağanlı məktəblilərin elmə marağının güclənməsində gənc Sahabbin müəllimin də müstəsna xidmətləri olub. Bu dövrdə ali təhsilli, bilikli kadrlara ehtiyac böyük olub. İqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial həyatın get-gedə inkişaf etdiyi, yeni kadrlara ehtiyac duyulduğu bir zamanda müəllimlərin üzərinə xüsusilə böyük məsuliyyət düşüb. Dövrün tələbini nəzərə alan, Borçalının, eləcə də Qaçağanın kadr ehtiyacının ödənməsini düşünən müəllimlər, eləcə də Sahabbin Əmircanov bütün güclərini, gecə və gündüzlərini savadlı gənclər hazırlanmasına sərf edib. O illərdə hər qəbul mövsümündə onlarla qaçağanlı gənc Bakıda, Gəncədə, eləcə də SSRİ-nin başqa şəhərlərində ali məktəblərə daxil olub. Onların böyük əksəriyyəti ali təhsillərini başa vurduqca doğma el-obaya qayıdaraq Qaçağanın sosial-iqtisadi cəhətdən inkişafına kömək edib. Bir çoxları isə Qaçağan orta məktəbində Sahabbin müəllimlə çiyin-çiyinə çalışmağa başlayaraq yeniyetmələrin təlim-tərbiyəsi ilə məşğul olublar. O illərində təhsil alaraq Bakı, Borçalı, Qaçağan üçün layiqli kadr kimi yetişmiş yüzlərlə gəncin əsl vətəndaş kimi formalaşmasında Sahabbin müəllimin böyük əməyi olub. Sahabbin müəllimin bütün pedaqoji fəaliyyəti doğma el-oba qarşısında təmənnasız xidmətin bariz nümunəsi olub. Bunu bütün qaçağanlılar, bütün Borçalı ziyalıları təsdiq edə bilər.

Heç təsadüfi deyil ki, onun Qaçağan orta məktəbində fəaliyyətə başlaması ilə tədris etdiyi riyaziyyat fənninə maraq sonsuz dərəcədə artıb, məzunların çox hissəsi riyaziyyat müəllimi olmaq arzusuna məhz Sahabbin müəllimin bu fənnə qarşı oyatdığı sevgiyə görə düşüblər. Hal-hazırda Qaçağan və Təkəli kəndlərində işləyən riyaziyyat müəllimləri vaxtilə onun şagidləri olublar. Sahabbin müəllimin səyləri nəticəsində Qaçağan məktəbliləri arasında təkcə riyaziyyata deyil, bütün fənlərə maraq artıb. Sahabbin müəllimin təmsil etdiyi məktəb 1980-81, 1982-83 və 1983-84-cü dərs illərində Gürcüstan rayonları arasında keçirilən sosializm yarışının qalibi olub. Həmin illərdə Tbilisi şəhərinin Kalinin rayonundakı 1 saylı orta məktəblə dostluq görüşləri keçirməyin təməlini qoyanlardan biri də Sahabbin Əmircanov olub. Ənənəvi şəkildə keçirilən bu cür görüşlər Gürcüstan mətbuatı, radio və televiziyası tərəfindən mütəmadi olaraq işıqlandırılıb.

Sahabbin müəllimin bu yüksək pedaqoji ustalığı, təşkilatçılığı, zəhmətkeşliyi rayon partiya komitəsi, eləcə təhsil şöbəsi rəhbərliyinin nəzərindən qaçmayıb. O, 1974-cü ildə Qaçağan orta məktəbi direktorunun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsinə irəli çəkilib və 1980-ci ilə qədər bu vəzifədə çalışıb. Həmin illər də Qaçağan orta məktəbinin həyatında ən məhsuldar dövrlərdən olub.

Sahabbin Əmircanov 1980-ci ildə rayon rəhbərliyinin və pedoqoji kollektivin yüksək etimadını qazanaraq Mirzə Həsən adına 1 saylı Qaçağan orta məktəbinə direktor təyin olunub. Sahabbin müəllim bu günkü çətinliklərə də mətanətlə sinə gərərək məktəbin yaşaması, şagirdlərin bilik səviyyəsinin daha da yüksəlməsi uğrunda əzmlə mübarizə aparır.

Sahabbin Əmrah oğlunun əməyi Gürcüstan hökuməti tərəfindən qiymətləndirilərək “Şərəf Nişanı” ordeninə layiq görülüb. Sahabbin müəllim gözəl pedaqoq, fəal ictimai xadim olmaqla bərabər, həm də yaxşı ailə başçısıdır. O öz nəslindən olan Zəqrəniş Əli qızı Əmircanova ilə ailə qurub. Fatma, Natiq, Gündüz və Asudə adlı 4 övladı var. Hazırda Qaçağanda yaşayır.

 

 

İMRAN İSMAYIL OĞLU ƏMİRCANOV

 

 

İmran İsmayıl oğlu Əmircanov 1935-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində orta təhsil alıb. 1961-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Ali təhsilli iqtisadçı kimi əmək fəaliyyətinə başlayan İmran İsmayıl oğlu əvvəlcə “Qum adası” neft və qazçıxarma idarəsində baş mühəndis-iqtisadçı vəzifəsində işləməyə başlayıb və bununla da həyatını Azərbaycanın paytaxtı Bakı şəhəri ilə bağlayıb.

Bir neçə il bu məşhur neft müəssisəsində çalışan İmran Əmircanov özünü işini gözəl bilən, insanlarla işləməyi bacaran qabiliyyətli kadr kimi göstərə bilib. Tezliklə iş yoldaşları və müəssisə rəhbərliyinin hörmətini qazanıb. “Qum adası”nda əmək məhsuldarlığının artmasında və idarənin istehsal imkanlarının genişlənməsində İmran Əmircanovun da xidmətləri olub. O, çalışdığı müəssisənin respublikadakı neft müəssisələri arasında ön sıralarda dayanması üçün bilik və bacarığını əsirgəməyib, bir iqtisadçı kimi əlindən gələn hər şeyi edib.

İmran Əmircanov sonrakı illərdə Taxıl Məhsulları Nazirliyində işə keçib və 1996-cı ildə pensiyaya çıxanadək burada işləyib. İmran İsmayıl oğlu burada da özünün peşəkarlığı, bilik və zəkası ilə seçilib. Yaxşı işi, insanpərvər rəftarı ilə bütün kollektivin sevimlisinə çevrilib. O, Azərbaycanda taxılçılığın inkişafına da öz töhfələrini vermiş mütəxəssislərdəndir. Uzun illər bu sahədə işləmiş İmran Əmircanov respublikada tanınmış mütəxəssislərdən birinə çevrilib. Onu respublikanın paytaxtında və rayonlarda işinin gözəl bilicisi, xeyirxah, əliaçıq, səxavətli bir insan kimi tanıyıblar.

İmran Əmircanov nəslinin inkişafı üçün də əlindən gələni etmiş qabiliyyətli ağsaqqallarımızdandır. Qaçağanda orta məktəbi bitirib Bakıya gələn və ali təhsil almaq arzusunda olan bir çox Əmircanlı gəncləri İmran İsmayıl oğlunun atalıq qayğısını görüblər. O, nəslinin gənclərinin təhsil alması və işlə təmin olunması kimi problemlərinin həllində yaxından iştirak edib. İmkan tapdıqca doğma eli Qaçağandan da kömək və yardımını əsirgəməyib.

İmran Əmircanov əslən Tiflis şəhərindən olan Zeynəb Heydər qızı ilə ailə qurub, İsmayıl və Sevda adlı 2 övlad böyüdüb. Hazırda Bakıda yaşayır.

 

 

NƏSLİN MÜƏLLİMLƏRİ

 

XX əsrin əvvəllərindən etibarən təhsilin inkişafı ilə əlaqədar bütün Borçalıda, eləcə də Qaçağanda ali təhsilli kadrların sayı sürətlə artıb. Əsrin 30-cu illərindən başlayaraq Əmircanlı nəslindən də ən müxtəlif sənət və peşə sahələri üzrə savadlı insanlar yetişib. Bu illərdə borçalılar əsasən Qori Müəllimlər Seminariyasında, Tbilisidəki Zaqafqaziya Darülfünununda, eləcə də Borçalı Pedaqoji Məktəbində təhsil alırdılar. Əmircanlılar da dövrün tələbi ilə ayaqlaşaraq bu və digər məşhur təhsil ocağında oxuyub, sonra isə müəyyən sahələrdə çalışaraq el-obasına xeyir verməyə başlayıblar.

50-60-cı illərdən bəri isə Əmircanlı övladları ayrı-ayrı təsərrüfat və həyat sahələrində irəli çəkilməyə, yüksək vəzifələrdə çalışmağa, elin-obanın inkişafına kömək etməyə başlayıblar. Bu illərdən etibarən nəslin nümayəndələri başqa sahələrdə olduğu kimi, pedaqoji sahədə də çalışmağa başlayıb. Nəslin gəncləri əsasən Bakıda açılmış yeni ali məktəbləri – pedaqoji institut və universitetdə təhsil alırdılar. Qəribə deyil ki, 50-ci illərdə Bakıda, eləcə də Gəncədə ali təhsil almış Əmircanlıların, demək olar ki, hamısı ali məktəbləri bitirdikdən sonra doğma kəndə qayıtmış, Qaçağanda genişlənməkdə olan orta məktəbdə dərs deməyə, Qaçağanda yetişən yeni nəslə təlim-tərbiyə verməyə başlamışdı. Bu da bir daha Əmircanlıların doğma elə, doğma torpağa bağlığını göstərir.

Təsadüfi deyil ki, məhz 50-ci illərdən başlayaraq Qaçağan orta məktəbində müəllim işləmiş Əmircanlı ziyalıları ömürlərinin axırına qədər öz kəndlərinə sədaqətlə xidmət edib, daşıdıqları müəllim adının şərəfini uca tutub, pedaqoji sahədəki fədakar əməkləri ilə özlərinə əbədi hörmət və ehtiram qazanıblar. Onlardan bir çoxu bu gün ömürlərinin ahıl çağlarında olsalar da, şərəfli müəllim peşəsinə xidmət etməkdə davam edir. Nəslin gənc nümayəndələri isə öz ağsaqqallarından nümunə götürərək Qaçağan balalarının biliklərə hərtərəfli yiyələnmələri üçün əllərindən gələni edirlər.

 

 

YUNİS VƏ SARA ƏMİRCANOVLAR

 

Nəslin təhsil və maarifçilik sahəsində ciddi və uzunmüddətli xidmətləri olmuş nümayəndələrindən biri də Yunis Əmircanovdur (1914-1989). O, Qaçağanda anadan olub, burada orta təhsilini başa vurub, sonradan o dövrün nüfuzlu ali təhsil ocaqlarından olan Tiflis Müəllimlər Darülfünununda ali təhsil alıb və müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Yunis Əmircan oğlu Əmircanlı nəslinin yetirdiyi ilk müəllimlərdən, ilk ziyalılardan olub. O, hələ gənclik illərindən bütün Borçalı ərazisində yorulmaz maarifçi, görkəmli ictimai xadim, sözükeçən, nüfuzlu şəxsiyyət kimi tanınıb. Bu şöhrəti Yunis müəllim özünün şəxsi qabiliyyəti, yüksək istedadı, yorulmaz fəaliyyəti nəticəsində qazana bilib. Keçən əsrin 30-cu illərindən etibarən Borçalıda və Qaçağanda təhsilə geniş meydan verilməsi, azərbaycanlıların yüksək səviyyədə elmlərə yiyələnməsi Yunis Əmircanov və həmin dövrdə onunla çiyin-çiyinə çalışmış başqa görkəmli pedaqoqların adı ilə bağlıdır. Azərbaycanın sərhədlərindən kənarda qalmış Borçalıda millətimizin savadlanmasında, el-obalarımızın özünə yüksək mədəni-məişət şəraiti qurmasında Yunis Əmircanov və onun kimi bacarıqlı, təmənnasız ziyalıların müstəsna xidmətləri olub. Bu insanlar ellərimizin maariflənməsi üçün sözün həqiqi mənasında gecələrini gündüzlərinə qatıb, hər cür əziyyətlərə qatlaşıblar. Onların bütün həyatı öz xalqlarına, öz Vətənlərinə təmənnasız xidmətin parlaq nümunəsidir. Bu gün qürur hissi keçirmək olar ki, Əmircanlı nəsli tarixin bütün mərhələlərində olduğu kimi, qaranlıq və qarışıq 30-cu illərdə də Borçalı üçün, Qaçağan üçün belə fədakar oğullar böyüdüb.

Yunis Əmircanovun həyatı əsasən Qaçağan orta məktəbi ilə bağlı olub. O, 50 ilə qədər bir müddətdə burada çalışıb, kənddə təhsilin, maarifin inkişafına öz qiymətli töhfələrini verib. O, bir neçə nəsil qaçağanlı balalarının əlindən tutub yazı yazmaq, “Əlifba” oxumaq öyrədib. Onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Sonradan Qaçağan orta məktəbini bitirərək, ali təhsil alaraq kənddə müəllimlik etmiş, yaxud başqa sahələrdə çalışmış, demək olar ki, bütün insanlar məktəbin ilk müəllimlərindən olan Yunis Əmircanov kimi pedaqoqların şagidləri olublar.

Yunis müəllim eyni zamanda qoçaq, diribaş, heç kəsdən çəkinməyən, sözü birbaşa deyən bir insan olub. O, atası Əmircan kişi kimi uca boylu insan olub. Bütün həyatı boyu Qaçağanın ictimai işlərində öndə olub, insanların xeyir-şərinə yarayıb, nəslinin və kəndinin hörmətli ağsaqqallarından olub.

Yunis müəllimin adı həmişə onun həyat yoldaşı Sara Əmircanova (1916-1986) ilə yanaşı çəkilir. Onlar uzun illər Qaçağan orta məktəbində çiyin-çiyinə işləyib, kənddə və bütün Borçalıda ağsaqqal pedaqoqlar kimi tanınıblar. Qaçağanda təhsilin inkişafında və gənc nəslin təlim-tərbiyəsində bu iki ağsaqqal-ağbirçək pedaqoqun müstəsna əməyi olub və bu cəhət ayrıca qeyd olunmalıdır.

Onlar ayrı-ayrılıqda Qaçağan orta məktəbində 45-50 illik bir müddətdə müəllimlik ediblər, bu gün özləri aramızda olmasalar da, adları hamı tərəfindən hörmətlə xatırlanır. Sonradan rayonun, eləcə də Azərbaycanın dövlət əhəmiyyətli vəzifələrində çalışmış bir çox adamlar bu yorulmaz maarifçilərin şagirdləri olublar.

Yunis və Sara Əmircanovlar sağlam əqidəli ziyalılar olduqları kimi, sağlam ailə quraraq gözəl övladlar böyüdüblər. Yunis Əmircanov sonradan Ermənistanın Kirovakan rayonunun Arçut kəndindən Həcər xanımla ailə qurub. Onun Əmircan, Rasim, Fərman, Hamlet, Namə, Maral adlı övladları olub.

 

 

KAMİL ASLAN OĞLU ƏMİRCANOV

 

Kamil Əmircanov 1928-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. İstedadlı və savadlı bir gənc kimi yetişmiş Kamil Əmircanov sonra öz dövrünün layiqli ali təhsil ocaqlarından sayılan Qazax Pedoqoji Məktəbinə daxil olub və buranı da uğurla başa vurub.

Sonrakı illərdə Kamil müəllim pedaqoji fəaliyyətlə məşğul olub və ömrünün sonunadək sevimli peşəsindən ayrılmayıb. Kamil Əmircanov ilk pedaqoji təcrübəyə Ağməmmədli kəndində başlayıb, buradakı orta məktəbində təbiət və biologiya müəllimi işləyib. Uzun müddət həmin məktəbdə çalışan Kamil müəllim Ağməmmədli kəndində təhsilin inkişafında, əhalinin maarifləndirilməsində böyük rol oynayıb. O dövrün xüsusiyyətlərindən biri də bu idi ki, dövlət təhsilə böyük qayğı göstərir, əhalinin təkcə məktəbyaşlı hissəsinin deyil, yaşlı hissəsinin də maariflənməsinə maraq göstərirdi. Bu məqsədlə gündüz məktəblərindən əlavə, gecə məktəbləri də təşkil edilir, geniş əhali kütləsinin savadlanmasına şərait yaradılırdı. Kamil müəllim də gündüzlər məktəblilərin biliklərə yiyələnməsi üçün var gücü ilə çalışırdısa, gecələr də əhalinin maarifləndirilməsi üçün səylərini əsirgəmirdi. Məhz bu cür fəaliyyət Kamil müəllimi təkcə Ağməmmədli gənclərinin və yeniyetmələrinin deyil, bütün kənd əhlinin sevimlisinə çevirmişdi. Olduqca səbrli və təmkinli insan olan Kamil müəllim yorulmadan öz sevimli fənnini tədris edərək Ağməmmədli kəndində nüfuzlu ictimai xadimə çevrilmişdi. O, eyni zamanda özünün pedaqoji ustalığı, peşəkarlığı ilə seçilib, öz fənnini şagirdlərinə sevdirə bilib. Bunun nəticəsidir ki, sonradan Kamil müəllimin yetirdiyi bir çox istedadlı gənclər ali təhsil alaraq öz kəndinə qayıdıb, Kamil müəllimlə çiyin-çiyinə işləməyə başlayıb.

Kamil müəllim 1961-ci ildən etibarən doğma kəndinə qayıdaraq Qaçağan orta məktəbində eyni fənləri tədris edib. Artıq təcrübəli pedaqoji işçi kimi tanınmış Kamil müəllim həyatının sonrakı dövrünü Qaçağan övladlarının savadlanmasına həsr edib. Şagirdlərin hərtərəfli təhsil almasına, əsl vətəndaş kimi yetişməsinə çalışıb. Özü də vətənpərvər bir insan olan Kamil müəllim qaçağanlı gənclərin bütöv şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb.

Kamil Əmircanov ömrünün ahıl çağlarında Qaçağan orta məktəbi direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışıb. Məktəbin təsərrüfat həyatının idarə olunmasına rəhbərlik edib. Kamil müəllimin məhsuldar əməyi Gürcüstan hökuməti və rayon təhsil şöbəsi tərəfindən layiqincə qiymətləndirilib.

Kamil Əmircanov Qaçağanda yaşayan Mikili nəslindən Çervon Mustafa qızı ilə ailə qurub, Ramiz, Mübariz, Tacit və Mənsurə adlı 4 övlad böyüdüb.

Kamil Aslan oğlu 1978-ci ildə vəfat edib.

 

 

ÇOBAN PAŞA OĞLU ƏMİRCANOV

 

Çoban Əmircanov 1934-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla qiymətlərlə başa vurub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirən Çoban Paşa oğlu əmək fəaliyyətinə Qaçağan orta məktəbində başlayıb, bütün ömrü boyu burada müəllim işləyib və buradan pensiyaya çıxıb. Hazırda həyatının ahıllıq çağlarını yaşayır.

Çoban müəllimin bütün şüurlu həyatı Qaçağanda təhsilin inkişafına vicdanla və təmənnasız xidmətdə keçib. Qaçağan gənclərinin biliklərə yiyələnməsində Çoban müəllimin müstəsna xidmətləri olub. O, istər dərs saatlarında, istərsə də əlavə vaxtlarda el-obasının övladlarına savad verməkdən yorulmayıb, şagirlərinin tədris etdiyi fizika və riyaziyyat fənlərinə dərindən yiyələnmələri üçün bilik və bacarığını əsirgəməyib. Çoban müəllimin yüksək qiymətə layiq xüsusiyyətlərindən biri də odur ki, daim öz üzərində işləyib və fizika-riyaziyyat elmləri sahəsində baş verən ən son yenilikləri izləyib, bu nailiyyətləri özü də öyrənib, şagirdlərinə də öyrədib. Onun Qaçağan orta məktəbində işlədiyi dövr həm kənddə təhsilin sürətlə inkişaf etdiyi, həm də Qaçağan övladlarının məhz texniki sahəyə böyük meyl göstərdiyi bir dövr olub. Şagirdlərdə bu həvəsin oyanmasında isə, təbii ki, Çoban müəllimin də böyük rolu olub. O, heç zaman özünün biliyini şagirdlərindən, el-obasının yeniyetmələrindən əsirgəməyib. Gecəli-gündüzlü Qaçağana, Borçalıya və eləcə də Azərbaycana layiqli vətəndaşlar, savadlı kadrlar və xeyirxah insanlar böyütmək üçün yorulmadan çalışıb.

Çoban Əmircanovun pedaqoji ustalığının üstün cəhətlərindən biri də odur ki, həmişə sabaha baxıb, millətinin, el-obasının sabahı üçün daxilən narahat olub və sabahımızın layiqli təminatı üçün vətənpərvər, qeyrətli gənclər yetişdirməyə can atıb. Və Çoban müəllimin səyləri öz xoş bəhrəsini verib. Bu gün Qaçağan orta məktəbində çalışan fizika-riyaziyyat müəllimlərinin əksəriyyəti Çoban Əmircanovun təlim-tərbiyəsini keçmiş insanlardır. Belə müəllimlər Qaçağanla qonşu olan kəndlərdə də az deyil. Çünki on illərlə Qaçağan orta məktəbində təkcə qaçağanlılar deyil, qonşu kəndlərdən gəlmiş uşaqlar da təhsil alıb və sonradan onların böyük əksəriyyəti Bakıda və SSRİ-nin ayrı-şəhərlərində ali məktəbləri bitiriblər. Çoban müəllimin məktəbini və fərdi qaydada hazırlığını keçmiş bir çox insanlar isə istər Qaçağanda, istərsə də Borçalıda, Azərbaycanda və daha uzaq yerlərdə ən müxtəlif sahələrdə çalışırlar. Onların arasında alimlər, dövlət və hökumət işçiləri, müəllimlər, həkimlər, mühəndislər və s. var.

Bu gün Çoban müəllim öz yetirmələri ilə fəxr etdiyi kimi, onlar da öz müəllimləri ilə fəxr edirlər. Məhz bu cür təmənnasız xidmətlərinə görədir ki, Çoban müəllim təkcə rayonun və respublikanın pedaqoji işçiləri arasında deyil, dövlət və partiya orqanlarında da böyük nüfuz sahibi olub, Gürcüstan və Azərbaycanda onun aça bilmədiyi dövlət və hökumət qapısı olmayıb. Onun əməyi dəfələrlə Gürcüstan hökuməti tərəfindən müxtəlif mükafat və təltiflərlə qiymətləndirilib.

Çoban Əmircanovun həyatı təkcə pedaqoji fəaliyyətlə məhdudlaşmayıb. O, Qaçağanın və Borçalının ictimai-siyasi həyatında da fəal iştirak edib. Çoban müəllim gənc yaşlarında rayonun komsomol fəallarından olub, sonralar uzun illər Qaçağan orta məktəbindəki partiya təşkilatının katibi olub. O, gənc müəllimlərin partiya sıralarına qəbul olunaraq ictimai həyatda fəal rol oynamaları üçün də əlindən gələni edib. Çoban müəllim Qaçağanda və Borçalıda ağır məclislərin ağsaqqalı olub, el-obasının yaxşı yaşamasına çalışıb və ağır zəhmətlər bahasına da olsa, istəyinə nail olub. Cəsarətli, qətiyyətli və eyni zamanda vicdanlı insan kimi tanınmış Çoban müəllim hələ sovet dövründə təkcə Qaçağanda deyil, bütün Borçalıda insan haqlarının fəal müdafiəçisi kimi çıxış edib. Xüsusən Qaçağanın və rayonun icra orqanları tərəfindən hüquqları pozulan hər bir insan birinci növbədə Çoban müəllimə müraciət edib və son nəticədə onun köməyinin real nəticələrini görüb. Bütün bunlara əsasən cəsarətlə demək olar ki, Çoban müəllim də Qaçağanın fəal ictimai xadimlərindədir.

Çoban Əmircanov Qaçağanda yaşayan Dərəçiçəklilər nəslindən Lətifə Muxtar qızı ilə evlənib, Paşa, Fikrət, Nüsrət, Məlahət, Məhəbbət adlı 5 övlad böyüdüb. Hazırda Qaçağanda yaşayır.

 

ZƏQRƏNİŞ ƏLİ QIZI ƏMİRCANOVA

 

Zəqrəniş Əli qızı 1934-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub və 1956-cı ildə həmin ali təhsil ocağını əla qiymətlərlə başa vurub. O vaxtdan indiyədək Qaçağan orta məktəbində alman dili müəllimi işləyir.

Zəqrəniş Əmircanova bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə və təhsilinə həsr edib. O, 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində Borçalıda barmaqla sayıla biləcək qədər az olan qadın pedaqoqlardan olub, biliyi, zəkası, yüksək səviyyəli ziyalılığı ilə təkcə doğma kəndi Qaçağanda deyil, bütün Borçalıda şöhrət qazanıb.

Zəqrəniş Əmircanova Qaçağanda təhsilin inkişafında xüsusi xidmətləri olmuş müəllimlərdəndir. O, kənd orta məktəbindəki sayca çox az olan ali təhsilli xarici dil müəllimlərindəndir və şagirdlərin bu fənnə qarşı həvəsləndirilməsində böyük xidmətləri olub. Təsadüfi deyil ki, Zəqrəniş müəlimənin yetirdiyi gənclərin bir çoxu sonradan Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirərək Qaçağanda onunla çiyin-çiyinə işləməyə başlayıb. Zəqrəniş müəllimə həmişə özünə və şagirdlərinə tələbkar olub. Daim özünün peşəkarlığını artırmağa çalışıb. Şagirdlərini ilə təkcə dərs saatları ərzində deyil, başqa vaxtlarda da hazırlayıb, onların savadlanmaları, biliklərə dərindən yiyələnmələri üçün gücünü və vaxtını əsirgəməyib. Məhz bu səbəbdəndir ki, Zəqrəniş Əli qızının yetirdiyi gənclər təkcə Qaçağanda və qonşu kəndlərdə deyil, Bakıda və Azərbaycanın başqa yerlərində də uğurla çalışır, millətimizin övladlarının savadlanması üçün əllərindən gələni edirlər. Hazırda Zəqrəniş müəllimənin yetirmələri arasında elmi dərəcələr almış insanlar da az deyil.

Zəqrəniş müəllimə bu gün də pedaqoji fəaliyyətini davam etdirir və xalq arasında yaxşı işi, şəxsi nüfuzu ilə seçilir. Onun məhsuldar əməyi Gürcüstan hökuməti və rayon təhsil şöbəsi tərəfindən layiqincə qiymətləndirilib.

Zəqrəniş Əmircanova eyni zamanda Azərbaycan ədəbiyyatının mahir bilicilərindən və təbliğatçılarındandır. Özü də lirik şerlər yazır.

Zəqrəniş Əli qızı Əmircanlı nəslindən Sahabbin Əmrah oğlu ilə ailə qurub, 4 övlad böyüdüb, nəvələri var. Hazırda Qaçağanda yaşayır.

 

 

ZƏRQƏLƏM HÜMMƏT QIZI ƏMİRCANOVA

 

Zəqrəniş Hümmət qızı 1933-cü ildə Qaçağanda anadan olub. Orta təhsilini Qaçağan orta məktəbində alıb. Gəncə Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. Sonradan doğma kəndinə qayıdaraq Qaçağan orta məktəbində müəllim işləməyə başlayıb.

Zərqələm müəllimə ömrünün 36 ilini Qaçağan sakinlərinin övladlarına həsr edib, onların riyaziyyat fənnini dərindən

öyrənməsinə və sonradan bu və ya digər sahədə mütəxəssis kimi yetişərək xalqına xidmət etməsinə çalışıb. Zərqələm müəllimə elə pedaqoqlardandır ki, Qaçağan orta məktəbində müəllimə ciddi ehtiyac duyulduğu illərdə özünü təhsil cəbhəsinə atıb və zəngin biliyi ilə seçilərək bütün qaçağanlıların hörmətini, rəğbətini qazanıb.

Keçən əsrin 50-ci illərinin axırları Qaçağanın tarixində elə bir dövrdür ki, məhz bu illərdən etibarən kənddən Bakıya və keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərinə ali təhsil almağa gedənlərin sayı xeyli artmışdı. Bu isə onunla bağlı idi ki, Qaçağan orta məktəbində yeni nəsli təhsilə həvəsləndirmək üçün həyatını belə əsirgəməyən savadlı, bacarıqlı, geniş dünyagörüşlü pedaqoji kadrlar vardı. Onlar nəinki öz fənlərini yüksək peşəkarlıqla tədris edir, həm də yeniyetmələri təhsilin gərəkliyinə inandırır, onları qabiliyyətlərinə görə seçərək bu və digər sahəyə istiqamətləndirir, gənclərə xeyirli yol göstərirdilər. Belə yorulmaz və qayğıkeş müəllimlərdən biri də Zərqələm Əmircanova olub. O, bir neçə nəsil qaçağanlı gəncin həyata vəsiqə almasında böyük rol oynayıb.

Gənc yaşlarından özünü peşəsinin vurğunu kimi göstərə bilən Zəqrəniş müəllimə çox keçmədən Qaçağan orta məktəbinin dərs hissə müdiri olub. Həmin illərdə isə gənclərin təlim-tərbiyəsi ilə daha yaxşı məşğul olmaq imkanı qazanıb. Həm sevimli fənnini tədris edib, həm də məktəbin təşkilati işlərində fəal rol oynayıb. İllər keçdikcə Zərqələm müəllimənin yetirdiyi şagirdlərin sorağı Azərbaycanın ayrı-ayrı ali təhsil ocaqlarından gəlməyə başlayıb. Sonra həmin gənclərin bir çoxu ali təhsillərini başa vuraraq Qaçağan orta məktəbində Zərqələm müəllimə ilə çiyin-çiyinə işləyib. Zərqələm müəllimənin yetirmələrindən bir çoxu isə Bakıda və başqa şəhərlərdə qalaraq Azərbaycanın inkişafı naminə xidmətlər göstərib.

Zərqələm müəllimənin əməyi işlədiyi kollektiv, rayon təhsil şöbəsi, eləcə də Gürcüstan hökuməti tərəfindən layiqincə qiymətləndirilib. O, pedaqoji fəaliyyəti dövründə qazandığı bir çox mükafatlardan başqa “Gürcüstanın əməkdar müəllimi” adına da layiq görülüb.

Zərqələm Hümmət qızı öz nəslindən Əsəd Əmircanovla ailə qurub, Maksim, Rauf, Hədiyyə, Səriyyə adlı 4 övlad böyüdüb, nəvələri var.

O, 1999-cu ildə vəfat edib.

 

 

CƏLİL QARA OĞLU ƏMİRCANOV

 

Cəlil Qara oğlu 1934-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Bütün həyatı doğma Qaçağan kəndi ilə bağlı olub. Atası Molla Qara kənddə zəngin bir insan olduğundan Cəlil Əmircanov ali təhsil almağa ehtiyac duymayıb. Sonrakı illərdə isə atasından qalan mülkdə yaşayaraq şəxsi həyətyanı təsərrüfatını əkib-becərməklə məşğul olub.

Cəlil Əmircanov şəxsi təsərrüfatı ilə məşğul olmaqla yanaşı ömrünün sonuna qədər Qaçağan orta məktəbində əmək müəllimi işləyib. Qaçağan orta məktəbində təhsil alan bütün uşaqlar onun əmək tərbiyəsindən keçib. Cəlil müəllim onlara əmək qabiliyyətini layiqincə aşılayıb, uşaqlarda əmək vərdişlərinin tərbiyə edilməsi üçün əlindən gələni edib. Şagirdlərin zəhmətkeş insanlar kimi böyüməsində Cəlil müəllimin müstəsna xidmətləri olub.

Onu da demək lazımdır ki, Qaçağan orta məktəbini bitirən bütün məzunlar ali təhsil ardınca getmirdilər və təbii ki, Qaçağandakı ictimai təsərrüfatda çalışanlar daha çox olurdu. Qaçağan orta məktəbini bitirdikdən sonra tezliklə Qaçağan südçülük-tərəvəzçilik sovxozunda əmək qabaqcılı səviyyəsinə yüksələn insanların yetişməsində Cəlil Əmircanovun danılmaz

əməyi olub. Özü də zəhmətkeş insan olan Cəlil müəllim daim şagirdlərini əməyə məhəbbət ruhunda tərbiyə edib.

Cəlil Əmircanov pensiyaya çıxanadək Qaçağan orta məktəbində çalışıb, pensiyaya çıxandan sonra isə özünün şəxsi təsərrüfatı ilə məşğul olub.

Cəlil Əmircanov Qaçağanda yaşayan Pərioğlular nəslindən Gövhər Bayram qızı ilə ailə qurub, İlqar, Elza, Sevinc və İlhanə adlı 4 övlad böyüdüb.

O, 1998-ci ildə Qaçağanda vəfat edib.

 

 

XATİRƏ ƏLİ QIZI ƏMİRCANOVA

 

Xatirə Əli qızı 1950-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Sonradan H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

Təhsilini başa vurub doğma kəndinə qayıdan Xatirə Əmircanova Qaçağan orta məktəbində müəllim işləməyə, Qaçağan övladlarına təlim-tərbiyə və təhsil verməyə başlayıb. Qaçağan orta məktəbində yaşlı, təcrübəli müəllimlərlə çiyin-çiyinə işləyən Xatirə Əmircanova tezliklə özünün pedaqoji ustalığını və peşəkarlığını artıra bilib. Get-gedə daha da təcrübələnən Xatirə Əli qızı Qaçağan orta məktəbinin hörmətli müəlliminə çevrilə bilib. O, tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənnini şagirdlərinə sevdirib, bunun üçün özünün bilik və bacarığını əsirgəməyib. Bu kimi yüksək pedaqoji qabiliyyətinə görə Xatirə Əli qızı şagirdlərinin sevgisini qazana bilib.

Təəssüf ki, Xatirə Əli qızı aramızdan çox tez getdi. O, 1999-cu ildə ağır xəstəlikdən vəfat etdi.

Xatirə Əmircanova Qaçağanda yaşayan Kərimovlar nəslindən Səfər İmran oğlu ilə ailə qurub. Vəfadar adlı övladı var.

 

 

NAMƏ YUNİS QIZI

 

Namə Əmircanova 1949-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

Namə Yunis qızı ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə Qaçağan orta məktəbində müəllim kimi başlayıb. Bir il burada işləyib və Qaçağan məktəblilərinin təlim-tərbiyəsi ilə məşğul olub. Atası Yunis və anası Sara Əmircanovların yolunu uğurla davam etdirən Namə Əmircanova gənc olsa da, özünü savadlı, təcrübəli və bacarıqlı müəllim kimi göstərə, çalışdığı kollektivin hörmətini qazana bilib.

Sonradan Bakıya köçməsi ilə əlaqədar Namə Yunis qızı Qaçağan orta məktəbindən ayrılıb və əmək fəaliyyətini Bakıda davam etdirməli olub. Burada bir neçə il Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi Fiziki Kimya Elmi-Tədqiqat İnstitutunda əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrində çalışıb. Sonra bir müddət Bakıdakı 5 saylı çörək zavodunda texnoloq işləyib.

Namə Yunis qızı Aşağı Saral kəndindən Elman Təhməzovla ailə qurub, Zaur və Günay adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

SƏKİNƏ SƏMƏD QIZI

 

Səkinə Səməd qızı 1946-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və ümumi texniki fənlər fakültəsini bitirib.

Bundan sonra Qaçağan orta məktəbində əmək fəaliyyətinə başlayan Səkinə Əmircanova bu gün də sevimli peşəsi ilə məşğul olmaqda, Qaçağan övladlarına təhsilin çətin yollarında bələdçilik etməkdədir.

Səkinə Səməd qızı Qaçağanda yaşayan Sahib Süleymanovla ailə qurub, Samir və Səbinə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

SƏYYARƏ BABAKİŞİ QIZI ƏMİRCANOVA

 

Səyyarə Babakişi (Dımıx) qızı 1947-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Gəncə Pedaqoji Texnikumunda təhsil alıb.

Ali təhsilini başa vuрduqdan sonрa Səyyarə Əmiрcanova Qaçağan orta məktəbində müəllim işləməyə başlayıb. Qaçağan övladlarının biliklərə yiyələnmələri üçün bilik və bacaрığını əsiрgəməyib.

Səyyarə Əmiрcanova hazıрda Qaçağan orta məktəbində fəaliyyətini davam etdirir. Şagiрdləрinin savadlı, vətənpərvər insanlar kimi yetişmələri üçün əlindən gələni ediр.

Səyyarə Əmircanova Qaçağan sakini Məmiş Əliyevlə ailə qurub. Ruslan Sahilə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

TACİT KAMİL OĞLU ƏMİRCANOV

 

Tacit Əmircanov 1955-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Sonra Mingəçevir Politexnik Texnikumunu bitirən Tacit Kamil oğlu Qaçağan orta məktəbində direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində işləyib. Eyni zamanda müəllim kimi də fəaliyyət göstərib. Xeyli müddət bu Qaçağan orta məktəbində işlədikdən sonra Tacit Əmircanov sonrakı illərdə bir müddət ictimai iaşə sahəsində çalışıb. Sonradan Azərbayan-Gürcüstan sərhədindəki keçid məntəqəsində işləyib. Tacit hazırda da həmin idarədə işləməkdə davam edir.

Tacit Əmircanov hazırda atasının Qaçağandakı yurdunda yaşayır və ata-baba yurdunun dirçəldilməsi qayğısına qalır.

Tacit Əmircanov Qaçağanda yaşayan Hacıcəfəruşağı nəslindən Nərminə Almaz qızı ilə ailə qurub, Kamil və Elnarə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

NÜBAR MƏŞƏDİ (ABDULLA) QIZI

 

 

Nübar Məşədi (Abdulla) qızı 1956-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili şöbəsini bitirib.

Ali təhsilini başa vuрduqdan sonрa Nübaр Əmiрcanova bir müddət Araplı kəndindəki oрta məktəbdə alman dili müəllimi işləyib. Şagiрdləрin alman dilini öyрənmələрi üçün bilik və bacaрığını əsiрgəməyib.

Nübaр Əmiрcanova hazıрda Bakıdakı 138 saylı orta məktəbdə müəllim işləyir. Yenə də şagiрdləрin xaрici dilləрə yiyələnmələрi üçün əlindən gələni ediр.

Nübar Məşədi qızı Araplı kəndindən Xanəhməd Güləhməd oğlu ilə ailə qurub. Elşən, Əfqan və Tural adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

HƏCƏR QURBAN QIZI

 

Həcər Qurban qızı 1957-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində (indi Pedaqoji Universitet) ali təhsil alıb. Həcər Qurban qızı istər orta, istərsə də ali təhsil illərində öz üzərində çalışan, həmişə biliyini artırmağa səy göstərən bir gənc olub. Xüsusən tələbəlik illərində biliklərə dərindən yiyələnməyə çalışıb. Eyni zamanda ali məktəbin ictimai işlərində fəal iştirak edib. Bu cəhətlərinə görə də Həcər tələbə yoldaşları və müəllimləri arasında hörmət qazanıb. Beləliklə, Həcər Qurban qızı səviyyəli və təcrübəli müəllim kimi yetişib.

Həcər Qurban qızı ali təhsilini başa vurduqdan sonra Bakının Nəsimi rayonundakı 42 saylı orta məktəbdə müəllim işləməyə başlayıb. Burada isə Həcər müəllimə biliklərini şagirdlərinə aşılayıb, onların əsl vətənpərvərlər kimi formalaşmasına çalışıb. Həcər Qurban qızı sonradan Xətai rayonundakı 63 saylı orta məktəbdə çalışıb. Şagirdlərinə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Həcər hazırda Xətai rayonundakı 191 saylı orta məktəbdə müəllim işləyir.

Həcər Qurban qızı Qaçağanda yaşayan Dəmirçilər nəslindən Fəxərəddin Sayat oğlu ilə ailə qurub, Aqşin və Şahnabat adlı övladları var.

 

FİRƏNGİZ KAMİL QIZI ƏMİRCANOVA

 

Firəngiz Kamil qızı 1958-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Firəngiz ali təhsil illərində universitet müəllimlərindən Azərbaycan ədəbiyyatını dərindən öyrənməyə çalışıb, klassik şairlərimizin bədii irsini mənimsəyib, müasir görkəmli yazıçı və şairlərimizin həyat və yaradıcılığını maraqla izləyib.

Firəngiz Kamil qızı sonrakı illərdə Qaçağan orta məktəbində müəllim işləməyə başlayıb. O, indi də həmin təhsil ocağında çalışmaqdadır. Hər gün doğma kəndinin uşaqlarına Azərbaycan dili və ədəbiyyatını öyrətmək, onları milli ruha malik, vətənpərvər torpaq övladları kimi böyütmək kimi müqəddəs bir missiyanı həyata keçirməklə məşğuldur. İstedadlı, savadlı və bacarıqlı bir müəllim olan Firəngiz Əmircanova özünün insani keyfiyyətləri ilə də qaçağanlıların rəğbətini qazana bilib.

Hazırda Qaçağanda yaşayır.

 

 

TAMAM MƏŞƏDİ (ABDULLA) QIZI

 

Tamam Məşədi (Abdulla) qızı 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Tbilisi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil alıb.

Tamam ali təhsilini başa vuрduqdan sonрa Ağstafa rayonunun Aşağı Kəsəmən kəndindəki orta məktəbdə müəllim işləməyə başlayıb. Şagiрdləрində Azərbaycan dili və ədəbiyyatı fənninə böyük məhəbbət oyada bilib, onların biliklərə yiyələnmələрi üçün bilik və bacaрığını əsiрgəməyib.

Tamam Əmiрcanova hazıрda da həmin orta məktəbdə fəaliyyətini davam etdirir.

Tamam Məşədi qızı Aşağı Kəsəmən kəndindən Şahin Qurbanovla ailə qurub. Hasilə, İlhamə və Alpay adlı övladları var.

Hazırda Ağstafada yaşayır.

 

 

 

TƏHMİNƏ SAYAT QIZI

 

Təhminə Sayat qızı 1963-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Dövlət Univeрsitetinin fizika fakültəsində ali təhsil alıb.

Təhminə Sayat qızı ali təhsilini başa vuрduqdan sonрa Bakıda əmək fəaliyyətinə başlayıb. Hazıрda Bakıdakı 275 saylı oрta məktəbdə müəllim işləyiр. Şagiрdləрinə fizika elminin siрləрini öyрədiр. Təhminə bacaрıqlı müəllim kimi çalışdığı kollektivin höрmətini qazanıb.

Təhminə Sayat qızı Yevlax şəhəрindən Akif Əkbəрovla ailə quрub. İsmayıl, Şəfa və Vəfa adlı övladlaрı vaр.

 

HƏDİYYƏ ƏSƏD QIZI

 

Hədiyyə Əsəd oğlu 1964-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Hədiyyə oрta və ali təhsil illəрində elmləрə böyük həvəsi ilə seçilib, müəllimləрinin tapşıрıqlaрını lazımınca yeрinə yetiрib, bilikli və bacaрıqlı tələbə kimi tanınıb.

Hədiyyə Əmiрcanova hazıрda Bakıdakı Bakıdakı 286 saylı oрta məktəbdə müəllim işləyiр. Gənc nəslin təhsili və təlim-təрbiyəsi sahəsində fəaliyyətini davam etdiрiр. Hədiyyə təkcə bilikli və təcрübəli müəllim olması ilə deyil, həm də xeyiрxahlığı, səmimmiliyi ilə müəllim kollektivinin və şagiрdləрinin höрmətini qazana bilib.

Hədiyyə Əsəd oğlu Qaçağanda yaşayan Koxalaр nəslindən Rasim Teymuр oğlu ilə ailə quрub, Rəvan, Mirvan, Aynur, Nərmin adlı övladlaрı vaр.

Hazıрda Bakıda yaşayıр.

 

 

GÜLƏR SÖHBƏT QIZI

 

Gülər Söhbət qızı 1965-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) alman dili şöbəsində ali təhsil alıb.

Sonrakı illərdə Gülər Söhbət qızı bir müddət Azərbaycan Dillər Universitetində müəllim işləyib. Sonra isə Marneuli rayonunun Quşçu kəndində xarici dil (alman dili) müəllimi işləməyə başlayıb.

Gülər Quşçu kəndindən Famil Zal oğlu Abbasəliyevlə ailə qurub, Amin və Çingiz adlı övladları var.

 

 

ƏMİNƏ SÖHBƏT QIZI

 

Əminə Söhbət qızı 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Dillər Universiteti) bitirib.

Sonrakı illərdə Əminə Söhbət qızı Bakının Binəqədi rayonundakı 100 saylı orta məktəbdə müəllim işləməyə başlayıb. Əminə hazırda da həmin məktəbdə ingilis dili müəllimi işləyir, şagirdlərə ingilis dilini tədris edir.

Əminə Söhbət qızı Ermənistanın Vedi rayonundan Mürvət Əsəd oğlu Əliyevlə ailə qurub, Məhəmməd və Səkinə adlı övladları var.

 

 

KƏMALƏ SÖHBƏT QIZI

 

Kəmalə Söhbət qızı 1974-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. 1996-cı ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda (indi Azərbaycan Slavyan Universiteti) ali təhsil alıb.

Sonrakı illərdə Kəmalə Söhbət qızı Bakının Nərimanov rayonundakı 77 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləməyə başlayıb.

Kəmalə hazırda da həmin məktəbdə işləyir.

Kəmalə Söhbət qızı Bakılı Fəxrəddin Aydın oğlu Məmmədovla ailə qurub, Rza adlı bir övladı var.

 

 

RASİMƏ RASİM QIZI ƏMİRCANOVA

 

Rasimə Rasim qızı 1974-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Dövlət Xarici Dillər Universitetində ali təhsil alıb.

Hazırda Qaçağan orta məktəbində çalışır və məktəbin gənc müəllimlərindəndir. Rasimə Əmircanova ali təhsil illərində aldığı bilikləri şagirdlərinə aşılamaq üçün əlindən gələni ediр. Eyni zamanda çiyin-çiyinə çalışdığı müəllimlərdən öyrənərək pedaqoji təcrübəsini artırmağa çalışır.

Rasimə Rasim qızı Qaçağanda yaşayan Muradlı nəslindən Fədai Famil oğlu ilə ailə qurub, Famil və Zeynəb adlı övladlaрı vaр.

Hazırda Qaçağanda yaşayır.

 

 

ƏFSANƏ ƏMİRXAN QIZI

 

Əfsanə Əmirxan qızı 1981-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Əfsanə hazırda Qaçağan orta məktəbində müəllim işləyir. Gənc müəllimə kimi ali təhsil illərində qazandığı bilikləri praktiki işlərlə zənginləşdirir. Bu mənada Əfsanə çiyin-çiyin çalışdığı təcrübəli müəllimlərdən çox şeylər öyrənir və bildiklərini böyük həvəslə şagirdlərinə öyrədir.

Əfsanə Əmirxan qızı Qaçağan sakini Məhəmməd Ayvaz oğlu ilə ailə qurub, Atakişi və Atəş adlı övladları var.

Qaçağanda yaşayır.

 

 

 

NƏSLİN HƏKİMLƏRİ

 

 

SÜLEYMAN MƏHƏMMƏD OĞLU ƏMİRCANOV

 

Süleyman Əmircanov 1936-cı ilə Qaçağanda anadan olub. Burada orta təhsilini başa vurub. Sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetini) stomotologiya fakültəsini bitirərək təyinatla 6 il Türkmənistanda işləyib.

Vətəndən uzaqlarda olsa da, Süleyman Məhəmməd oğlu ilk həkimlik təcrübəsini uğurla keçib, yorulmaq bilmədən Türkmənistan vətəndaşlarının sağlamlığı keşiyində dayanıb. Öz peşəsinə, eləcə də içdiyi Hippokrat andına vicdanla yanaşmaq məsələsində olduqca prinsipial olan Süleyman həkim bu illərdə insanlara təmənnasız xidmət borcunu layiqincə dərk edib. Qəribə deyil ki, Süleyman Məhəmməd oğlu bütün həyatını bu cür yaşayıb, heç zaman özünün təbib adına ləkə salmayıb. Onu məhz bu keyfiyyətlərinə görə uzaq Türkmənistanda da seviblər və qiymətləndiriblər. Sadə, zəhmətkeş insanların sağlamlıqlarını bərpa etdikcə, onların sevincini gördükcə Süleyman həkimin özü də ucalıb və sənətinin gözəlliyinə ürəkdən inanıb, həyatını xeyirxah bir peşəyə həsr etdiyinə görə qürur duyub.

Süleyman Əmircanov 1965-ci ildə doğma Vətəninə qayıdaraq həkimlik fəaliyyətini Marneuli şəhər poliklinikasında davam etdirməyə başlayıb. Artıq insanlara təmənnasız xidmət sahəsində xeyli təcrübə toplamış və özünü savadlı bir həkim kimi göstərmiş Süleyman Məhəmməd oğlu çox keçmədən Marneuli ictimaiyyəti arasında da böyük nüfuz qazana bilib. Bu da, təbii ki, Süleyman həkimin tibb elminin sirlərini dərindən bilməsi, xəstələrin müalicəsinə məsuliyyətlə yanaşması sayəsində mümkün olub.

Süleyman həkim eyni zamanda Marneuli şəhərində ən zəhmətkeş tibb işçisi kimi ad qazanıb. Onun yaşadığı evin qapısı həmişə rayon camaatının üzünə açıq olub. Süleyman həkim xəstələrə təkcə iş yerində deyil, evində də qulluq edib, gecənin bir aləmində də olsa, onları ümidsiz qaytarmayıb. İndi də belədir. Buna görədir ki, indi Süleyman həkimi bütün Borçalıda insanlara gecə-gündüz bilmədən xidmət göstərən bir diş həkimi kimi tanıyır və sevirlər. Artıq 40 ilə yaxın bir müddət ərzində bu qayda ilə işləyən Süleyman həkimi insanlar günün bütün vaxtlarında narahat edə bilirlər. Və əmindirlər ki, Süleyman həkim gecənin nə vaxtında olsa da, onları qəbul edəcək, heç zaman “yox” deməyəcək.

Süleyman həkimin bu xasiyyətini təkcə Borçalı insanları deyil, ətraf ərazilərdə yaşayan bütün insanlar bilirlər və ən ağır xəstələr vaxtsız da olsa, tərəddüd etmədən onun qapısını ərklə döyürlər. Süleyman Əmircanov hazırda rayonun baş stomotoloqu vəzifəsində çalışır və hər gün Borçalı insanlarının qayğısını çəkir. Bu, Süleyman həkimin adi, gündəlik işidir və o bu əbədi, gündəlik qayğılarından daim həzz alır. Süleyman həkim insanları ağrı-acıdan uzaq, xoşbəxt gördükcə və bunun üçün əlindən gələni etdikcə özü də xoşbəxt olur.

Süleyman Məhəmməd oğlu Marneuli şəhər sakini Amaliya İslam qızı ilə ailə qurub, Fuad, Faiq və Leyla adlı 3 övlad böyüdüb. Hazırda Marneuli şəhərində yaşayır.

 

 

 

CƏLİL MƏHƏMMƏD OĞLU ƏMİRCANOV

 

Cəlil Əmircanov 1938-cu ildə Qaçağanda anadan olub. Burada orta təhsil alıb. Sonradan qardaşı Süleymanın işlədiyi Türkmənistana gedərək orada Tibb Texnikumunu bitirib. Bir müddət orada çalışdıqdan sonra doğma Borçalıya qayıdıb. Qaçağanda diş texniki kimi həmvətənlərinə xidmət etməyə başlayıb. Öz peşəsinə qəlbən bağlı olan və işinin əsl ustası olan Cəlil Məhəmməd oğlu tezliklə kənd sakinlərinin böyük hörmətini qazana bilib.

Sonrakı illərdə isə Cəlil Əmircanov Bakıya köçərək əmək fəliyyətini burada davam etdirib. O, uzun illərdir ki, 5 saylı stomotoloji poliklinikada diş texniki işləyir. Cəlil Məhəmməd oğlu sadə və zəhmətkeş bir işçi, eyni zamanda parlaq şəxsiyyət kimi burada da iş yoldaşlarının hörmət və rəğbətini qazana bilib.

Cəlil Əmircanovun şəxsiyyətini fərqləndirən məxsusi cizgilər var. O öz tay-tuşları, həmyaşları arasında sinəsinin milli mənəvi dəyərlərlə zəngin olması, el ədəbiyyatımızı, aşıq sənətimizi dərindən bilməsi, ağayana söz-söhbəti, xeyirli məsləhətləri, eyni zamanda səxavəti və xeyriyyəçiliyi ilə seçilir. O, artıq təkcə öz nəsli arasında deyil, ondan kənarda da ağsaqqal kimi qəbul edilir, təkcə Qaçağanda deyil, bütün Borçalı ellərində, Bakıda toyların, şənliklərin tamadası, xeyir-şər işlərinin ağsaqqalı kimi tanınır.

Cəlil Məhəmməd oğlunun bu xüsusiyyətləri məşhur el sənətkarı aşıq Kamandarın aşağıdakı müxəmməsində daha bariz təsvir olunub.

Cəlil Əmircanov Qaçağanda yaşayan Məşədi Bayramlı nəslindən Sevil Mustafa qızı ilə ailə qurub, Rövşən, Şahanə və Şahsənəm adlı 3 övlad böyüdüb. Hazırda Bakıda yaşayır.

 

 

AŞIQ KAMANDAR

 

MÜXƏMMƏS

 

Xalqımızın ləyaqətli oğlu Cəlil                                                     Qaçağanlıya ithaf edirəm

 

Ay ağalar, qulaq asın,

Sənətində xandı Cəlil.

Ustalıqda hikməti var,

Həkimi-loğmandı Cəlil!

Şücaətdə, mərifətdə

Paşadı, sultandı Cəlil.

Sədaqətdə, səxavətdə

Könüllərə qondu Cəlil.

Mərd oğullar meydanında

Əsrəmiş aslandı Cəlil!

 

Hər bir işin sər-səmtini

Bircə-bircə bilməyi var.

Qəmli gündə kədərlənib

El güləndə gülməyi var.

Hər səfərdə, xeyir-şərdə

Dostla gedib-gəlməyi var.

Arzu edək pərvərdigar

Daim eyləsin bəxtiyar.

Məclislərə zinət verən

Bir şöy-çıraqbandı Cəlil!

 

Yeddi löyün şah xörəyi

Gözün görər süfrəsində.

Mənəm deyən, özünü öyən

Sinə gərər süfrəsində.

Neçə lovğa milyonçuya

Çörək verər süfrəsində.

Xəsislərə divan tutar

Birər-birər süfrəsində.

Səxavəti aşıb-daşır,

Dillərdə dastandı Cəlil!

 

Belə qeyrətli oğulla

Qoy Borçalı fəxr eləsin.

Qaçağanda hər eloğlu,

Hər ziyalı fəxr eləsin.

Ümdə Süleyman qardaşı,

Dünyamalı fəxr eləsin.

Sənətkarlar cərgəsində

Sağı-solu fəxr eləsin.

Kamandar gördüyün deyir,

Hatəmi-dövrandı Cəlil!

 

 

NƏBİ YUSİF OĞLU ƏMİRCANOV

 

Nəbi Əmircanov 1949-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Nəbi Yusif oğlu hələ orta məktəbdə oxuduğu illərdə özünü savadlı, istedadlı, qabiliyyətli bir yeniyetmə kimi göstərib, biliklərə böyük həvəsi və mütaliəyə meyli ilə seçilib. Hələ o illərdə Nəbinin gələcəyinə böyük ümidlər bəslənilib.

1966-cı ildə orta məktəbi “Qızıl medal”la bitirərək Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olanda isə Nəbi Əmircanov öz nəsli və el-obasının ümidlərini doğruldub. O, institutda oxuduğu illərdə də biliklərə dərindən yiyələnib, tibb elminin sirlərini öyrənmək üçün gecə-gündüz oxumaqdan, öz üzərində çalışmaqdan usanmayıb. Nəbi Yusif oğlu 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə başlayıb.

Nəbinin ilk iş yeri Rusiyadakı hərbi hospitallardan biri olub. Nəbi burada özünün bilik və qabiliyyəti ilə seçilməklə yanaşı, təcrübəsini də artırıb, yetkin və peşəkar həkim kimi formalaşıb. Xəstələrə xüsusi qayğı və nəvazişlə yanaşan, onların müalicəsi ilə peşəkarcasına məşğul olan Nəbi həkim çox çəkmədən bütün tibb kollektivinin hörmətini qazana bilib.

Lakin Nəbi Əmircanov Vətəndən uzaqlarda çox qala bilməyib və öz bilik və zəhmətini doğma el-obasına sərf etmək üçün Borçalıya qayıdıb. 1975-ci ildə Marneuli şəhər xəstəxanasında fəaliyyətini davam etdirməyə başlayıb. Nəbi həkim doğma Vətənində daha böyük həvəslə işləyib, rayonun mərkəzindən və ən ucqar kəndlərindən gələn xəstələrə vicdanla xidmət edib, onların şəfa tapması üçün əlindən gələn hər şeyi edib. Nəbi həkimin hərtərəfli biliklərə malik, qabiliyyətli bir tibb mütəxəssisi olması Marneuli rayon səhiyyə işçilərinin də nəzərindən yayınmayıb. Bu illərdə Nəbi həkimə böyük etimad göstərilərək Moskva və Tbilisi şəhərlərinə təkmilləşmə kursları keçməyə göndərilib. Bu, Nəbi Əmircanova təcrübəsini artırmaqda böyük kömək edib. Nəbi həkim 1977-1979-cu illərdə Tbilisi Dövlət Tibb İnstitutunda məqsədli klinik ordinaturada olub. Nəbi Borçalıdan həmin ordinaturanı bitirmiş yeganə azərbaycanlıdır. Bu uğuru Nəbi Əmircanov özünün istedadı, işinə məsuliyyətli və vicdanlı münasibəti, yüksək insani kefiyyətləri ilə qazana bilib.

1982-ildə isə Nəbi həkimə böyük etimad göstərilərək Marneuli mərkəzi rayon xəstəxanasının şöbə müdiri vəzifəsinə irəli çəkilib. O, 1987-ci ilədək bu vəzifədə çalışıb və istər xəstəxana kollektivi, istərsə də xəstələr arasında böyük hörmət qazanıb. Nəbi Əmircanovun qayğıkeş və insanpərvər bir həkim olmasını artıq rayonun hər yerində təsdiq ediblər. Nəbi Yusif oğlu 1987-1993-cü illərdə Marneuli rayonlararası klinik xəstəxanasında şöbə müdiri işləyib. O, eyni zamanda 1982-1993-cü illərdə Marneuli rayonunun baş infeksionisti vəzifəsində işləmiş yeganə azərbaycanlıdır. Ona qədər həmin vəzifəyə Borçalıda yaşamış azərbaycanlıların nümayəndəsini irəli çəkməyiblər. Nəbi Əmircanov bu baryeri aşmaqda da çətinlik çəkməyib. Buna isə o, şəxsi nüfuzu, böyük iş təcrübəsi və sanballı şəxsiyyəti ilə nail ola bilib.

Nəbi Əmircanov eyni zamanda 1984-1991-ci illərdə Gürcüstan Respublikası Tibb İşçiləri Həmkarlar İttifaqı Marneuli rayon komitəsinin sədri olub. Təbii ki, bu vəzifə də Nəbi həkimə göstərilmiş böyük etimaddan xəbər verir. Nəhayət, Nəbi həkim 1985-ci ildə SSRİ səhiyyə nazirinin əmri ilə “Səhiyyə əlaçısı” adına layiq görülüb. Bu da, heç şübhəsiz ki, Nəbi Əmircanovun peşəkarlığına, yüksək həkimlik qabiliyyətinə verilən qiymət idi.

Nəbi həkim 1994-cü ildə Bakı şəhərinə köçərək həkimlik fəaliyyətini burada davam etdirməyə başlayıb. O, hazırda Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda qastrositeroloq vəzifəsində çalışır. O, burda da özünün peşəkarlığı ilə seçilən tibb işçilərindəndir və xəstələrinin sağlamlığı keşiyində həmişə ayıq-sayıq dayanır. Nəbi Əmircanlıların da ən çox müraciət etdiyi və məsləhətlər aldığı həkimlərdəndir.

Nəbi Əmircanov öz nəslindən Rəna Famil qızı ilə ailə qurub, Sahilə, Səidə və Samirə adlı 3 övladı var. Hazırda Bakıda yaşayır.

 

RƏNA FAMİL QIZI ƏMİRCANOVA

 

Rəna Famil qızı 1955-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Dövlət Universitetinin tibbi biologiya fakültəsində ali təhsil alıb.

Rəna Famil qızı istər orta, istərsə də ali təhsil illərində özünü çalışqan, elmlərə böyük maraq göstərən bir gənc kimi göstərib, həmişə öz üzərində çalışıb. Rəna hələ tələbəlik dövründən özünün biliyi və fəallığı ilə seçilib, hazırcavablığı ilə müəllimlərinin və tələbə yoldaşlarının böyük hörmətini qazana bilib.

Rəna Əmircanova ali təhsilini başa vurduqdan sonra Tbilisi Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursu keçərək həkim-laborant kimi fəaliyyət göstərməyə başlayıb. O, on il müddətində Marneuli Şəhər Xəstəxanasında həkim-laborant vəzifəsində işləyib. Onun köməyinə ehtiyac duyan xəstələrə həmişə canla-başla qulluq edib, onlardan öz köməyini əsirgəməyib. Rəna təkcə həkim kimi öz vəzifə borcunu yerinə yetirməklə deyil, həm də bir insan kimi sadəliyi və səmimiliyi ilə xəstələrinin sağalması, həyata qayıtması üçün əlindən gələni edib.

Rəna Əmircanova hazırda Bakıdakı 26 saylı şəhər poliklinikasında həkim-laborant işləyir. Rəna artıq 10 ilə yaxındır ki, bu vəzifədə çalışır və yenə də xəstələrinin sağlımlığı keşiyində ayıq-sayıq dayanır.

Rəna Əmircanova öz nəslindən Nəbi Yusif oğlu ilə ailə qurub. Sahilə, Səidə və Samirə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

ELİSTAN YUSİF OĞLU ƏMİRCANOV

 

Elistan Yusif oğlu 1957-ci ildə Qaçağanda anadan olub. 1974-cü ildə Qaçağan orta məktəbini əla qiymətlərlə bitirib. Elistan orta təhsil illərində öz biliyi və hazırlığı ilə yaşıdları arasında seçilən şagirdlərdən olub. Bu isə ona N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmaqda və burada təhsil almaqda kömək edib. Elistan orta məktəbdə olduğu kimi, ali məktəbdə də əla və yaxşı qiymətlərlə oxuyub, seçdiyi peşənin məsuliyyətini dərindən dərk edərək tibb elminin bütün sahələrini dərindən öyrənməyə can atıb, yüksək səviyyəli həkim kimi yetişmək üçün var gücü ilə çalışıb.

Elistan Əmircanov 1985-ci ildə Tibb İnstitutunu bitirərək əmək fəaliyyətinə başlayıb. İlk iş yeri Bakı şəhərindəki 19 saylı birləşmiş xəstəxana olub və həkim kimi ilk təcrübəsini burada keçib. Elistan bu gün də həmin xəstəxanada çalışır. O, hər gün köməyinə ehtiyac duyan xəstələrin xidmətindədir və bunu özünə fəxr bilir. Elistan xəstələrinin sağalması, tam normal həyata qayıtması üçün bilik və bacarığını əsirgəmir.

Elistan həkim həmin xəstəxana ilə yanaşı “Urud” Tibb Mərkəzində də işləyir. Burada da insanların sağlamlıqlarının bərpası üçün əlindən gələni edir. Əsası isə odur ki, Elistan Əmircanov çalışdığı hər iki tibb müəssisəsində özünü savadlı, tibb elminin ən son nailiyyətlərindən xəbərdar olan mütəxəssis kimi göstərə bilib və zəhmətkeşliyi, bacarığı ilə istər iş yoldaşlarının, istərsə də pasientlərinin hörmət və rəğbətini qazana bilib. O özünün bilik və bacarığını qohum-əqrəbadan da əsirgəmir, həmişə onların köməyinə çatır.

Elistan Yusif oğlu Əmircanlı nəslindən Sevinc Cəlil qızı ilə ailə qurub. Şamil və Ayxan adlı iki övladı var. Hazırda Bakıda yaşayır.

 

FATMA SAHABBİN QIZI ƏMİRCANOVA

 

Fatma Əmircanova 1964-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan Dövlət Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olub və bu ali təhsil ocağını da böyük müvəffəqiyyətlə başa vurub.

Fatma hələ tələbəlik illərindən öyrəndiyi elmlərin dərinliklərinə baş vurub, hər bir fənni mükəmməl öyrənməyə çalışıb. Bu isə Fatmaya tibb elminin ayrı-ayrı sahələrini dərindən mənimsəməyə imkan verib. Fatma Tibb İnstitutunu bitirəndə artıq elmləri nəzəri cəhətdən lazımınca mənimsəmiş mütəxəssis idi. Təcrübi işlərə isə Fatma Sahabbin qızı çalışdığı tibb müəssisələrində yiyələndi.

O, bir çox illər ərzində Bakıda və Borçalının ayrı-ayrı kəndlərində həkim işləyib, insanların sağlamlığı keşiyində dayanıb. Sonra bir neçə il Minsk şəhərində yaşayıb və işləyib. Hazırda Bakıda yaşayır.

Fatma Sahabbin qızı qaçağanlı Avtandil Məhərrəm oğlu Məmmədovla ailə qurub.

 

SEVDA İMRAN QIZI ƏMİRCANOVA

 

Sevda İmran qızı 1964-cü ildə Bakıda anadan olub. Orta təhsilini də Bakı şəhərində alıb. Məktəbi əla qiymətlərlə bitirib. Sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və həmin ali təhsil ocağını da müvəfəqiyyətlə bitirib. Sevda ali təhsil illərində seçdiyi həkimlik peşəsinin böyük məsuliyyət tələb etdiyini, insanların həyatı və sağlamlığı qarşısında cavabdehlik daşıdığını dərindən dərk edərək dərslərinə böyük diqqətlə yanaşıb, bütün fənləri dərindən öyrənib. Elə bir həkim olmağa çalışıb ki, xəstələrin dərdlərinə çətinlik çəkmədən əlac edə, ən çətin məqamlarda onların köməyinə çata bilsin. Vaxtının əsas hissəsini mütaliəyə həsr etməklə Sevda buna nail ola bilib.

Ali təhsilini başa vurduqdan sonra Sevda Əmircanova Bakıdakı Əzizbəyov adına doğum evində həkim işləməyə başlayıb. O, indi də həmin məşhur tibb ocağında çalışır və təcrübəli tibb işçisi kimi hər gün insanların köməyinə çatır. Artıq neçə illərdən bəri eyni bir kollektivdə işləyən Sevda özünün bilik və qabiliyyəti, eyni zamanda yüksək insani keyfiyyətləri ilə çalışdığı kollektivin hörmətini qazanıb. Onun üçün ən böyük sevinc isə hər gün dünyaya gələn sağlam körpələrdir.

Sevda İmran qızı hazırda Bakıda yaşayır, Ceyhun adlı biр oğlu vaр.

 

 

FAİQ SÜLEYMAN OĞLU

 

Faiq Süleyman oğlu 1974-cü ildə Marneuli şəhərində anadan olub. Marneuli orta məktəbini bitirib. Tbilisi Dövlət Tibb Universitetində ali təhsil alıb. İnstitutun bilikli və qabiliyyətli tələbələrindən biri olub, tibb elmini dərindən öyrənməyə çalışıb.

Tələbəlik illərində qazandığı biliklər Faiq Əmircanova əmək fəaliyyətinə başladığı illərdə kömək edib. O, Marneuli şəhər xəstəxanasında həkim işləyib. Hər gün onlarla xəstənin sağlamlığı keşiyində dayanıb. Faiq xəstələrinin həyatını xilas etmək üçün əlindən gələni edib, bunun üçün bilik və bacarığını əsirgəməyib.

Faiq Əmircanov nəslinin qabiliyyətli gənclərindən biridir.

Faiq Süleyman oğlunun Süleyman adlı bir övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

GƏNC NƏSLİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ

 

Əmircanlıların bu günkü orta və gənc nəslinə mənsub insanlar arasından da görkəmli şəxsiyyətlər yetişməkdədir. Ata-babalarının tutduğu mərdlik və mübarizlik yolunu uğurla davam etdirməyə çalışan Əmircanlı cavanları bu gün Azərbaycanın, Borçalının ictimai həyatında fəal iştirak edir, özlərinə layiqli mövqelər qazanmağa çalışırlar.

Onlar körpəlikdən təhsilə və əməyə məhəbbət ruhunda tərbiyə edildiklərindən indi həyatın ağır sınaqları qarşısında belə sınmır, seçdikləri peşə sahələrində uğurlar qazanmaqda çətinlik çəkmirlər. Bu gənclər orta məktəbdə lazımi təhsil alıb, Bakıda və başqa şəhərlərdə bu və ya digər ali məktəbi bitirib, təhsil illərində özlərinin bilik və qabiliyyəti, ağıl və zəkası ilə seçilə biliblər. Sonradan xalq təsərrüfatının və ictimai həyatın ayrı-ayrı sahələrində çalışaraq bacarıqlarını ortaya qoyub, müxtəlif rəhbər vəzifələrə irəli çəkiliblər. Hazırda əsasən Azərbaycanın paytaxtı Bakı şəhərində çalışan bu gənclər təkcə özlərinin bilik və bacarıqları ilə deyil, həm də insani keyfiyyətləri hörmət, nüfuz qazanıblar. Nəslin Bakıda yaşayan gənclərindən Namə, Nəbi, Qasım, Ramiz, Mübariz, Elistan, Paşa, Roman, Natiq, Teymur, İlqar, Pərviz, Niyazi, Çingiz və digərləri özlərinin zəhmətkeşlikləri, çalışqanlıqları, eyni zamanda ümimmilli mənafelərə təmənnasız xidmətləri ilə tanınırlar. Bu Əmircanlı övladları babalarından əxz etdikləri ən yaxşı ənənələrə uyğun olaraq xeyirxah əməllərlə məşğul olmaq, çalışdıqları sahədə xalqa xeyir vermək, Vətənin və millətin işinə yaramaq arzusu ilə yaşayır və işləyirlər. Onların arasında müəllimlər, həkimlər, mühəndislər, bank, gömrük işçiləri, jurnalist var. Ancaq hamısı bir amala xidmət edir ki, bu da Azərbaycanın inkişafı və çiçəklənməsi, iqtisadi, siyasi və hərbi qüdrətinin artması, son illərdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması, eyni zamanda Borçalının xoşbəxt ömür sürməsidir. Bu amalların həyata keçməsi naminə Əmircanlı gəncləri hər cür fədakarlıqlara hazırdırlar.

Gənc nəslin Qaçağanda yaşayan nümayəndələri isə ata-babalarının yurdlarını şenəltməklə, qoruyub inkişaf etdirməklə məşğuldur. Onlar eyni zamanda Borçalının və Qaçağanın iqtisadi və sosial cəhətdən inkişafı üçün əllərindən gələni edirlər.

 

 

ROMAN DÜNYAMALI OĞLU ƏMİRCANOV

Roman Əmircanov 1963-cü ildə Qaçağanda anadan olub. Əvvəlcə Marneuli şəhərindəki 1 saylı orta məktəbdə oxuyub, sonra orta təhsilini Ermənistan SSR Noyemberyan rayonunun Ləmbəli kəndində davam etdirib. Azərbaycanlıların yaşadığı həmin kənddədki orta məktəb ətraf ərazilərdə sanballı təhsil ocaqlarından biri kimi məşhur idi və atası Dünyamalı Məhəmməd oğlunun Romanı həmin məktəbə göndərməsinin səbəbi də oğlunun yüksək səviyyəli orta təhsil almasını təmin etmək idi. Roman bu məktəbdə, həqiqətən də, savadlı və tələbkar müəllimlərdən dərs alıb, əlaçı şagird kimi orta təhsilini başa vurub.

Roman Dünyamalı oğlu elə həmin ilin yayında D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan İqtisad Universiteti) daxil olub. Roman ali təhsil illərində də özünün elmlərə həvəsi, çalışqanlığı ilə seçilib, institutun nüfuzlu tələbələrindən olub. O, təhsilə ciddi münasibəti ilə təkcə tələbə yoldaşlarının deyil, müəllimlərinin də böyük hörmətini qazana bilib. Həmişə seminar və məşğələlərdə özünün fəallığı, hazırlıqlı olması ilə fərqlənib. Roman eyni zamanda institutun ictimai işlərində fəallıq göstərib, tələbə yoldaşlarından öz köməyini əsirgəməyib, həmişə xeyirxah, qayğıkeş, istiqanlı insan kimi tanınıb.

İnstitutu uğurla başa vuran Roman Dünyamalı oğlu əmək fəaliyyətinə Azərbaycan Statistika Komitəsində başlayıb. Burada ilk əmək təcrübəsi qazanıb. Bir müddətdən sonra respublika Tikinti Bankında işləyib. Sonra az bir müddətdə Bakıdakı 5 saylı taksomotor parkında çalışıb. Lakin bank sistemi onu daha çox maraqlandırdığından Roman tezliklə işini dəyişərək SSRİ Tikinti Bankının Azərbaycan kontoruna keçib. Burada çalışdığı müddətdə Roman Əmircanov bank işinin bütün incəliklərini mənimsəyə bilib. Bu məsələdə təkcə biliyi və təcrübəsi deyil, həm də istedadı ona kömək edib.

Roman Əmircanov sonra Azərbaycan Mənzil-Sosial İnkişaf Bankında və respublika Pensiya Fondunda müxtəlif vəzifələrə irəli çəkilib.

Bu illərdə Roman artıq bank işini mükəmməl bilən mütəxəssis kimi tanınıb. Onu respublikada fəaliyyət göstərən bank sistemi işçiləri və nüfuzlu iqtisadçılar yaxından tanıyır, bilik və təcrübəsini yüksək qiymətləndirirlər. Məhz buna görədir ki, 1992-ci ildə – Azərbaycanın müstəqillik qazandığı ilk illərdə yeni yaranan “Azərdəmiryolbank” Kommersiya Bankı ona yüksək vəzifə təklif edib. Beləliklə, Roman Əmircanov “Azərdəmiryolbank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Roman yeni bankın formalaşmasında xüsusi əməyi olan və onun normal fəaliyyətini təmin edən təcrübəli mütəxəssislərdən biridir. O bu günədək həmin vəzifədə çalışır və bankın respublika miqyasında nüfuzlu banklardan biri kimi məşhurlaşmasında əlindən gələni edir.

Roman Dünyamalı oğlu eyni zamanda doğma el-obasında vətənpərvər ziyalı, təəssübkeş insan kimi tanınıb. Onu təkcə Qaçağanda deyil, bütün Borçalıda bir xeyriyyəçi kimi tanıyır və hörmətini saxlayırlar. Roman Əmircanov son illər içməli su sarıdan korluq çəkən qaçağanlıların bu probleminin həlli üçün böyük işlər görməkdədir. O, bir neçə dəfə sıradan çıxmış su nasosunu yenisi ilə əvəz edərək Qaçağanın içməli su ilə təchizatında yaranmış fasilənin qarşısını alıb. 2000-ci ildə Roman Əmircanov daha şərəfli bir addım ataraq atası, Borçalının ağsaqqalı və böyük təəssübkeşi olmuş Dünyamalı Məhəmməd oğlunun xatirəsini kənddə böyük bir bulaq kompleksi tikdirməklə əbədiləşdirib. El arasında “Dünyamalı bulağı” kimi məşhur olan bu kompleks Qaçağan kəndinin mərkəzində, elə bir yerdə tikilib ki, ondan kəndin bütün dörd tərəfində yaşayan sakinlər istifadə edə bilirlər. Yayın qızmar çağlarında Qaçağanda içməli su tapılmayanda dərin quyudan süzülüb çıxan bu saf və müalicəvi əhəmiyyətli su qaçağanlıların köməyinə gəlir. Bulaq kompleksi eyni zamanda Bakı-Tbilisi, Bakı-Marneuli yolunun üstündə tikildiyindən yoldan keçən hər kəs ondan istifadə etmək imkanına malikdir. Və təbii ki, qaçağanlılar da, yolu Qaçağandan keçən başqa kəndlərin sakinləri də birinci növbədə dünyadan vaxtsız köçmüş Dünyamalı Məhəmməd oğluna rəhmət oxuyurlar. Qədirbilən qaçağanlılar “Dünyamalı bulağı”nın memarı olan Roman Əmircanovu da həmişə minnətdarlıq hissi ilə yada salırlar.

Bütün bunlar Roman Dünyamalı oğlunun doğma yurdu Qaçağan qarşısında son xidmətləri deyil. O, təmiz havası, saf suyu, halal çörəyi ilə böyüdüyü Qaçağanı böyük məhəbbətlə sevir və onun bütün sosial problemlərinin həlli üçün bacardığını etməyə hazırdır. Hazırda bütün Borçalı mahalı, Qaçağan kəndi və Əmircanlı nəsli Roman Dünyamalı oğlunun gələcəyinə böyük ümidlə baxır.

Roman Əmircanov Sevinc Miрzəyeva ilə ailə qurub. Əli və Dünyamalı adlı iki övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

ƏMİRXAN MƏMMƏD OĞLU ƏMİRCANOV

 

Əmirxan Əmircanov 1941-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. 1963-cü ildə Bakı Politexnik Texnikumunu, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Hələ gənclik illərindən elmlərə və təhsilə böyük həvəsi ilə seçilən Əmirxan Məmməd oğlu tezliklə hərtərəfli dünyagörüşə və biliyə malik bir insan kimi yetişib. Təhsil illərində özünün bacarıq və qabiliyyəti ilə yoldaşlarının və müəllimlərinin hörmətini qazana bilib.

Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunda layihəçi-mühəndis kimi əmək fəaliyyətinə başlayan Əmirxan Əmircanov çox keçmədən burada da özünün müsbət keyfiyyətlərini büruzə verməyə başlayıb, zəhmətkeş və istedadlı layihəçi, bacarıqlı mütəxəssis olduğunu sübut edib. Üzərinə düşən vəzifələri həmişə böyük məsuliyyətlə və vicdanla yerinə yetirən Əmirxan Məmməd oğlu institut kollektivinin etimadını qazanıb. Onun bir çox maraqlı və gərəkli layihələri Azərbaycanda su təsərrüfatının inkişafında mühüm rol oynayıb.

Əmirxan Əmircanov eyni zamanda çalışdığı kollektivdə özünü yaxşı insan kimi göstərə bilib, dost və iş yoldaşlarına qayğıkeşliklə yanaşıb, onlara qarşı etibarı və sədaqəti ilə seçilib. Məhz bu xüsusiyyətlərinə görə Əmirxan Məmməd oğlu çox keçmədən baş mühəndis vəzifəsinə irəli çəkilib.

İnstitutda çalışdığı illərdə savadlı işçi kimi tanınmış Əmirxan Əmircanov 1986-cı ildə Cənubi Yəmən Respublikasında işləməyə azərbaycanlı mütəxəssis tələb olunarkən institut rəhbərliyinin təqdimatı və SSRİ Meliorasiya və Cu Təsərrüfatı Nazirliyinin göndərişi ilə ilə həmin ölkəyə yola salınıb. O, üç il Yəməndə çalışıb. Burada da bilik və bacarığını əsirgəməyib və qabiliyyətli mütəxəssis kimi öhdəsinə düşən işləri böyük keyfiyyətlə yerinə yetirib. Əmirxan Əmircanov Yəməndə həm də Azərbaycanı layiqincə təmsil edib, təkcə yaxşı mütəxəssis deyil, eyni zamanda vətənpərvər insan olduğunu təsdiq edib.

1989-ci ildə iş müddətini başa vurduqdan sonra Cənubi Yəmən Respublikasından Vətənə qayıdan Əmirxan Məmməd oğlu yenidən doğma kollektivə gəlib, institutda əmək fəaliyyətinin davam etdirməyə başlayıb. O, hazırda da həmin institutda işləyir.

Əmirxan Əmircanov öz nəslindən Səfurə Əmrah qızı ilə ailə qurub. Məmməd və Gülnarə adlı iki övlad böyüdüb.

Hazırda Bakıda yaşayır.

 

 

ELMİXAN XƏMMƏD OĞLU ƏMİRCANOV

 

Elmixan Xəmməd oğlu 1946-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Neft və Kimya İnstitutunda (indi Neft Akademiyası) ali təhsil alıb. Elmixan orta və ali təhsil illərində özünü bilikli, qabiliyyətli bir gənc kimi göstərə bilib, biliklərə böyük həvəsi ilə seçilib.

Ali təhsilini başa vurduqdan sonra Elmixan Əmircanov Bakıda keçmiş leytenant Şmidt adına (indiki Səttarxan adına) zavodda əmək fəaliyyətinə başlayıb. Uzun müddət həmin müəssisədə çalışıb, bacarıqlı mühəndis kimi işlədiyi kollektivin hörmət və rəğbətini qazana bilib.

Elmixan Xəmməd oğlu sonra doğma kəndinə köçərək Qaçağan sovxozunun partkomu vəzifəsində çalışmağa başlayıb. Bu illərdə Qaçağan sovxozunun inkişafında Elmixan Əmircanovun da əməyi böyük olub. Sonrakı illərdə isə o, Qaçağan İstehlak Cəmiyyətinin sədri vəzifəsində işləyib. Bu vəzifələrdə çalışdığı dövrdə Elmixan Əmircanov bacarıqlı təşkilatçı kimi tanınıb, rəhbərlik etdiyi sahələrin inkişafına çalışıb.

Elmixan Xəmməd oğlu Qaçağanda yaşayan Eyyuboğlu nəslindən Aybəniz Qiyas qızı ilə ailə qurub, Seymur, Sumarə və Nuranə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

ƏMİRXAN ƏMRAH OĞLU ƏMİRCANOV

 

Əmirxan Əmrah oğlu Əmircanov 1947-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib. Qaçağan orta məktəbinin nümunəvi şagirdlərindən olub.

Əmirxan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olub. Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində həmin fakültəyə daxil olmaq asan olmayıb və Əmirxan özünün gərgin zəhməti, ağlı və zəkası ilə bu çətin məsələni uğurla həll edə bilib. Burada da savadlı tələbə kimi tanınıb, yoldaşlarının və müəllimlərinin hörmətini qazanıb.

Bu ali təhsil ocağını uğurla başa vuran Əmirxan Əmrah oğlu eyni zamanda Əmircanlı nəslinin yetirdiyi ilk hüquqşünas olub. Əmirxan universiteti bitirdikdən sonra bir müddət Bakıda çalışıb. Sonra isə doğma Qaçağana qayıdaraq əmək fəaliyyətini burada davam etdirib. Marneuli Aqrar-Sənaye Birliyi kimi nüfuzlu bir təşkilatda hüquqşünas vəzifəsində çalışıb. Əmirxan Əmrah oğlu buradakı fəaliyyəti ilə də özünün savadlı, bacarıqlı mütəxəssis olduğunu təsdiq edə bilib. Eyni zamanda birlik tərəfindən məhsul toplanışı mövsümündə rayondakı təsərrüfatlara təhkim olunub və təsərrüfatların yetişdirilmiş məhsulu itkisiz və vaxtında toplayıb dövlətə təhvil verməsinə rəhbərlik edib. Bu məsələlərdə də özünü səriştəli mütəxəssis kimi göstərə bilən Əmirxan Əmrah oğlu tezliklə rayonda özünəlayiq hörmət qazanıb. Onu istər rayon mərkəzində, istərsə də kəndlərdə tanıyır və hörmətini saxlayırdılar.

Lakin amansız ölüm Əmirxan Əmrah oğlu Əmircanovu aramızdan vaxtsız apardı. O, 1985-ci ildə, cəmi 38 yaşında qəfil ürək tutmasından vəfat etdi.

Əmirxan Əmircanov Qaçağanda yaşayan Muraduşağı nəslindən Gülnarə Hüseyn qızı ilə ailə qurub. Əfsanə və Rəqsanə adlı iki övladı var.

 

 

QASIM MİRZƏ OĞLU ƏMİRCANOV

(QAÇAĞANLI)

 

Qasım Əmircanov 1951-ci ildə Qaçağanda anadan olub. Orta təhsilini Qaçağan orta məktəbində alıb. Əvvəlcə Bakıda Plan-Uçot Texnikumunu, sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan İqtisad Universiteti) bitirib.

Əmək fəaliyyətinə Bakının Zirə sovxozunda mühasib kimi başlayan Qasım Əmircanov sonrakı illərdə Ramana sovxozunda mühasib, baş iqtisadçı, baş mühasib vəzifələrində işləyib. Bu illərdə Qasım Əmircanov özünü savadlı iqtisadçı kimi göstərib, çalışdığı təsərrüfatların inkişafı üçün əlindən gələni edib. Bakıətrafı sovxozlarda iqtisadçı kadr kimi böyük təcrübə toplamış Qasım Mirzə oğlu bir neçə ildən sonra Kənd Təsərrüfatı Nazirliyinə dəvət olunub, nazirliyin müxtəlif idarələrində çalışmağa başlayıb. O, Baş Quşçuluq Konsernində, Aqrar Sənaye Komitəsinin baş idarəsində baş mühasib vəzifələrində işləyib, həmin təsərrüfat sahələrinin dirçəlişi üçün bacardığı qədər səylər göstərib. Özünün nizam-intizamı, əməksevərliyi və bacarığı ilə işlədiyi kollektivlərin böyük hörmətini qazana bilib.

Qasım Əmircanov 1990-1996-cı illərdə Tikinti Materialları Nazirliyində müfəttiş, 1996-2000-ci illərdə Vergilər Nazirliyinin Nizami rayon idarəsində təftiş şöbəsinin rəisi vəzifələrində işləyib. Sonra “Azəriqaz” şirkətində yoxlama səlahiyyətli baş mütəxəssis vəzifəsində çalışmış Qasım Əmircanov təcrübəli və bilikli mütəxəssis olduğunu işlədiyi hər yerdə təsdiq edə, kollektiv arasında nüfuz qazana bilib. Eyni zamanda əməyi kollektiv rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, müxtəlif mükafatlara, döş nişanlarına layiq görülüb. Qasım Əmircanov hazırda özəl sektorda çalışır, illər boyu qazandığı bilik və təcrübəni bu sahənin inkişafına sərf edir.

Qasım Mirzə oğlu həm də bədii yaradıcılıqla da məşğul olur, Qasım Qaçağanlı imzası ilə şerlər yazır. Şerləri ilə dövri mətbuatda çıxış edir. Onun 1996-cı ildə “Məni unutmayın”, 1999-cu ildə isə “Babakər, Qaçağan yada düşəndə” adlı şer kitabları çap olunub. Borçalı torpağı, Babakər dağları və Qaçağan kəndi haqqında silsilə şerlər yazıb. 2003-cü ildə Qasım Qaçağanlının “Ellərə, dağlara sözüm var hələ” adlı irihəcmli şerlər və poemalar kitabı çapdan çıxıb.

Qasım Əmircanov Qaçağanda yaşayan Kərimovlar nəslindən Xuraman İbrahim qızı ilə ailə qurub, Asim, Mirzə və Aygül adlı üç övlad böyüdüb. Həyat yoldaşı Xuraman Əmircanova ali təhsilli müəllimədir, Bakıdakı 115 saylı orta məktəbdə işləyir.

Hazırda Bakıda yaşayır.

 

MÜBARİZ KAMİL OĞLU ƏMİRCANOV

 

Mübariz Kamil oğlu 1953-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan İnşaat Və Memarlıq Universiteti) ali təhsil alıb.

Mübariz Əmircanov əmək fəaliyyətinə Bakıdakı tikinti idarələrindən birində sıravi mühəndis kimi başlayıb. Elə ilk günlərdən də özünü savadlı inşaat işçisi kimi göstərib, zəhmətkeşliyi, işə can yandırması, yüksək məsuliyyəti ilə seçilib. Məhz bu yüksək peşəkarlıq və insani keyfiyyətlərinə görə Mübariz Əmircanov sonradan vəzifə pillələri ilə qabağa getməyə başlayıb, uzun müddət tikinti-quraşdırma idarəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nəhayət, Mübariz Kamil oğlunun sıravi mühəndislikdən başlanan karyerası idarə müdiri vəzifəsinədək yüksəlib.

Mübariz Əmircanovun tikinti idarəsində çalışdığı illər sovet dövlətinin mövcud olduğu XX əsrin 70-80-ci illərinə təsadüf edib və bu illər Bakıda, eləcə də respublikanın rayonlarında aparılmış irimiqyaslı tikintilərlərlə yadda qalıb. O illərdə xüsusilə Bakıda böyük sənaye obyektləri, yaşayış binaları inşa edilib. Bu işlərin görülməsində Mübariz Əmircanovun özünün və rəhbərlik etdiyi tikinti idarəsinin də xidmətləri olub. İdarə əsasən sənaye müəssisələri və əhali üçün mənzil tikintisi sahəsində fəaliyyət göstərib. Bakıda tikilən sənaye binalarının inşasında idarə yaxından iştirak edib. O illərdə geniş yaşayış massivləri salınıb, on minlərlə mənzil növbəsi gözləyən Bakı zəhmətkeşi yeni mənzillərlə təmin olunub. Bu gün də Bakıya yaraşıq verən bir çox yaşayış binaları Mübariz Kamil oğlunun rəhbərliyi ilə inşa edilərək əməkçilərə paylanıb. Bu mənada Mübariz Əmircanov Bakının tikinti meydançalarında özünün xüsusi xidmətləri ilə seçilmiş təcrübəli kadrlardan biridir.

Ancaq sovet quruluşu dağıldıqdan sonra Bakıdakı tikinti təşkilatları da tənəzzülə uğradı və onlardan bir çoxu bu gün də öz fəaliyyətini bərpa etməkdə çətinlik çəkir. Mübariz Əmircanov da o vaxtdan dövlət tikinti təşkilatlarında çalışmağa son qoyub və bir neçə ildir ki, özəl sektorda çalışır.

Mübariz Kamil oğlu Qaçağanda yaşayan Mikili nəslindən Gülnaрə Nuрu qızı ilə ailə qurub, Salatın, Samirə, Çinarə və Nurlan adlı 4 övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

RƏFAEL SAYAT OĞLU

 

Rəfael Sayat oğlu 1959-cu ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Politexnik İnstitutunda ali təhsil alıb.

Rəfael Əmiрcanov ali təhsilini başa vuрduqdan sonрa Bakıda əmək fəaliyyətinə başlayıb. Əsasən nəqliyyat sahəsində çalışıb. Son illər ərzində “Avtoəрzaq” nəqliyyat biрliyinin diрektoрu vəzifəsində işləyib. Hazırda həmin nəqliyyat birliyində baş mühəndis vəzifəsində çalışır.

Rəfael Sayat oğlu işlədiyi bütün sahələрdə özünü bacaрıqlı, qabiliyyətli mütəxəssis kimi göstəрə bilib, üzəрinə düşən işləрin öhdəsindən bacaрıqla gəlib. Buna göрə də çalışdığı kollektivləрin höрmətini qazana bilib.

Rəfael Əmiрcanov Qazax рayonundan Ümidə Möhbəddin qızı ilə ailə quрub. Ümidə ali təhsilli həkimdiр. Rəfaelin Ləman, Tural, Leyla və Əli adlı övladlaрı vaр.

 

 

PAŞA ÇOBAN OĞLU ƏMİRCANOV

(BABAKƏRLİ)

 

Paşa Əmircanov 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Peşəkar jurnalistika ilə yanaşı ədəbiyyatla da məşğul olur. “Azərbaycan ordusu”, “Respublika” qəzetlərində müxbir, “Millət”, “Dövran”, “525-ci qəzet” kimi mətbuat orqanlarında şöbə müdiri, “Ekspress” qəzetində redaktor vəzifələrində işləyib. Hazırda “Üç nöqtə” qəzetində redaktor işləyir.

Şerləri “Yeni Marneuli”, “Sovet Gürcüstanı”, “Azərbaycan”, “Azərbaycan ordusu”, “Ekspress” və s. kimi qəzetlərdə dərc olunub. “Azərbaycan”, “Ulduz” jurnallarında, “Dan ulduzu” ədəbi almanaxlarında şerləri ilə çıxış edib.

1996-cı ildə Paşa Babakərlinin “Yola çıxdım” adlı ilk şerlər kitabı çapdan çıxıb. 2001-ci ildə görkəmli Borçalı ziyalısı Dünyamalı Məhəmməd oğlu Əmircanovun həyat və fəaliyyətinə həsr olunmuş “Borçalıdan bir ər qopdu” adlı bədii-publisistik kitabı çap olunub. 2002-ci ildə “Ömür yoxuşdu, keçirəm” adlı şerlər və “Seyidli nəsli” adlı bədii-publisistik kitabları çap olunub.

Paşa Əmircanov 1994-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Sözlərinə mahnılar bəstələnib. “Nə istəyir” adlı ilk mahnısının bəstəkarı Əşrəf Quliyevdir, mahnı ilk dəfə respublikanın xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənib. Əmircanlı nəslinin istedadlı övladı, musiqiçi, bəstəkar Elman Əmircanovla birgə bir sıra mahnılar hazırlayıblar.

Paşa Əmircanov həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsinin iştirakçısı, müharibə veteranıdır.

Paşa Çoban oğlu Borçalının Qızılhacılı kəndindən Tükəzban Xəlil qızı ilə ailə qurub, Müşfiq və Rəşad adlı iki övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

İLQAR CƏLİL OĞLU ƏMİRCANOV

 

İlqar Cəlil oğlu 1964-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indi Azərbaycan İqtisad Universiteti) ali təhsil alıb. İlqar Əmircanov ali təhsil illərində biliklərə böyük həvəs göstərib, səviyyəli iqtisadçı kimi yetişib. Məhz institut dövründə qazandığı biliklər İlqarın sonrakı əmək fəaliyyəti illərində çətinlik çəkmədən işləməsinə və öz ixtisası üzrə irəli çəkilməsinə imkan yaradıb.

İlqar Əmircanov ali təhsilini başa vurduqdan sonra Nəsimi Rayon Ticarət İdarəsində müfəttiş işləməyə başlayıb və bir neçə ilə burada çalışıb. Ticarət sahəsində böyük iş təcrübəsi qazanmış İlqar sonradan Bakı Şəhər Ticarət Departamentinin Mərkəz İdarəsində şöbə müdiri vəzifəsinə irəli çəkilib. İlqar hazırda həmin vəzifədə çalışır və öz işinin öhdəsindən bacarıqla gəlir. O, məsuliyyətli işi və insani keyfiyyətləri ilə çalışdığı kollektivlərdə yüksək nüfuz qazana bilib.

İlqar Əmircanov Qaçağanda yaşayan Mikili nəslindən Mehriban Möhbəddin qızı ilə ailə qurub, Nərmin və Cəmil adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

NATİQ SAHABBİN OĞLU ƏMİRCANOV

 

Natiq Əmircanov 1966-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla qiymətlərlə bitirib. Orta məktəbdə özünün biliyi və qabiliyyəti ilə seçilən, daim öz üzərində çalışan şagirdlərdən olub. Natiq Sahabbin oğlu dərsdən əlavə saatlarda da yorulmadan biliklərə yiyələnməyə can atıb, mütaliə ilə məşğul olub.

Elə buna görə də orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (Azərbaycan İqtisad Universiteti) daxil olmaqda çətinlik çəkməyib, qəbul imtahanlarında yüksək bal toplaya bilib. Natiq tələbəlik illərində çalışqanlığı, elmlərə hədsiz həvəsi ilə fərqlənib. O, nəinki təkcə ixtisas fənlərini əla qiymətlər səviyyəsində oxuyub, eyni zamanda əlavə mütaliədən qalmayıb, dünya klassiklərinin, xüsusən filosofların əsərlərini dərindən öyrənib. Buna görə də Natiq Əmircanov tələbə yoldaşları arasında özünün hərtərəfliliyi, geniş dünyagörüşü ilə seçilə bilib.

Natiq Sahabbin oğlu institutu bitirdikdən sonra əsasən bank sistemində çalışıb, bir müddət Milli Bankda işləyib. Bu müddətdə o, bank sisteminin daha səmərəli qurulması üçün özünün maraqlı təkliflərini hazırlayıb. Bu cür təşəbbüskarlığı ilə Natiq iş yoldaşları arasında böyük hörmət və rəğbət qazanıb. Bank sistemində Natiqi təkcə bu sahənin mahir bilicisi, təcrübəli kadr kimi deyil, həm də yeri gəldikcə yeni və maraqlı təkliflər verən mütəxəssis kimi tanıyıblar.

Natiq Əmircanov sonradan respublikadakı müstəqil banklardan olan “Vizabank”ın İdarə Heyətinin sədri olub. Hazırda isə o, Rusiyanın məşhur “LUKoyl” neft şirkətinin sığorta idarəsində baş mühasib vəzifəsində işləyir. Yeni iqtisadi sistem şəraitində Natiq özünün səmərəli təklifləri və şəxsi bacarığı ilə yenə də uğurlar qazanmaqdadır. Natiq Əmircanov nəslinin sabahına ümidlə baxılan gənclərindəndir.

Hazırda Bakıda yaşayır.

 

 

ELMAN SƏDİ OĞLU ƏMİRCANOV

 

Elman Sədi oğlu 1967-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Bakıda Mədəni Maarif Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.

Elman Sədi oğlu uzun müddət Bakıdakı Mədəniyyət Evlərindən birində işləyib. Artıq bir neçə ildir ki, musiqi ilə məşğul olur. Elman Əmircanlı gəncləri arasında özünün musiqi istedadı ilə seçilir. Bir neçə musiqi alətində çalır, istedadlı bəstəçi kimi gözəl mahnılar bəstələyir. Onun “Borçalı” mahnısı borçalıların çox sevdikləri gözəl musiqi əsərlərindəndir. Elmanın başqa bəstələri də dinləyicilər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Elman Əmircanov hazırda Bakıda musiqi kollektivlərində çalışır və gözəl əsərlər yaradır. Əmircanlılar, eləcə də Qaçağan kəndi onun gələcəyinə ümidlə baxır.

Elman Sədi oğlu Qaçağanda yaşayan Dəlləklilər nəslindən Afət Almaz qızı ilə ailə qurub, Nurcan adlı bir qızı var.

Hazırda Bakıda yaşayır.

 

 

MƏHƏMMƏD DÜNYAMALI OĞLU

 

Məhəmməd Dünyamalı oğlu 1970-ci ildə Qaçağanda anadan olub. Marneuli orta məktəbini bitirib. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indi Azərbaycan Memarlıq və İnşaat Akademiyası) ali təhsil alıb. Məhəmməd ali təhsil illərində özünü savadlı və qabiliyyətli bir gənc kimi göstərə bilib, elmlərə həvəsi və institutun ictimai işlərində fəallıq göstərməsi ilə müəllim və tələbə kollektivinin hörmətini qazanıb.

Məhəmməd Əmircanov ali təhsilini başa vurluqdan sonra əmək fəaliyyətinə Marneuli şəhərində başlayıb, burada ticarət sahəsində çalışıb. Sonrakı illərdə isə Məhəmməd Dünyamalı oğlu Bakıda işləməyə başlayıb. O, hazırda da Bakıda biznes fəaliyyəti ilə məşğuldur.

Məhəmməd Dünyamalı oğlu nəslinin təəssübkeş və mərd gənclərindən biridir. Özünün yüksək insani keyfiyyətləri və bacarığı ilə işlədiyi kollektivlərdə böyük hörmət və nüfuz qazana bilib.

Məhəmməd Əmircanov Qaçağanda yaşayan Qasımuşağı nəslindən Nərgiz Müzəffər qızı ilə ailə qurub, Füruzə və Aydan adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

TEYMUR ƏMİRCAN OĞLU ƏMİRCANOV

 

 

Teymur Əmircan oğlu 1973-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunda ali təhsil alıb. İnstitutun qabiliyyətli və savadlı gənclərindən olub.

Teymur Əmircan oğlu bir neçə ildir ki, respublika Gömrük Komitəsinin Binə aeroportunda yük-nəqliyyat şöbəsi rəisinin müavini vəzifəsində çalışır. Özünü bacarıqlı gömrük işçisi kimi göstərə bilib, əməksevərliyi, qabiliyyəti ilə çalışdığı kollektivin hörmətini qazanıb.

Teymur Əmircanov Elnarə Elşad qızı Həsənova ilə ailə qurub. Əmircan və Aydan adlı adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

İSMAYIL İMRAN OĞLU ƏMİRCANOV

 

İsmayıl Əmircanov 1970-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. İsmayıl İmran oğlu Əmircanlı nəslinin ümidverən gənclərindəndir. Orta və ali təhsil illərində özünün çalışqanlığı, fəallığı ilə seçilib. Təhsilini başa vurduqdan sonra isə o, bir müddət Respublika Prokurorluğunda işləyib. Gənc hüquqşünas kimi ilk əmək təcrübəsini belə nüfuzlu bir təşkilatda qazanıb.

İsmayıl Əmircanov hazırda respublika Gömrük Komitəsində müstəntiq vəzifəsində çalışır. O özünün yaxşı işi və yüksək insani xüsusiyyətləri ilə çalışdığı kollektivlərdə hörmət qazana bilib.

İsmayıl Əmircanov Bakı sakini Kəmalə Əliş qızı ilə ailə qurub, Zeynəb və Əliş adlı övladları var.

Hazırda Bakı şəhərində yaşayır.

 

ƏMİRCANLININ QOLLARI

 

Əmiрcanlı nəslinin banisi Əmircan kişi hesab olunur. Nəslin ağsaqqallarının təxmini hesablamalaрına göрə, o, XVI əsрin sonu-XVII əsрin əvvəlləрində Qaçağanda yaşayıb. Onun İslam dininə sidqi-üрəklə qulluq edən, geniş dünyagöрüşlü, ağıllı, sanballı biр insan olduğu bəllidiр. Əmiрcan kişi İslam dininin müqəddəs kitabı olan Quрana dəрindən bələd olub, onun tələbləрinə lazımınca əməl edib və Quрanı insanlaр aрasında təbliğ edib. Məhz Əmiрcan kişinin dinimizə dəрindən bələd olmasına göрədiр ki, o, peyğəmbəрləрimizi də yaxşı tanıyıb və övladlaрına peyğəmbəрləрimizin adlaрını qoyub.

Əmiрcan babamızın bəzi məlumatlara görə, 5, bəzi məlumatlara görə isə, 6 övladı olub. Sahabbin Əmiрcanovun hazıрladığı şəcəрəyə əsasən, Əmiрcan kişinin 5 övladı olub: İsmayıl, Abdulla, Süleyman, Əhməd və İbрahim. Başqa biр məlumata göрə isə, onun Qasım adlı daha biр oğlu olub, lakin onun övladı olmadığından bu qol davam etməyib. Əmiрcan kişinin oğlu Əhmədin töрəmələрi, aрtıq qeyd etdiyimiz kimi, hazıрda Dəmiрçiləр nəsli adlanıр. İbрahimin töрəmələрi isə sonрadan Qocauşağı və Ələkbəрuşağı şəcəрələрinə bölünübləр. Hazıрda həр üç şəcəрə Qaçağanda yaşamaqda davam ediр və Əmiрcanlılaрla mehрiban münasibətdədiр. Bu qollaрın nümayəndələрi bu gün də biр-biрinə “əmoğlu” deyə müрaciət ediрləр.

İsmayıl, Abdulla və Süleyman babalaрımızın töрəmələрi isə hazıрda Əmiрcanlı nəslini təşkil ediр. Nəslin bu günkü ağsaqqallarının tərtib etdiyi şəcərəyə əsasən, Əmircanlı nəslinin bu üç qolunun inkişaf dinamikası aşağıdakı kimidir.

 

ƏMİRCANLININ I QOLU

 

1). Əmircanın birinci oğlu Süleyman.

2). Süleymanın övladı – Əmircan.

3). Əmircanın övladları – Süleyman, Qurban, Həsən.

4). Süleymanın övladı – Süleyman.

Qurbanın övladları – Balaxanım, Anaxanım.

Həsənin övladları – Qara və Hümmət.

5). Süleyman Süleyman oğlunun övladları – Məhəmməd və Əli.

Qaranın övladı – Səhərgül.

Hümmətin övladları – Qurban, Nərgiz, Mərzə, Zərqələm.

6). Məhəmmədin övladları – Dünyamalı, Süleyman, Cəlil.

Əlinin övladları – Söhbət, Mustafa, Zəqrəniş, Nəzakət, Xatirə.

Qurbanın övladları – Niyazi, Namiq, Həcər, Balaxanım.

7). Dünyamalının övladları – Roman, Məhəmməd, Gülnarə.

Süleymanın övladları – Fuad, Faiq, Leyla.

Cəlilin övladları – Rövşən, Şahanə, Şahsənəm.

Söhbətin övladları – Gülər, Ruhanə, Əminə, Kəmalə.

Mustafanın övladları – Fəxri, Əli, Zəminə.

Niyazinin övladları – Könül, Nərmin.

Namiqin övladları – Hümmət, Səbinə.

8). Romanın övladları – Əli, Dünyamalı.

Məhəmmədin övladları – Füruzə, Aydan.

Fuadın övladları – Əhməd.

Faiqin övladları – Süleyman.

 

***

 

Birinci nəsil

 

ƏMİRCAN KİŞİ

 

Nəslin banisi kimi qəbul edilmiş Əmiрcan kişi bütün üç qol üçün başlanğıc, biрinci nəsil hesab ediliр. Əmircan kişi haqqında yuxarıdakı bölmələrdə müəyyən qədər məlumat verdiyimizdən bu hissədə artıq təfərrüata varmaq istəmirik. Eyni zamanda Əmircan kişinin haqqında məlumatlar da çox deyil.

Əldə olan məlumatlar isə ondan ibarətdir ki, Əmircan kişi Qaçağan kəndində sadə bir kəndli həyatı sürüb, əkin-biçinlə məşğul olub, mal-heyvan saxlayıb. Var-dövləti həyətyanı torpaq sahəsi və mal-qoyunu olub. Övladlarını böyüdüb, onları dinimizə, milli adət-ənələrimizə və əxlaqımıza uyğun şəkildə tərbiyə edib.

Bəzi ağsaqqallarımızın babalarından eşitdiklərinə görə, Əmircan kişi kənddə nüfuzlu, geniş dünyagörüşlü insanlardan olub. Həyatını xeyirxahlıqla yaşayıb, insanların xeyir-şərinə yarayıb. Həyatda yaxşı ad qoyaraq dünyadan köçüb. İndi nəslinin davamçıları onun xeyirxahlıq, mərdlik yolunu davam etdirirlər.

 

 

İkinci nəsil

SÜLEYMAN ƏMİRCAN OĞLU

 

Əmircan kişinin təvəllüd taрixini dəqiq müəyyənləşdiрmək mümkün olmadığı kimi, Süleyman Əmiрcan oğlunun yaşadığı illəр də dəqiq məlum deyil. Təxmini hesablamaya göрə isə, o, XVII əsрdə yaşayıb. Həyatı və fəaliyyəti əsasən Qaçağan kəndi ilə bağlı olub. Bütün qaçağanlılaр kimi, öz təsəррüfat sahəsində çalışıb, əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

Süleyman kişinin kiminlə ailə quрduğunu da müəyyənləşdiрmək mümkün olmadı. Onun biр övladı olub: Əmircan.

 

Üçüncü nəsil

 

ƏMİRCAN SÜLEYMAN OĞLU

 

 

Əmiрcan Süleyman oğlunun da təvəllüd taрixini dəqiq müəyyən etmək mümkün olmadı. Əmircanlı ağsaqqallarının təxmini hesablamalarına görə, XVIII əsрdə Qaçağanda yaşayıb. O da atası kimi doğma el-obasına, toрpağa bağlı insan olub. Övladlaрını böyüdüb, onlaрa təlim-təрbiyə veрib, eyni zamanda əkin-biçini ilə, atasından pay düşən mal-qaрasını aрtıрmaqla məşğul olub.

Əmiрcan Süleyman oğlunun Süleyman, Qurban və Həsən adlı üç övladı olub.

 

***

 

Döрdüncü nəsil

SÜLEYMAN ƏMİRCAN OĞLU

 

Süleyman Əmiрcan oğlunun da təvəllüd taрixi dəqiq məlum deyil. Əmircanlı ağsaqqallarının təxmini hesablamalarına görə, Süleyman kişi XIX əsrdə yaşayıb. Əmircanlı nəslinin hörmətli, ağsaqqal kişilərindən olub. Süleyman Əmircan oğlu el-obasına bağlı, elinin təəssübünü çəkən adam olub. Kənddə nüfuzlu, sözükeçən ağsaqqal kimi tanınıb.

O dövrdə yaşamış bütün babalarımız kimi, Süleyman kişi də əsasən əkin-biçinlə məşğul olub, toрpağını becəрib, mal-qoyun saxlayıb.

Süleyman Əmiрcan oğlu Aşağı Saral kəndindən bir qızla ailə qurub. Süleyman kişi hələ övladı dünyaya gəlməmişdən, cavan yaşlarında vəfat edib, ona görə də adını övladına veriblər. Onun Süleyman adlı bir övladı olub.

 

QURBAN ƏMİRCAN OĞLU

 

Qurban Əmiрcan oğlunun da təvəllüd taрixi dəqiq məlum deyil. Əmircanlı ağsaqqallarının təxmini hesablamalarına görə, Qurban kişi də XIX əsrdə yaşayıb. Əmircanlı nəslinin hörmətli ağsaqqallarından olub.

Qurban Əmircan oğlu Qaçağan kəndində nüfuzlu ağsaqqallardan biri kimi tanınıb. Qurban kişi də şəxsi təsərrüfatına bağlı adam olub, əsasən əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

Qurban Əmiрcan oğlu öz nəslindən (Qocauşağı) Güləm Qoca qızı ilə ailə qurub. Balaxanım və Anaxanım adlı iki övladı olub.

 

HƏSƏN ƏMİRCAN OĞLU

 

Həsən Əmircan oğlunun da təvəllüd taрixini dəqiq müəyyən etmək mümkün olmayıb. Əmircanlı ağsaqqallarının təxmini hesablamalarına görə, Həsən kişi də XIX əsrdə yaşayıb. Nəslinin hörmətli, ağsaqqal kişilərindən olub.

Həsən Əmircan oğlu el-obasına bağlı, elinin təəssübünü çəkən adam olub. Kənddə nüfuzlu ağsaqqal kimi tanınıb. Həsən kişi də kəndli adam olub, əsasən əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

Həsən Əmiрcan oğlu Qaçağanda yaşayan Hürü adlı qızla ailə qurub. Qara və Hümmət adlı iki övladı olub.

 

***

 

Beşinci nəsil

 

SÜLEYMAN SÜLEYMAN OĞLU

 

Süleyman Süleyman oğlu XIX əsrin sonları-XX əsrin əvvəllərində Qaçağanda yaşayıb. Ata-babasının yolunu davam etdirərək əsasən şəxsi təsərrüfatı ilə ilə məşğul olub, mal-qara saxlayıb. Süleyman kişi eyni zamanda Əmircanlılar arasında ən çox mal-qoyunu, var-dövləti olan adam olub. O, Qaçağan kəndində hamıdan qənaətcil, hamıdan ehtiyatlı adam kimi tanınıb. Kənd arasında hələ də danışılana görə, yaza dönəndə hamının taxılı tükənsə də, Süleyman kişinin yeni taxıl tədarükü dövrünədək ehtiyatı olarmış.

O, həm də olduqca əliaçıq, səxavətli insan olub və kənddə hamı müəyyən çatışmazlığı ilə əlaqədar Süleyman kişiyə müraciət edib. Süleyman kişi isə heç kəsi naümid qaytarmayıb.

Qaçağanda kolxoz qurulandan sonra isə Süleyman Süleyman oğlu yeni hökuməti qəbul edərək hər şeyini kolxoza verib. Lakin sovet hökuməti təkcə onun əmlakına sahib olmaqla kifayətlənməyib, kənddə həddən artıq nüfuzlu bir şəxs olduğunu nəzərə alaraq Süleyman kişini sürgünə göndərib. 30-cu illərin əvvəllərində repressiyaya məruz qalan Süleyman kişi bir daha geri qayıtmayıb və indi də onun harda həlak olduğu, harda dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Süleyman kişi Əmircanlı nəslindən 30-cu illərdə güdaza gedən iki repressiya qurbanından biri olub. Onlardan biri də Nəbi Hüseyn oğlu olub. Lakin Nəbi kişi sonradan sürgündən yaxa qurtararaq geri qayıtsa da, Süleyman kişi günahsız qurban gedib.

Süleyman Süleyman oğlu öz nəslindən (Qocauşağı) Güləm Qoca qızı ilə ailə qurub. Məhəmməd və Əli adlı övladları olub.

 

 

***

 

BALAXANIM QURBAN QIZI

 

Balaxanım Qurban qızı 1883-1953-cü illərdə Qaçağanda yaşayıb. Olduqca mərd, qeyrətli qadın olub. Müasirlərinin xatırladıqlarına görə, Balaxanım qarı evdə arvad, çöldə kişi olub. Ev-eşiyin, həyət-bacanın bütün işlərini özü görüb. Bazara da gedib, qarğıdalı, buğda, eləcə də qoyun, inək apararaq satıb. Ailəsini dolandırıb.

Xüsusən kişilər müharibəyə gedəndən sonra Balaxanım qarının işləri daha da artıb. Müharibədən əvvəlki və müharibə illərində nəslin bir çox kişiləri cəbhəyə getdiyindən və gəlinlər, qızlar kolxoz işində çalışdığından onların övladlarının qayğısını da o çəkib. Nəvələrinin müharibə dövrünün çətinliklərindən çıxmaları, sağlam böyümələri üçün hər cür məhrumiyyətlərə dözüb. Onun zəhmətkeşliyi, hünərvərliyi ilə bağlı kənddə hələ də söhbətlər edilir.

Balaxanım qarı eyni zamanda qohum-qonşu ilə mehribancasına dolanıb. Əl tutan, hamının dadına çatan qadın olub.

Balaxanım Qurban qızı öz nəslindən Hümmət Həsən oğlu ilə ailə qurub, Qurban, Nərgiz, Mərzə, Zərqələm adlı övladları olub.

 

ANAXANIM QURBAN QIZI

 

Anaxanım Qurban qızı 1880-1934-cü illərdə yaşayıb. Qonşu Ağammədli kəndində yaşayan Tükənlilər nəslindən Tanrıqulu kişi ilə ailə qurub. Nəbi, Pürüz, Xurda, Hürü, Qənirə adlı övladları olub.

 

***

 

QARA HƏSƏN OĞLU

 

Qara Həsən oğlu 1900-1932-ci illərdə Qaçağanda yaşayıb.

Dövrünün hörmətli kişilərindən olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Sağlam və gümrah insan olub.

Qara Həsən oğlu nəslinin sadə və zəhmətkeş insanlarından olub. Borçalıda sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Ailəsini halal zəhməti ilə dolandırıb.

Qara Həsən oğlu 1932-ci ildə Quşçunun kolunda qaçaq-quldurlar tərəfindən vurulub. Vaxtsız vəfat edib.

Qara Həsən oğlu Qaçağanda yaşayan Kərbəlayıuşağı nəslindən Meleykə Əsəd qızı ilə ailə qurub, Səhərgül adlı övladı var.

 

 

HÜMMƏT HƏSƏN OĞLU

 

Hümmət Həsən oğlu 1902-1972-ci illərdə Qaçağanda yaşayıb. Təbiətcə sakit, rahat adam olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Sağlam və gümrah insan olub.

Qara Həsən oğlu nəslinin sadə və zəhmətkeş insanlarından olub. Borçalıda sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Kolxoz vaxtlarında isə kolxozda çalışıb. Ailəsini halal zəhməti ilə dolandırıb.

Hümmət Həsən oğlu öz nəslindən Balaxanım Qurban qızı ilə ailə qurub, Qurban, Nərgiz, Mərzə, Zərqələm adlı övladı var.

 

 

Altıncı nəsil

 

MƏHƏMMƏD SÜLEYMAN OĞLU

 

(Haqqında bəhs olunub)

 

ƏLİ SÜLEYMAN OĞLU ƏMİRCANOV

 

(Haqqında bəhs olunub)

 

 

***

 

SƏHƏRGÜL QARA QIZI

 

Səhərgül Qara qızı 1930-cu ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Ağakişi Həmzə oğlu ilə ailə qurub. Məmiş, Nazim, Lilpar, Lalə adlı övladları var.

 

****

 

QURBAN HÜMMƏT OĞLU

 

Qurban Hümmət oğlu 1928-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində natamam təhsil alıb. Qurban Hümmət oğlunun uşaqlığı ağır müharibə illərinə təsadüf etdiyindən təhsilini başa çatdıra bilməyib. O, təhsilini yarımçıq qoyaraq ailəsinin dolanışığına kömək etmək üçün işləməyə başlayıb. Həyət-bacasında işləyib, əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

Sonradan Qaçağan İstehlak Cəmiyyətinin nəzdindəki çayxanada çayçı işləməyə başlayan Qurban Hümmət oğlu pensiyaya çıxanadək burada çalışıb. Qaçağanda və ətraf kəndlərdə onu “Çayçı Qurban” kimi tanıyır və hörmətini saxlayırlar. Təbiətcə sakit, rahat olan Qurban Hümmət oğlu həm də yaxşı, xeyirxah insan kimi tanınır.

Qurban Əmircanov öz nəslindən Qüdrət İsmayıl qızı ilə ailə qurub. Niyazi, Namiq, Həcər, Balaxanım adlı övladları olub.

 

NƏRGİZ HÜMMƏT QIZI

 

Nərgiz Hümmət qızı 1924-cü ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Dəllikli nəslindən Həsən Musa oğlu Həsənovla ailə qurub. Ramazan, Qabil, Qiymət, Pompul, Naimə, Mükafat, Ziyafət adlı övladları olub.

 

MƏRZƏ HÜMMƏT QIZI

 

Mərzə Hümmət qızı 1926-cı ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Tellioğlu nəslindən Teymur Həsənovla ailə qurub. Firudin, İkram, Nənəxanım, Bənzər, Tahirə adlı övladları olub.

 

ZƏRQƏLƏM HÜMMƏT QIZI

 

(Haqqında bəhs olunub)

 

***

 

Yeddinci nəsil

 

DÜNYAMALI MƏHƏMMƏD OĞLU

 

(Haqqında bəhs olunub)

 

SÜLEYMAN MƏHƏMMƏD OĞLU

 

(Haqqında bəhs olunub)

 

CƏLİL MƏHƏMMƏD OĞLU

 

(Haqqında bəhs olunub)

 

***

 

SÖHBƏT ƏLİ OĞLU

 

Söhbət Əli oğlu 1938-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində orta təhsil alıb. Uşaqlığı ağır müharibə illərinə təsadüf etdiyindən və atası cəbhədə olduğundan həmin dövrdə çoxlu çətinliklər çəkib.

Orta təhsilini başa vurduqdan sonra Söhbət Əli oğlu Bakıda kinomexanik texnikumunda təhsil alıb. 1960-ci ildən Marneuli rayonunun Zopi (Zop) kəndində kinomexanik işləməyə başlayıb. 1961-62-ci illərdə Kürdlər kəndində həmin işdə işləyib. 1963-69-cu illərdə isə Söhbət Əmircanov Qaçağan Mədəniyyət Evində kinomexanik işləyib.

1969-1989-cu illərdə Söhbət Əli oğlu Qaçağan kənd elektrik şəbəkəsində elektrik montyoru işləyib. Qaçağanda və ətraf kəndlərdə onu “Mantyor Söhbət” kimi tanıyır, hörmətini saxlayırlar.

Söhbət Əli oğlu hazırda “Dünyamalı bulağı”nın işinin tənzimlənməsi ilə məşğul olur.

Söhbət Əmircanov qonşu Ağməmmədli kəndindən Rəqibə Fəttah qızı ilə ailə qurub. Gülərə, Ruhanə, Əminə, Kəmalə adlı övladları olub. Rəqibə Fəttah qızı Bakıdakı 1 saylı Tibb Texnikumunu bitirib, Qaçağan xəstəxanasında işləyir.

 

 

MUSTAFA ƏLİ OĞLU

 

Mustafa Əli oğlu 1940-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində orta təhsil alıb. Sonradan Bakı Rabitə Texnikumunu bitirib.

Təhsilini başa vurduqdan sonra uzun müddət Mustafa Əli oğlu Qaçağan İstehlak Cəmiyətində mühasib işləyib.

Mustafa Əli oğlu eyni zamanda şəxsi təsərrüfatında çalışaraq atasının yurdunu qoruyur, əkin-biçinlə məşğul olur, mal-qoyun saxlayır.

Mustafa Əli oğlunu Qaçağanda və ətraf kəndlərdə yaxşı insan, xeyirxah eloğlu kimi tanıyır, hörmətini saxlayırlar.

Mustafa Əmircanov qonşu Quşçu kəndindən Xalidə Zal qızı ilə ailə qurub. Fəxri, Əli, Zəminə adlı övladları olub. Xalidə Zal qızı hazırda Qaçağan orta məktəbində müəllim işləyir.

 

 

ZƏQRƏNİŞ ƏLİ QIZI

 

(Haqqında bəhs olunub)

 

NƏZAKƏT ƏLİ QIZI

 

Nəzakət Əli qızı 1936-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Qaçağanda yaşayan Yusif Zili oğlu ilə ailə qurub. Mahal, Yaşar, Surət adlı övladları var.

 

XATİRƏ ƏLİ QIZI

 

(Haqqında bəhs olunub)

 

***

 

NİYAZİ QURBAN OĞLU

Niyazi Qurban oğlu 1962-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

Niyazi Əmircanov ali təhsil illərində biliklərə həvəs göstərib, institutun ictimai işlərində fəal iştirak edib. Niyazi Əmircanov ali təhsilini başa vurduqdan sonra bir müddət Bakıdakı “Ulduz” zavodunda işləyib. Sonrakı illərdə respublika Əmanət Bankında və “Azərkom” Bankında çalışıb. Niyazi hazırda “Azərdəmiryolbank”da kassir vəzifəsində çalışır və öz işinin öhdəsindən bacarıqla gəlir. O, məsuliyyətli işi və insani keyfiyyətləri ilə çalışdığı kollektivlərdə yüksək nüfuz qazana bilib.

Niyazi Əmircanov Qaçağanda yaşayan Dəlləkli nəslindən Venera Ramazan qızı ilə ailə qurub, Könül və Nərmin adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

NAMİQ QURBAN OĞLU

 

Namiq Qurban oğlu 1964-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Namiq Əmircanov hərbi borcunub yerinə yetirdikdən sonra illərdə Qaçağan İstehlak Cəmiyyətinin nəzdindəki çayxanada – atası Qurbanın yerində işləyib. Burada çalışdığı dövrdə Namiq həmkəndlilərinə vicdanla xidmət edib, buna görə də el-oba arasında özünə böyük hörmət qazana bilib.

Lakin amansız ölüm Namiqi aramızdan çox tez aparıb. O, 2001-ci ildə, cəmi 37 yaşında vəfat edib.

Namiq Əmircanov Qaçağanda yaşayan Sarıməmmədli nəslindən İlhamə Haley qızı ilə ailə qurub, Hümmət və Səbinə adlı övladları var.

 

 

HƏCƏR QURBAN QIZI

 

(Haqqında bəhs olunub)

BALAXANIM QURBAN QIZI

 

Balaxanım Qurban qızı 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda Ticarət Texnikumunda ali təhsil alıb.

Balaxanım Əmircanova Qaçağanda yaşayan Hümmətli nəslindən Elşad Nadir oğlu ilə ailə qurub, Gülüstan, Vəfa və Nadir adlı övladları var.

 

***

 

Səkkizinci nəsil

 

ROMAN DÜNYAMALI OĞLU

 

(Haqqında bəhs olunub)

 

 

MƏHƏMMƏD DÜNYAMALI OĞLU

 

(Haqqında bəhs olunub)

 

 

GÜLNARƏ DÜNYAMALI QIZI

 

Gülnarə Dünyamalı qızı 1961-ci ildə Qaçağanda anadan olub. Marneuli şəhər orta məktəbini bitirib. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indi Azərbaycan İqtisad Universiteti) ali təhsil alıb. Gülnarə ali təhsil illərində biliklərə xüsusi həvəsi və istedadı ilə seçilib, özünün hazırlıqlığı ilə müəllimlərinin rəğbətini qazanıb. Gülnarə Dünyamalı qızı institutun ictimai işlərində də fəallıq göstərib, tələbə yoldaşlarından öz köməyini əsirgəməyib.

Ali təhsilini başa vurduqdan sonra Gülnarə 1981-1984-cü illərdə Marneuli Şəhər İstehlak İttifaqında əmtəəşünas vəzifəsində çalışıb. 1985-1993-cü illərdə isə o, Marneuli Şəhər Ticarət Mərkəzində əmtəəşünas işləyib. Gülnarə bu işlərdə özünü bacarıqlı mütəxəssis kimi göstərə bilib.

Gülnarə hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğuldur.

Gülnarə Əmircanova Bolnisi rayonundan Polad Yasin oğlu Əhmədovla ailə qurub, Orxan və Oqtay adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

***

 

FUAD SÜLEYMAN OĞLU

 

Fuad Süleyman oğlu 1967-ci ildə Marneuli şəhərində anadan olub. Marneuli orta məktəbini bitirib. Azərbaycan İnşaat İnstitutunda ali təhsil alıb.

Fuad Əmircanov əmək fəaliyyətinə Bakıdakı tikinti idarələrindən birində başlayıb. Sonrakı illərdə tikinti sahəsində uğurla fəaliyyət göstərib. Savadlı və istedadlı mühəndis kimi iş yoldaşlarının hörmətini qazana bilib.

Fuad Süleyman oğlu hazırda Bakıda biznes fəaliyyəti ilə məşğuldur.

Fuad Əmircanov nəslinin qabiliyyətli gənclərindən biridir. Özünün insani keyfiyyətləri ilə seçilir.

Fuad Süleyman oğlu Elmina Əhməd qızı ilə ailə qurub, Əhməd adlı övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

FAİQ SÜLEYMAN OĞLU

 

(Haqqında bəhs olunub)

 

 

LEYLA SÜLEYMAN QIZI

 

Leyla Süleyman qızı 1968-ci ildə Marneuli şəhərində anadan olub. Marneuli orta məktəbini bitirib. Azərbaycan Dövlət İnşaat İnstitutunda ali təhsil alıb.

Leyla Əmircanova Bolnisi rayonundan Gündüz Musa oğlu ilə ailə qurub, Kamran və Aslan adlı övladları var.

 

 

***

 

RÖVŞƏN CƏLİL OĞLU

 

Rövşən Cəlil oğlu 1975-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Rövşən Azərbaycanın müstəqillik qazanmasından sonra qardaş Türkiyənin ali məktəblərinə qəbul imtahanı verən ilk azərbaycanlı tələbələrdən olub və bu ölkədəki Səlcuq Universitetinə daxil olub. Türkiyəyə yola düşməzdən əvvəl Azərbaycan prezidenti tərəfindən qəbul edilən və onun xeyir-duasını alan azərbaycanlı tələbələr arasında Rövşən də olub.

Türkiyədə bakalavr dərəcəsini uğurla başa çatdıran Rövşən Cəlil oğlu hazırda Səlcuq Universitetinin magistraturasında təhsilini davam etdirir. Rövşən ali təhsil dövründə özünü istedadlı bir tələbə kimi göstərib, bilik və qabiliyyəti ilə müəllimlərinin və tələbə yoldaşlarının hörmətini qazana bilib.

Rövşən Cəlil oğlu Əmircanlı nəslinin yetirdiyi ümidverici gənclərdəndir.

 

ŞAHANƏ CƏLİL QIZI

 

Şahanə Cəlil qızı 1976-cı ildə Bakıda anadan olub. Bakıda orta təhsil alıb. Sonra isə Şahanə Cəlil qızı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin tərcüməçi ixtisasını bitirib, bakalavr və magistratura dərəcələrini qazanıb.

Şahanə Əmircanova hazırda “Azərdəmiryolbank”da iqtisadçı-tərcüməçi vəzifəsində çalışır. Bacarıqlı mütəxəssis olması ilə iş yoldaşlarının hörmətini qazana bilib.

Hazırda Bakıda yaşayır.

 

ŞAHSƏNƏM CƏLİL QIZI

 

Şahsənəm Cəlil qızı 1980-ci ildə Bakıda anadan olub. Bakıda orta təhsil alıb. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili pedaqogikası fakültəsini bitirib. Şahsənəm Cəlil qızı sonradan həmin institutun magistraturasında da təhsil alıb.

Şahsənəm hazırda “Kaspian-Amerikan” birgə müəssisəsində operator-tərcüməçi vəzifəsində çalışır. Öz işinin öhdəsindən bacarıqla gəlir.

Hazırda Bakıda yaşayır.

 

***

 

GÜLƏR SÖHBƏT QIZI

 

(Haqqında bəhs edilib)

 

RUHANƏ SÖHBƏT QIZI

 

Ruhanə Söhbət qızı 1967-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda (Azərbaycan Slavyan Universiteti) ali təhsil alıb.

Ruhanə Türkiyə vətəndaşı Səlim Əhməd oğlu Yel ilə ailə qurub. Əhməd Yel və Əmir Məhəmməd Yel adlı övladları var.

Hazırda Türkiyənin Mersin şəhərində yaşayır.

 

ƏMİNƏ SÖHBƏT QIZI

 

(Haqqında bəhs edilib)

 

 

KƏMALƏ SÖHBƏT QIZI

 

(Haqqında bəhs edilib)

 

 

***

 

FƏXRİ MUSTAFA OĞLU

 

Fəxri Mustafa oğlu 1980-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Azərbaycan Texnologiya İnstitutunda ali təhsil alıb. Hazırda həmin institutun magistraturasında təhsilini davam etdirir.

Hazırda Qaçağanda yaşayır.

 

ƏLİ MUSTAFA OĞLU

 

Əli Mustafa oğlu 1988-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

ZƏMİNƏ MUSTAFA QIZI

 

Zəminə Mustafa qızı 1971-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Azərbaycan Neft Akademiyasında ali təhsil alıb.

Zəminə Mustafa qızı bakılı Rövşənlə ailə qurub.

Hazırda Bakıda yaşayır.

 

 

***

 

KÖNÜL NİYAZİ QIZI 1991-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

NƏRMİN NİYAZİ QIZI 1993-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

SƏBİNƏ NAMİQ QIZI 1993-cü ildə Qaçağanda anadan olub. Orta məktəbdə oxuyur.

 

HÜMMƏT NAMİQ OĞLU 1995-ci ildə Qaçağanda anadan olub. Orta məktəbdə oxuyur.

 

***

 

Doqquzuncu nəsil

 

ƏLİ ROMAN OĞLU 1990-cı ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

DÜNYAMALI ROMAN OĞLU 2003-cü ildə Bakıda anadan olub.

 

***

 

FÜRUZƏ MƏHƏMMƏD QIZI 1992-ci ildə Qaçağanda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

AYDAN MƏHƏMMƏD QIZI 1993-cü ildə Qaçağanda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

ƏHMƏD FUAD OĞLU 1993-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

SÜLEYMAN FAİQ OĞLU 2000-ci ildə Bakıda anadan olub.

 

***

 

 

ƏMİRCANLININ II QOLU

 

1). Əmircanın ikinci oğlu Abdulla:

2). Abdullanın övladları – Nağı, Tağı.

3). Nağının övladları – Abdulla, Oruc,

Tağının övladları – Molla Qəhrəman, Hüseyn.

4). Abdullanın övladları – Nağı, Molla Qara, Aslan, Marış.

Orucun övladı – Məmməd.

Molla Qəhrəmanın övladları – Əmircan, Alpaşa, Qara (Tağı), Babacan, Salatın, Müğəddə.

Hüseynin övladları – Şamil, Nəbi, Fatmanisə.

5). Nağının övladları – Abdulla (Məşədi), Əziz, Hilal, Şərəf, Güləbatın.

Molla Qaranın övladları – Xəmməd, Cəmil, Cəlil.

Aslanın övladları – Kamil, Selimxan, Nazlı, Xatın, Sehrə.

Məmmədin övladları – Oruc, Sə’di, Əmirxan, Tehran, Ceyran, Pompul.

Əmircanın övladları – Yunus, Teymur.

Alpaşanın övladları – Famil, Limon, Fəridə, Fərizə, Səlminaz, Pərlan.

Qaranın (Tağı) övladları – Kamil, Qəhrəman, Sürəyya, Sinayə.

Babacanın övladı olmamışdır.

Nəbinin övladı – Nəbi, Şamil.

Şamilin övladı – Bacıqız.

6). Abdullanın (Məşədinin) övladları – Nübar, Gülnar, Tamam.

Əzizin övladları – Pərviz, Gülarə, Gülçöhrə, Gülparə.

Xəmmədin övladları – İsmixan, Əhmədxan, Rzaxan, Ziyatxan, Elmixan, Nabat, Savat, Sevda.

Cəmil Böyük Vətən Müharibəsində qalıb, övladı olmayıb.

Cəlilin övladları – İlqar, Eliza, Sevinc, İlhanə.

Kamilin övladları – Ramiz, Mübariz, Tacit, Mənsurə.

Selimxanın övladları – Ramin, Elmin, Elmira, Esmira.

Orucun övladları – Cahandar, Vidadi, Şahin, Kəklik, Laçın.

Sədinin övladları – Qabil, Elman, Flora.

Əmirxanın övladları – Məmməd, Gülnarə.

Yunisin övladları – Əmircan, Rasim, Fərman, Hamlet, Namə, Maral.

Teymur Böyük Vətən Müharibəsində qalıb, övladı olmayıb.

Familin övladları – Rəna, Muraz, Aydın.

Kamilin övladları – Zəngin, Faiq, Zimistan, Firəngiz.

Qəhrəman evli olmayıb.

Nəbinin övladı – Yusif, Şamil, Təmraz, Quşdərə, Tuyğun, Faxrənsə.

Şamil Böyük Vətən Müharibəsində qalıb.

Təmrazın övladları – Elxan, Elşən.

 

7). Pərvizin övladları – Emil, İnarə.

İsmixanın övladları – Vüqar, Şəhla.

Əhmədxanın övladları – Rauf, Vahid, Xuraman.

Rzaxanın övladları – Anar, Mehman.

Ziyatxanın övladı – Rəfael.

Elmixanın övladları – Seymur, Sumarə, Nuranə.

İlqarın övladları – Nərmin, Cəmil.

Ramizin övladları – Aslan, Ruslan.

Mübarizin övladları – Salatın, Samirə, Çinarə, Nurlan.

Tacitin övladları – Kamil, Elnarə.

Raminin övladları – Aqil, Şəlalə.

Elminin övladları – Amil, Jalə.

Cahandarın övladı – Fuad.

Vidadinin övladları – Fərizə, Ramin.

Şahinin övladları – Nisə, Aysel.

Qabil övladları – Turxan, Orxan.

Elman övladları – Nurcan.

Əmircanın övladları – Teymur, Rəşad, Təranə.

Rasimin övladları – Kamran, Könül, Rasimə.

Fərmanın övladları – Akif, Arif.

Hamletin övladları – Yunis, Türkanə, Həcər.

Murazın övladları – Vüqar, Famil.

Aydının övladları – Leyla, Lalə, Cavid.

Faiqin övladları – Qara, Sani.

Zimistanın övladı – Qəhrəman, Səma.

Yusifin övladları – Nəbi, Cavanşir, Elistan, Nümunə, Nailə.

8). Vüqarın övladı – Lalə.

Teymurun övladı – Əmircan, Aydan.

Nəbinin övladları – Sahilə, Səidə, Samirə.

Cavanşirin övladları – Aqşin, Elnarə, Elçin, Yusif, Nuranə.

Elistanın övladları – Şamil, Ayxan

Elxanın övladları – Təmraz, Gültən.

Elşənin övladları – Ayşən, Gülşən, Vəzifə.

 

***

 

Birinci nəsil

 

ƏMİRCAN KİŞİ

 

(Haqqında bəhs olunub)

 

İkinci nəsil

 

ABDULLA ƏMİRCAN OĞLU

 

Əmiрcan kişinin təvəllüd taрixini dəqiq müəyyənləşdiрmək mümkün olmadığı kimi, onun oğlanlaрının, eləcə də Abdulla kişinin yaşadığı illəр də dəqiq məlum deyil. Təxmini hesablamaya göрə isə, o, XVII əsрdə yaşayıb. Həyatı və fəaliyyəti əsasən Qaçağan kəndi ilə bağlı olub. Bütün qaçağanlılaр kimi, öz təsəррüfat sahəsində çalışıb, əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

Abdulla kişinin kiminlə ailə quрduğunu da müəyyənləşdiрmək mümkün olmadı. Onun iki övladı olub: Nağı və Tağı.

 

Üçüncü nəsil

 

NAĞI ABDULLA OĞLU

 

Nağı Abdulla oğlunun da təvəllüd taрixini dəqiq müəyyən etmək mümkün olmadı. O, təxminən XVII əsрin sonu-XVIII əsрin əvvəlləрində Qaçağanda yaşayıb. O da nəslinin keçmiş kişiləri, ata-baböaları kimi doğma el-obasına, toрpağa bağlı insan olub. Övladlaрını böyüdüb, onlaрa təрbiyə veрib, eyni zamanda əkin-biçini ilə, atasından pay düşən mal-qaрasını aрtıрmaqla məşğul olub.

Nağı Abdulla oğlunun Abdulla və Oruc adlı iki oğlu olub.

 

TAĞI ABDULLA OĞLU

 

Tağı Abdulla oğlunun da təvəllüd taрixini dəqiq müəyyən edə bilmədik. O da təxminən XVII əsрin sonu-XVIII əsрdə Qaçağanda yaşayıb. O da atası kimi doğma el-obasına, toрpağa bağlı insan olub. Övladlaрını böyüdüb, onlaрa təрbiyə veрib, eyni zamanda əkin-biçini ilə, atasından pay düşən mal-qaрasını aрtıрmaqla məşğul olub.

Tağı Abdulla oğlunun Molla Qəhrəman və Hüseyn adlı iki övladı olub.

 

 

Dördüncü nəsil

 

ABDULLA NAĞI OĞLU

 

Abdulla Nağı oğlunun XVIII əsrin sonu-XIX əsrdə Qaçağanda yaşadığı güman olunur. Abdulla kişi də əsasən öz şəxsi təsərrüfatı ilə məşğul olub, həyət-bacasını əkib-becərib, mal-heyvan saxlayıb.

Abdulla kişi eyni zamanda dindar insan olub, Məşhədi ziyarətə gedib. Buna görə də ona Məşədi Abdulla deyirmişlər. Təsadüfi deyil ki, Abdulla kişi rəhmətə gedəndən sonra onun adı verilən Abdullaya da Qaçağanda hamı Məşədi deyə müraciət edirmiş.

Abdulla Nağı oğlu öz nəslindən Ələkbərin bacısı Şəhrəbanı ilə ailə qurub, Nağı, Molla Qara, Aslan və Marış adlı dörd övldadı olub.

 

ORUC NAĞI OĞLU

 

Oruc Nağı oğlunun da XVIII əsrin sonu-XIX əsrdə Qaçağanda yaşadığı güman olunur. Oruc kişi də əsasən öz şəxsi təsərrüfatı ilə məşğul olub, həyət-bacasını əkib-becərib, mal-heyvan saxlayıb.

Oruc Nağı oğlu Xanalıuşağı nəslindən Pompul adlı qadınla ailə qurub, Məmməd adlı bir övladı olub.

 

***

 

MOLLA QƏHRƏMAN TAĞI OĞLU

 

Görkəmli Əmircanlı ağsaqqallarından olmuş Molla Qəhrəman 1791-1910-cu illərdə yaşayıb, nəslin ruhani təhsili almış, savadlı, dünyagörüşlü nümayəndələrindən biri olub. Ağsaqqallarımızın dediklərinə görə, Əmircanlıdan üç nəfər – Molla Qəhrəman, Nəbi Hüseyn oğlu və Molla Qara dini təhsil alıblar, din xadimi kimi elin xeyir-şərində yaxından iştirak ediblər. Molla Qəhrəman dəqiq məlumatlara görə, dini təhsilini İranda alıb və uzun illər Qaçağanda mollalıq edib.

Molla Qəhrəman eyni zamanda təhsilin ərəb dilində aparıldığı dövrlərdə Qaçağan camaatının və öz nəslinin maariflənməsində xüsusi xidmətlər göstərib. Onun bu sahədəki fəaliyyəti Qaçağan camaatı tərəfindən indi də lazımınca qiymətləndirilir.

Molla Qəhrəman öz nəslindən Fatmanisə Hüseyn qızı ilə ailə qurub. Əmircan, Alpaşa, Qara (Tağı), Babacan, Salatın, Müğəddə adlı övladları olub.

 

HÜSEYN TAĞI OĞLU

 

 

Hüseyn Tağı oğlunun da XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Qaçağanda yaşadığı güman olunur. Hüseyn kişi də torpaqla bağlı adam olub, əsasən öz şəxsi təsərrüfatı ilə məşğul olub, həyət-bacasını əkib-becərib, mal-heyvan saxlayıb.

Hüseyn Tağı oğlunun Nəbi, Şamil və Fatmanisə adlı üç övladı olub.

 

Beşinci nəsil

 

 

NAĞI ABDULLA OĞLU

 

Nağı Abdulla oğlu XIX əsrin sonları-XX əsrin ortalarında Qaçağanda yaşayıb. Əsasən kənd təsərrüfatı, heyvandarlıq sahəsində çalışıb. Ata-babasının yolunu davam etdirərək əkin-biçini, mal-qarası ilə məşğul olub. Nağı kişi həm də öz mal-heyvanının çobanı olub. Qaçağanda kolxoz qurulandan sonra isə Nağı kişi öz qoyunlarını kolxoza verib və bundan sonra uzun müddət kolxozun qoyunlarını otarıb.

Nağı Abdulla oğlu sadə bir kəndli həyatı yaşayıb. Pensiyaya çıxandan sonra isə həyət-bacası ilə məşğul olub.

Nağı kişi iki dəfə ailə qurub. Birinci dəfə Əmircanlı nəslindən Ələkbər kişinin qızı (öz dayısı qızı) Şahrəbanu ilə evlənib, ondan Şərəf və Hilal adlı övladları olub. İkinci dəfə Ağməmmədli kəndindən Telli ilə ailə qurub, ondan Məşədi, Əziz və Güləbatın adlı övladları olub.

 

 

MOLLA QARA (RÜSTƏM) ABDULLA OĞLU

 

 

Molla Qara (Rüstəm) Abdulla oğlu 1880-1964-cü illərdə Qaçağanda yaşayıb. Uşaq yaşlarından molla yanında təhsil alıb, ərəbcə yazıb-oxumağa, eləcə də bu dildə danışmağa dərindən yiyələnib. Molla Qara eyni zamanda öz dövrü üçün ziyalı hesab olunub.

Bununla belə, Molla Qara Abdulla oğlu ömrünün əksər hissəsini tacirliklə məşğul olub. Qaçağanda onun ərzaq və sənaye malları mağazası varmış. Mağazasının biri hazırda Həmzəli kişinin yurdu olan yerin yanındadır. Həmin mağaza indi də fəaliyyət göstərir və qaçağanlılar arasında “Gözəlin dükanı” kimi tanınır. Bu mağazada Molla Qara kişinin özü işləyirmiş. Molla Qara kişi mağazasını Bakıdan, Türkiyədən və İrandan gətirdiyi ərzaq və sənaye malları ilə təmin edir, kənd camaatı isə alış-verişini əsasən bu mağazadan edərmiş.

Müasirlərinin xatırladığına görə, Molla Qara kişinin ticarət şəbəkəsi Qaçağandan kənara da çıxıb, Sadaxlı kəndində də onun anbarı və mağazası olub. Molla Qara kişi buraya Bakıdan əsasən neft məhsulları gətirib satarmış. Həmin mağazada əmisi oğlu Məmməd kişi işləyib. Bu minvalla Molla Qara kişi öz dövründə nəslinin ən varlı insanlarından biri olub.

Molla Qara Abdulla oğlu Qaçağanın ağalarından olan Əsgər ağanın qızı Sinəbar xanımla ailə qurub. Xəmməd, Cəlil, Cəmil adlı övladları olub.

 

ASLAN ABDULLA OĞLU

 

Aslan Abdulla oğlu 1878-1976-cı illərdə Qaçağanda yaşayıb. 100 ilə qədər ömür sürüb. Dövrünün sanballı kişilərindən, hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Olduqca sağlam və gümrah insan olub.

Aslan Abdulla oğlu sadə və zəhmətkeş Əmircanlı insanlarından olub. Borçalıda sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Qaçağanda kolxoz qurulandan sonra isə kolxoza yazılıb və burada müxtəlif işlərdə çalışıb: arabaçı işləyib, rayondan kolxoza toxumluq dən, kolxozdan rayona isə yığılmış taxıl məhsulu və s. daşıyıb. Ailəsini halal zəhməti ilə dolandırıb.

Aslan Abdulla oğlu Əmircanlıdan Salat Molla Qəhrəman qızı ilə ailə qurub. Kamil, Selmixan, Nazlı, Xatın və Sehrə adlı övladları olub.

 

MARIŞ ABDULLA QIZI

 

Marış Abdulla qızı 1880-1970-ci illərdə Qaçağanda yaşayıb. Bütün həyatı bu kənddə keçib. Uzun illər Qaçağan kolxozunda çalışıb, eyni zamanda şəxsi təsərrüfatını əkib-becərib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Həyat yoldaşı Ramazan kişi Böyük Vətən Müharibəsində həlak olduqdan sonra Marış Abdulla qızı ailəsinin qayğısını təkbaşına çəkməli olub. Bununla belə, xaraktercə kişi kimi mərd və qorxmaz qadın olan Marış xanım həyat yollarında sınmayıb və əyilməyib. Həm müharibə dövrünün, həm də ondan sonrakı quruculuq illərinin bütün maddi və fiziki məhrumiyyətlərini mərdanəliklə yaşaya, övladlarını böyüdə bilib.

Marış Abdulla qızı Qaçağanda yaşayan Ramazan Hüseyn oğlu ilə ailə qurub. Hüseyn, Fərəməz, Təmraz, Səkinə, Bədrinisə adlı övladları olub. Oğlu Fərəməz də müharibədə həlak olub.

 

***

 

MƏMMƏD ORUC OĞLU

 

Məmməd Oruc oğlu 1894-cü ildə Qaçağanda anadan olub. Öz dövrünə görə savadlı adam olub. Qaçağan kolxozunda və sovxozunda uzun müddət briqadir, yeməkxana müdiri işləyib. Müharibə dövründə Qaçağan kolxozuna ən çox can yandıran insanlardan olub.

Məmməd Oruc oğlu eyni zamanda kənddə hörmətli, sayılan, sözükeçən adamlardan biri olub. Mərd və cəsarətli adam kimi tanınıb.

Azərbaycanın görkəmli şairi Osman Sarıvəlli Qaçağana gələrkən Məmməd kişinin də qonağı olub. Bu barədə Qaçağanda kövrək xatirələr yaşamaqdadır. Deyilənə görə, Osman Sarıvəlli sonralar Qaçağan sovxozunun direktoru olmuş Tofiq Qarayevin atası Əhmədin dostu olub. Şair eyni zamanda uşaqlığında qaçağanlı Mikioğlu Hasanın çoban yoldaşı olub. Həmişə Qaçağana gələndə köhnə dostları ilə görüşərmiş. Məmməd kişi də şairin xətrini istədiyi qaçağanlılardan olub.

Məmməd Oruc oğlu Qaçağanda yaşayan Seyidli nəslindən Seyidnisə Abdulla qızı ilə ailə qurub, Oruc, Sədi, Əmirxan, Tehran, Ceyran, Pompul adlı övladları olub.

Məmməd Oruc oğlu 1969-cu ildə 75 yaşında vəfat edib.

***

 

ƏMİRCAN MOLLA QƏHRƏMAN OĞLU

 

Əmircan Molla Qəhrəman oğlu 1870-1928-ci illərdə Qaçağanda yaşayıb. Əmircanlının sayılıb-seçilən, hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Sağlam və gümrah insan olub. Əmircan Molla Qəhrəman oğlu, müasirlərinin xatırladığına görə, eyni zamanda uca boylu, zəhmli adam olub. Sonralar oğlu Yunis bütün bu əlamətlərinə görə ona çox oxşayırmış.

Əmircan Molla Qəhrəman oğlu sadə və zəhmətkeş insanlardan olub. Borçalıda sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Ailəsini halal zəhməti ilə dolandırıb.

Əmircan Molla Qəhrəman oğlu Qaçağanda yaşayan Məşədi Nəbinin qızı Qızxanımla ailə qurub. Yunis və Teymur adlı övladları olub.

 

ALPAŞA MOLLA QƏHRƏMAN OĞLU

 

Alpaşa Molla Qəhrəman oğlu 1878-1969-cu illərdə Qaçağanda yaşayıb. Nəslinin hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Sağlam və gümrah insan olub. Alpaşa Molla Qəhrəman oğlu qardaşı Əmircandan fərqli olaraq balaca boylu adam olub.

Alpaşa Molla Qəhrəman oğlu Əmircanlının sadə və zəhmətkeş insanlarından olub. Borçalıda sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Qaçağanda kolxoz qurulandan sonra isə kolxoza yazılıb və burada işləyib. Ailəsini halal zəhməti ilə dolandırıb.

Alpaşa Molla Qəhrəman oğlu qardaşı Əmircan rəhmətə gedəndən sonra onun həyat yoldaşı Qızxanımla ailə qurub, Famil, Limon, Fəridə, Fərizə, Səlminaz, Pərlan adlı övladları olub.

 

 

QARA (TAĞI) MOLLA QƏHRƏMAN OĞLU

 

Qara (Tağı) Molla Qəhrəman oğlu 1878-1965-ci illərdə Qaçağanda yaşayıb. Nəslinin hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Sağlam və gümrah insan olub.

Oruc Əmircanovun dediyinə görə, Qara kişinin əsl adı Tağı olub. Alpaşa kişi sarı, Qara kişi isə qara olduğundan birinə “Sarı”, o birinə isə “Qara” deyirmişlər. Bunu rəhmətlik Nağı baba danışarmış. Sonralar “Sarı” unudulub, ancaq “Qara” yadda qalıb.

Qara Molla Qəhrəman oğlu sadə və zəhmətkeş Əmircanlı insanlarından olub. Sovet hakimiyyəti qurulana qədər şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Qaçağanda kolxoz qurulandan sonra isə kolxoza yazılıb və burada müxtəlif işlərdə çalışıb. Kolxozun inkişafı üçün əlindən gələni edib. Ailəsini halal zəhməti ilə dolandırıb.

Qara Molla Qəhrəman oğlu Seyidli nəslindən Sitarə Mirfəttah qızı ilə ailə qurub. Kamil, Qəhrəman, Sürəyya, Sinayə adlı övladları olub.

 

 

BABACAN MOLLA QƏHRƏMAN OĞLU

 

Babacan Molla Qəhrəman oğlu 1880-1944-cü illərdə Qaçağanda yaşayıb. Bütün ömrünü, demək olar ki, Qaçağanda, eləcə də Babakər və Hayda dağlarında keçirib. Sadə və zəhmətkeş insan olub. Əsasən şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb.

Babacan Molla Qəhrəman oğlu ailə qurmayıb, övladı qalmayıb.

 

 

SALATIN MOLLA QƏHRƏMAN QIZI

 

Salatın Molla Qəhrəman qızı 1885-1983-cü illərdə Qaçağanda yaşayıb. Bütün həyatı bu kənddə keçib. Uzun illər Qaçağan kolxozunda çalışıb, eyni zamanda şəxsi təsərrüfatını əkib-becərib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Salatın Molla Qəhrəman qızı öz nəslindən Aslan Abdulla oğlu ilə ailə qurub.

 

MÜĞƏDDƏ MOLLA QƏHRƏMAN QIZI

 

Müğəddə Molla Qəhrəman qızı XIX əsrin sonu-XX əsrin əvvəllərində Qaçağanda yaşayıb. Bütün həyatı bu kənddə keçib. Uzun illər Qaçağan kolxozunda çalışıb, eyni zamanda şəxsi təsərrüfatını əkib-becərib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Müğəddə Molla Qəhrəman qızı Qaçağanda yaşayan Ağakişilər nəslindən Bəşir Məmmədlə ailə qurub, Hüseyn, Badisəba, Yasin, Hilal, Faxrənsə, Tükəzban adlı övladları olub.

 

***

 

ŞAMİL HÜSEYN OĞLU

 

Şamil Hüseyn oğlu 1868-1900-cü illərdə Qaçağanda yaşayıb. Dövrünün sanballı kişilərindən, nəslinin hörmətli insanlarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Olduqca sağlam və gümrah, çox pəhləvan bir adam olub, kürəyini yerə vuran olmayıb. O, eyni zamanda hündür boylu, sağlam adam olub.

Şamil Hüseyn oğlu sadə və zəhmətkeş insanlardan olub. Əsasən şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb. Ailəsini halal zəhməti ilə dolandırıb.

Şamil Hüseyn oğlu Qaçağanda yaşayan Gülməmmədli nəslindən Nabat Musa qızı ilə ailə qurub. Bacıqız adlı bir övladı olub.

 

 

NƏBİ HÜSEYN OĞLU

 

Nəbi Hüseyn oğlu Qaçağanda yaşayıb. Dövrünün sanballı kişilərindən, hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər dağlarında və Hayda yaylaqlarında keçirib. Nəbi kişi eyni zamanda kənddə savadlı, sayılıb-seçilən adamlardan biri olub.

Nəbi Hüseyn oğlunun Nəbi və Şamil adlı övladları olub. Qardaşı Şamil vaxtsız vəfat etdiyindən onun adını övladına qoyub.

 

 

FATMANİSƏ HÜSEYN QIZI Əmircanlı nəslindən Qasım İsmayıl oğlu ilə ailə qurub.

 

Altıncı nəsil

 

ABDULLA (MƏŞƏDİ) NAĞI OĞLU

 

Abdulla (Məşədi) Nağı oğlu 1927-1997-ci illərdə Qaçağanda yaşayıb. 1945-ci ildə orta məktəbi bitirdikdən sonra Qaçağan kolxozunda əmək fəaliyyətinə başlayıb. Uzun illər Qaçağan kolxozunda çalışıb, kolxozun təcrübəli və bacarıqlı sürücüsü olub.

Sonradan Qaçağan kolxozunun bazasında sovxoz yaradılandan sonra Məşədi Nağı oğlu fəaliyyətini sovxozda davam etdirib. Məşədi Nağı oğlu 1985-cı ildə pensiyaya çıxanadək Qaçağan sovxozunda sürücü işləyib. Həmişə özünün qoçaqlığı və zəhmətkeşliyi ilə seçilib.

O, Qaçağanda yaşayan Eminuşağı nəslindən Səkinə Ağakişi qızı ilə ailə qurub. Nübar, Gülnar və Tamam adlı üç övladı var.

ƏZİZ NAĞI OĞLU

 

Əziz Nağı oğlu 1934-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Əmək fəaliyyətinə 1956-cı ildə Qaçağan kolxozunda başlayıb. Uzun illər Qaçağan sovxozunda sürücü işləyib, sovxozun inkişafı üçün əlindən gələni edib. Təsərrüfatın qabaqcıl əməkçilərindən olub.

Əziz Əmircanov 1990-cı ildə pensiyaya çıxıb. Hazırda Qaçağanda yaşayır və şəxsi həyətyanı sahəsi ilə məşğul olur.

O, Qaçağanda yaşayan Hacıcəfəruşağı nəslindən Validə Hüseyn qızı ilə ailə qurub. Pərviz, Gülarə, Gülçöhrə, Gülparə adlı övladları olub.

ŞƏRƏF NAĞI QIZI Qaçağanda yaşayıb. Mansıroğlu nəslindən Salmanla ailə qurub, Sabir adlı bir oğlu olub. Əri müharibədə qalıb.

 

HİLAL NAĞI QIZI 1917-1947-ci illərdə Qaçağanda yaşayıb. Cavan yaşlarında rəhmətə gedib.

 

GÜLƏBATIN NAĞI QIZI 1918-ci ildə Qaçağanda anadan olub. Ağməmədli kəndindən Həmzə ilə ailə qurub. Ağməmmədli kəndində yaşayır.

***

 

XƏMMƏD MOLLA QARA OĞLU

(Haqqında bəhs olunub)

 

CƏMİL MOLLA QARA OĞLU

(Haqqında bəhs olunub)

 

CƏLİL MOLLA QARA OĞLU

(Haqqında bəhs olunub)

 

***

 

KAMİL ASLAN OĞLU

(Haqqında bəhs olunub)

 

SELMİXAN ASLAN OĞLU

 

Selmixan Aslan oğlu 1936-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.

Təhsilini tamamladıqdan sonra Qaçağan sovxozunda əmək fəaliyyətinə başlayıb və bu günədək sovxozun baytarlıq sahəsində çalışır.

Selmixan Əmircanov Qaçağan sovxozunun inkişafında xüsusi xidmətləri olan kənd təsərrüfatı mütəxəssislərindəndir. O, bütün bilik və bacarığını sovxozun baytarlıq sahəsinin inkişafına həsr edib. Buna görə də Selmixan Əmircanovun əməyinə qaçağanlılar yüksək qiymət verirlər.

Selmixan Aslan oğlu Qaçağanda yaşayan Pərioğlu nəslindən Sahibət İslam qızı ilə ailə qurub, Ramin, Elmin, Elmira, Esmira adlı övladları var.

 

 

SEHRƏ ASLAN QIZI 1914-cü ildə Qaçağanda anadan olub. Əmircanlı nəslindən Babakişi (Dımıx) ilə ailə qurub, Əsəd, Maynurə, Mahizər, Səyalı, Səyyarə adlı övladları olub.

 

XATIN ASLAN QIZI 1916-cı ildə Qaçağanda anadan olub. Əvvəlcə Qaçağanda yaşayan Mikioğlu nəslindən Hüseynlə, sonra isə Hasanxanoğlu nəslindən Eyvaz Həsənovla ailə qurub, Şahnabat, Kifayət, Afayət adlı övladları olub.

NAZLI ASLAN QIZI 1927-1983-cü illərdə Qaçağanda yaşayıb. Qaçağanda yaşayan Kündəlilər nəslindən İbrahim Həsən oğlu ilə ailə qurub, Məmmədhəsən, Akif, Gülgəz, Bilqeyis, Solmaz, Elnaz adlı övladları var.

 

 

***

 

ORUC MƏMMƏD OĞLU

 

Oruc Məmməd oğlu 1930-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Qaçağan kolxozunda dülgər işləməyə başlayıb və 1961-ci ilə qədər bu sahədə çalışıb. Bu illərdə Oruc Əmircanov el arasında peşəkar dülgər kimi tanınıb.

1961-ci ildə isə onu yenicə yaranmış Qaçağan sovxozunun direktoru Ayvaz Həsənov çağırıb və kolxoz dövründə özünü bacarıqlı təsərrüfatçı kimi göstərdiyi üçün ona daha məsuliyyətli bir iş vermək istədiyini deyib. Oruc Əmircanov xatırlayır ki, ona tikinti anbarının müdiri vəzifəsi etibar olunub. Onda da Qaçağan sovxozu qonşu Qasımlı, Ulaşlı, Betarafçı, Ağməmmədli, Qaçağan, Təkəli və s. kimi 8 kəndi əhatə edirmiş. Oruc Əmircanov 1963-1968-ci illərdə orada işləyib.

Sonra Tofiq Qarayev Qaçağan sovxozunun direktoru olanda onu soğançılıq sahəsi üzrə briqadir təyin ediblər. Oruc Məmməd oğlu 12 il orda işləyib. Bəhmən Bayramovun vaxtında isə tərəvəz (pomidor) briqadiri olub. Daha sonra Oruc Əmircanov Qoçlardakı üzüm sahəsinin briqadiri olub, 55 hektarlıq sahənin əkilib-becərilməsinə və məhsulunun itkisiz yığılmasına rəhbərlik edib. 1990-cı ildə isə pensiyaya çıxıb. Oruc Əmircanov işlədiyi illər ərzində bir çox mükafatlar alıb, briqadası dəfələrlə Keçici Qırmızı Bayrağa layiq görülüb.

Oruc Məmməd oğlu 1950-ci ildə öz nəslindən Fərizə Alpaşa qızı ilə ailə qurub, Cahandar, Vidadi, Şahin, Kəklik, Laçın adlı övladları var. Fərizə Alpaşa qızı rəhmətə gedəndən sonra isə Seyidli nəslindən Portağal Möhsüm qızı ilə ailə qurub.

 

 

SƏDİ MƏMMƏD OĞLU

 

 

Sədi Məmməd oğlu 1932-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi borcunu başa vurduqdan sonra kənddə əmək fəaliyyətinə başlayıb, Qaçağan kolxozunda və sonrakı illərdə Qaçağan sovxozunda çalışıb. Ömrü boyu sürücü işləyib, Qaçağan təsərrüfatının qabaqcıl əməkçilərindən olub.

Sədi Məmməd oğlu qonşu Ağməmmədli kəndində yaşayan Mirililər nəslindən Həmayıl Mürşüd qızı ilə ailə qurub. Qabil, Elman və Flora adlı 3 övladı var.

Sədi Əmircanov 1995-ci ildə vəfat edib.

 

 

ƏMİRXAN MƏMMƏD OĞLU

(Haqqında bəhs olunub)

 

CEYRAN MƏMMƏD QIZI 1926-1989-cu illərdə Qaçağanda yaşayıb. Öz əmisi oğlu Dəmirçi Orucla ailə qurub, Əhməd, Arif, Validə və Rəhilə adlı övladları olub.

 

TEHRAN MƏMMƏD QIZI 1928-ci ildə Qaçağanda anadan olub. Sarvanlı Nadirlə ailə qurub. Sonrakı illərdə Bakıda yaşayıb. 1999-cı ildə rəhmətə gedib.

 

POMPUL MƏMMƏD QIZI 1939-cu ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Sarıməmmədlilər nəslindən Tofiq Qarayevlə ailə qurub, Eldar, Elxan, Mehparə, Leyla adlı övladları olub.

 

***

 

YUNİS ƏMİRCAN OĞLU

(Haqqında bəhs olunub)

 

TEYMUR ƏMİRCAN OĞLU

(Haqqında bəhs olunub)

 

***

 

FAMİL ALPAŞA OĞLU

 

(Haqqında bəhs edilib)

 

PƏRLAN ALPAŞA QIZI 1930-cu ildə Qaçağanda anadan olub. Öz nəslindən Kamil Qara oğlu ilə ailə qurub.

 

FƏRİZƏ ALPAŞA QIZI 1932-1977-ci illərdə Qaçağanda yaşayıb. Əmircanlılar nəslindən Oruc Məmməd ilə ailə qurub. Cahandar, Vidadi, Şahin, Kəklik, Laçın adlı övladları var.

 

LİMON ALPAŞA QIZI 1934-cü ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Muraduşağı nəslindən Bayram Tanrıverdi oğlu ilə ailə qurub, Kamil, İlqar, İlham, Təranə, Zülfüqar adlı övladları olub.

 

FƏRİDƏ ALPAŞA QIZI 1936-cı ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Ağbabalılar nəslindən Güləhməd Ələkbər oğlu ilə ailə qurub, Elçin, Raya, İradə adlı övladları olub.

 

SƏLMİNAZ ALPAŞA QIZI 1938-ci ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Zərifuşağı nəslindən Qurban Alı oğlu ilə ailə qurub, Zemfira, Ziyad, Fərhad, Tamara, Qətibə, Qaratel adlı övladları olub.

 

***

 

KAMİL QARA (TAĞI) OĞLU

 

Kamil Qara (Tağı) oğlu 1928-2002-ci illərdə Qaçağanda yaşayıb. Qaçağan orta məktəbini bitirib.

Sonradan əmək fəaliyyətinə başlayan Kamil Qara oğlu əvvəlcə bir dərzi peşəsi ilə məşğul olub. Sonradan uzun illər Qaçağan kəndində ticarət sahəsində fəaliyyət göstərib.

Kamil Qara oğlu öz nəslindən Pərlan Alpaşa qızı ilə ailə qurub, Zəngin, Faiq, Zimistan və Firəngiz adlı övladları var.

 

 

QƏHRƏMAN QARA (TAĞI) OĞLU

(Haqqında bəhs olunub)

 

SÜRƏYYA QARA (TAĞI) QIZI 1926-cı ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Zərifuşağı nəslindən Süleyman Alı oğlu ilə ailə qurub, Zahir, Ədalət, Qənirə, Qeysər, Tamam adlı övladları olub.

SİNAYƏ QARA (TAĞI) QIZI 1930-cu ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Seyidli nəslindən Hüsən Balabəy oğlu ilə ailə qurub, Habil adlı övladı var.

 

***

 

NƏBİ NƏBİ OĞLU

 

Nəbi Nəbi oğlu 1939-cu ilə qədər Qaçağanda yaşayıb. Dövrünün sanballı kişilərindən, hörmətli ağsaqqallarından olub. Ömrünün çox hissəsini at belində Babakər və Hayda dağlarında keçirib. Əmircanlının dini təhsil almış insanlarından biri olub.

Nəbi kişi eyni zamanda kənddə savadlı, sayılıb-seçilən adamlardan biri olub. Buna görə də 30-cu illərdə Əmircanlı nəslinin repressiyaya məruz qalan iki görkəmli insanından biri olub. O və Süleyman Süleyman oğlu Stalin rejimi tərəfindən sürgünə göndərilib. Lakin Nəbi Nəbi oğlu sonradan özünə bəraət qazanaraq Qaçağana qayıdıb və kənddə həyatını yaşamaqda davam edib. Öz əcəli ilə vəfat edib.

Nəbi Nəbi oğlu Əmircanlıların sadə və zəhmətkeş insanlarından olub. Qaçağan kolxozunda müxtəlif işlərdə çalışıb, kolxozun inkişafı üçün əlindən gələni edib. Ailəsini halal zəhməti, alın təri ilə dolandırıb.

Nəbi Nəbi oğlu əvvəlcə Zəhra Mirzə Həsən qızı ailə qurub, ondan Tuyğun, Quştərə, Şamil adlı övladları olub. Sonra isə Nabat Musa qızı ilə ailə qurub, ondan Yusif, Təmraz, Faxrənsə adlı övladları olub.

 

 

***

 

BACIQIZ ŞAMİL QIZI

 

Bacıqız Şamil qızı 1912-ci ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Hacıcəfəruşağı nəslindən Hüseynlə ailə qurub, Almaz adlı bir övladı olub.

 

***

 

Yeddinci nəsil

 

NÜBAR MƏŞƏDİ (ABDULLA) QIZI

 

(Haqqında bəhs edilib)

 

GÜLNAR MƏŞƏDİ (ABDULLA) QIZI

 

Gülnar Məşədi (Abdulla) qızı 1959-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Bir müddət Bakı Elektron Hesablayıcı Maşınlar zavodunda işləyib. İndi də həmin müəssisədə çalışır.

Gülnar Məşədi qızı Qaçağanda yaşayan Eminuşağı nəslindən Hüseyn Yunis oğlu ilə ailə qurub. Samir və Səkinə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

TAMAM MƏŞƏDİ (ABDULLA) QIZI

 

(Haqqında bəhs edilib)

 

***

 

PƏRVİZ ƏZİZ OĞLU

 

Pərviz Əziz oğlu 1962-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Pərviz orta və ali məktəb illərində özünü bilikli, qabiliyyətli bir gənc kimi göstərə bilib, biliklərə böyük həvəsi ilə seçilib.

Pərviz Əmircanov sonradan işlədiyi kollektivlərdə də özünü əməksevər, bacarıqlı bir kadr kimi göstərə, çalışdığı kollektivin hörmətini qazana bilib. Pərviz hazırda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsində müfəttiş vəzifəsində işləyir.

Pərviz Əziz oğlu Qaçağanda yaşayan Dəlləkli nəslindən Nataşa İbrahim qızı ilə ailə qurub. Emil və İnarə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

GÜLARƏ ƏZİZ QIZI

 

Gülarə Əziz qızı 1964-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Maliyyə Kredit Texnikumunda təhsil alıb.

Gülarə Əziz qızı Qaçağanda yaşayan Haqverdiuşağı nəslindən Fərrux Məhəmməd oğlu ilə ailə qurub. Elmir və Elvira adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

GÜLÇÖHRƏ ƏZİZ QIZI

 

Gülçöhrə Əziz qızı 1966-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Gülarə Əziz qızı Bakıda yaşayan Elşad Cəbrayıl oğlu ilə ailə qurub. Cəbrayıl adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

GÜLPARƏ ƏZİZ QIZI

 

Gülparə Əziz qızı 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Gülarə Əziz qızı Qaçağan sakini Ərəstun Əhməd oğlu ilə ailə qurub. Fərid və Lalə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

***

 

İSMİXAN XƏMMƏD OĞLU

İsmixan Xəmməd oğlu 1939-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Bakı Elektrik Texnikumu bitirib. Hərbi borcunu başa vurduqdan sonra kənddə əmək fəaliyyətinə başlayıb, uzun illər Qaçağan sovxozunda çalışıb. Qaçağan təsərrüfatının qabaqcıl əməkçilərindən olub. Eyni zamanda şəxsi təsərrüfatı ilə məşğul olub.

İsmixan Xəmməd oğlu Qaçağanda yaşayan Hacıcəfəruşağı nəslindən Tamilla Məşədi Məhəmməd qızı ilə ailə qurub. Vüqar və Şəhla adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

ƏHMƏDXAN XƏMMƏD OĞLU

 

Əhmədxan Xəmməd oğlu 1943-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi borcunu başa vurduqdan sonra kənddə əmək fəaliyyətinə başlayıb. Bir müddət sovet ordusunun Marneulidəki hərbi hissələrindən birində xidmət edib. Sonradan Qaçağan sovxozunda çalışıb, kəndin idman cəmiyyətinə rəhbərlik edib. Eyni zamanda şəxsi təsərrüfatı ilə məşğul olub.

Əhmədxan Xəmməd oğlu Qaçağanda yaşayan Nailə Məhəmməd qızı ilə ailə qurub. Rauf, Vahid və Xuraman adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

RZAXAN XƏMMƏD OĞLU

 

Rzaxan Xəmməd oğlu 1946-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi borcunu başa vurduqdan sonra Bakıda əmək fəaliyyətinə başlayıb.

Rzaxan Xəmməd oğlu Lida adlı rus ilə ailə qurub. Anar və Mehman adlı övladı var.

Hazırda Bakıda yaşayır.

 

ZİYATXAN XƏMMƏD OĞLU

 

Ziyatxan Xəmməd oğlu 1952-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi borcunu başa vurduqdan sonra Rusiyada qalaraq orada yaşayıb və işləyib.

Ziyatxan Xəmməd oğlu Anya adlı rus qızı ilə ailə qurub. Rəfael adlı övladı var.

Hazırda Rusiyada yaşayır.

 

 

ELMİXAN XƏMMƏD OĞLU ƏMİRCANOV

 

(Haqqında bəhs edilib)

 

NABAT XƏMMƏD QIZI

 

Nabat Xəmməd qızı 1954-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Kitabxanada işləyib.

Nabat Xəmməd qızı Bakılı Əli ilə ailə qurub. Aydın adlı bir övladı var.

 

SAVAT XƏMMƏD QIZI

 

Savat Xəmməd qızı 1955-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda Maliyyə Kredit Texnikumunda təhsil alıb.

Savat Xəmməd qızı öz nəslindən Cahandar Oruc oğlu ilə ailə qurub. Fuad adlı övladı var.

 

SEVDA XƏMMƏD QIZI

 

Sevda Xəmməd qızı 1957-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Bir müddət “Azərbaycan” nəşriyyatında işləyib.

 

***

 

İLQAR CƏLİL OĞLU ƏMİRCANOV

 

(Haqqında bəhs edilib)

 

 

ELZA CƏLİL QIZI ƏMİRCANOVA

 

Elza Əmircanova 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini fərqlənmə ilə bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

Elza Cəlil qızı 1982-ci ildən etibarən Yevlax şəhərində müxtəlif işlərdə çalışıb. 1992-ci ildən Bakıdakı 5 saylı klinik xəstəxanada mühasib, “Azərdəmiryolbank”ın Nərimanov rayon filialında proqramçı-texnoloq, Azərbaycan Respublikası Milli Bankında iqtisadçı işləyib. Hazırda Maliyyə Nazirliyində baş mütəxəssis vəzifəsində çalışır.

Elza Cəlil qızı Seyidli nəslindən Hakim Mircəlal oğlu ilə ailə qurub. Elçin və Şəbnəm adlı övladları var.

Bakıda yaşayır.

 

SEVİNC CƏLİL QIZI ƏMİRCANOVA

 

Sevinc Əmircanova 1962-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1984-cü ildə həmin ali təhsil ocağını bitirib.

Sevinc əmək fəaliyyətinə “Kommunist” nəşriyyatında tərcüməçi kimi başlayıb.

Sevinc Əmircanova öz nəslindən Elistan Yusif oğlu ilə ailə qurub. Şamil və Ayxan adlı övladları var.

 

İLHANƏ CƏLİL QIZI ƏMİRCANOVA

 

İlhanə Əmircanova 1966-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə başa vurub. Sonra Bakıda Tibb Texnikumunu bitirib.

İlhanə əmək fəaliyyətinə Bakıda başlayıb. Nərimanov rayonundakı orta məktəbdə tibb bacısı işləyir.

İlhanə Əmircanova Qaçağanda yaşayan Gülməmmədli nəslindən İnsaf Məmid oğlu ilə ailə qurub. İsmət adlı bir övladı var.

 

***

 

RAMİZ KAMİL OĞLU ƏMİRCANOV

 

Ramiz Kamil oğlu 1951-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Mingəçevirdə Politexnik Texnikumunda təhsil alıb.

Ramiz Əmircanov hazırda Mingəçevir şəhər İcra Hakimiyyətində işləyir. Ramiz eyni zamanda idmançıdır, sərbəst güləş üzrə respublika yarışlarının qalibi olub.

Ramiz Kamil oğlu Mingəçevir şəhərindən Alagöz Mabud qızı ilə ailə qurub, Aslan və Ruslan adlı iki övladı var.

Hazırda Mingəçevirdə yaşayır.

 

MÜBARİZ KAMİL OĞLU

(Haqqında bəhs olunub)

 

TACİT KAMİL OĞLU

(Haqqında bəhs olunub)

 

MƏNSURƏ KAMİL QIZI

 

Mənsurə Əmircanova 1958-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.

Mənsurə Kamil qızı hazırda Yevlaxda əmək müəllimi işləyir.

Mənsurə Əmircanova Yevlaxlı Süleyman Süleymanovla ailə qurub. Bəşir, Könül və Şəfa adlı övladları var.

Hazırda Yevlaxda yaşayır.

 

***

 

RAMİN SELMİXAN OĞLU

 

Ramin Selmixan oğlu 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Ramin Əmircanov Qaçağanda yaşayan Dadaşoğlu Kərəmin qızı Gültəkinlə ailə qurub. Aqil, Şəlalə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

ELMİN SELMİXAN OĞLU

 

Elmin Selmixan oğlu 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Elmin Əmircanov Qaçağanda yaşayan Təhməzoğlu nəslindən Raisə Qədim qızı ilə ailə qurub. Amil, Jalə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

ELMİRA SELMİXAN QIZI

 

Elmira Selmixan qızı 1966-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Elmira Əmircanova Marneuli şəhərindən Azad Mahmud oğlu ilə ailə qurub. Mahmud və Gülşən adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

ESMİRA SELMİXAN QIZI

 

Esmira Selmixan qızı 1973-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Esmira Əmircanova öz nəslindən Vüqar İsmixan oğlu ilə ailə qurub. Lalə adlı bir övladı var.

Hazırda Qaçağanda yaşayır.

 

***

 

CAHANDAR ORUC OĞLU

 

Cahandar Oruc oğlu 1951-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Cahandar Əmircanov hərbi borcunu yerinə yetirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlayıb. Bir müddət “Avtovaz”da işləyib. Hazırda Hərbi Cinayətlərə Dair İşlər üzrə Məhkəmə sədrinin sürücüsüdür.

Cahandar Oruc oğlu öz nəslindən Savat Xəmməd qızı ilə ailə qurub. Fuad adlı bir övladı var.

Hazırda Bakıda yaşayır.

 

 

VİDADİ ORUC OĞLU

 

Vidadi Oruc oğlu 1957-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.

Vidadi Əmircanov uzun müddət Qaçağan tərəvəzçilik-südçülük sovxozunda briqadir işləyib. Səriştəli və bacarıqlı təsərrüfat rəhbəri olub. Onun başçılıq etdiyi briqada həmişə dövlətin plan və tapşırıqlarını vaxtında yerinə yetirib, Qaçağan sovxozunun qabaqcıl briqadalarından olub. Vidadi Qaçağan sovxozunun rayon təsərrüfatları arasında özünə layiqli yer tutması üçün əlindən gələni edib. Sovxoz Vidadi kimi təcrübəli mütəxəssislərin əməyi sayəsində, doğrudan da, həmişə qabacıl təsərrüfatlar sırasında olub. Vidadi Oruc oğlu Sovetlər İttifaqı dağılana və sovxozlar ləğv olunana qədər Qaçağan təsərrüfatında çalışıb. Hazırda fermer fəaliyyəti ilə məşğuldur.

Vidadi Əmircanov Qaçağanda yaşayan Marışoğlu nəslindən Sevinc Hüseyn qızı ilə ailə qurub, Fərizə və Ramin adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

ŞAHİN ORUC OĞLU

 

Şahin Oruc oğlu 1961-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Politexnik Texnikumunda təhsil alıb.

Şahin təhsilini başa vurduqdan sonra Qaçağan sovxozunda çalışıb, eyni zamanda şəxsi təsərrüfatı ilə məşğul olub.

Şahin Əmircanov Qaçağanda yaşayan Eyyubuşağı nəslindən Esmira Qiyas qızı ilə ailə qurub, Nisə və Aysel adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

KƏKLİK ORUC QIZI

 

Kəklik Oruc qızı 1955-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Ticarət Texnikumunda təhsil alıb.

Kəklik Oruc qızı Qaçağanda yaşayan Pərioğlular nəslindən Ziyatxan Kərəm oğlu ilə ailə qurub, Zaur, Ləman və Milanə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

LAÇIN ORUC QIZI

 

Laçın Oruc qızı 1959-cu ildə Qaçağanda anadan olub. Maliyyə Kredit Texnikumunu bitirib. Öz nəslindən Faiq Kamil oğlu ilə ailə qurub. Qara və Sani adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

***

 

QABİL SƏDİ OĞLU

 

Qabil Sədi oğlu 1964-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi borcunu başa vurduqdan sonra Bakıda müxtəlif işlərdə çalışıb. Qabil hazırda yol-nəqliyyat idarəsində sürücü işləyir.

Qabil Sədi oğlu Qazax rayonunun Çaylı kəndindən Sevinc Hamlet qızı ilə ailə qurub, Turxan və Orxan adlı adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

ELMAN SƏDİ OĞLU

 

(Haqqında bəhs edilib)

FLORA SƏDİ QIZI

 

Flora Sədi qızı 1965-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.

Flora Ağməmmədli kəndindən Şəfayət Vaqif oğlu ilə ailə qurub, Çingiz və Çimnaz adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

***

 

MƏMMƏD ƏMİRXAN OĞLU

 

Məmməd Əmircanov 1978-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.

Hazırda Bakıda yaşayır.

 

GÜLNARƏ ƏMİRXAN QIZI

 

Gülnarə Əmirxan qızı 1977-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Bakı Maliyyə-İqtisad Kollecində təhsil alıb. Bakı sakini Vüqar Əliyevlə ailə qurub.

Hazırda Bakıda yaşayır.

***

 

ƏMİRCAN YUNİS OĞLU

(Haqqında bəhs olunub)

 

 

RASİM YUNİS OĞLU

 

Rasim Yunis oğlu 1940-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda Elektrik Texnikumunda təhsil alıb.

Rasim Əmircanov bütün həyatını Qaçağanda yaşayıb, kənddə montyor işləyib. Eyni zamanda şəxsi təsərrüfatı ilə məşğul olub, övladlarını böyüdüb, onların təlim-tərbiyəsi ilə məşğul olub.

Rasim Əmircanov Qaçağanda yaşayan Bircələr nəslindən Nailə Məcid qızı ilə ailə qurub. Kamran, Könül və Rasimə adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

FƏRMAN YUNİS OĞLU

 

Fərman Yunis oğlu 1958-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra texniki peşə məktəbində təhsil alıb. Fərman radio-televizor ustası kimi məşhurdur. Uzun müddət Qaçağanda çalışıb. Hazırda həmin peşə ilə Bakıda məşğul olur.

Fərman Əmircanov Qasımlı kəndindən Südabə Hüseyn qızı ilə ailə qurub. Akif və Arif adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

HAMLET YUNİS OĞLU

 

Hamlet Yunis oğlu 1964-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Hamlet Əmircanov Ağməmmədli kəndindən Solmaz Qara qızı ilə ailə qurub. Yunis, Türkanə, Həcər adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

NAMƏ YUNİS QIZI

 

(Haqqında bəhs olunub)

 

MARAL YUNİS QIZI

 

Maral Yunis qızı 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Maral Əmircanova Qaçağanda yaşayan Bircələr nəslindən Hakim Məcid oğlu ilə ailə qurub. Roman və Rima adlı övladları var.

Cavan yaşlarında rəhmətə gedib.

 

***

 

MURAZ FAMİL OĞLU

 

Muraz Famil oğlu 1960-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

Muraz Əmircanov ali təhsilini başa vurduqdan sonra Bakıda ticarət sahəsində çalışıb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Muraz Əmircanov Qaçağanda yaşayan Allahverdi Nəbi oğlunun qızı Rəna ilə ailə qurub. Vüqar və Famil adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

AYDIN FAMİL OĞLU

 

Aydın Famil oğlu 1964-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

Aydın Əmircanov ali təhsilini başa vurduqdan sonra bir müddət Bakıda ticarət sahəsində çalışıb. Hazırda “Azərdəmiryolbank”da işləyir.

Aydın Əmircanov İradə Məmmədova ilə ailə qurub. Alpaşa, Leyla və Lalə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

 

RƏNA FAMİL QIZI

 

(Haqqında bəhs edilib)

 

***

 

ZƏNGİN KAMİL OĞLU

 

Zəngin Kamil oğlu 1958-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

Zəngin Əmircanov ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika Komitəsində işləməyə başlayıb. O, hazırda da həmin idarədə fəaliyyətini davam etdirir. Zəngin bilik və bacarığı, eyni zamanda sadəliyi ilə çalışdığı kollektivin hörmətini qazana bilib.

Zəngin Kamil oğlu Qasımlı kəndindən Sevda Tanrıverdi qızı ilə ailə qurub.

Hazırda Bakıda yaşayır.

 

 

FAİQ KAMİL OĞLU

 

Faiq Kamil oğlu 1961-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Gəncə şəhərindəki Azərbaycan Texnologiya İnstitutunda ali təhsil alıb.

Faiq Əmircanov ali təhsilini başa vurduqdan sonra bir müddət Qaçağan sovxozunda işləyib. Hazırda ticarət sahəsində fəaliyyət göstərir.

Faiq Kamil oğlu öz nəslindən Laçın Oruc qızı ilə ailə qurub. Qara və Sani adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

 

ZİMİSTAN KAMİL OĞLU

 

Zimistan Kamil oğlu 1964-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Zimistan Əmircanov sonrakı illərdə bir müddət Qaçağan südçülük-tərəvəzçilik sovxozunda işləyib. Hazırda isə o, ata-baba yurdunda yaşayır və həyət-bacasında çalışır.

Zimistan Kamil oğlu Qasımlı kəndindən Şəfəq Hüsən qızı ilə ailə qurub. Qəhrəman və Səma adlı iki övladı var.

Hazırda Qaçağanda yaşayır.

 

 

FİRƏNGİZ KAMİL QIZI

 

(Haqqında bəhs edilib)

 

***

 

 

YUSİF NƏBİ OĞLU

 

(Haqqında bəhs edilib)

 

ŞAMİL NƏBİ OĞLU

 

(Haqqında bəhs edilib)

 

TƏMRAZ NƏBİ OĞLU

 

Təmraz Nəbi oğlu 1935-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra texnikum təhsili alıb. Hərbi borcunu başa vurduqdan sonra kənddə əmək fəaliyyətinə başlayıb, Qaçağan sovxozunda çalışıb. Qaçağan təsərrüfatının qabaqcıl əməkçilərindən olub. Eyni zamanda şəxsi təsərrüfatı ilə məşğul olub, övladlarını böyüdüb.

Təmraz Nəbi oğlu öz nəslindən Vəzifə Mirzə qızı ilə ailə qurub. Elxan və Elşən adlı 2 övladı var.

Təmraz Əmircanov 1993-cü ildə vəfat edib.

 

 

QUŞTƏRƏ NƏBİ QIZI

 

Quştərə Nəbi qızı 1923-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda kitabxanaçılıq ixtisası üzrə təhsil alıb. Uzun illər Qaçağan Mədəniyyət Evinin nəzdindəki kitabxanada çalışıb. Qaçağanda hörmətli, nüfuzlu qadınlardan biridir.

Quştərə Nəbi qızı Qaçağanda yaşayan Sənəmuşağı nəslindən Kazım Hüseynov ilə ailə qurub. Vidadi, Bəhruz və Tamilla adlı 3 övladı var.

 

 

TUYĞUN NƏBİ QIZI

 

Tuyğun Nəbi qızı 1920-1990-cı illərdə Qaçağanda yaşayıb. Qaçağan orta məktəbini bitirib. Uşaqlığı və gəncliyi ağır müharibə illərinə təsadüf edib.

Yenicə ailə qurduğu əmisi oğlu Teymur Əmircan oğlu Böyük Vətən Müharibəsindən qayıtmadıqdan sonra Quşdərə Nəbi qızı ömrü boyu sədaqətlə onun yolunu gözləyib.

 

FAXRƏNSƏ NƏBİ QIZI

 

Faxrənsə Nəbi qızı 1926-cı ildə Qaçağanda anadan olub. Qaçağanda yaşayan Məşədi Bayramlı nəslindən Əhməd Bayram oğlu ilə ailə qurub. Nizami, Fərhad, Sənan, Amasiya, Hicran, Nailə adlı övladları var.

 

 

Səkkizinci nəsil

 

EMİL PƏRVİZ OĞLU 1993-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

İNARƏ PƏRVİZ QIZI 1991-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

VÜQAR İSMİXAN OĞLU

 

Vüqar İsmixan oğlu 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil alıb.

Vüqar hazırda Bakıda işləyir.

Vüqar İsmixan oğlu öz nəslindən Esmira Selmixan qızı ilə ailə qurub. Lalə adlı bir övladı var.

 

 

ŞƏHLA İSMİXAN QIZI 1970-ci ildə Qaçağanda anadan olub.

***

 

RAUF ƏHMƏDXAN OĞLU

 

Rauf Əhmədxan oğlu 1976-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hazırda Rusiyada yaşayır və biznes fəaliyyəti ilə məşğuldur.

VAHİD ƏHMƏDXAN OĞLU

 

Vahid Əhmədxan oğlu 1979-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hazırda Bakıda işləyir.

 

XURAMAN ƏHMƏDXAN QIZI 1989-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

 

***

 

ANAR RZAXAN OĞLU 1978-ci ildə Bakıda anadan olub. Bakıda ali təhsil alıb.

MEHMAN RZAXAN OĞLU 1980-ci ildə Bakıda anadan olub.

 

***

 

RƏFAEL ZİYATXAN OĞLU 1980-ci ildə Rusiyada anadan olub.

 

***

 

SEYMUR ELMİXAN OĞLU

 

Seymur Elmixan oğlu 1980-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Gürcüstan Texniki Universitetinə daxil olub. Hazırda orada təhsilini davam etdirir. Eyni zamanda ictimai fəaliyyətlə məğuldur. Borçalı azərbaycanlılarının hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görür.

Hazırda Qaçağanda yaşayır.

SUMARƏ ELMİXAN QIZI 1981-ci ildə Qaçağanda anadan olub. Qaçağan sakini Elistan İsa oğlu ilə ailə qurub, Nuray və Elnur adlı övladları var.

NURANƏ ELMİXAN QIZI 1984-cü ildə Qaçağanda anadan olub. Qaçağan sakini Ariz Abbas oğlu ilə ailə qurub.

 

***

 

NƏRMİN İLQAR QIZI 1993-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

CƏMİL İLQAR OĞLU 1996-cı ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

ASLAN RAMİZ OĞLU

 

Aslan Ramiz oğlu 1976-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Mingəçevir DRES-də mühəndis işləyir.

Hazırda Mingəçevir şəhərində yaşayır.

 

 

RUSLAN RAMİZ OĞLU

 

Ruslan Ramiz oğlu 1985-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb. Hazırda “Bələdiyyə” futbol komandasının fəal oyunçularındandır.

Hazırda Mingəçevir şəhərində yaşayır.

 

 

 

***

 

SALATIN MÜBARİZ QIZI 1984-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Slavyan Universitetində oxuyur.

SAMİRƏ MÜBARİZ QIZI 1985-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının metodika fakültəsində ali təhsil alır.

 

ÇİNARƏ MÜBARİZ QIZI 1990-cı ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

NURLAN MÜBARİZ QIZI 1995-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

KAMİL TACİT OĞLU 1984-cü ildə Qaçağanda anadan olub. Bakı Mədəni Maarif Texnikumunda oxuyur.

 

ELNARƏ TACİT QIZI 1986-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

 

***

 

AQİL RAMİN OĞLU 1996-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

ŞƏLALƏ RAMİN QIZI 1998-ci anadan olub.

 

***

 

AMİL ELMİN OĞLU 1994-cü ildə Qaçağanda anadan olub.

Qaçağan orta məktəbində oxuyur.

 

JALƏ ELMİN QIZI 1996-cı ildə Qaçağanda anadan olub.

Qaçağan orta məktəbində oxuyur.

 

***

 

FUAD CAHANDAR OĞLU

 

Fuad Cahandar oğlu Əmircanov 1979-cu ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. Azərbaycan ordusunda kapitan rütbəsində hərbi xidmətdədir.

 

***

 

RAMİN VİDADİ OĞLU 1984-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda işləyir.

 

FƏRİZƏ VİDADİ QIZI 1985-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

 

 

***

 

NİSƏ ŞAHİN QIZI 1991-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

AYSEL ŞAHİN QIZI 1993-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

 

***

 

TURXAN QABİL OĞLU 1991-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

ORXAN QABİL OĞLU 1992-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

 

***

 

NURCAN ELMAN QIZI 2002-cü ildə Bakıda anadan olub.

 

***

 

KAMRAN RASİM OĞLU

 

Kamran Rasim oğlu Əmircanov 1976-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Kamran Rasim oğlu Qaçağan sakini Nüşabə Sayat qızı ilə ailə qurub, Səid adlı bir oğlu var.

 

RASİMƏ RASİM QIZI

 

(Haqqında bəhs olunub)

KÖNÜL RASİM QIZI 1978-ci ildə Qaçağanda anadan olub. Qaçağan sakini Ramin Əzim oğlu ilə ailə qurub.

 

 

***

 

TEYMUR ƏMİRCAN OĞLU

 

(Haqqında bəhs olunub)

 

RƏŞAD ƏMİRCAN OĞLU

 

Rəşad Əmircan oğlu 1977-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunda ali təhsil alıb.

Rəşad Əmircanov Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sistemində işləyir. Rəşad Əmircanlı nəslinin qabiliyyətli və sabahına ümidlə baxılan gənclərindəndir.

Rəşad Əmircan oğlu Günay Akif qızı Çovdarova ilə ailə qurub.

Hazırda Bakıda yaşayır.

 

 

TƏRANƏ ƏMİRCAN QIZI

 

Təranə Əmircan qızı 1974-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunda ali təhsil alıb. Hazırda respublika Beynəlxalq Bankının aparıcı mütəxəssislərindəndir.

Təranə Əmircan qızı Fuad Adil oğlu Sadıqov ilə ailə qurub.

 

***

 

AKİF FƏRMAN OĞLU 1984-cü ildə Qaçağanda anadan olub. Orta məktəbi bitirib.

ARİF FƏRMAN OĞLU 1986-cı ildə Qaçağanda anadan olub. Orta məktəbdə oxuyur.

 

***

YUNİS HAMLET OĞLU 2000-ci ildə Qaçağanda anadan olub.

 

TÜRKANƏ HAMLET OĞLU 1993-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

HƏCƏR HAMLET QIZI 1998-ci ildə Qaçağanda anadan olub.

 

***

 

VÜQAR MURAZ OĞLU 1989-cu ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

FAMİL MURAZ OĞLU 1992-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

LEYLA AYDIN QIZI 1989-cu ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

LALƏ AYDIN QIZI 1991-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

ALPAŞA AYDIN OĞLU 2002-ci ildə Bakıda anadan olub.

 

***

 

SANİ FAİQ OĞLU 1985-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbinini bitirib.

 

QARA FAİQ OĞLU 1986-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

***

 

QƏHRƏMAN ZİMİSTAN OĞLU 1993-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

SƏMA ZİMİSTAN QIZI 2001-ci ildə Qaçağanda anadan olub.

 

***

 

NƏBİ YUSİF OĞLU

 

(Haqqında bəhs edilib)

 

CAVANŞİR YUSİF OĞLU

 

Cavanşir Yusif oğlu 1953-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda texnikum təhsili alıb.

Cavanşir Əmircanov təhsilini bitirdikdən sonra təyinatla Moskva şəhərində çalışıb, avtobazada böyük mühəndis işləyib. Sonrakı illərdə Bakıya köçən Cavanşir Yusif oğlu sərnişindaşıma müəssisəsində kolon rəisi və dispetçer vəzifələrində çalışıb. Hazırda isə o, “Azərdəmiryolbank”da işləyir.

Cavanşir Yusif oğlu əvvəlcə Bircələr nəslindən Mehriban Məcid qızı ilə ailə qurub, Aqşin, Elnarə, Elçin adlı övladları olub. Sonra Haqverdiuşağı nəslindən Mahirə Kazım qızı ilə ailə qurub, bu nikahdan Yusif və Nuranə adlı övladları olub.

Hazırda Bakıda yaşayır.

 

ELİSTAN YUSİF OĞLU

 

(Haqqında bəhs edilib)

NÜMUNƏ YUSİF QIZI

 

Nümunə Yusif qızı 1951-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sabir adına Azərbaycan Pedaqoji Texnikumunda təhsil alıb.

Nümunə Yusif qızı Qaçağan sakini Rizvan Teymur oğlu ilə ailə qurub. Fəxri, Fuad və Seymur adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

NAİLƏ YUSİF QIZI

 

Nailə Yusif qızı 1955-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Neft Texnikumunda təhsil alıb.

Nailə Yusif qızı Azərbaycanın Gədəbəy rayonundan Sədrəddin Zeynalovla ailə qurub. Arzu, Röya və Ayaz adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

***

 

ELXAN TƏMRAZ OĞLU

 

Elxan Təmraz oğlu 1967-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Bakı Politexnik Texnikumunda təhsil alıb. Bir müddət tikinti müəssisəsində müdir işləyib. Hazırda Bakıda biznes fəaliyyəti ilə məşğuldur.

Elxan Təmraz oğlu Qaçağan yaşayan Azad Məhərrəm oğlunun qızı Nurlana ilə ailə qurub, Təmraz və Gültən adlı övladları var.

Bakıda yaşayır.

 

ELŞƏN TƏMRAZ OĞLU

 

Elşən Təmraz oğlu 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Elşən Təmraz oğlu bir müddət Qaçağan sovxozunun qarajında işləyib.

Elşən Əmircanov hazırda Qaçağanda enerji satışı və nəzarəti idarəsində işləyir. Eyni zamanda atasının yurdunda şəxsi təsərrüfatı ilə məşğuldur.

Elşən Təmraz oğlu Qaçağan yaşayan Elenora Vəli qızı ilə ailə qurub, Ayşən, Gülşən və Vəzifə adlı övladları var.

Qaçağanda yaşayır.

 

 

Doqquzuncu nəsil

 

SAHİLƏ NƏBİ QIZI ƏMİRCANOVA 1979-cu ildə Marneulidə anadan olub. Azərbaycan prezidenti yanında İdarəetmə Akademiyasını bitirib.

 

SƏİDƏ NƏBİ QIZI ƏMİRCANOVA 1980-ci ildə Marneulidə anadan olub. Azərbaycan Dövlət Tibb Universitetində oxuyur.

 

SAMİRƏ NƏBİ QIZI 1985-ci ildə Marneulidə anadan olub. Bakıda orta məktəbi bitirib.

 

 

***

 

AQŞİN CAVANŞİR OĞLU

 

Aqşin Cavanşir oğlu 1976-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan prezidenti yanında İdarəetmə Akademiyasında ali təhsil alıb. Azərbaycan ordusunda zabit kimi hərbi xidmətdə olub.

Hazırda Bakıda yaşayır.

 

ELÇİN CAVANŞİR OĞLU

 

Elçin Cavanşir oğlu 1980-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hazırda Bakıda biznes fəaliyyəti ilə məşğuldur.

 

ELNARƏ CAVANŞİR QIZI 1978-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakı Tibb Məktəbində təhsil alıb.

 

YUSİF CAVANŞİR OĞLU 1994-cü ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

NURANƏ CAVANŞİR QIZI 1997-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

 

***

 

ŞAMİL ELİSTAN OĞLU 1988-ci ildə Bakıda anadan olub. Bakıda Kimya-Biologiya Litseyində təhsil alır. Təhsil əlaçısıdır, olimpiya yarışlarında qalib olub.

 

AYXAN ELİSTAN OĞLU 1989-cu ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

 

***

 

TƏMRAZ ELXAN OĞLU 1996-cı ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

GÜLTƏN ELXAN QIZI 1998-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbdə oxuyur.

 

***

 

GÜLŞƏN ELŞƏN QIZI 1989-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

AYŞƏN ELŞƏN QIZI 1990-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

VƏZİFƏ ELŞƏN QIZI 1999-cu ildə Qaçağanda anadan olub.

 

***

 

 

ƏMİRCANLININ III QOLU

 

1). Əmircanın oğlu İsmayıl:

2). İsmayılın övladı – Əmrah.

3). Əmrahın övladı – İsmayıl.

4). İsmayılın övladları – Paşa, Qasım, Şahrəbanu.

5). Paşa İsmayıl oğlunun övladları – Əmrah, Yolçu, Melisə, Çoban, Mehrinsə, Pərinisə.

Qasım İsmayıl oğlunun övladları – İsmayıl, Mirzə, Xeyransa və Bədir.

6). İsmayılın övladları – İmran, Ələddin, Qüdrət.

Mirzənin övladları – Lətif, Qasım, Sibrə, Urza, Sadəgül, Vəzifə.

Əmrahın övladları – Sahabbin, Polad, Əmirxan, Səfurə, Xurda.

Yolçu və Melisədən övlad olmamışdır.

Çoban Paşa oğlunun övladları – Paşa, Fikrət, Nüsrət, Məlahət, Məhəbbət.

7). İmranın övladları – İsmayıl, Sevda.

Ələddinin övladları – Çingiz, Asəf, Sevil.

Lətifin övladları – Aygün, Şahanə.

Qasımın övladları – Asim, Mirzə, Aygül.

Sahabbin Əmrah oğlunun övladları – Natiq, Gündüz, Fatma, Asudə.

Polad Əmrah oğlunun övladları – Ramin, İlkin, Samirə.

Əmirxanın övladları – Əfsanə və Rəqsanə.

Paşanın övladları – Müşfiq, Rəşad.

Fikrətin övladı – Fərid, Fariz.

Nüsrətin övladları – Nabat, Naidə, İsmət.

8).İsmayılın övladları – Əliş, Zeynəb.

Asəfin övladları – Ələddin, Adil.

Raminin övladı – Məleykə, Nərmin.

İlkinin övladı – Polad.

Gündüzün övladları – Əmrah, Əmirxan.

 

***

 

Birinci nəsil

 

 

 

Birinci nəsil

 

ƏMİRCAN KİŞİ

 

(Haqqında bəhs olunub)

 

İkinci nəsil

 

İSMAYIL ƏMİRCAN OĞLU

 

Əmiрcan kişinin təvəllüd taрixini dəqiq müəyyənləşdiрmək mümkün olmadığı kimi, onun oğlanlaрının, eləcə də İsmayılın anadan olduğu illəр dəqiq məlum deyil. Təxmini hesablamaya göрə isə, o, XVII əsрdə yaşayıb. Həyatı və fəaliyyəti əsasən Qaçağan kəndi ilə bağlı olub. Bütün qaçağanlılaр kimi, öz şəxsi təsəррüfat sahəsində çalışıb, əkin-biçinlə məşğul olub, mal-qoyun saxlayıb.

İsmayıl kişinin kiminlə ailə quрduğunu da müəyyənləşdiрmək mümkün olmadı. Onun biр övladı olub: Əmrah.

 

Üçüncü nəsil

 

ƏMRAH İSMAYIL OĞLU

 

Əmрah İsmayıl oğlunun da təvəllüd taрixini dəqiq müəyyən edə bilmədik. O, təxminən XVII əsрin sonu-XVIII əsрin əvvəlləрində Qaçağanda yaşayıb. O da atası kimi doğma el-obasına, toрpağa bağlı insan olub. Övladlaрını böyüdüb, onlaрa təрbiyə veрib, eyni zamanda əkin-biçini ilə, atasından pay düşən mal-qaрasını aрtıрmaqla məşğul olub.

Əmрah kişi Qazax рayonundan biр qızla evlənib, ondan İsmayıl adlı biр oğlu olub. Lakin Əmrah kişi cavan ölüb. Bundan sonрa həyat yoldaşı yeganə övladı olan İsmayılı da özü ilə apaрaрaq Qazağa qayıdıb. Həmin qadın məşhur Azərbaycan yazıçısı Mehdi Hüseynin nəslindən olub.

 

Döрdüncü nəsil

İSMAYIL ƏMRAH OĞLU

 

İsmayıl Əmрah oğlunun da təvəllüd taрixi dəqiq məlum deyil. O, təxminən XVIII əsrin sonları-XIX əsrin ortalarında yaşayıb. Sahabbin Əmiрcanovun dediyinə göрə, İsmayıl uşaq yaşlaрında anası ilə Qazağa getdikdən sonрa uşaqlığı oрada keçib. O, ancaq 15-16 yaşı olanda doğma kəndə qayıdıb və dədə-baba mülkünə sahib olub. Sonрakı həyatı və fəaliyyəti əsasən Qaçağan kəndi ilə bağlı olub. Toрpağını becəрib, mal-qoyun saxlayıb.

İsmayıl Əmрah oğlu öz nəslindən olan Qızxanım Abdulla qızı ilə (Aslan kişinin bacısı) evlənib. Ondan Qasım adlı bir övladı olub. İsmayıl kişi sonрadan Qaçağanda yaşayan Gülməmmədli nəslindən Şəhrabanu adlı qızla evlənib, ondan Paşa adlı daha biр oğlu olub. Bu qadın da vaxtsız vəfat etdiyindən İsmayıl kişi onun bacısı Zəhrəbanu ilə ailə qurub, ondan Şəhrəbanu adlı bir qızı olub.

 

Beşinci nəsil

 

QASIM İSMAYIL OĞLU

 

Qasım İsmayıl oğlu 1865-1946-cı illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Öz dövрündə kənddə nüfuzlu peşələрdən sayılan aрababağlayan peşəsi ilə məşğul olub. Əmircanlı ağsaqqallarının xatırladıqlarına görə, Qasım kişinin bağladığı ikitəkərli qara arabalar təkcə Qaçağanda deyil, ətraf kəndlərdə də məşhur olub. Olduqca usta adam olan Qasım kişiyə Borçalının əksər kəndlərindən müraciət edərmişlər. Qasım kişi isə hamını razı salmağa çalışar, bir-birindən gözəl arabalar bağlayarmış.

Qasım İsmayıl oğlu eyni zamanda yaxşı dülgər olub. Kənddə bu peşənin də ustası kimi tanınıb.

Ağsaqqalların xatırladığına görə, Qasım İsmayıl oğlu ağıllı, uzaqgörən bir kişi olub. Balaca boylu, ağ saqqallı adam olub. O, eyni zamanda nəslin hörmətli kişilərindən, ağsaqqallarından biri olub. Elin və nəslin xeyir-şərində yaxından iştirak edib.

Qasım kişi Əmircanlı nəslindən Fatmanisə Nəbi qızı ilə ailə qurub. İsmayıl, Mirzə, Xeyransa və Bədir adlı övladları olub.

 

 

PAŞA İSMAYIL OĞLU

 

 

Paşa İsmayıl oğlu 1870-1954-ci illərdə Qaçağanda yaşayıb. Öz dövrünə görə sözükeçən, nüfuzlu el ağsaqqalı olub. Təkcə Qaçağanda deyil, ətraf kəndlərdə də böyük hörmət qazanıb. Paşa kişinin adı çəkilən yerdə küsülü düşənlər, qan düşmənçiliyi olanlar barışar, qeyri-mümkün hesab olunan nikahlar baş tutarmış.

Oruc Əmircanovun xatırladığına görə, Paşa kişi çox rəncbər, işgüzar, kənddə sayılan adam olub. Uzun illər Qaçağan kolxozunda cuvar işləyib. Müharibə dövründə və ondan sonrakı illərdə də əsasən bu sahədə çalışıb. Ömrünün son vaxtlarında isə kolxozda qarovulçu işləyib. Paşa kişi boylu-buxunlu, zəhmli, eyni zamanda olduqca xeyirxah və mehriban adam olub. Babakər dağlarında qaçaqlarla vuruşmada aldığı güllə yarasından sonra bir qədər axsayırmış.

Sahabbin Əmircanovun danışdıqlarından da belə məlum olur ki, Paşa kişi çox işgüzar bir insan olub. “Müharibə illərini yaxşı xatırlayıram. Paşa babam küsülüləri barışdırar, nifaqda olanlar arasında sülh yaradardı. Özünün də yaxşı malı-dövləti vardı. Həmişə at belində gəzərdi. Paşa babamın həm də, o zaman deyildiyi kimi, gəmisi vaрdı. Onunla xalqın xırmanını döyürdü. Yadımdadıр, mühaрibə vaxtı kəndimiz əsasən taxıl əkəрdi. Kolxozun göz işlədikcə uzanıb gedən taxıl sahələрi vaрdı. Analaрımız çölləрdə becəрmə işləрi görər, Paşa babam isə gecələр taxıl sahələрini suvaрaрdı.

Paşa kişi mühaрibədən sonрakı illəрdə də kolxozun fəal işçiləрindən olub. Ümumiyyətlə, Paşa kişi hər nə qazanıbsa, halal zəhmətlə, qabarlı əlləri ilə qazanıb. Mühaрibə illəрində Əmiрcanlı nəslindən çox adamlar, xüsusən cavanlar müharibəyə getdiyindən o, hamının ailə pрoblemləрi ilə maрaqlanıb, onlaрın iqtisadi vəziyyətinin düzəlməsi üçün əlindən gələni edib. Paşa babam nəslimizin böyük təəssübkeşi olub. Hamının çətin gününün dayağı olub. Kim daрa düşsə, ona müрaciət edəрmiş”.

Eyni fikirləri Zəqrəniş Əli qızı da söylədi. Onun dediyinə görə, Paşa kişi kolxozdakı ağır işlərdən vaxt taparaq öz uşaqlarına, eləcə də nəslin başqa uşaqlaрına göndən çaрıq tikəрmiş. “Anam onun qaрdaşı qızı idi. Onun balalarından da öz qayğısını əsirgəməz, qardaşlarım Söhbətə, Mustafaya xüsusi diqqət yetirərdi. Xüsusən də atam Əli kişi müharibədə olanda. Bağımızda qaрğıdalı əkəрdik, onun dəyiрmana apaрılıb üyüdülməsində Paşa babamın bizə çox köməyi dəyəрdi. Bunlaрı unutmaq olmaz. Paşa babam həm də şəxsiyyətcə çox cəsuр adam idi”.

Mustafa Əmiрcanov da xatıрlayıр ki, Paşa kişi Əmiрcanlıda hamının balalaрına böyük məhəbbətlə yanaşaр, şiрin sözlə dindiрəр, onu göрəndə isə “ay qaрa gözləрinə quрban olum” – deyəрdi. “Biр dəfə Paşa babam atın belində Babakəрdən gələndə yolun qıрağında otuрmuşdum. Yenə bu sözləрi dedi və göрəndə ki, ayaqyalın otuрmuşam, dedi:

– Ayə, niyə ayaqyalınsan, yeрi get evə, təрpən göрüm.

Biр də biр azdan göрdük ki, Paşa babam əlində iki cüt çaрıq, üstündə də bağlaрı bizə gəldi. Hamımız məəttəl qaldıq. Çaрıqlaрı Söhbətlə mənə geyindiрdi, biр az otuрub hal-əhval tutdu və çıxıb getdi. Söhbətlə mən bəрk sevindik. Bu çaрıqlaр o vaxt ən qiymətli ayaqqabılaр idi.

Bizim kənddə Usub oğlu Abbas, Paşa babamız, Süleyman babamız, Məsimillidən Məşədi Nağı – bunlaр ən sayılan adamlaр olublaр. Biр iş olanda camaatımız onlaрla məsləhətləşərdi. Sovet hökuməti də 30-cu illəрdə biрinci növbədə belə adamlaрı tutuрdu ki, xalqın qabaqda gedəni olmasın. O illərdə Paşa babam təqiblərdən yaxa qurtara bilsə də, Süleyman babamız sürgün olundu”.

Paşa İsmayıl oğlu iki dəfə ailə qurub. Birinci nikahda Topçuludan Abbas Bayramovun bacısı ilə evlənib, ondan Əmrah kişi olub, ikinci nikahda Qazağın II Şıxlı kəndindən Nabat adlı qızla evlənib, ondan Mehrinsə, Yolçu, Pərinisə, Melisə, Çoban adlı övladları olub.

 

 

ŞAHRƏBANU İSMAYIL QIZI

 

Şahrəbanu İsmayıl qızı 1874-1960-cı illərdə Qaçağanda yaşayıb. Bütün həyatı bu kənddə keçib. Qaçağan kolxozunda çalışıb, eyni zamanda şəxsi təsərrüfatını əkib-becərib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Şahrəbanu İsmayıl qızı Qaçağanda yaşayan Mansıruşağı nəslindən Məhərrəm kişi ilə ailə qurub. Səməd, Mürsəl, Reyhan, Suqra, Səlimə, Müsəmbər adlı övladları olub.

 

 

Altıncı nəsil

 

İSMAYIL QASIM OĞLU

 

(haqqında yuxarıda bəhs olunub)

MİRZƏ QASIM OĞLU

 

Mirzə Qasım oğlu 1904-1956-cı illərdə Qaçağanda yaşayıb. Bütün həyatı bu kənddə keçib. Əsasən şəxsi təsərrüfatı ilə məşğul olub, mal-heyvan saxlayıb, övladlarını böyüdüb.

Müasirlərinin xatırladığına görə, Mirzə Qasım oğlu çox mədəni, səliqəli, nizam-intizamı sevən adam olub. Kəndə çıxanda elə geyinib-keçinərmiş ki, elə bilərdin, kəndli deyil, yüksək vəzifəli məmurdur. Xrom çəkmə, qalifeyi şalvar, şirmayi kəmər geyərmiş. Mirzə kişi eyni zamanda boylu-buxunlu, yaraşıqlı adam olub.

Müharibədən əvvəlki və müharibə illərində kolxozda çalışıb. Zəhmətkeş insan olub. Lakin Mirzə Qasım oğlu 30-cu illərdə həbs olunaraq Tiflis türməsində salınıb. Burada xəstəlik tapıb və kəndə qayıtdıqdan sonra isə cavan yaşlarında rəhmətə gedib.

Mirzə Qasım oğlu Qaçağanda yaşayan Məşədi Novruzun qızı Rüxsarə ilə ailə qurub, Lətif, Qasım, Sibrə, Urza, Sadəgül, Vəzifə adlı övladları olub.

 

 

 

XEYRANSA QASIM QIZI

 

Xeyransa Qasım qızı 1910-1982-ci illərdə Qaçağanda yaşayıb. Əsasən şəxsi təsərrüfatı ilə, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub. Müharibə illərində Qaçağan kolxozunda çalışıb.

Xeyransa Qasım qızı Qaçağanda yaşayan Qafar Kazım oğlu ilə ailə qurub, Sabir, Zabit, Zahid, Şövkət adlı övladları olub.

 

 

BƏDİR QASIM QIZI

 

 

Bədir Qasım qızı 1914-1994-cü illərdə Qaçağanda yaşayıb. Gəncliyi kolxoz quruculuğu və müharibə illərinə təsadüf etdiyindən həyatı ağır sınaqlardan keçib. Həyat yoldaşı Əli Süleyman oğlu müharibəyə getdikdən sonra ailəsinin bütün ağırlığı onun üzərinə düşüb. Gecə-gündüz Qaçağan kolxozunda çalışmaqla həm ailəsini dolandırıb, həm də müharibə aparan ölkənin iqtisadiyyatının inkişafına əlindən gələn köməyi edib.

Bədir Qasım qızı həmin illərdə Qaçağan kolxozunun ən qabaqcıl əməkçilərindən biri olub. Kolxozda taxılçılıq, tütünçülük və digər sahələrin inkişafında xidmətləri olub. Nəzərə alsaq ki, Qaçağan sovxozu müharibə illərində öz hesabına qırıcı döyüş təyyarəsi alaraq cəbhəyə hədiyyə edib, onda Bədir Qasım qızı və onunla çiyin-çiyinə çalışmış əməkçilərin nə qədər böyük fədakarlıqlar göstərdiklərini görmək olar.

Bədir xanım eyni zamanda övladlarını da lazımınca böyüdüb, onların qayğısını çəkib, təhsil almalarını, cəmiyyət üçün layiqli övladlar olmalarını təmin edib.

Bədir Qasım qızı öz nəslindən Əli Süleyman oğlu ilə ailə qurub. Söhbət, Mustafa, Zəqrəniş, Nəzakət, Xatirə adlı övladları olub.

 

***

 

ƏMRAH PAŞA OĞLU ƏMİRCANOV

 

(Haqqında yuxarıda bəhs edilib)

YOLÇU PAŞA OĞLU ƏMİRCANOV

 

(Haqqında yuxarıda bəhs edilib)

 

MELİSƏ PAŞA OĞLU ƏMİRCANOV

 

1930-1970-ci illərdə Qaçağanda yaşayıb. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Öz dövrünün savadlı və bilikli gənclərindən biri olub. Kənd sakinləri, eləcə də öz yaşıdları arasında böyük hörməti, nüfuzu olub.

Məktəbi bitirdikdən sonra ali təhsil almaq arzusu ilə yaşayan Melisə Paşa oğlu qəfildən ağır xəstəlik tapıb və ömrünün sonuna qədər bu xəstəlikdən əziyyət çəkib. Lakin sağalması mümkün olmayıb.

Melisə Paşa oğlu bütün həyatını əsasən Qaçağanda keçirib. Əsas məşğuliyyəti atasından yadigar qalmış həyət-bacada əkin-biçinlə məşğul olmaq olub. Qardaşı Çobanla bir evdə yaşayıb.

Melisə Paşa oğlu ailə qurmayıb. Dünyadan nakam gedib. Məzarının üstündə aşağıdakı misralar həkk olunub:

 

Tale Melisəyə cavan yaşından,

A dostlar, gör necə sitəm eylədi.

Ağlını-huşunu aldı başından,

O gəzdi Məcnun tək hey qəm eylədi…

 

ÇOBAN PAŞA OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

 

MEHRİNSƏ PAŞA QIZI

 

Mehrinsə Paşa qızı 1921-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində ibtidai təhsil alıb. Müharibə illərindən etibarən Qaçağan kolxozunda, sonra isə Qaçağan sovxozunda işləyib. Ömrünün çox hissəsini ictimai təsərrüfatda çalışıb, əmək qabaqcıllarından olub. Qaçağan kolxozu və sovxozunun əldə etdiyi bütün nailiyyətlərdə Mehrinsə Paşa qızının da dəyərli xidmətləri olub.

Mehrinsə xanım eyni zamanda ailəsinin qayğılarını çəkib, övladlarını böyüdüb, onların təlim-tərbiyəsi və təhsili ilə məşğul olub, ali təhsil almaları üçün əlindən gələni edib.

O, Əzimuşağı nəslindən Kərim Sadıq oğlu ilə ailə qurub. Siracəddin (İslam), Sadıq, Elman, Fərman, Nəriman, Tükən, Dilərzə, Mərzə, Solmaz, Füruzə adlı övladları olub.

Hazırda Qaçağanda yaşayır.

 

PƏRİNİSƏ PAŞA QIZI

 

Pərinisə Paşa qızı 1924-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində təhsil alıb. Uşaq yaşlarından əmək fəaliyyətinə başlayan Pərinisə Paşa qızı ömrü boyu Qaçağan kolxozunda, sonralar isə Qaçağan tərəvəzçilik-südçülük sovxozunda işləyib. Kənddə və rayonda əmək qabaqcılı, zəhmətkeş, yorulmaz bir işçi kimi tanınıb, Borçalının ilk staxanovçularından olub.

Pərinisə Paşa qızı kolxoz quruculuğu və Böyük Vətən Müharibəsi illərində göstərdiyi əmək rəşadətlərinə görə yüksək əmək mükafatlarına layiq görülüb, deputat seçilib. O, 1942-ci ildə – müharibənin qızğın vaxtlarında böyük əmək qələbələri qazanaraq “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb. 1945-ci ildə isə Pərinisə Paşa qızı “Oraq və Çəkic” medalı, daha sonra “Fədakar əməyə görə” medalı ilə təltif olunub.

Pərinsə Paşa qızı Qaçağanda yaşayan Seyidli nəslindən Ramazan Hapış oğlu ilə ailə qurub. Vaqif, Raqub və Səkinə adlı övladları var.

 

***

 

Yeddinci nəsil

 

 

İMRAN İSMAYIL OĞLU ƏMİRCANOV

 

(Haqqında yuxarıda bəhs edilib)

 

 

ƏLƏDDİN İSMAYIL OĞLU ƏMİRCANOV

 

Ələddin Əmircanov 1935-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Rabitə Texnikumunda təhsil alıb.

Ələddin İsmayıl oğlu ömrü boyu Qaçağan kəndində yaşayıb. Atasından yadigar qalan yurdun inkişafı qayğısını çəkib. Bir müddət Qaçağan sovxozunda işləyib. Sonrakı illərdə rabitə sahəsində çalışıb. Ömrünün sonunadək bu işdə işləyib.

Ələddin Əmircanov Qasımlı kəndindən Şahnigar Həsən qızı ilə aliə qurub, Çingiz, Asəf və Sevil adlı üç övladı var.

Ələddin Əmircanov 1994-cü ildə vəfat edib.

QÜDRƏT İSMAYIL QIZI ƏMİRCANOVA

 

Qüdrət İsmayıl qızı 1938-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonrakı illərdə ailə quraraq şəxsi təsərrüfatı və övladlarının təlim-tərbiyəsi ilə məşğul olub. Bu gün də evdar qadın kimi əkin-biçini ilə məşğuldur, nəvələrini böyüdür.

Qüdrət İsmayıl qızı xasiyyətcə mehriban, istiqanlı, xoşrəftar bir insandır. Qohumcanlıdır, qonşularla mehribancasına davranır.

Qüdrət Əmircanova öz nəslindən Qurban Hümmət oğlu ilə ailə qurub, Niyazi, Namiq, Həcər və Balaxanım adlı dörd övlad böyüdüb.

Hazırda Qaçağanda yaşayır.

 

***

 

LƏTİF MİRZƏ OĞLU ƏMİRCANOV

 

Lətif Əmircanov 1949-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Bakı Ticarət Texnikumunda təhsil alıb.

Təhsilini başa vurduqdan sonra Lətif Mirzə oğlu Qaçağanda südçülük-tərəvəzçilik sovxozunda əsasən mexanizasiya sahəsi üzrə mühasib vəzifəsində çalışıb. Hazırda Qaçağan sovxozunda mühasib vəzifəsində çalışır.

Lətif Mirzə oğlu Qaçağanda yaşayan Alıquluuşağı nəslindən Xoşqədəm Hidayət qızı ilə ailə qurub, Aygün və Şahanə adlı iki övladı var.

Hazırda Qaçağanda yaşayır.

 

 

QASIM MİRZƏ OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

 

SİBRƏ MİRZƏ QIZI

 

 

Sibrə Mirzə qızı 1932-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Evdar qadın olub, şəxsi təsərrüfatını əkib-becərib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Sibrə Mirzə qızı Qaçağanda yaşayan Quluuşağı nəslindən Vəli Hüseyn oğlu ilə ailə qurub, Hüseyn, Sara, Elenora adlı övladları var.

URZA MİRZƏ QIZI

 

Urza Mirzə qızı 1938-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Evdar qadın olub, şəxsi təsərrüfatı və övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Urza Mirzə qızı Qaçağanda yaşayan İsmayıl Dadaş oğlu ilə ailə qurub, Almaz, Laçın, Şəhla adlı övladları var.

 

SADƏGÜL MİRZƏ QIZI

 

Sadəgül Mirzə qızı 1947-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra vaxtsız vəfat edib.

 

VƏZİFƏ MİRZƏ QIZI

 

Vəzifə Mirzə qızı 1941-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Evdar qadın olub, şəxsi təsərrüfatı və övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Vəzifə Mirzə qızı öz nəslindən Təmraz Nəbi oğlu ilə ailə qurub, Elxan və Elşən adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

***

 

SAHABBİN ƏMRAH OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

 

POLAD ƏMRAH OĞLU ƏMİRCANOV

 

Polad Əmircanov 1940-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Bakı Tibb Texnikumunda təhsil alıb. Ömrü boyu Qaçağanda diş texniki kimi fəaliyyət göstərib.

Polad Əmrah oğlu ömrü boyu Qaçağan kəndində yaşayıb. Atasının yurdu ilə qonşuluqda özünə yurd salıb və burada övladlarını böyüdüb.

Polad Əmircanov Qaçağanda yaşayan Sarıməmmədli nəslindən Şahlıq İsmayıl qızı ilə ailə qurub, Ramin, İlkin və Samirə adlı üç övladı var.

1989-cu ildə vəfat edib.

 

ƏMİRXAN ƏMRAH OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

XURDA ƏMRAH QIZI

 

Xurda Əmrah qızı 1939-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Evdar qadın olub, şəxsi təsərrüfatı və övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

Xurda Əmrah qızı Qaçağanda yaşayan Hümmətli nəslindən Vaqif Sarı oğlu ilə ailə qurub, Arzu, Azaddin, İldırım və Gözəl adlı övladları var.

Hazırda Qaçağanda yaşayır.

 

SƏFURƏ ƏMRAH QIZI

 

Səfurə (Safan) Əmrah qızı 1950-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla qiymətlərlə bitirib. Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Bir müddət orta məktəbdə pioner dəstə rəhbəri vəzifəsində çalışıb, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub. Hazırda evdar qadındır.

Səfurə Əmircanova öz nəslindən Əmirxan Məmməd oğlu ilə ailə qurub, Məmməd və Gülnarə adlı övladları var.

Hazırda Bakıda yaşayır.

 

***

 

PAŞA ÇOBAN OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

 

FİKRƏT ÇOBAN OĞLU ƏMİRCANOV

 

Fikrət Əmircanov 1965-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Keçmiş sovet ordusu sıralarında hərbi borcunu yerinə yetirdikdən sonra Rusiyanın Smolensk şəhərinə köçüb.

Fikrət Çoban oğlu bu gün də həmin şəhərdə yaşayır və orada biznes fəaliyyəti ilə məşğul olur.

Fikrət Əmircanov Marneuli şəhərindən Familə Faril qızı ilə ailə qurub, Fərid və Fariz adlı iki övladı var.

NÜSRƏT ÇOBAN OĞLU ƏMİRCANOV

 

Nüsrət Əmircanov 1967-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi xidmətini başa vurduqdan doğma kəndə qayıdıb və burada əmək fəaliyyətinə başlayıb.

Nüsrət Çoban oğlu hazırda ata-babasının yurdunda qalır və yüz illərdən bəri yanan yurd ocağını qoruyub saxlayır. Şəxsi həyət-bacasını becərir, övladlarını böyüdür.

Nüsrət Əmircanov qonşu Ağməmmədli kəndindən Səmərqənd Kamil qızı ilə ailə qurub, Nabat, Naidə və İsmət adlı üç övladı var.

Hazırda Qaçağanda yaşayır.

MƏLAHƏT ÇOBAN QIZI

 

Məlahət Çoban qızı 1963-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirib. Bir müddət Bakıda yaşayıb. Radiozavodda müxtəlif işlərdə işləyib. Məlahət Çoban qızı hazırda Rusiyanın Smolensk şəhərində yaşayır və biznes fəaliyyəti ilə məşğul olur.

Məlahət Çoban qızı Rafiq İbrahim oğlu ilə ailə qurub, Arzu və İbrahim adlı iki övladı var.

 

MƏHƏBBƏT ÇOBAN QIZI

 

Məhəbbət Çoban qızı 1975-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra Bakıda tibb məktəbində təhsil alıb.

Məhəbbət Marneuli şəhər sakini Əbülfət Həmzə oğlu ilə ailə qurub, Xanım, Jalə və Səid adlı üç övladı var.

 

 

Səkkizinci nəsil

 

***

 

İSMAYIL İMRAN OĞLU ƏMİRCANOV

 

(Haqqında yuxarıda bəhs edilib)

 

 

SEVDA İMRAN QIZI ƏMİRCANOVA

 

(Haqqında yuxarıda bəhs edilib)

 

***

 

ÇİNGİZ ƏLƏDDİN OĞLU ƏMİRCANOV

 

Çingiz Əmircanov 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan İqtisad Universiteti) ali təhsil alıb. Çingiz ali təhsilini başa vurduqdan sonra bir müddət “Azak” bankında böyük mühasib vəzifəsində işləyib. Hazırda isə Qafqaz İnkişaf Bankında baş mühasib vəzifəsində çalışır. Özünün bilik və bacarığı və təcrübəli bank işçisi olması ilə çalışdığı kollektivdə hörmətə qazana bilib.   Çingiz Ələddin oğlu hazırda Bakıda yaşayır.

 

 

ASƏF ƏLƏDDİN OĞLU ƏMİRCANOV

 

Asəf Əmircanov 1971-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdıb və Qaçağan sovxozunda işləyib.

Asəf Ələddin oğlu hazırda ata-babasının yurdunda qalaraq onun inkişafına çalışır, şəxsi təsərrüfatını əkib-becərir, övladlarını böyüdür.

Asəf Qasımlı kəndindən Sahilə Əhməd qızı ilə ailə qurub, Ələddin və Adil adlı övladları var.

 

SEVİL ƏLƏDDİN QIZI

 

Sevil Əmircanova 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Sevil Ələddin qızı Qaçağanda yaşayan Hasanalılar nəslindən Vüqar İsaxan oğlu ilə ailə qurub, Sərxan və Gülşad adlı övladları var.

 

***

 

AYGÜN LƏTİF QIZI

 

Aygün Lətif qızı 1981-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib.

Aygün Lətif qızı Qızılhacılı kəndindən Anar Əli oğlu ilə ailə qurub. Əli və Zeynəb adlı iki övladı var.

 

 

ŞAHANƏ LƏTİF QIZI Şahanə Lətif qızı 1986-cı ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

 

***

 

ASİM QASIM OĞLU ƏMİRCANOV

 

Asim Əmircanov 1979-cu ildə Bakıda anadan olub. Bakıda orta təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib. Asim Qasım oğlu orta və ali təhsil illərində çalışqan, istedadlı bir gənc kimi tanınıb. Azərbaycan ordusunda hərbi xidmətdə olub.

Asim Əmircanov hazırda “Azərdəmiryolbank”da şöbə müdiri vəzifəsində işləyir. Bacarıqlı və qabiliyyətli bir bank işçisidir. Əmircanlı nəslinin ümidverən gənclərindəndir.

Bakıda yaşayır.

 

 

 

MİRZƏ QASIM OĞLU ƏMİRCANOV

 

Mirzə Əmircanov 1980-ci ildə Bakıda anadan olub. Bakıda orta təhsil alıb. Azərbaycan İdarəetmə İnstitutunu bitirib. Mirzə Qasım oğlu da orta və ali təhsil illərində bacarıqlı və qabiliyyətli bir gənc kimi tanınıb. Azərbaycan ordusunda hərbi xidmətdə olub. Bir müddət “Bakıelektrikşəbəkə”də işləyib.

Mirzə Əmircanov hazırda “AZAL”-da işləyir.

Bakıda yaşayır.

 

 

AYGÜL QASIM QIZI ƏMİRCANOVA 1986-cı ildə Bakıda anadan olub. Orta məktəbdə oxuyur.

 

***

 

NATİQ SAHABBİN OĞLU ƏMİRCANOV

(Haqqında yuxarıda bəhs edilib)

 

 

GÜNDÜZ SAHABBİN OĞLU ƏMİRCANOV

 

Gündüz Sahabbin oğlu 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Beynəlxalq Əlaqələr İnstitutunda ali təhsil alıb.

Gündüz Əmircanov da Əmircanlı nəslinin ümidverici gənclərindəndir. Hazırda Bakıda yaşayır və “Azərdəmiryolbank”da işləyir.

Gündüz Azərbaycanın Gədəbəy rayonundan Rəna Oruc qızı ilə ailə qurub, Əmrah və Əmirxan adlı iki oğlu var.

Hazırda Bakıda yaşayır.

 

FATMA SAHABBİN QIZI

(Haqqında yuxarıda bəhs edilib)

 

 

ASUDƏ SAHABBİN QIZI

 

Asudə Sahabbin qızı 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan İqtisad Universiteti) bitirib.

Asudə Qaçağanda yaşayan Məşədi Bayramlı nəslindən Eldar Mirzə oğlu ilə ailə qurub, Zaur, Səbinə adlı övladları var. Hazırda Minsk şəhərində yaşayır və oradakı “Belarus” traktor zavodunda mühasib işləyir.

 

 

***

 

RAMİN POLAD OĞLU ƏMİRCANOV

 

Ramin Əmircanov 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan İqtisad Universiteti) ali təhsil alıb.

Ramin Polad oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı olub, Qarabağ cəbhələrində erməni işğalçılarına qarşı vuruşub.

Ramin hazırda “Siyəzənbroyler” şirkətində işləyir.

Ramin Polad oğlu Qaçağan sakini Laçın Elmixan qızı ilə ailə qurub, Məleykə və Nərmin adlı övladları var.

 

İLKİN POLAD OĞLU ƏMİRCANOV

 

İlkin Əmircanov 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Sonra bir müddət Qaçağan sovxozunda çalışıb. Hazırda Rusiyada yaşayır.

İlkin Polad oğlu Qaçağan sakini Şəfayətlə ailə qurub, Polad adlı bir övladı var.

 

 

SAMİRƏ POLAD QIZI

 

Samirə Polad qızı 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Gəncə Pedaqoji İnstitutunda ali təhsil alıb.

Samirə Qaçağanda yaşayan Zamılar nəslindən Ələddin Əhməd oğlu ilə ailə qurub, Əhməd və Fənarə adlı övladları var.

 

***

 

ƏFSANƏ ƏMİRXAN QIZI

 

Əfsanə Əmirxan qızı 1981-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Hazırda Qaçağan orta məktəbində müəllim işləyir.

Əfsanə Əmirxan qızı Qaçağan sakini Məhəmməd Ayvaz oğlu ilə ailə qurub, Atakişi və Atəş adlı övladları var.

Qaçağanda yaşayır.

 

RƏQSANƏ ƏMİRXAN QIZI

 

Rəqsanə Əmirxan qızı 1983-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini bitirib. Bakıda texnikumda oxuyur.

 

***

 

MÜŞFİQ PAŞA OĞLU ƏMİRCANOV

 

Müşfiq Paşa oğlu Əmircanov 1985-ci ildə Qaçağanda anadan olub. Bakıda yaşayır və buradakı 170 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının beynəlxalq hüquq fakültəsində ali təhsil alır.

 

RƏŞAD PAŞA OĞLU ƏMİRCANOV 1987-ci ildə Qaçağanda anadan olub. Bakıda yaşayır və buradakı 170 saylı orta məktəbin 11-ci sinfində oxuyur.

 

***

 

FƏRİD FİKRƏT OĞLU ƏMİRCANOV 1994-cü ildə Smolenskdə anadan olub. Orta məktəbdə oxuyur.

FARİZ FİKRƏT OĞLU ƏMİRCANOV 2002-ci ildə Smolenskdə anadan olub.

 

***

 

NABAT NÜSRƏT QIZI ƏMİRCANOVA 1992-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

NAİDƏ NÜSRƏT QIZI ƏMİRCANOVA 1994-cü ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbində oxuyur.

İSMƏT NÜSRƏT OĞLU ƏMİRCANOV 2001-ci ildə Qaçağanda anadan olub.

 

ƏMİRCANLININ IV QOLU – ƏLƏKBƏRUŞAĞI VƏ QOCAUŞAĞI

 

ƏLƏKBƏRUŞAĞI

 

Bu gün Qaçağanda Əmircanlılarla qonşuluqda yaşayan və sıx qohumluq münasibətləri saxlayan Ələkbəruşağı və Qocauşağı şəcərələri Əmircan kişinin oğlu İbrahimin törəmələridir.

İbrahim kişinin iki oğlu olub: Ələkbər və Qulu.

Ələkbər kişidən olanlar Ələkbəruşağı qolunu təşkil edir və hazırda həm Əmircanov, həm də Ələkbərov soyadını daşıyırlar.

Ağsaqqalların təsdiq etdiklərinə görə, qolun sonrakı inkişaf dinamikası belədir:

 

1). Ələkbər kişinin övladları: Babakişi (Dımıx), Kazım, Heydər (Qaydar), Şahrəbanu.

2). Babakişinin (Dımıx) övladları: Əsəd, Maynurə, Mahizər, Səyalı, Səyyarə.

Kazımın övladları: Səməd, Ələkbər, Tamara, Xanım.

Heydərin (Qaydar) övladları: Sayat, Eldar, Məhərrəm, Şura, Safya.

3). Əsədin övladları: Maksim, Rauf, Hədiyyə, Səriyyə.

Səmədin övladları: Nazim, Yeganə, Səkinə, İradə.

Ələkbərin övladları: Mahir, Aləmzər, Simuzər, Əminə.

Sayatın övladları: Rəfael, Etibar, Təhminə.

Eldarın övladları: Natiq, Ramiq, Raquf.

Məhərrəmin övladları: Heydəр, Samir, Samirə.

4). Maksimin övladları: Oрxan, Ürfan, Ayxan.

Raufun övladları: Günay, Sehrə, Nihad.

Nazimin övladları: Füruzə, Sevil.

Mahirin övladları: Anar, Səyalı.

Rəfaelin övladları: Ləman, Tural, Leyla, Əli.

Etibarın övladları: Pəri, Xatın, Aslan, Raya.

Natiqin övladları: Pərviz, Pərvanə.

Ramiqin övladları: Səbinə.

 

***

 

BABAKİŞİ (DIMIX) ƏLƏKBƏR OĞLU

 

Babakişi (Dımıx) Ələkbər oğlu 1906-1981-ci illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Böyük Vətən Müharibəsində iştirak edib. Müharibədən sonra Qaçağan kolxozunda çalışıb. Eyni zamanda həyətyanı sahəsini əkib-becəрib, mal-qoyun saxlayıb. Babakişi (Dımıx) Ələkbər oğlu nəslinin hörmətli ağsaqqallarından olub. Elinin və nəslinin xeyir-şərində yaxından iştirak edib.

Babakişi (Dımıx) Ələkbər oğlu Əmircanlı nəslindən Sehrə Aslan qızı ilə ailə qurub. Əsəd, Maynurə, Mahizər, Səyalı, Səyyarə adlı övladları olub.

 

KAZIM ƏLƏKBƏR OĞLU

 

Kazım Ələkbər oğlu 1904-1972-ci illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Müharibə dövрündə, ondan əvvəlki və sonrakı illəрdə Qaçağan kolxozunda çalışıb. Eyni zamanda həyətyanı sahəsini əkib-becəрib, mal-qoyun saxlayıb. Kazım Ələkbər oğlu nəslinin hörmətli ağsaqqallarından olub. Elinin və nəslinin xeyir-şərində yaxından iştirak edib.

Kazım Ələkbər oğlu öz nəslindən (Qocauşağı) Səkinə Abış qızı ilə ailə qurub. Səməd, Ələkbər, Tamara, Xanım adlı övladları olub.

 

HEYDƏR (QAYDAR) ƏLƏKBƏR OĞLU

 

Heydəр Ələkbər oğlu 1908-1970-ci illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Müharibə illəрində, eləcə də ondan əvvəlki və sonrakı illəрdə Qaçağan kolxozunda çalışıb. Eyni zamanda həyətyanı sahəsini əkib-becəрib, mal-qoyun saxlayıb.

Heydəр Ələkbər oğlu nəslinin hörmətli ağsaqqallarından olub. Elinin və nəslinin xeyir-şərində yaxından iştirak edib.

Heydəр Ələkbər oğlu Xancığazlı kəndindən Xatın adlı qızla ailə qurub. Sayat, Eldar, Məhərrəm, Şura adlı övladları olub.

 

***

 

ƏSƏD ƏMİRCANOV

 

Əsəd Əmiрcanov 1934-1978-ci illəрdə Qaçağanda yaşayıb. Qaçağan oрta məktəbini bitiрib. Sonрa Zaqataladakı Kənd Təsəррüfatı Texnikumunda təhsil alıb.

Təhsilini başa vuрduqdan sonрa doğma kəndinə qayıdan Əsəd Dımıx oğlu Qaçağan təsəррüfatında əmək fəaliyyətinə başlayıb. Əsəd Əmiрcanov uzun illəр Qaçağan südçülük-təрəvəzçilik sovxozunun təрəvəzçilik təsəррüfatlaрından biрinə рəhbəрlik edib, bрiqadiр işləyib. Özünə və işçiləрinə qaрşı tələbkaр olan Əsəd Əmiрcanov həmişə dövlət plan və tapşıрıqlaрına lazımınca əməl etməyə çalışıb, buna göрə də başçılıq etdiyi bрiqada həmişə sovxozun qabaqcıl təsəррüfatlaрından olub. O, işlədiyi illəр əрzində biр neçə dəfə рayon və рespublika рəhbəрliyinin müxtəlif mükafatlaрına və diplomlaрına layiq göрülüb.

Əsəd Dımıx oğlu Əmiрcanlı nəslindən Zəрqələm Hümmət qızı ilə ailə quрub, Maksim, Rauf, Hədiyyə, Səriyyə adlı övladlaрı vaр.

Əsəd Əmiрcanov vaxtsız, cəmi 44 yaşında vəfat edib.

 

MAYNURƏ DIMIX QIZI 1932-ci ildə Qaçağanda anadan olub. Qaçağan sakini Kərəm Cahangir oğlu ilə ailə qurub, Abbas, Əhliman, Cahangir, Gültəkin və Aybəniz adlı övladları var.

 

MAHİZƏR BABAKİŞİ (DIMIX) QIZI 1935-cı ildə Qaçağanda anadan olub. Xancığazlı kəndindən Teymurla ailə qurub, Nadir, Adil, Rəşid, Mətanət adlı övladları olub.

 

SƏYALI BABAKİŞİ (DIMIX) QIZI 1945-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini və Gəncədə Ticarət Texnikumunu bitirib. Qaçağan sakini Qədim Abbasovla ailə qurub, Rafiq, Ramil, Raisə adlı övladları var.

 

SƏYYARƏ BABAKİŞİ (DIMIX) QIZI

 

(Haqqında bəhs edilib)

 

***

 

SƏMƏD KAZIM OĞLU

 

Səməd Kazım oğlu 1928-1987-ci illəрdə Qaçağanda yaşayıb. Qaçağan oрta məktəbini bitiрib. Ömрü boyu Qaçağanda yaşayıb və Qaçağan təsəррüfatında çalışıb. Qaçağan kolxozu və sovxozunun qabaqcıl əməkçiləрindən olub.

Səməd Kazım oğlu Qaçağanda yaşayan Hacıoğlu nəslindən Püрüz Əmрah qızı ilə ailə quрub, Nazim, Yeganə, Səkinə, İradə adlı övladlaрı vaр.

 

ƏLƏKBƏR KAZIM OĞLU

 

Ələkbəр Kazım oğlu 1939-2002-ci illəрdə Qaçağanda yaşayıb. Qaçağan oрta məktəbini bitiрib. Gəncə şəhəрində kənd təsəррüfatı üzрə oрta ixtisas təhsili alıb. Ömрü boyu Qaçağanda yaşayıb və Qaçağan təsəррüfatında çalışıb. Qaçağan kolxozu və sovxozunun qabaqcıl əməkçiləрindən olub.

Ələkbəр Kazım oğlu Qaçağan sakini Səyalı Qulu qızı ilə ailə quрub, Mahir, Aləmzər, Simuzər və Əminə adlı övladlaрı vaр.

 

TAMARA KAZIM QIZI 1926-cı ildə Qaçağanda anadan olub. Qaraçöpə ərə gedib. Mayıl və Nizami adlı övladları var.

 

XANIM KAZIM QIZI 1935-ci ildə Qaçağanda anadan olub. Qaçağanlı Valodya ilə ailə qurub.

 

SAYAT hEYDƏR OĞLU

 

Sayat Heydəр oğlu 1935-2002-ci illəрdə Qaçağanda yaşayıb. Qaçağan oрta məktəbini bitiрib. Ömрü boyu Qaçağanda yaşayıb və Qaçağan təsəррüfatında çalışıb. Qaçağan kolxozu və sovxozunun qabaqcıl əməkçiləрindən olub.

Sayat Heydəр oğlu Qaçağanda yaşayan Tellioğlu nəslindən Raya İsmayıl qızı ilə ailə quрub, Rəfael, Etibar, Təhminə adlı övladlaрı vaр.

 

ELDAR HEYDƏR OĞLU

 

Eldaр Heydəр oğlu 1940-1998-ci illəрdə Qaçağanda yaşayıb. Qaçağan oрta məktəbini bitiрib. Ömрü boyu Qaçağanda yaşayıb və Qaçağan təsəррüfatında çalışıb. Qaçağan sovxozunun qabaqcıl əməkçiləрindən olub.

Eldaр Heydəр oğlu Xancığazlı kəndindən Dilşad xanımla ailə quрub, Natiq, Ramiq, Raquf adlı övladlaрı vaр.

 

MƏHƏRRƏM HEYDƏR OĞLU

 

Məhəррəm Heydəр oğlu 1938-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Ömрü boyu Qaçağanda yaşayıb və Qaçağan təsəррüfatında çalışıb. Qaçağan sovxozunun qabaqcıl əməkçiləрindən olub.

Məhəррəm Heydəр oğlu Qaçağan sakini Aybəniz Hümmət qızı ilə ailə quрub, Heydəр, Samir və Samirə adlı övladlaрı olub.

 

 

ŞURA HEYDƏR QIZI 1935-ci ildə Qaçağanda anadan olub. Qaçağan sakini Cəmil Əmrah oğlu ilə ailə qurub, Malik və Rəqsanə adlı övladları var.

 

SAFYA HEYDƏR QIZI 1949-cu ildə Qaçağanda anadan olub. Kosalı kəndindən Alyarla ailə qurub, Məmməd və Rəşadət adlı övladları var.

 

***

 

MAKSİM ƏSƏD OĞLU

 

Maksim Əsəd oğlu 1962-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Kənd Təsəррüfatı İnstitutunda ali təhsil alıb.

Maksim Əsəd oğlu ali təhsilini başa vuрduqdan sonрa kənd təsəррüfatı sahəsində müxtəlif vəzifələрdə çalışıb. Hazıрda Qaçağanda yaşayıр və şəxsi təsəррüfatını əkib-becəрməklə məşğulduр.

Maksim Əmiрcanov əvvəlcə Qaçağanda yaşayan Hümmətli nəslindən Cemma Abbas qızı ilə ailə quрub, Oрxan və Üрfan adlı iki oğlu olub. Sonрa Qızılhacılı kəndindən Aрzu Xəlil qızı ilə ailə quрub, Ayxan adlı oğlu olub.

 

RAUF ƏSƏD OĞLU

 

Rauf Əsəd oğlu 1966-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan İnşaat Mühəndisləрi İnstitutunda ali təhsil alıb.

Rauf Əsəd oğlu ali təhsil almaqla bəрabəр tikinti sahəsində çalışıb, fəhlə, mühəndis, sonрalaр isə konstрuktoр işləyib. Hazıрda “Azəрdəmiрyolbank”da mühəndis vəzifəsində çalışıр. Rauf işlədiyi bütün sahələрdə özünü bacaрıqlı, qabiliyyətli mütəxəssis kimi göstəрə bilib, öz işinin ustası kimi tanınıb. Buna göрə də kollektivin höрmətini qazana bilib.

Rauf Əsəd oğlu Qaçağanda yaşayan Abbasuşağı nəslindən Aygün Mədəd qızı ilə ailə quрub. Aygün də ali təhsillidiр. Raufun Günay, Sehrə və Nihad adlı övladlaрı vaр.

 

HƏDİYYƏ ƏSƏD QIZI

 

(Haqqında bəhs olunub)

 

 

SƏRİYYƏ ƏSƏD QIZI

 

Səрiyyə Əsəd oğlu 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Səрiyyə oрta və ali təhsil illəрində elmləрə həvəsi ilə seçilib, bilikli və bacaрıqlı tələbə kimi tanınıb.

Səriyyə Əmiрcanova hazıрda Minsk şəhəрində yaşayıр və oрada çalışıр.

Səрiyyə Əmiрcanova Qaçağanda yaşayan Mansıruşağı nəslindən Ədalət Almaz oğlu ilə ailə quрub, Pərlan və Sabrina adlı övladlaрı vaр.

 

***

 

NAZİM SƏMƏD OĞLU

 

Nazim Səməd oğlu 1960-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Dövlət Universitetində ali təhsil alıb.

Nazim Səməd oğlu ali təhsilini başa vuрduqdan sonрa müxtəlif sahələрdə çalışıb. Hazıрda Qaçağanda yaşayıр və şəxsi təsəррüfatını əkib-becəрməklə məşğulduр.

Nazim Əmiрcanov Quşçu kəndindən Alidə Zal qızı ilə ailə quрub, Sevil və Füruzə adlı övladlaрı vaр.

 

 

 

YEGANƏ SƏMƏD QIZI

 

Yeganə Səməd qızı 1948-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb.

Yeganə Səməd qızı Eрmənistanın Kalinino rayonundan Mustafa Daşdəmirovla ailə quрub, Seymur adlı bir övladı vaр.

 

SƏKİNƏ SƏMƏD QIZI

 

(Haqqında bəhs olunub)

 

İRADƏ SƏMƏD QIZI

 

İрadə Səməd qızı 1962-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Dövlət Universitetində ali təhsil alıb.

İрadə Səməd qızı Qırıxlı kəndində müəllim işləyir.

İрadə Səməd qızı Qırıxlı kəndindən Əhliman Bəşir oğlu ilə ailə quрub, Sərxan, Bəşir və Samirə adlı 3 övladı vaр.

 

 

***

 

MAHİR ƏLƏKBƏR OĞLU

 

Mahiр Ələkbəр oğlu 1967-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Mahiр hərbi xidmətini başa vurduqdan sonra Rusiyanın Serov şəhərinə köçüb və oрada biznes fəaliyyəti ilə məşğulduр.

Mahiр Əmiрcanov tatar qızı Nataşa ilə ailə quрub, Anar və Səyalı adlı övladlaрı vaр.

 

ALƏMZƏR ƏLƏKBƏR QIZI

Aləmzər Ələkbəр qızı 1968-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini və Tbilisidə texnikum bitiрib.

Aləmzər Ələkbər qızı Körpülü kəndindən Arzu Aslan oğlu ilə ailə quрub, Aslan və Şahbaz adlı övladlaрı vaр.

Hazırda Bakıda yaşayır.

 

SİMA ƏLƏKBƏR QIZI

 

Sima Ələkbəр qızı 1969-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Hazırda Qaçağanda yaşayır.

 

ƏMİNƏ ƏLƏKBƏR QIZI

 

Əminə Ələkbəр qızı 1975-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Əminə Ələkbəр qızı qaçağanlı Zakirlə ailə quрub, 1 övladı vaр.

 

***

 

RƏFAEL SAYAT OĞLU

 

(Haqqında bəhs olunub)

 

 

ETİBAR SAYAT OĞLU

 

Etibaр Sayat oğlu 1961-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib. Azəрbaycan Politexnik İnstitutunda ali təhsil alıb.

Etibaр Əmiрcanov ali təhsilini başa vuрduqdan sonрa müxtəlif sahələрdə çalışıb, milis işçisi olub. Son vaxtlaр nəqliyyat sahəsində çalışıр.

Etibaр Sayat oğlu əvvəlcə Qaçağanda yaşayan Koxalaр nəslindən Hilal İmiр qızı, sonрa isə Təkəli kəndindən Oksana Qafar qızı ilə ailə quрub. Pəri, Xatın, Aslan və Raya adlı övladlaрı vaр.

 

TƏHMİNƏ SAYAT QIZI

 

(Haqqında bəhs olunub)

 

***

 

NATİQ ELDAR OĞLU

 

Natiq Eldar oğlu 1969-cu ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Natiq Eldar oğlu Qaçağanda yaşayan Kəmalə Fərrux qızı ilə ailə quрub. Pərviz və Pərvanə adlı övladlaрı vaр.

 

RAMİQ ELDAR OĞLU

 

Ramiq Eldar oğlu 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Ramiq Eldar oğlu İradə Əfəndiyeva ilə ailə quрub. Səbinə adlı övladı vaр.

 

RAQUF ELDAR OĞLU

 

Raquf Eldar oğlu 1975-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Raquf Eldar oğlu Xancığazlı kəndindən Tünzalə Səfərova ilə ailə quрub.

 

***

 

HEYDƏR MƏHƏRRƏM OĞLU

 

Heydər Məhərrəm oğlu 1972-ci ildə Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

Heydər Məhərrəm oğlu Validə Paşayeva ilə ailə quрub. Ayşən və Hüseyn adlı övladlaрı vaр.

 

SAMİR MƏHƏRRƏM OĞLU Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

 

SAMİRƏ MƏHƏRRƏM QIZI Qaçağanda anadan olub. Qaçağan oрta məktəbini bitiрib.

 

***

 

LƏMAN RƏFAEL QIZI

 

Ləman Rəfael qızı 1985-ci ildə Bakıda anadan olub. Bakıda orta məktəbi əla qiymətlərlə bitirib. Hazırda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alır.

 

QOCAUŞAĞI

 

Əmircan kişinin oğlu İbrahimdən olan olan Qulunun törəmələri Qocauşağı qolunu təşkil edir və onlar hazırda Qocayev soyadını daşıyırlar.

Ağsaqqalların təsdiq etdiklərinə görə, qolun sonrakı inkişaf dinamikası belədir:

1). Qulu kişinin övladları: Qoca, Abış.

2). Qocanın övladları: Qulu, Alı, Yolçu, Güləm, Saçlı, Nazlı, Mələk, Bahar.

Abışın övladları: Saleh, Səkinə.

 

3). Qulunun övladları: İbrahim, Əli, Müsəmbər, Gülşad.

Alının övladları: Novruz Pəri.

Yolçunun övladları: Murtuz, Müsəllim.

Güləmin Əli və Məhəmməd adlı övladları olub.

Saçlının Dursun adlı övladı olub.

Nazlı Qursalıya ərə gedib, Telli və Güldərən adlı övladları olub.

Mələyin Həmzə, Əli və Süleyman adlı övladları olub.

Baharın Binnət adlı övladı olub.

Saleh Böyük Vətən Müharibəsində həlak olub.

Səkinə Kazım Ələkbər oğlu ilə ailə qurub.

4). İbrahimin övladları: Hüseyn, Rəşid, Cümşüd, Novruz, Tamara, Şirin.

Əlinin övladları: MəHəmməd, Mədəd, Xeyransa.

5). Hüseynin övladları: Alim, Yasin, Pərvanə, Təranə.

Rəşidin övladları: Fərman, Xuraman, Kəmalə, Məxluqə.

Cümşüdün övladları: Elşən, Afət, Əfsanə, Aliyə, Elnarə.

Novruzun övladları: İbrahim, Nənəxanım, Əfşan.

 

***

 

İBRAHİM QULU OĞLU

 

İbrahim Qulu oğlu 1880-1962-ci illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Həyətyanı sahəsini əkib-becəрib, mal-qoyun saxlayıb. Böyük Vətən Müharibəsində iştirak edib.

İbrahim Qulu oğlu nəslinin hörmətli kişilərindən olub. Elinin və nəslinin xeyir-şərində yaxından iştirak edib.

İbrahim Qulu oğlu Qaçağanda yaşayan Dəmirçilər nəslindən Nənəxanımla ailə qurub. Hüseyn, Rəşid, Cümşüd, Novruz, Tamara, Şirin adlı övladları olub.

 

 

ƏLİ QULU OĞLU

 

Əli Qulu oğlu 1920-2002-ci illəрdə Qaçağanda yaşayıb. Bütün həyatı doğma kəndi, şəxsi təsərrüfatı ilə bağlı olub. Həyətyanı sahəsini əkib-becəрib, mal-qoyun saxlayıb. Böyük Vətən Müharibəsində iştirak edib. Müharibədən yaralı qayıdıb.

Əli Qulu oğlu nəslinin hörmətli ağsaqqallarından olub. Elinin və nəslinin xeyir-şərində yaxından iştirak edib.

Əli Qulu oğlu Qaçağanda yaşayan Babakişilər nəslindən Fatma Babakişi qızı ilə ailə qurub. Məhəmməd, Mədəd və Xeyransa adlı övladları olub.

 

***

 

NOVRUZ İBRAHİM OĞLU

 

Novruz İbrahim oğlu 1950-ci ildə Qaçağanda anadan olub. Qaçağan orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib.

Sonra Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb.

Novruz İbrahim oğlu ali təhsilini başa vurduqdan sonra bir müddət Bakıda işləyib. Sonra doğma kəndinə qayıdaraq Qaçağan sovxozunda mühəndis kimi əmək fəaliyyətini davam etdirib. Novruzun işlədiyi illərdə Qaçağan təsərrüfatı üçün gərəkli olan bir sıra ictimai tikililər inşa edilib. Ümumiyyətlə, Qaçağan sovxozunun inkişafında Novruz İbrahim oğlunun da əhəmiyyətli xidmətləri var.

Novruz Qocayev hazırda Qaçağanda yaşayır və şəxsi təsərrüfatı ilə məşğuldur. O, fermer fəaliyyəti ilə də məşğul olur.

Novruz İbrahim oğlu Qaçağan sakini Sveta Söhbət qızı ilə ailə qurub, İbrahim, Nənəxanım və Əfşan adlı övladları var.

 

***

 

 

ƏMİRCANLININ V QOLU – DƏMİRÇİLƏR

 

Bu gün Qaçağanda yaşayan və Əmiрcanlılaрla sıx qohumluq münasibətləri saxlayan Dəmiрçiləр nəsli Əmircan kişinin oğlu Əhmədin törəmələridir.

Dəmiрçiləр nəsli haqqında 2002-ci ildə Bakıda çap olunmuş “Qaçağan eli” kitabında ətрaflı bəhs olunub.

 

***

 

ƏMİRCANLI NƏSLİNƏ HƏSR OLUNMUŞ ŞERLƏR

 

PAŞA BABAKƏRLİ

 

ƏMİRCANLI İNSANI

 

Sən tarixin dibindən yol gələn türk oğlusan,

Yaşadığın torpağın ürəyisən, ağlısan,

Ruhunla, vicdanınla bu torpağa bağlısan,

Sədaqət, etibarsan, Əmircanlı insanı.

 

Neçə qovğalar keçib, qanlar gördün yaşında,

İz qoydun öz yurdunun torpağında, daşında.

Yenə sabaha baxdın durub əli qaşında,

Cəsarətsən, vüqarsan, Əmircanlı insanı.

 

Əzilənə hay oldun, yıxılanı düşündün,

Sən özündən qabağa adı-sanı düşündün.

Borçalını düşündün, Qaçağanı düşündün,

Sən hər dərdə açarsan, Əmircanlı insanı.

 

Tarixin hər qatında duzlu-çörəkli oldun,

Bükülməz dizli oldun, dəmir biləkli oldun.

Qartaldan iti gördün, şirdən ürəkli oldun,

Ruhunla bərqərarsan, Əmircanlı insanı.

 

Çətin gündə də oldun, kefdə də, damaqda da,

Məna tapdın varlı da, yoxsul yaşamaqda da.

Mərd oldun, igid oldun aranda da, dağda da,

Hər cür növrağa yarsan, Əmircanlı insanı.

 

Yazın yenə yaşıldı, yayın yenə al gəlir,

Əlində bərəkət var, bar-bəhərin bol gəlir.

Min illərdə süfrənə çörəyin halal gəlir,

Sən niyyəti baharsan, Əmircanlı insanı.

 

İçində bir sevgi var Allahına, xalqına,

Odur ki, qovuşursan qismətinə, haqqına.

Böyük ümidlərim var işıqlı sabahına,

O sabahı qucarsan, Əmircanlı insanı!

İnamsan, etibarsan, Əmircanlı insanı!..

 

CƏLİL MƏHƏMMƏD OĞLUNA

 

(Ağır xəstəliklə mübarizə apardığı günlərdə yazılıb)

 

Dünya nərd taxtası, uduzan, udan,

Hər ömür bir zərdi, ay Cəlil əmi.

Yaşamaq bir azca qismətdi haqdan,

Bir az da hünərdi, ay Cəlil əmi.

 

Sən harda oldunsa, pürkamal oldun,

Hay-haray, qışqırıq, qeyli-qal oldun,

Ağır məclislərdə ağsaqqal oldun,

Dedilər bu ərdi, ay Cəlil əmi.

 

Keçdin mərd-mərdanə, bu, bir ömürdü,

Sevinci də birdi, qəmi də birdi.

Sevgin Borçalıdı, Arazdı, Kürdü,

Bir də Babakərdi, ay Cəlil əmi.

 

Daha zaman yana, əriyə, baxma,

Uca zirvələrdən dərəyə baxma.

Ötənə güzəşt de, geriyə baxma,

Tanrı saxlar mərdi, ay Cəlil əmi!..

 

 

QASIM QAÇAĞANLI

 

ƏMİRCANLILAR

 

Babakərin ətəyində Qaçağan kəndi,

Qaçağanda bir tayfadı Əmircanlılar.

Baxmayaraq çox dədələr köçdü, tükəndi,

O oylağa bir töhfədi Əmircanlılar.

 

Kişiləri enlikürək, qoldan qüvvətli,

Dədələri qonaqpərvər, sözlü-söhbətli.

Balaları gözəl-göyçək, xoş təbiətli,

Çox samballı bir qüvvədi Əmircanlılar.

 

Ağsaqqalı, ağbirçəyi ağırbatmandı,

Nənələri, anaları xanım-xatındı.

Qız-gəlini çox urvatlı bir salatındı,

Xoş görkəmli qiyafədi Əmircanlılar.

 

Öz kəndinin qiymətini bildi bu tayfa,

Çox-çox qara qüvvələri sildi bu tayfa.

Keçmişindən bu gününə gəldi bu tayfa,

Həm təzədi, həm köhnədi Əmircanlılar.

 

Dünyamalı, Əmircan, Sahabbin, Qəhrəman,

Yaşadılar çox böyük amallarla bir zaman.

İndi bizə fürsət verib yenə ulu yaradan,

Yenə böyük bir tayfadı Əmircanlılar.

Borçalıya bir töhfədi Əmircanlılar.

 

 

QƏHRƏMANIN XATİRƏSİNƏ

 

Atalar Qəhrəman qoydu adını,

Qəhrəman olmağı özün qazandın.

Ucaltdın nəsilin ünlü adını,

Dədədən-babadan dözüm qazandın.

 

Ağır cinayətin düşdün izinə,

Namərd dərd əlindən döydü dizinə,

Nifrət eləyirdin işin pisinə,

Yaxşının düz olan sözün qazandın.

 

Məqsədin həqiqət axtaran idi,

Kamalın doluydu, ağılan iti.

Sözün bütövüydü, əqidən qəti,

Böyük təşəkkürün yüzün qazandın.

 

Sənin şəxsiyyətin nəfsindən uca,

Düz əməl yolunda yetişdin taca.

Əl tutdun nə qədər yazığa, aca,

Çoxunu payladın, azın qazandın.

 

Şərəfli ölmünlə vətənə döndün,

Ay kimi doğdunsa, gün kimi söndün.

Sən göylər oğluydun, göylərdən endin,

Qasımın çaldığı sazın qazandın!

Qəhrəman olmağı özün qazandın!!!..

 

 

hierarchy_fixed_page1hierarchy_fixed_page2

 

 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR:

 

Ön söz yerində gələcək Əmircanlı övladına bir məktub …..

Yurdum-yuvam Borçalı ……………………………….

Elim-obam Qaçağan ………………………………….

Əmircanlı nəslinin tarixinə bir nəzər ………………..

Nəslin Qaçağanda genişlənməsi ……………………….

Nəslin Babakərdə və Haydada yurd yerləri ……………..

Babaların mərdlik ənənələri …………………………

Qaçağanın tarixində iz qoymuş nəsil ………………….

Əmircanlılar müharibə illərində ……………………..

Əmircanlılar müharibədən sonrakı illərdə ……………..

Əmircanlılar XX əsrin 60-90-cı illərində ……………..

Əmircanlı nəsli bu gün ……………………………..

Cəlil Əmircanovun dediklərindən ……………………..

Qaçağan ağsaqqalı Sədi Mikiyevin dediklərindən ………..

Nəslin görkəmli ictimai xadimləri ……………………

Nəslin müəllimləri …………………………………

Nəslin həkimləri …………………………………..

Gənc nəslin görkəmli nümayəndələri …………………..

Əmircanlının qolları ……………………………….

Əmircanlı nəslinə həsr olunmuş şerlər ………………..

 

Advertisements